Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə14/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

www.vivo-book.com 
 
67 
üstə  güclə  dayanırdı.  Ponta  onu  burazlara  tərəf  sıxışdırırdı, 
daha  geri  çəkiləsi  yer  yox  idi,  Ponta  nəfəsini  dərmək  üçün 
bir az dayandı, sol yumruğu ilə hücum etdi, var gücü ilə sağ 
yumruğunu endirdi. Ancaq Co klinçə daxil oldu, bu da onu 
xilas etdi. 
Ponta  insafsızcasına  əl-qol  atır,  istəyirdi  ki,  məğlub 
edilmiş  saydığı  düşməninin  –  rəqibinin  nəfəsini  kəssin, 
ancaq  Co  ondan  möhkəm  yapışmışdı,  ondan  əl  çəkmirdi, 
Pontanın  əl-qolu  sərbəst  olan  kimi  Co  təzədən  onu 
qucaqlayırdı. Hakimin əmri eşidildi: 
– Aralaşın! 
Co rəqibini əvvəlkindən bərk qucaqlayırdı. 
Ponta boğula-boğula hakimə qışqırdı: 
–  Onu  məcbur  edin!  Siz  onu  niyə  məndən 
uzaqlaşdırmırsınız?! 
Hakim  təzədən  rəqiblərə  aralaşmağı  əmr  etdi.  Ancaq 
Co  əmrə  qulaq  asmadı, bilirdi  ki, bununla  qaydanı pozmur. 
Hər  an ötdükcə  onun  qüvvəsi bərpa olunur, başı  ayazıyırdı, 
gözünün  qabağından  sanki  duman  çəkilirdi.  Raund  təzəcə 


www.vivo-book.com 
 
68 
başlanmışdı,  o  gərək  nə  vəchlə  olur-olsun,  indiki  bu  üç 
dəqiqəni davam gətirəydi. 
Hakim  bir  əli  ilə  Coyun,  o  biri  əli  ilə  Pontanın 
çiyinlərindən  yapışıb,  zorla  onların  arasına  girdi,  onları 
güclə  aralaşdırdı;  vəhşi  heyvan  ovunun  üstünə  atılan  kimi 
aralaşan  Ponta  Coyun  üstünə  atıldı.  Ancaq  Co  üz-gözünü 
örtdü,  hücumu  dəf  edib  təzədən  klinçə  daxil  oldu.  Yenə 
Ponta  əl-qol  atmaq  istəyirdi,  Co  yenə  ona  imkan  vermirdi, 
hakim  də  onları  aralaşdırdı,  Co  yenə  zərbədən  can  qurtarıb 
klinçə daxil oldu. 
Cenevyeva başa düşürdü ki, nə qədər ki Co klinçdədir, 
o  təhlükədən uzaqdır. Bəs hakim  onları niyə  aralaşdırır. Bu 
insanlıqdan  uzaqdır.  Eddi  Cons  “Aralaşın!”  komandasını 
verəndə  qız  onun  girdə,  mehriban  sifətinə  baxırdı,  stulun 
üstündən ayağa qalxıb yumruqlarını elə həyəcanla sıxırdı ki, 
dırnaqları ovcunun içinə möhkəm batırdı. Bütün raund vaxtı, 
usandırıcı  bu  üç  dəqiqədə  rəqiblərin  işi-peşəsi  bir-birindən 
möhkəm  yapışmaq  idi.  Hakimin  komandası  ilə  onlar 
aralaşırdılar.  Pontaya  heç  cürə  sonuncu,  həlledici  zərbəni 
endirmək  mümkün  olmadı.  Ponta  açıq-aydın  qüvvədən 


www.vivo-book.com 
 
69 
düşmüş,  demək  olar  ki,  məğlub  edilən  rəqibi  qarşısında 
gücsüzlüyünü  hiss  edirdi.  Təkcə  bir,  lap  bir  zərbə  bəsidir, 
Ponta  da  onu  vura  bilmir!  Conun  təcrübəliliyi  və 
soyuqqanlılığı  onu  məğlubiyyətdən  qurtardı.  Ayaq  üstə 
güclə  dayanan,  beyni  dumanlanan  Co  var  gücü  ilə 
rəqibindən  yapışır,  təzədən  özünə  gəlincə  onun  yaxasından 
əl çəkmirdi. Azğınlaşan Ponta Coyu qaldırıb yerə çırpmağa 
cəhd edəndə salondan Silverstaynın cır səsi eşidildi:  
– Onu gör dişləyə bilərsən? 
Salona  elə  sakitlik  çökmüşdü  ki,  bu  istehzalı  sözləri 
hamı  eşitdi.  Bu  sözlər  gərginliyi  azaltdı,  öz  sevimli 
boksçuları  üçün  həyəcanlanan  tamaşaçılar  gülməkdən 
uğunub  getdilər.  Bərkdən,  ara  vermədən,  əsəbi  cingiltilərlə 
qəhqəhə çəkib gülürdülər. Silvestaynın zarafatı Cenevyevanı 
belə  güldürdü,  onun  Co  üçün  qorxusu  bir  qədər  azaldı,  qız 
haldan  düşdüyünü,  ürəyi  bulandığını  hiss  elədi,  rinqdəki 
hadisələr onun canına üşütmə salmışdı. 
Salondan səslər gəlirdi: 


www.vivo-book.com 
 
70 
–  Dişlə  onu!  Dişlə.  Qulağını  gəmir!  Eşidirsən,  Ponta. 
Yoxsa  öhdəsindən  gələ  bilməzsən!  Ye  onu!  Ye!  Nəyi 
gözləyirsən! 
Bu  sel  kimi  axan  istehzalardan  Ponta  özünü  lap  itirdi. 
Onun qəzəbi artdıqca, pis vuruşurdu. O fısıldayır, içini çəkir, 
qüvvəsini  havayı  yerə  sərf  edirdi,  özünü  heç  cürə  ələ  ala 
bilmirdi,  ağılla  hərəkət  etmirdi,  o  dəhşətli  zərbələrlə  bütün 
bunların  əvəzini  çıxmaq  istəyirdi.  O  daha  heç  fikirləşə 
bilmir,  rəqibinin  hökmən  axırına  çıxmaq  istəyirdi,  klinç 
vaxtı  Coyu  əlinə  siçovul  düşmüş  teryer  kimi  silkələyir,  var 
gücü ilə əl-qolunu boşaltmağa çalışırdı. Co isə bu ara özünü 
itirmədən 
ondan 
bərk 
yapışıb  buraxmırdı.  Hakim 
fədakarlıqla  doğrudan  onları  aralaşdırmağa  çalışırdı.  Bu 
asan  deyildi:  üz-gözündən  tər  sel  kimi  axırdı.  Hakim  var 
qüvvəsini  sərf  edirdi  ki,  rəqibləri  ayırsın,  hakim  onları 
aralaşdıran  kimi  Co  təzədən  klinç  olur,  hər  şeyi  təzədən 
başlamaq lazım gəlirdi. Ponta ha çalışırdı ki, Conun qüvvətli 
caynaqlarından  can qurtarsın.  O,  rəqibindən uzaqda dayana 
bilmirdi, zərbə endirmək üçün gərək Coya yaxınlaşaydı. Hər 


www.vivo-book.com 
 
71 
dəfə  Co  onun  planlarını  alt-üst  edir,  klinçin  mühasirəsinə 
salırdı. 
Balaca  tualet  otağında  divardakı  gözcüyün  qarşısında 
büzüşüb  oturmuş  Cenevyevanın  da  ümidləri  özünü 
doğrultmadı. Bu rəhmsiz, ölümcül vuruşda marağı olan şəxs 
idi.  Çünki  rəqiblərdən  biri  onun  sevgilisi,  onun  Coyu  idi. 
Tamaşaçılar  üçün  hər  şey  aydındır,  onlar  hər  şeydən  baş 
çıxarırlar,  o  isə  yox.  Oyunun  sirləri  onun  üçün  açılmadı. 
Cenevyeva bu möcüzələrdən baş aça bilmədi. Əksinə, Oyun 
onun  üçün  daha  anlaşılmaz  oldu.  Niyə  bu  adamları  öz 
cazibəsi  altına  alır.  Co  bu  kobud,  gərginlikdən  qabaran 
əzələlərdə,  bu  amansız  çarpışmalarda,  möhkəm  ağrı  verən 
dəlicəsinə  zərbələrdə  nə  görüb.  Yəni  bu,  qızın  onun  üçün 
yaratmaq  istədiyi  rahatlıq,  firavanlıq,  ürəkaçan  sakit 
sevincdən  üstün  oldu?!  Oğlanın  qəlbini,  düşüncəsini  ələ 
almaq  üçün  o,  oyundan  daha  səxavətlidir,  daha  qiymətli 
hədiyyələr bəxş edir, ancaq oğlanı onların ikisi də cəzb edir, 
qızı  bağrına  basır,  özü  qıza  baxmır,  gizli  məlahətli 
Cenevyevaya  aydın  olmayan  adamın,  yoldan  çıxaranın 
çağırışına qulaq asır. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə