Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

www.vivo-book.com 
 
77 
Bütün  güləşmə  vaxtı  Cenevyeva  bir  dəfə  də  olsun 
Coyun üzündə, mebel mağazasında səhər ertə qıza boksdan 
danışanda olan ifadəni sezmədi. Bəzi raundlarda onun sifəti 
lap  cavan,  uşaq  üzünə  bənzəyirdi.  Ponta  ona  ən  ağır 
zərbələrini  endirəndə  Coyun  sifəti  boz,  qaşqabaqlı  olurdu, 
sonralar  isə  vaxt  ötsün  deyə,  rəqibindən  bərk  yapışanda 
oğlanın  sifəti  kədərli  ifadə  alırdı.  Ancaq  indi  o,  rəqibindən 
qorxmurdu,  təşəbbüsü  o  əlinə  almışdı.  Bu  vaxt  Cenevyeva 
onun boksçu sifətini gördü. Görüb diksindi, Co ondan gör nə 
qədər  uzaqda  idi!  Qız  elə  bilirdi  ki,  ona  yaxşıca  bələddir, 
oğlanın ixtiyarı ondadır, ancaq sanki bu poladdan tökülmüş 
sifət,  polad  kimi  möhkəm  dodaqlar,  bu  polad  kimi  soyuq 
şəfəq  saçan  gözlər  tamamilə  yad  idi.  Cenevyevanın 
fikrindən  keçdi:  “Elə  bil  Allahdan  buyruq  almış  əzraildir 
durub, sir-sifəti daşa dönüb”. 
Ponta  çalışdı  ki,  ilk  raundlarda  hücumunu  təzələsin, 
ancaq  Co  onun  çənəsinə  bir  zərbə  ilişdirdi!  Co  rəqibinə 
nəfəsini dərməyə bir an belə macal verməyib, rəqibini inadla 
izləyirdi.  On  üçüncü  raundun  axırında  Co  Pontanı  küncə 
sıxışdırdı.  Ponta  özünü  müdafiə  edirdi,  ancaq  Co  qüvvətli 


www.vivo-book.com 
 
78 
bir  zərbə  ilə  Pontanı  diz  çökməyə  məcbur  etdi.  Onuncu 
saniyədə o ayağa qalxdı, istədi ki, klinç eləsin, ancaq Co onu 
kürəyinin  altına  dörd  zərbə  vurmaqla  qarşıladı,  qonq 
səslənəndə  Ponta  boğula-boğula  sekundantlarının  qolları 
üstünə yıxıldı. 
Co bütün rinq boyu qaça-qaça öz küncünə çəkildi. 
O, sekundantına dedi: 
– İndi bəxtim gətirər. 
Sekundant cavab verdi: 
– Hə, sən indicə onu yaxşıca üzdün. İndi ancaq təsadüf 
onun  köməyinə  çata  bilər.  Ancaq  hər  halda  ehtiyatı  əldən 
vermə. 
Co dizlərini qatlayıb özünü irəli verdi, starta hazır olan, 
işarə  gözləyən,  bərk  qaçan  idmançı  kimi  dayandı.  Qonqun 
səsi  gələn  kimi  o,  iki  sıçrayışla  sekundantların  dövrəyə 
aldığı kətildən duran Pontanın başının üstünü aldı. Burdaca, 
o  sekundantların  arasındaca  Co  ona  sağ  yumruğu  ilə  zərbə 
endirib  yıxdı.  Ponta  vedrələrin,  kətillərin,  sekundantların, 
qarmaqarışıqlığın  arasından  çıxan  kimi  Co  onu  ikinci  dəfə 
yıxdı. Ponta öz küncündən çıxmağa macal tapmayıb üçüncü 


www.vivo-book.com 
 
79 
dəfə  yıxıldı.  Elə  bu  vaxt  Co,  nəhayət,  coşmuş  burulğana 
döndü. Cenevyeva onun “Yaxşıca göz qoy,  mənim nə vaxt 
hücuma  keçdiyimi  başa  düşərsən”,  –  sözlərini  yaxşı 
xatırlayırdı.  Tamaşaçılar  da  onu  yaxşıca  başa  düşdülər. 
Bütün salon ayağa qalxmışdı, yorulmaq bilmədən bağırırdı. 
Cenevyeva  izdihamın  bu  qana  həris  qışqırığını  eşidəndə 
fikrindən  keçirtdi  ki,  ac  qurdlar  da  yəqin,  bu  cür  ulaşırlar. 
İndi  qız  sevgilisinin  qələbəsinə  şübhə  etməyəndə,  ürəyində 
Pontaya yazığı gəldi. 
Ponta  özünü  zərbələrdən  uzaqlaşdırmaq,  onları  dəf 
etmək, zərbələrdən can qurtarmaq, klinç olmaq istəyirdi. Co 
ona  aman  vermirdi.  Nokdaun  nokdaun  dalınca  idi.  Ponta 
üzüstə,  böyrü  üstə  brezentin  üstünə  düşürdü,  həm  klinçdə 
olanda,  həm  klinçdən  kənarda  qüvvətli,  ölümcül  zərbələr 
alırdı.  Bu  yumruqlardan  beyni  dumanlanırdı,  əzələləri 
möhkəmliyini  itirirdi.  Co  onu  küncə  qovub  salır,  təzədən 
oradan  çıxarır,  burazların  üstünə  yıxır,  gözləyirdi  ki,  o 
qəddini  düzəltsin,  yenə  yıxırdı.  Ponta  havanı  yumruqlayır, 
yumruğunu  aparıb-gətirir,  boşluğu  yumruqlayırdı.  Onda 
insanlıqdan  əsər-əlamət  qalmamışdı  –  bu,  qəzəbli,  nərə 


www.vivo-book.com 
 
80 
çəkən,  qovulub  əldən  salınan  vəhşi  heyvan  idi.  O,  dizləri 
üstdə düşür, elə buradaca ləngər vura-vura onuncu saniyənin 
başa  çatmasını gözləmədən  ayağa qalxır, ancaq  Co onu bir 
zərbə ilə burazların üstünə atırdı. 
Döyülmüş,  əldən  düşmüş,  ayaq  üstə  güclə  dayanan, 
boğula-boğula  ağzını  açıb  nəfəs  alan,  xırıldayan,  gözləri 
şüşəyə dönmüş Ponta rinqdə özünü ora-bura çırpır, hələ də 
rəqibinə  qalib  gəlməyə  çalışırdı.  O  gülünc  vəziyyətə 
düşmüşdü, həm də özünü axıradək məğlubedilməz sayaraq, 
inadla mübarizə aparmaq cəhdinə görə dahi idi. 
Birdən  Coyun  ayağı  yaş  brezentdə  sürüşdü.  Ponta  qan 
sağılmış  gözləri  ilə  bunu  gördü,  o  başa  düşdü  ki,  hələ  də 
ümid  var.  O,  bir  an  içində  qüvvələrini  səfərbər  edərək 
ildırım sürəti ilə düz hədəfə, onun çənəsinə zərbə vurdu. Co 
dalı  üstdə  yıxıldı.  Cenevyeva  yıxılarkən  onun  bədəninin 
necə gücdən düşdüyünü, onun peysərinin brezentlə örtülmüş 
döşəməyə taqqıltı ilə dəyməsini eşitdi.  
Tamaşa  salonundakı  səs-küy,  qışqırıq  yatdı.  Hakim 
yerə  sərələnmiş  Coyun  üstünə  əyilərək  saniyələri  sayırdı. 
Ponta  səndələyərək  bir  neçə  addım  kənara  atıldı,  dizi  üstdə 


www.vivo-book.com 
 
81 
çökdü.  O,  çətinliklə  ayağa  qalxdı,  üzünü  salondakılara 
çevirib  tamaşaçıları  həddindən  artıq  nifrət  yağan  baxışlarla 
gözdən  keçirdi.  Onun  ayaqları  əsirdi,  dizləri  qatlanırdı, 
sinəsindən  xırıltılı  səslər  çıxırdı.  O,  ləngər  vurdu,  arxaya 
yırğalandı, kor-koranə burazdan yapışdı ki, yıxılmasın, onun 
üstündən  sallandı,  iki  qatlandı,  lap  əldən  düşüb  başını  çox 
aşağı saldı,  öz bədənini  idarə  edə bilmədi.  Hakim  həlledici 
on saniyəni saydı, əlini Pontaya tərəf uzatdı, bu o demək idi 
ki, o qalib gəlib. 
Tamaşaçılardan heç biri əl çalmadı, Ponta da sürünənlər 
kimi  burazın  altından  sürüşüb  keçdi,  sekundantlar  qoluna 
girdilər,  salondan  keçirib,  yan  keçiddən  apardılar.  Co 
əvvəlki kimi hərəkətsiz uzanmışdı. Sekundantlar onu ayağa 
qaldırdılar,  küncə  aparıb  kətilin  üstündə  oturtdular. 
Tamaşaçılardan  bəziləri  meydançaya  çıxdılar,  ancaq 
yaxınlıqdakı polislər onları kobudluqla qovaladılar. 
Cenevyeva  bütün  bunlara  gözcükdən  tamaşa  edirdi.  O 
çox  da  bərk  həyəcan  keçirmirdi.  Onun  sevgilisi  məğlub 
olub,  bu  oğlan  üçün  çox  böyük  məyusluqdur,  qızın  da  ona 
yazığı gəldi, iş də bununla qurtardı. Bəlkə də belə yaxşıdır. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə