Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə18/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

www.vivo-book.com 
 
87 
ayağa qalxmaqda kömək etdi. O etiraz etmirdi. Qız hələ də 
yuxuda idi. Qoca onun qoluna girib qapıya tərəf apardı. 
Lotti qışqırdı: 
– Niyə onu öpmürsən? 
Coyun  bacısının  tünd  qəmgin  gözlərində  qəzəbli 
məzəmmət  göründü.  Cenevyeva  mütiliklə  meyitin  üstünə 
əyilib  dodaqlarını  Coyun  hələ  də  isti  olan  dodaqlarına 
söykədi. Qapı qızın qarşısında açıldı, qız o biri otağa keçdi. 
Missis  Silverstayn  orda  idi,  qıza  qəzəblə  baxdı,  o, 
Cenevyevanın  kişi  paltarında  olduğunu  görəndə  gözlərində 
kinli  qığılcımlar  parıldadı.  Silverstayn  yalvarıcı  baxışlarla 
qəzəbli arvadına baxdı, ancaq arvad coşdu nə coşdu: 
–  Sənə  nə  demişdim?  Hə,  nə  oldu,  könlündən  boksçu 
keçirdi!  İndi  qəzetlərin  hamısında  adın  çəkilər,  onda 
bilərsən.  Rinqdə  kişi  paltarında  görünür!  Ah,  bu  utanmaza 
baxın! Ah, yaramazın biri yaramaz. Ah, səni... 
Ancaq arvadın sözü ağzında qaldı, göz yaşları sel kimi axdı, 
müqəddəs  ana  məhəbbəti  ilə  od  tutub-yanan  nahamar, 
gülünc  arvad  totuq  əllərini  irəli  uzadıb  ağzını  açıb 
danışmayan  Cenevyevaya  yaxınlaşdı,  onu  sinəsinə  sıxdı. 


www.vivo-book.com 
 
88 
Arvad  ara  vermədən  başa  düşülməyən  mehriban  sözlər 
deyə-deyə qızı qabağa-dala yelləyərək öz ağır, böyük əli ilə 
onun çiynini sığallayırdı. 
 
Balıqçı patrulun hekayələri 
 
AĞLAR VƏ SARILAR 
 
San-Fransisko  körfəzi  elə  genişdir  ki,  çox  vaxt  orda 
cövlan  edən  qasırğalar  okean  gəmisi  üçün  okeandakı  ən 
dəhşətli pis havalardan da təhlükəli olur. Bu körfəzdə hansı 
balıqdan deyirsən var, bilsəniz ki, dəlisov qoçaqlardan ibarət 
nə kimi balıqçı gəmiləri onun sularını yarıb keçir. Balığı bu 
cürbəcür tör-töküntülərdən qoruyan çoxlu ağılla düşünülmüş 
qanunlar  var,  xüsusi  balıqçı  patrulu  bu  qanunların  hökmən 
yerinə  yetirilməsinə  göz  qoyur.  Patrul  dəstələrinin  taleyi 
həyəcanlı  və  dəyişkən  olur:  onlar  tez-tez  məğlub  olub  geri 
çəkilirlər, özününkülərdən bəzilərinin ölüsü qalır, ancaq bir 
çox hallarda brakonyerləri cinayət başında qanunsuz yerdə – 
öz toruna atan yerdə yaxalayıb öldürür, qələbə ilə qayıdırlar. 


www.vivo-book.com 
 
89 
Balıqçılar  içərisində  çinli  krevetka
12
  ovlayanlar  ən 
təhlükəli  adamlar  idi.  Krevetlər  adətən,  dənizin  dibi  ilə 
saysız-hesabsız  sürülərlə  sürünürlər,  ancaq  özlərini  şirin 
sulara  çatdıranda  tələsik  geri  dönürlər.  Çinlilər  suyun 
qabarma  və  çəkilməsindən  istifadə  edərək  körfəzin  dibinə 
əkmə tor kisələr atırlar, krevetlər üzüb bura, burdan da düz 
qaynar qazana düşürlər. Əslində bunun pis bir cəhəti yoxdur
ancaq bədbəxtlik bundadır ki, torun gözləri elə balacadır ki, 
kürüdən təzəcə çıxmış uzunluğu dörddə bir düymdən az olan 
körpələr  belə  burdan  çıxa  bilmir.  Çinli  balıqçıların 
qəsəbələri  yerləşən  Pedro  və  Pablo  burnuna  –  bu  gözəl 
sahillərə yaxın düşmək mümkün olmur. Orda iylənmiş balıq 
üst-üstə  yığılır,  bu  üfunət  havanı  korlayır.  Balıqçı  patrul 
dəstəsi də balığın belə mənasız şəkildə tələf edilməsinə qarşı 
çıxmalı idi. 
Mənim  on  altı  yaşım  var  idi,  mən  yelkənli  gəmini  çox 
yaxşı  sürürdüm,  körfəzə  beş  barmağım  kimi  bələd  idim, 
                                                 
12
Krevetka – xırda dəniz xərçəngi (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
90 
balıqçılıq  şirkəti  mənim  “Şimal  maralı”  şlyupumu
13
  icarə 
edəndə  mən  də  hələlik  patrul  dəstəsinin  köməkçilərindən 
biri  olmalı  idim.  Yuxarı  körfəzdə  və  ona  tökülən  çaylarda 
azğınlıq  edən,  bir  şey  olan  kimi  bıçağa  əl  atan,  üstlərinə 
tapança  çəkiləndə  təslim  olan  yunan  balıqçıları  ilə  çox 
əlləşib  yorulmuşduq  ki,  bizi  azğınlıq  edən  saysız-hesabsız 
krevet  ovlayanları  sakitləşdirmək  üçün  Aşağı  körfəzə 
göndərəndə sevincək olduq. 
İki  gəmidə  altı  nəfər  idik,  şübhə  oyatmayaq  deyə, 
axşamdan  yola  düşüb  Pinol  burnunun  nəzərə  çarpmayan 
sıldırım  sahillərində  lövbər  saldıq.  Şərqdə  dan  yeri  təzəcə 
sökülürdü  ki,  lövbəri  yığışdırıb  sahil  küləyinin  çəpinə 
gedərək, körfəzdən keçib  Pedro burnuna üz  tutduq. Ətrafda 
göz-gözü  görmürdü,  suyun  üstünə  sübh  çağının  soyuq 
dumanı  çökmüşdü, biz  də donmayaq  deyə  isti qəhvə  içdik. 
Bundan  başqa,  biz  çox  xoşagəlməz  işlə  məşğul  olmağa 
başladıq.  “Şimal  maralının”  içinə  dolan  suyu  boşaltmağa 
başladıq,  gəmi  nədənsə  deşilmişdi.  Demək  olar  ki,  bütün 
                                                 
13
Şlyup – yelkənli gəmi növü (Tərc.qeydi). 


www.vivo-book.com 
 
91 
gecəni  vurnuxduq,  ballastları
14
  ora-bura  daşıdıq,  oyuqlara 
baxdıq,  ancaq  ha  əlləşdiksə,  bir  nəticə  hasil  olmadı,  suyun 
hardan dolduğunu tapmadıq. Su get-gedə artırdı, biz də istər-
istəməz  darısqal kokpitdə
15
  belimizi  əyərək  suyu  boşaltmalı 
olurduq. 
Qəhvə  içəndən  sonra  bizlərdən  üçümüz  Kolumbiya 
çayındakı başqa yelkənli qayığa keçdik – onda əvvəllər qızıl 
balıq  ovlayırdılar,  üç  nəfər  isə  “Şimal  maralında”  qaldı. 
Gəmilər  ikisi  də  üfüqdən  günəş  görününcə  yanaşı  üzürdü. 
Günəşin  isti  şüaları  görünməz  dumanı  dağıtdı,  gözlərimiz 
qarşısında  şəkildəki  kimi  o  ucundan  bu  ucunacan  üç  mil 
olan  geniş  yarım  dairə  şəklində  düzülmüş  xeyli  Çin 
conkası
16
göründü,  hər  conka  əkmə  torun  siqnal 
                                                 
14
Ballast – qursa, gəminin tarazlığını saxlamaq üçün götürülən yük və başqa ağırlıq 
(Tərc. qeydi).
 
15
Kokpit – kiçik yelkənli gəmilərdə, motorlu katerlərdə göyərtənin qabaq hissəsində 
üstü açıq kayutlara yolu olan yer (Tərc. qeydi). 
16
Conka – yelkən gəmisi (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə