Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə12/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   8   9   10   11   12   13   14   15   ...   59

www.vivo-book.com 
 
57 
gəlirdi,  o,  Coyu  şikəst  edəcək.  Bəzən  o,  Coyun  sifətini 
görmürdü, tez-tez nəzərə çarpan əlcəklər onu görməyə mane 
olurdu, ancaq qız bərkdən vurulan zərbələrin səsini eşidirdi. 
Hər dəfə də qorxudan qızın ürəyi bulanırdı. Qız bilmirdi ki, 
bu  bir-birinə,  ya  da  çiyninə  dəyən  boksçu  əlcəyidir,  bunun 
heç bir xətəri yoxdur. 
Birdən  döyüşün  mənzərəsi  dəyişildi:  rəqiblər  bir-birini 
bərk  qucaqlayaraq  qaldılar,  nə  o,  nə  də  o  biri  zərbə 
endirmirdi.  Cenevyeva  başa  düşdü  ki,  bu  Coyun  ona 
danışdığı klinçdir.  Ponta  çalışırdı  ki,  Coyun  əlindən  çıxsın. 
Co  onu  buraxmırdı.  Hakim  qışqırdı.  “Aralaşın”.  Co  istədi 
geri çəkilsin, ancaq Ponta əlini boşaltdı, Co da zərbədən can 
qurtarmaq  üçün  təzədən  rəqibindən  yapışmalı  oldu.  Coyun 
əlcəyi bu dəfə Pontanın ağzına, çənəsinə yapışmışdı, hakim 
ikinci dəfə “Aralaşın!” – deyə qışqıranda Co rəqibinin başını 
arxaya qanırıb ondan aralandı. 
Bir  neçə  qısa  an  içərisində  Cenevyevaya  sevgilisini 
görməkdə heç kim mane olmurdu. Onun sol ayağı bir qədər 
irəli çıxmışdı, bədəni və dizləri bir qədər qatlanmışdı, başını 
aşağı  salmışdı,  qalxmış  çiyinləri  sifətini  görməyə  mane 


www.vivo-book.com 
 
58 
olurdu. Əlləri qarşısında idi, o müdafiəyə, hücuma hazır idi. 
Bütün  əzələləri  gərilmişdi,  Cenevyeva  görürdü  ki,  o,  hər 
hərəkət  etdikcə  əzələləri  canlı  imiş  kimi  düyün  düşür,  ağ 
dərisinin altında diyirlənirdi. 
Co  yenə  hücuma  keçdi,  Coyun  vəziyyəti  ağırlaşdı.  O 
daha  da  aşağı  əyildi,  sanki  tam  büzüşdü,  çiyinlərini, 
dirsəklərini,  əllərini  irəli  verərək,  zərbələrə  mətinliklə 
dözürdü.  Zərbələr  sel  kimi  Coyun  üstünə  yağırdı, 
Cenevyevaya  elə  gəlirdi  ki,  o  heç  vəchlə  salamat  qurtara 
bilməyəcək.  Ancaq  zərbələri  gah  çiyni,  gah  əlcəyi  ilə  dəf 
edərək, gah özünü dala verərək, gah qabağa əyilərək küləyin 
yellətdiyi  ağac  kimi  yırğalanırdı.  Qız  alqış  səslərini, 
yerbəyerdən “Afərin Co! Bərk dur!” sözlərini, Silverstaynın 
vəcddən  özünü  unudaraq  stulda  durub-oturduğunu  görüb, 
başa  düşdü  ki,  Coyun  vəziyyəti  qorxulu  deyil,  əksinə  o 
möhkəm dayanıb. Ancaq Ponta geri çəkilmirdi, onun qəzəbli 
zərbələrinin  burulğanı  çox  az  hallarda  Cenevyevanı 
sevgilisindən uzaq salırdı. 
 
V FƏSİL 


www.vivo-book.com 
 
59 
 
Qonqun  səsi  eşidildi.  Cenevyevaya  elə  gəldi  ki,  döyüş 
yarım  saatdır  ki,  davam  edir,  ancaq  Coyun  danışmağından 
bilirdi  ki,  vur-tut  üç  dəqiqə  keçib.  Coyun  sekundantları 
burazı  qaldırıb  içəri  keçir,  qaça-qaça  onu  məmnuniyyətlə 
küncə  dincəlməyə  aparırdılar.  Onlardan  biri  Coyun 
qabağında  sallağı  oturaraq,  onun  ayaqlarını  dizləri  üstünə 
alaraq, var gücüylə onun baldırlarını ovxalayırdı. Co stulun 
üstündə  oturub  başını  dala  ataraq,  irəli  uzatdığı  əllərini 
burazın  üstünə  qoyaraq,  dərindən  köks  dolusu  nəfəs  alırdı. 
Coyun  ağzı  geniş  açılmışdı,  sekundantların  ikisi  də  onun 
qarşısında əl-üz dəsmalını yelləyirdilər, sekundantlardan biri 
onun  sifətinin,  sinəsinin  tərini  silir,  qulağına  pıçıltı  ilə  nəsə 
deyirdi. 
Bu  bir  neçə  an  davam  edən  manipulyasiya
10
  təzəcə 
qurtarmışdı  ki,  qonq  təzədən  çalındı,  sekundantlar  öz 
vedrələrini,  əl-üz  dəsmallarını  götürüb,  burazın  altından 
sivişib keçdilər. 
                                                 
10
 Manipulyasiya – əl hərəkəti (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
60 
Co  ilə  Ponta  meydançanın  ortasında  qarşılaşdılar. 
Cenevyevanın  ağlına  heç  gəlməzdi  ki,  dəqiqə  belə  qısa  ola 
bilər.  Ona  elə  gəldi  ki,  fasiləni  bilə-bilə  belə  qısaldıblar,  o, 
bir  anlığa  özü  də  heç  bilmədən,  nədənsə  özünü  yaxşı  hiss 
etmədi. 
Ponta birinci raundda olduğu kimi gah sağ, gah da sol 
əli  ilə  zərbələr  endirirdi.  Co  zərbələri  müvəffəqiyyətlə  dəf 
etsə  də,  yenə  duruş  gətirə  bilmədi,  bir  neçə  addım  geri 
çəkildi  ki,  müvazinətini  itirməsin,  o  istər-istəməz  bir  əlini 
qabağa  verdi,  başını  biləsən-bilməyəsən  qaldırdı.  Ponta 
pələng  kimi  onun  üstünə  atıldı,  rəqibinin  müdafiə 
olunmayan  çənəsini  nişanladı.  Ancaq  Co  əl-qolunu  atdı, 
sanki  suya  baş  vurdu,  Pontanın  yumruğu  onun  peysərinin 
üstündən  keçdi.  Co  qəddini  düzəldən  kimi  Ponta  sol 
yumruğu  ilə  ona  düzünə  elə bir  zərbə ilişdirdi  ki,  bu  zərbə 
Coyu  burazların  o  tərəfinə  atmalı  idi.  Ancaq  Co  yenə  bir 
saniyəliyə  rəqibini  qabaqladı,  aşağı  əyilə  bildi,  Pontanın 
zərbəsi  Coyun  kürəklərinə  toxundu,  havada  donub  qaldı, 
Ponta zərbəsini sağ yumruğu ilə təkrar etdi, ancaq Co canını 
qurtarıb sağ-salamat klinçə keçdi. 


www.vivo-book.com 
 
61 
Cenevyeva  sevincək  nəfəsini  dərdi,  o  bütün  bədəninin 
zəiflədiyini hiss edirdi, az qala ürəyi xarab olacaqdı. Camaat 
şövqlə  əl  çaldı.  Silverstayn  ayaq  üstə  dəli  kimi  əl-qolunu 
oynadır,  qışqırırdı.  Hətta  mister  Klauzen  də  heyranlığını 
bildirmək  üçün  var  gücü  ilə  qonşusunun  qulağına  nə  isə 
bağırırdı. 
Budur,  rəqiblər  klinçdən  çıxdılar,  döyüş  təzələndi.  Co 
üz-gözünü qorumaq üçün  əllərini üzünə aparır, geri çəkilir, 
meydança boyu sürüşür, zərbələrdən yaxa qurtarır, rəqibinin 
sürətli  həmlələrinə  davam  gətirirdi.  Co  özü  çox  nadir 
hallarda zərbələr endirirdi, çünki Pontanın iti gözləri var idi, 
o  həm  özünü  müdafiə  etməyi,  həm  də  həmlə  etməyi  yaxşı 
bacarırdı. Coyun Pontanın son dərəcə qüvvətli gücünə qalib 
gələ biləcəyinə heç bir ümidi yox idi, Coyun ümidi bircə ona 
qalmışdı ki, Ponta axırdan-axıra özü əldən düşər. 
Cenevyeva  bir  şeyə  təəccüblənirdi  ki,  sevgilisi  niyə 
ancaq  müdafiədədir.  Qız  pərt  oldu,  o  istəyirdi  ki,  Co  ona 
vəhşicəsinə  hücum  edən  vəhşi  heyvandan  intiqam  alsın. 
Ancaq qız hirslənmək istəyirdi ki, Co imkan tapıb Pontanın 
çənəsinə bərk bir yumruq ilişdirdi. Zərbə bərk idi, Pontanın 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə