Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə13/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

www.vivo-book.com 
 
62 
başı  gicəlləndi,  dodaqları  qanadı.  Tamaşaçılar  Coyun 
müvəffəqiyyətinə bərkdən sevindilər, Ponta hirsləndi. Ponta 
özünü  bilməyərək  dəli  kimi  Coyun  üzərinə  atıldı.  Onun 
əvvəlki  qaba  hücumları  bu  qudurğan  burulğanın  qarşısında 
heç  nə  idi.  Co  daha  zərbəyə  zərbə  ilə  cavab  verməyə 
çalışmırdı: o bütün qüvvələrini səfərbər etdi ki, yaratdığı bu 
tufanın qarşısında duruş gətirsin. O hücumu güc-bəla ilə dəf 
edərək,  birtəhər  yaxa  qurtarırdı,  nəfəsini  dərmək  üçün  vaxt 
arayır,  klinçdən  aman  axtarırdı.  Ancaq  klinçdə  də  tam 
sakitlik  və  təhlükəsizlik  hökm  sürmürdü.  Ara  vermədən 
sayıqlıqla  rəqibinə  göz  qoymalı  idi,  klinçdən  qurtaranda 
təhlükə  daha  çox  idi.  Cenevyeva  Coyun  Pontaya  bərk 
yapışdığını  görüb  əvvəlcə  bir  gülümsündü  də,  qız  başa 
düşmürdü  ki,  bu  nəyə  gərəkdir,  Co  özünü  Pontaya 
yapışdırınca  Ponta  altdan  yuxarı  Coya  bir  zərbə  endirdi, 
yumruğu az qala Coyun çənəsinə dəyəcəkdi. O biri klinçdə 
Cenevyeva  Coyun  canını  qurtardığını  zənn  edib  rahatca 
nəfəs  alanda  Ponta  onun  çiyni  üstündən  əyilib  sağ  əli  ilə 
qolaylanıb  yumruğunu  var  gücü  ilə  Coyun  belinə  endirdi. 
Tamaşaçılar  istəkli  Co  üçün  narahat  olub  içlərini  çəkdilər, 


www.vivo-book.com 
 
63 
Co  bir  göz  qırpımında  rəqibinin  dirsəklərindən  tutub  ikinci 
belə bir zərbənin qarşısını almaq üçün sıxdı. 
Yenə qonq səsi eşidildi, bir anlıq fasilədən sonra döyüş 
təzələndi.  Co  olduğu  küncdən  çıxmağa  macal  tapmamışdı 
ki,  Ponta  bütün  meydan  boyu  onun  üstünə  atıldı.  Coyun 
belinə  zərbə  dəyən  yerdə  ağ  dəridə  qırmızı  ləkə  görünürdü, 
bu  iri  –  Pontanın  əlcəyi  boyda  idi.  Cenevyeva  bu  qırmızı 
ləkəyə  kədərlə  baxırdı,  gözünü  ondan  çəkə  bilmirdi.  O  biri 
klinçdə Ponta özünün ölümcül zərbəsini Coyun böyrəklərinə 
endirdi. Bundan sonra Co sayıq idi, bütün vaxtı zərbələrdən 
can qurtara bilirdi, əlcəyi ilə Pontanın çənəsini sıxırdı, onun 
başını dala atırdı, ancaq raund qurtaranacan Ponta üç dəfə bu 
üsulu təkrar etdi, həmişə də eyni ən zəif yerə zərbə endirdi. 
Bir dəqiqəlik fasilə qurtardı, bir raund da ötdü, bunların heç 
biri  tərəflərin  heç  birinə  –  nə  ona,  nə  də  o  biri  rəqibə 
üstünlük  vermədi.  Beşinci  raundun  başlanğıcında  küncə 
sıxışdırılmış  Co  özünü  elə  göstərdi  ki,  klinçə  gedir.  Ancaq 
son  anda  Ponta  ondan  ikiəlli  yapışmağa  hazırlaşanda  Co 
özünü bir qədər kənara verdi, Pontanı cınağının altından, ən 
zəif yerindən ildırım sürəti ilə dörd dəfə dalbadal sağ və sol 


www.vivo-book.com 
 
64 
əli  ilə  vurdu.  Zərbələr,  görünür,  möhkəm  idi,  çünki  Ponta 
yırğalandı,  dartındı,  əlləri  yanına  düşdü,  çiyinləri  endi,  elə 
bil  ki,  indicə  o  iki  qatlanıb  tirtap  yerə  yıxılacaqdı.  Co 
düşmənin  özünü  ifşa  etdiyini  görüb  ona  nəfəsini  dərməyə 
imkan  verməyib  dodaqlarına  bir  zərbə  endirdi,  sonra 
qolaylanıb Pontanın çənəsini nişan aldı, ancaq zərbə yerinə 
düşmədi, yanağına toxundu, Ponta kənara sıçradı. 
Tamaşaçılar  özlərindən  çıxmışdılar.  Hamı  ayaq  üstə 
qalxmışdı,  əl  çalıb  qışqırırdılar.  Cenevyeva:  “Pontanın  işi 
bitdi, işi bitdi!” qışqırığını eşidib elə bildi ki, indicə yarışın 
sonu  çatacaq.  Qız  da  özündən  çıxmışdı,  onun  həmişəki 
mehribanlığından,  fağırlığından  əsər-əlamət  qalmamışdı,  o 
sevgilisinin vurduğu hər ölümcül zərbədən sonra sevinirdi. 
Ancaq Pontanın gücü hələ də tükənməmişdi. 
İndi  daha  o  Coya  hücum  etmirdi,  Co pələng  kimi  onu 
izləyirdi.  Co  Pontanın  çənəsini  bir  də  nişan  aldı,  ancaq  o 
özünə  gəldiyindən  qırağa  çəkildi.  Coyun  yumruğu  havada 
asılı qaldı. İnersiya qüvvəsi elə güclü idi ki, Co yarım dairə 
cızaraq  kənara  sıçradı.  Ponta  bir  an  içində  sol  yumruğu  ilə 
rəqibin  qorumadığı  boynuna  bir  yumruq  endirdi.  Coyun 


www.vivo-book.com 
 
65 
əlləri  yanına  düşdü,  o  irəli-geri  yırğalandı,  üzüstə  yıxıldı. 
Onun  üzərinə  əyilən  hakim  saniyələri  ucadan  sayaraq  sağ 
əlini yelləyirdi. 
Salona  ölü  sükutu  çökmüşdü.  Ponta  üzünü  camaata 
tərəf  tutdu,  təriflənəcəyini  gözlədi,  ancaq  heç  kəs  cınqırını 
çıxarmadı.  Pontanı qəzəb bürüdü.  Bu  ədalətsizlik  idi:  rəqib 
bir  zərbə  endirəndə,  ya  da  zərbədən  yaxasını  qurtaranda 
salondakıların  hamısı  əl  çalırdı,  yarışın  əvvəlindən 
təşəbbüsü  əlinə  alan  Ponta  üçün  heç  bir  dəfə  də  olsun  əl 
çalmırdılar. 
Pontanın  gözləri  qəzəblə  parıldadı,  o  özünü  yığışdırıb 
məğlub  edilmiş  düşmənin  başının  üstünü  kəsdirdi.  Onun 
üzərinə əyilərək sağ yumruğunu qolaylayaraq Coyun ayağa 
qalxmasını  gözlədi  ki,  zərbələrini  onun  üstünə  yağdırsın. 
Sağ əli ilə saniyələri sayan hakim sol əli ilə Pontanı kənara 
itələdi, Ponta çalışdı ki, onun yanından dövrə vurub keçsin, 
ancaq  hakim  onun  dalınca  düşüb  onu  itələyir,  döşəmə 
üzərində yıxılıb qalmış Coya yaxın getməyə qoymurdu. 
Hakim sayırdı: 
– Dörd, beş, altı… 


www.vivo-book.com 
 
66 
Co  dönüb  üzüstə  düşdü,  dizləri  üstə  qalxmağa  cəhd 
etdi. Əvvəlcə o bir ayağını qatladı, iki əlini döşəməyə dayaq 
verib, sonra o biri ayağını qaldırmağa cəhd etdi. 
Salondan səslər gəldi: 
– Saya fikir ver. Sayı gözlə! 
Rinqin ətrafındakı sekundant xəbərdaredici tərzdə dedi: 
– Tələsmə! Sayı gözlə! 
Cenevyeva  tələsik  ona  tərəf  boylandı;  cavan  oğlanın 
rəngi  tamam  qaçmışdı,  o  qeyri-ixtiyari  olaraq  hakimlə 
bərabər saniyələri sayaraq dodaqlarını tərpədirdi: 
– Yeddi, səkkiz, doqquz... 
Doqquz  saniyə  keçdi,  hakim  Pontanı  axırıncı  dəfə 
itələdi,  Co  ayağa  qalxdı  ki,  özünü  müdafiə  eləsin.  O 
zəifləmişdi, ancaq sakit idi, çox sakit idi. Ponta böyük zərblə 
onun üzərinə atıldı, bir-birinin dalınca iki yumruq endirdi – 
biri  düzünə,  biri  də  altdan  yuxarı.  Co  zərbələrin  ikisini  də 
dəf  etdi,  üçüncüdən  can  qurtardı,  bir  addım  kənara  çəkildi 
ki,  dördüncü  zərbədən  yaxşı  qurtarsın,  ancaq  Ponta 
arasıkəsilmədən  sel  kimi  yağan  zərbələrlə  onu  küncə 
qısnadı. Co açıqdan-açığa zəifləyir, dizləri qatlanırdı, o ayaq 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə