Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə10/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

www.vivo-book.com 
 
47 
Cavan oğlan divardakı deşiyi qıza göstərib dedi: 
– Burda sakitcə oturub sənin dalınca gələcəyimi gözlə. 
 
 
IV FƏSİL 
 
Qız  özünü  gözcük  tərəfə  atdı,  rinqi  lap  qarşısında 
gördü.  Sanki  ovcunun  içindəydi.  Təkcə  tamaşa  salonunun 
bir  hissəsini  qız  görmürdü.  Meydançanın  üstündə  qaz 
lampası  gur  işıq  saçırdı.  Qızın  dövrəsindən  keçdiyi  hündür 
yerlərin  ətrafında,  birinci  sırada  əlində  karandaş  və  bloknot 
olan  adamlar  oturmuşdular.  Cenevyeva  başa  düşdü  ki,  bu 
yerli  qəzetlərin  reportyorlarıdır,  onlardan  biri  saqqız 
çeynəyirdi.  Qalan  iki  sıranı  yaxındakı  yanğınsöndürən 
hissənin 
yanğınsöndürənləri, 
əynində 
forma 
olan 
polismenlər  tutmuşdular.  Birinci  sırada  iki  reportyorun 
arasında  lap  cavan  polis  rəisi  oturmuşdu.  Cenevyeva  rinqin 
o  tərəfindəki  tamaşaçılardan  birinin  mister  Klauzen 
olduğunu  görüb  təəccübləndi.  Ağbəniz,  qırmızıyanaq,  sıx 
bakenbardlı Klauzen lap rinqin yanında birinci sırada özünü 


www.vivo-book.com 
 
48 
çəkərək oturmuşdu. Bir neçə adam o yanda, həmin sıradaca 
Cenevyeva  həyəcandan  üz-gözü  pörtmüş,  qırış-qırış  sifətli 
Silverstaynı gördü. 
Tamaşaçıların  seyrək  alqışları  altında  əynində  pencək 
olmayan bir neçə cavan oğlan əllərində vedrələr, butulkalar, 
əl-üz  dəsmalları,  burazları  qaldırıb,  meydançadan  keçib 
Cenevyevanın  olduğu  otağın  çəpindəki  küncə  keçdilər. 
Onlardan  biri  kətilin  üstündə  oturub  kürəyini  buraza 
söykədi.  Onun  əynində  qalın  ağ  yun  köynək,  corabsız 
ayağında parusin çəkmə var idi. Yerdə qalan cavan oğlanlar 
da düz Cenevyevanın oturduğu küncdə əyləşdilər. Bərk alqış 
səsləri  gəldi,  qız  diqqətlə  baxanda  Coyu  tanıdı,  o  əynində 
həmin  uzun  xələti  stulda  oturmuşdu,  oğlanın  qısaca 
vurulmuş  şabalıdı,  qıvrım  saçları  qızın  gözünün  qabağının 
bir metrliyində idi. 
Sıx saçları olan, hündür nişastalı yaxalıqlı, əyninə qara 
kostyum  geymiş  cavan  oğlan  rinqin  ortasına  çıxdı,  əlini 
qaldırıb dedi: 
–  Möhtərəm  tamaşaçılardan  xahiş  edirik,  papiros 
çəkməyin. 


www.vivo-book.com 
 
49 
Bu xahişi bərkdən eşidilən narazılıqla qarşıladılar, onu 
fitə  basdılar.  Cenevyeva  təəssüflə  gördü  ki,  hamı  sakitcə 
papiros  çəkməyindədir.  Mister  Klauzen  yarışlara  başçılıq 
edənin  xəbərdarlığına,  əlində  yanan  kibrit  olduğu  halda 
qulaq  asdı,  heç  bir  şey  olmamış  kimi  siqaretini  çəkdi. 
Cenevyevanın ondan möhkəm acığı gəldi, onun Coyu, belə 
tüstü  dumanın  içində  necə  döyüşə  bilər?  Qız  da  nəfəs  ala 
bilmirdi,  amma  bir  şey  var  ki,  o  yerindən  tərpənmədən 
oturub. 
Yarışlara  başçılıq  edən  Coya  yaxınlaşdı.  O  ayağa 
durdu,  uzun  xələti  çiynindən  sürüşüb  düşdü.  Co  rinqin 
ortasına  parusin çəkmələrdə, qısa ağ tumanda,  çılpaq  halda 
çıxdı. Cenevyeva utandı. Qız tək idi, onu heç kəs görmürdü, 
buna  baxmayaraq,  sevgilisini  çılpaq  görüb,  utandığından 
yaman qızardı. Buna baxmayaraq, yenə baxdı, vicdan əzabı 
çəksə  də,  baxdı,  onu  sözsüz  ki,  belə  görmək  günahdır. 
Qəlbinin  həyəcanlanması  da,  qızı  ona  cəzb  edən  ehtiraslı 
meyli də sözsüz ki, günahdır. Ancaq bu xoşagələn günah idi, 
qız  ümumi  əxlaq  qaydalarını  pozaraq  gözünü  sevgilisindən 
çəkmirdi.  İbtidaidən  olan  instinkti,  ilkin  günah,  xasiyyət 


www.vivo-book.com 
 
50 
özünü  büruzə  verdi.  Sanki  keçmiş  minilliklərdəki  anaların 
pıçıltılı  səsi,  hələ  anadan  olmamış  körpələrin  çığırtısı 
eşidildi.  Ancaq  qız  bunu  bilmirdi,  bircə  şeyi  bilirdi  ki, 
günahkardır,  başını  fəxrlə  yuxarı  qaldırdı,  qərara  aldı  ki, 
bütün  yasaqlardan  azad  olacaq,  başdan-ayağacan  günaha 
batacaq. 
Qız geyim altında olan insan bədəni haqqında heç vaxt 
fikirləşməmişdi.  Bədən  onun  təsəvvüründə  sifət,  əllər  kimi 
yaşayırdı.  İnsana  geyim  verən  mədəniyyətin  övladı 
Cenevyeva,  insanı  geyimsiz  təsəvvürünə  belə  gətirə 
bilmirdi. Adamlar nəsli onun üçün çılpaq üzlü, çılpaq qollu, 
başında  saçları  olan  ikiayaqlı  məxluq  idilər.  O,  Co  barədə 
fikirləşəndə saçları qıvrım, qız kimi çəhrayıyanaq, göy gözlü 
cavan  sevgilisini  göz  önünə  gətirirdi,  sözsüz  ki,  geyimli-
kecimli. İndi isə həddindən artıq gözəl, üstünə ağ işıq düşən 
sevgilisini  görürdü.  Cenevyevanın  qəfildən  ağlına  gəldi  ki, 
Allahı  həmişə  çılpaq  şəkildə,  duman  içində,  yarı  gizlənmiş 
halda təsəvvürünə gətirirdi. Sevgilisini Allaha yaxınlaşdıran 
belə bir müqayisə ona dəhşətli, günahkar, küfr göründü, qız 
sanki bundan ən ağır günah kimi qorxdu. 


www.vivo-book.com 
 
51 
Cenevyevanın 
zövqü 
oleoqrafiyalarla
6
 
tərbiyə 
olunmuşdu, ancaq anadangəlmə gözəlliyi duymaq hissi onu 
başa  saldı  ki,  qarşısındakı  əsl  gözəllik  mücəssəməsidir. 
Coyun  zahiri  görünüşü həmişə  onun  xoşuna  gəlirdi.  Ancaq 
zahiri  görkəm  ayrılmaz  şəkildə  geyimlə  bağlı  idi, 
Cenevyevaya  elə  gəlirdi  ki,  Co  ona  görə  belə  cazibədardır 
ki,  belə  gözəl  geyinir.  Qızın  ağlına  da  gəlmirdi,  geyim 
altında bu mükəmməl gözəllik ola bilər. Bu kəşf onu heyran 
etdi.  Coyun  dərisi  qadın  dərisi  kimi  ağ  idi,  ancaq 
qadınınkından daha hamar, ipək kimi, tüksüz idi. Cenevyeva 
bunu gördü. O, Coyun üzünün zərif cizgilərinə, yaxşı inkişaf 
etmiş  bədəninin  əzələlərinin  bir-birini  tamamlamasına 
tamaşa edib heyran qaldı. Coyun bütün görkəmindən saflıq 
və zəriflik yağırdı. Gülümsəyən sifəti, yonulmuş kameyaya
7
 
bənzəyirdi, həmişəkindən daha cavan görünürdü. 
Yarışlara  başçılıq  edən  əlini  Coyun  çiyninə  qoyub 
üzünü izdihama tərəf döndərib dedi: 
                                                 
6
 Oleoqrafiya – yağlı boyalarla çəkilmiş şəkli litoqrafiya vasitəsi ilə çap etmə üsulu 
(Tərc. qeydi).
 
7
 Kameya – daş və balıqqulağından qayırılmış bəzək əşyası (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə