Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

www.vivo-book.com 
 
52 
– Tanış olun, Uest-Oklendin şan və şöhrəti Co Fleminq! 
Tamaşaçılar möhkəm əl çaldılar. Salonun hər tərəfindən 
çığırtı, heyranedici səslər eşidildi: 
– Co! Bizim Co! 
Co  öz  küncünə  qayıtdı.  Cenevyeva  onu  heç  boksçuya 
oxşatmırdı.  Onun  belə  mülayim  baxışları  var,  nə 
baxışlarında, nə də cəhənglərində heç bir qəddarlıq, heç bir 
amansızlıq  yoxdur,  bədəncə  o  həddindən  artıq  çəlimsizdir, 
dərisi zərifdir, ağdır, sifətindən isə mehribanlıq, şövq yağır. 
Qızın  təcrübəsiz  gözləri  oğlanın  qüvvətli  döş  qəfəsini,  enli 
burun  pərələrinin  dərindən  nəfəs  almasını,  atlas  kimi  dərisi 
altındakı  qabaran  əzələləri  –  bütün  bu  dağıtmaq  üçün 
yaranmış, gizli istifadəsiz qalmış qüvvələri görmürdü. Oğlan 
qıza  çinidən  qayırılmış  kiçik  heykəl  kimi  görünürdü,  bu 
heykəli ələ alanda ehtiyatlı, mehriban olmaq lazımdı. Çünki 
onunla qaba rəftar etsəydin, kiçik heykəl parça-parça olardı. 
Con  Pontanın  iki  sekundantı
8
əynindən ağ yun  köynəyi 
güclə  soyundurandan  sonra,  o  da  rinqin  ortasına  çıxdı. 
                                                 
8
 Sekundant – boks yarışlarında boksyora xidmət edən adam(Tərc. qeydi).
 


www.vivo-book.com 
 
53 
Cenevyevanın  gözü  ona  sataşanda  canına  üşütmə  düşdü. 
Boksçu  buna  deyərəm.  Meymun  kimi,  ensiz  alnı,  tüklü, 
düyünlənmiş  qaşları  altında  xırdaca  gözləri,  yastı  burnu, 
qalın  dodaqları,  dördkünc  ağzı  olan  vəhşi  heyvandı  ki, 
durmuşdu. Cenevyeva dəhşətlə onun dördkünc alt çənəsinə, 
öküz boynuna oxşar peysərinə, düz, qısaca vurulmuş, qaban 
qılına  bənzər  saçlarına  tamaşa  etdi.  Kobudluq,  rəhmsizlik, 
amansızlıq,  ibtidai  vəhşilik  budur,  göz  qarşısındadır.  Tünd, 
demək olar ki, qapqara dərisi sinəsində, çiyinlərində it tükü 
təki  qıvrım,  qısa  qalın  qıllarla  örtülmüşdü.  Geniş  sinəsində, 
qüvvətli  qıçlarında,  ara  vermədən  qabaran  əzələlərində 
gözəllikdən,  mütənasiblikdən  əsər-əlamət  yox  idi.  Onun 
bədəni  qabarcıqlardan,  düyünlərdən,  şişlərdən  ibarət  idi, 
fiziki  qüvvənin  çoxluğundan  onun  bədəni  insani  görkəmini 
itirmişdi: 
Yarışlara başçılıq edən dedi: 
– İdman klubu Uest-Beyin nümayəndəsi Con Ponta. 
İzdiham  onu  soyuq  qarşıladı.  Tamaşaçıların  sözsüz  ki, 
rəğbəti Co tərəfdə idi. 
Araya çökmüş sükut içərisində kiminsə səsi eşidildi: 


www.vivo-book.com 
 
54 
– İşində ol! Ponta, onun axırına çıx! Axırına çıx! 
Salonun  hər  tərəfindən  istehzalı  nidalar,  təhqiredici 
sözlər  eşidildi.  Ponta  dişlərini  qəzəblə  qıcırtdı,  dönüb  öz 
küncünə  getdi.  O,  izdihamın  onu  yaxşıca  qarşılayacağını 
gözləyə  bilməzdi,  adamların  istər-istəməz  ondan  acığı 
gəlirdi,  ibtidai  vəhşiliyin  əlamətləri  açıq-aydın  göz 
qabağında  idi,  bu  hər  cür  mənəviyyatdan  məhrum,  düşünə 
bilməyən,  açıqlıqda  yox,  dəmir  qəfəsə  salınmış  adamın 
canına lərzə salan pələng və ilan kimi vəhşi idi. 
Ponta başa düşürdü ki, tamaşaçılar onun əleyhinədirlər. 
O,  ovçuların  mühasirəyə  aldığı,  qovulub  əldən  düşən  vəhşi 
heyvan  kimi  tələsmədən  nifrət  dolu  nəzərlərini  öz 
düşmənlərinin  üzündə  gəzdirdi.  Coyun  adını  vəcdlə  çəkən 
balacaboy Silverstayn büzüşdü, sanki canına yanğın düşdü, 
dili  damağına  yapışdı,  Cenevyeva  bunu  gördü.  Pontanın 
baxışları onun gözlərinə sataşanda, o da üzünü yana çevirib, 
tamam  büzüşdü.  Bir  an  sonra  Ponta  baxışlarını  Coyun 
üzündə  saxladı.  Cenevyevaya  elə  gəldi  ki,  Ponta  bilə-bilə 
qəlbində qəzəbi artırır. 


www.vivo-book.com 
 
55 
Co  düşməninə  aydın  uşaq  baxışları  ilə  baxdı,  buna 
baxmayaraq,  üzü  ciddiləşdi.  Yarışların  başçısı  əynində 
pencək olmayan mehriban, xeyirxah cavan oğlanı  da ortaya 
çıxartdı. 
Yarışların başçısı dedi: 
– Tanış olun, qarşıdakı yarışların hakimi Eddi Cons. 
Tamaşaçıların əl çala-çala: 
–  Eddi!  Bizim  Eddi!  –  deyə  qışqırıqları  eşidildi. 
Cenevyeva hiss etdi ki, hakim də onların sevimlisidir. 
Rəqiblər  sekundantlarının  köməyi  ilə  əlcəklərini 
əllərinə keçirtdilər. Pontanın sekundantlarından biri Co olan 
küncə  keçdi,  Co  əlcəklərini  geyməmişdən  əvvəl  onları 
yoxladı. Hakimin işarəsi ilə rəqiblərin ikisi də sekundantları 
da  dalınca  rinqin  ortasına  çıxdılar.  Co  ilə  Ponta  üz-üzə 
dayandılar,  hakim  də  aralarında.  Sekundantlar  əllərini  bir-
birinin  çiyninə  qoyub  boyunlarını  irəli  uzadaraq 
dayanmışdılar.  Hakim  nə  isə  deyirdi,  hamı  ona  diqqətlə 
qulaq asırdı. 
Sonra dəstə dağılışdı, yarışların başçısı yenə irəli çıxdı. 
O dedi: 


www.vivo-book.com 
 
56 
–  Co  Fleminqin  çəkisi  yüz  iyirmi  səkkiz,  Con 
Pontanınkı  yüz  qırxdır.  Döyüş  bir  əl  sərbəst  olunca  davam 
etdirilir.  Klinçdən
9
  çıxanda  rəqiblər  ehtiyatlı  olmalıdırlar. 
Tamaşaçılara  xatırlatdı  ki,  döyüş  son  nəticə  verənədək 
aparılacaq.  Bizim  klub  heç-heçə  olan  yarışları  yaxına 
qoymur. 
Yarışların  başçısı  iki  qatlanıb,  burazı  qaldırıb  keçdi, 
meydandan  atılıb  aşağı  düşdü.  Sekundantlar  da  kətilləri, 
vedrələri  götürüb  küncləri  tərk  etdilər.  Rinqdə  ancaq  iki 
rəqib və hakim qaldı. Qonqun səsi gəldi. Rəqiblər tez ortaya 
çıxdılar.  Onların  sağ  əlləri  bir  anlığa  bir-birinə  toxundu, 
yalandan bir-birinin əlini sıxdılar. Ponta o dəqiqə sağ və sol 
yumruğunu qəzəblə işə saldı, ancaq Co özünü dala verərək 
zərbələrdən  can  qurtarırdı.  Ponta  sapanddan  çıxan  daş  kimi 
Coyun üstünə düşdü. 
Döyüş  başlandı.  Cenevyeva  əllərini  sinəsinə  sıxaraq 
oyunun  nəticəsini  gözləyirdi.  Pontanın  çevikliklə,  qəzəblə 
endirdiyi  sel  kimi  zərbələr  qızı  dəhşətə  gətirirdi.  Qıza  elə 
                                                 
9
 Klinç – boksda oyunun qaydasının pozulması, rəqibin qollarını və ya bədənini 
qucaqlamaq.Klinç həm birtərəfli, həm də qarşılıqlı olur (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə