Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə15/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   11   12   13   14   15   16   17   18   ...   59

www.vivo-book.com 
 
72 
Qonq  çalındı.  Raund  Pontanın  küncündəki  klinç  ilə 
qurtardı.  Cavan,  rəngi  qaçmış  sekundant  meydana  atılıb, 
Coyu qucağına alıb qaça-qaça onu üzbəüzdəki küncə apardı, 
sekundantların hamısı tələsik onun ayaqlarını ovuşdurmağa, 
qarnını şappıldatmağa başladılar, tumanını aşağı çəkdilər ki, 
o dərindən nəfəs ala bilsin. İlk dəfə idi ki, Cenevyeva qarınla 
necə nəfəs alındığını görürdü, qızın fikrindən keçdi ki, o heç 
vaxt  tramvay  dalınca  qaçanda  belə  dərindən,  kəsik-kəsik 
nəfəs  almamışdı.  Sonra  qız  beyinə  işləyən  bərk  bir  qoxu 
duydu;  Conun  üzünə  naşatır  spirti  hopdurulmuş  süngər 
qoydular,  oğlana  naşatır  spirti  iylətdilər  ki,  ayılsın.  Co 
ağzını,  boğazını  yaxaladı,  bir  dilim  lumu  sordu,  bütün  bu 
vaxtı sekundantlar dəli kimi əl-üz dəsmalını onun qabağında 
yellədirdilər  ki,  ciyərlərinə  oksigen  dolsun,  qarşıdakı 
çarpışma  üçün  qanı  təmizlənib  damarlarından  axsın.  Onun 
isti çıxmış bədənini yaş süngərlərlə silir, başına isti butulka 
ilə su tökürdülər. 
 
VI FƏSİL 
 


www.vivo-book.com 
 
73 
Qonq  altıncı  raundun  başladığını  bildirdi,  rəqiblər  öz 
künclərindən  irəli  çıxdılar.  Su  damcıları  hələ  də  onların 
dərisi  üstündə  işıldayırdı.  Ponta  özünü  elə  sürətlə  irəli  atdı 
ki, onlar rinqin ortasında yox, Coyun küncünə yaxın hissədə 
tutaşdılar. Pontanın çalışdığı bu idi ki, rəqibi özünə gəlincə 
onun axırına çıxsın. Ancaq Co bu sınaqdan da çıxdı. Onun 
yenə  qüvvəsi  aşıb-daşırdı,  vaxt  keçdikcə  qüvvəsi  artırdı.  O 
rəqibinin  ilk  hücumunu  dəf  etdi,  sonra  özü  ona  elə  zərbə 
vurdu  ki,  Ponta  geriyə  yuvarlandı.  Co  elə  bir  hərəkət  elədi 
ki,  sanki  onun  dalınca  düşüb  tutmaq  istədi,  sonra  bu 
məqsədindən əl çəkib, Pontanın onun zərbəsinə cavab olaraq 
yağdırdığı arasıkəsilməz zərbələri sakitcə dəf etdi.  
Döyüş  əvvəlki  kimi  keçirdi;  Co  özünü  müdafiə  edir, 
Ponta isə hücumlarına davam edirdi. Ancaq Ponta narazı idi, 
hər  an  o  nə  qədər  qəzəblə  hücum  edirdisə  belə,  rəqib  ona 
cavab  zərbəsi  endirə  bilirdi.  Co  qüvvəsini  mühafizə  edirdi. 
Pontanın on zərbəsinə o bircə zərbə ilə cavab verirdi, ancaq 
bir şey var idi ki, zərbəsi həmişə düz hədəfə dəyirdi. Ponta 
hücumda  Codan  qüvvətli  idi,  ancaq  onun  öhdəsindən  heç 
cürə  gələ  bilmirdi,  Coyun  hərdənbir  endirdiyi,  məharətli 


www.vivo-book.com 
 
74 
zərbələr  göstərirdi  ki,  o  qorxulu  rəqibdir.  Ponta  bunu  başa 
düşüb,  özünü  ələ  aldı.  O,  ilk  raundlarda  olduğu  kimi  çox 
götür-qoy  etmədən  rəqibini  bir  zərbə  ilə  yox  etmək  üçün 
Coyun üzərinə atılmırdı. 
Döyüş səhnəsi göz qabağındaca dəyişilirdi. Tamaşaçılar 
bu  dəyişikliyi  o  dəqiqə  hiss  etdilər,  hətta  Cenevyeva  da 
doqquzuncu  raund  başlananda  başa  düşdü.  Co  hücuma 
keçdi. İndi Ponta klinçdə deyildi, o rəqibinin belinə ölümcül 
zərbələr  endirirdi.  O  belə  ölümcül  zərbəni  klinçdə  olanda, 
bir də ki, sonrakı hər bir klinçdə endirirdi. O, klinçdən çıxıb 
Pontaya, aşağı kürəyinin altına, ya da çəpinə çənəsinə, ya da 
ki,  düz  dodaqlarına  vururdu.  Ancaq  Ponta  Coya  zərbələr 
yağdırmaq  arzusuna  düşən  kimi  o,  düşməndən  qaçıb 
uzaqlaşır, üz-gözünü örtürdü. 
Beləliklə,  iki  raund  da  keçdi,  sonra  biri  də,  Pontanın 
qüvvəsi yavaş-yavaş da olsa, tükənirdi. İndi Coyun öhdəsinə 
bir vəzifə düşürdü – rəqibinə bir yox, on yox, zərbəni zərbə 
dalınca  endirməklə  Pontanın  tükənməz  qüvvəsinin  axırına 
çıxsın.  Co  ona  nəfəs  dərməyə  imkan  vermədi,  o  Pontanı 
addımbaaddım  izləyirdi,  onun  irəli  uzatdığı  sol  ayağı  cod 


www.vivo-book.com 
 
75 
brezentin  üzərində  taqqıldayırdı.  Sonra  Co  pələng  kimi 
sıçrayıb rəqibinin üstünə atılırdı, ona bir zərbə, ya da ki, bir 
neçə zərbə endirib, ildırım sürəti ilə kənara sıçrayıb yenidən 
Pontanın  üzərinə  atılırdı.  Ponta  öz  növbəsində  hücuma 
keçəndə,  Co  üz-gözünü  möhkəm  örtür,  sonra  yenə  inamla 
rəqibinə hücum edirdi, sol ayağını irəli taqqıldadırdı. 
Ponta yavaş-yavaş, aramsız olaraq zəifləyirdi. Artıq heç 
kəsi yarışın nəticəsi narahat etmirdi. Tamaşaçılar: 
– Co! Bizim Co! – deyib qışqırır, gənc boksçuya hüsn-
rəğbətlərini və heyranlıqlarını bildirirdilər. 
Camaat istehza edirdi: 
– Adam mərci heç uduzmaq istəmir! 
– Ponta, onun niyə axırına çıxmırsan? Çıx görək! 
Növbəti  raund  qurtaranda  Pontanın  sekundantları  var 
qüvvələri ilə ona qulluq edirdilər. Onlar Pontanın tükənməz 
qüvvəsinə,  dözümlülüyünə  daha  inanmırdılar.  Cenevyeva 
onların  işinə  göz  qoyur,  gənc,  rəngi  qaçmış  sekundantın 
Coya verdiyi məsləhətlərə fikir verirdi. 
O deyirdi: 


www.vivo-book.com 
 
76 
–  Tələsmə.  Ponta,  düzdü,  gücdən  düşüb,  ancaq  sən 
tələsmə. Mən ona yaxşı bələdəm, onun axırdan-axıra zərbəsi 
qalır. Mən onun necə əzişdirdiklərini görmüşəm, baxana elə 
gəlirdi  ki,  axırı  çatıb,  ancaq  axırıncı  zərbəni  ehtiyat  üçün 
saxlayır. Yadımdadır, Mikki Salliven onu lap əldən salmışdı, 
altı  dəfə  bir-birinin  dalınca  ona  nokdaun  vəziyyətinə 
salmışdı, Pontanın niyyəti sonradan məlum oldu. Ponta onun 
çənəsinə  bir  zərbə  endirdi,  Mikki  gözlərini  ancaq  iki 
dəqiqədən sonra açıb soruşdu ki, nə olub? Odur ki, ona göz 
qoy, ehtiyatlı ol, həddini aşma. Mən mərc gəlmişəm ki, sən 
udacaqsan,  ancaq  hələ  də  pulun  cibimdə  olduğuna  bir  o 
qədər də inanmıram. 
Pontanın  üstünə  su  tökdülər.  Qonq  səslənəndə 
sekundantlardan  biri  butulkanın  suyunu  onun  başına 
əndərdi.  Ponta  rinqin  ortasına  çıxdı,  sekundant  onun 
üzərində  başı  üstə  çevrilmiş  butulka  tutmuşdu.  Hakim 
sekundantın üstünə qışqırdı,  o  yolda butulkanı  atıb  rinqdən 
qaçıb  getdi,  butulka  döşəmə  boyu  yumbalandı,  içindəki  su 
töküldü; hakim təpiklə onu burazdan kənara atdı. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə