Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə20/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

www.vivo-book.com 
 
97 
baxa-baxa, öz adamlarından üçünü “Şimal maralı”na apardı. 
O  dəqiqə  burazlar  yığdıq,  kliveri  qaldırmadan  şlyupu 
Corcun  atıldığı  conkaya  yönəltdim.  Ona  yaxınlaşanda  mən 
rahat  nəfəs  aldım,  çünki  indi  biz  iki  nəfər  idik,  bir  də  ki, 
çoxa  çox  qalanda  Corcun  tapançası  var  idi.  Bu  conkada 
birincidə  olduğu  kimi  etdik,  çinlilərdən  dördünü  şlyupa 
götürüb, birini gəmidə gözətçi qoyduq. 
Sonra biz üçüncü conkadan da dörd çinli götürdük. Bu 
vaxt yelkənli çay gəmisi də on iki əsir alıb, içərisi sərnişinlə 
dolu  bizə  yaxınlaşdı.  Tərslikdən  gəmi  elə  balaca  idi  ki, 
çinlilərin  dövrəyə  aldığı  patrullar  əl-qollarını  tərpədə 
bilmirdilər, patrullar bu əsirlərinə qarşı gücsüz olacaqdılar. 
Le Qrant dedi: 
– Dostlar, dadımıza çatın. 
Mən  kayuta  doluşan  və  budkanın  damına  çıxan  öz 
əsirlərimi gözdən keçirtdim. 
Dedim: 
– Üçünü biz götürə bilərik. 
Le Qrant xahiş elədi: 


www.vivo-book.com 
 
98 
–  Dördünü  götür,  hesab  düz  gəlsin.  Billi  isə  mənə  ver 
(Bill  “Şimal  maralının”  üçüncü  gözətçisidir.).  Burda 
tərpənməyə yer yoxdur, dava-dalaş qopsa, hər iki çinliyə bir 
patrul bəs eləyər. 
Biz  belə  də  etdik,  bundan  sonra  Le  Qrant  yelkənləri 
dikəltdi,  onun  gəmisi  körfəzlə  San-Rafael  çayının  bataqlıq 
mənsəbinə doğru yollandı. Mən kliveri qaldırıb onun dalınca 
yola  düşdüm.  Bizim  əsirləri  hökumət  dairələrinə  təhvil 
verməli  olduğumuz  San-Rafael  şəhəri  körfəzdə  ancaq  su 
qabaran vaxt gəmi üzə bilən uzun və ilan kimi burulan çayla 
bağlı  idi.  İndi  qabarma  qurtarırdı,  suyun  çəkilməsinə  az 
qalırdı,  gərək  tələsəydik  ki,  o  biri  qabarmanı  yarım  gün 
gözləməyəydik.  Ancaq  günəş  üfüqdən  qalxdıqca,  sahil 
küləyi lap yavaşıyırdı, külək indi hərdənbir ani şiddətlə əsib 
yatırdı.  Le  Qrantın  gəmisi  avarlarla  hərəkət  edirdi,  tezliklə 
bizi  çox  arxada  qoydu.  Çinlilərdən  bir  neçəsi  kokpitdə 
göyərtənin  lyukuna
24
  doluşub  dayanmışdılar,  bir  dəfə 
kokpitin  tutacağının  üstündən  kliver-şkotu  yığmaq  üçün 
                                                 
24
Lyuk – anbar ağzı (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
99 
əyiləndə, kiminsə tələsik mənim cibimi yoxladığını gördüm. 
Mən  bunu  sezdiyimi  bildirmədim,  ancaq  gözümün  ucu  ilə 
Sarı Yaylığın necə sevindiyini gördüm, o əmin oldu ki, onu 
qorxudan cib boş imiş. 
Tərslikdən,  conkaların  dalınca  düşəndə  biz  şlyupun 
suyunu  boşaltmağı  yaddan  çıxarmışdıq,  indi  su  kokpitə 
dolurdu.  Çinlilər  barmaqları  ilə  suyu  mənə  göstərir  və  sual 
dolu baxışlarını üzümə zilləyirdilər. 
Dedim: 
–  Hə,  əgər  səninkilər  suyu  boşaltmasa,  biz  tezliklə 
suyun dibinə gedərik. Başa düş! 
Yox,  onlar  başa  düşməz,  buna  baxmayaraq  özlərinin 
hədərən-pədərən  dillərində  çox  bəlağətlə  danışır,  başlarını 
qətiyyətlə tərpədirdilər. 
Mən  üç-dörd  taxta,  ərzaq  sandığından  iki  dənə  vedrə 
çıxartdım, tamamilə aydın işarələrlə çinliləri başa saldım ki, 
işə girişsinlər. Ancaq onlar mənim üzümə gülüb lap sakitcə 
kayuta qayıtdılar və təzədən budkanın damına dırmaşdılar. 
Çinlilərin  gülüşü  yaxşı  bir  şey  bildirmirdi.  Bu, 
hədələyici  səslənirdi,  onlar  bizə  nifrətlə  baxırdılar.  Sarı 


www.vivo-book.com 
 
100 
Yaylıq  mənim  silahsız  olduğumu  biləndə  lap  həyasızlaşdı, 
əsirlər  arasında  gəzişərək  onları  üst-üstdən  nəyəsə  təhrik 
edirdi.  Pərtliyimi  gizləyərək,  aşağı  kokpitə  düşdüm.  Özüm 
suyu  boşaltmağa  başladım.  Ancaq  mən  əlimə  vedrəni  alan 
kimi başımın üstündə kik
25
  səsi  eşidildi,  gəmi  birdən  başqa 
istiqamətə keçdi, orta yelkənə külək doldu, şlyup yana yatdı. 
Bu,  dənizdən  əsən  külək  idi.  Corc  əsl  quru  adamı  idi,  ona 
görə  də  vedrəni  atıb  təzədən  rumpeldən  yapışmalı  oldum. 
Külək  uca  dağların  dövrəyə  aldığı  Pedro  burnu  tərəfindən 
əsirdi,  ona  görə  də  məkrli  və  şiddətli  idi;  yelkənlər  gah 
küləklə  dolur,  gah  da  boş-boşuna  reylərdə
26
  yaxalanırdı. 
Corcdan  heç  fayda  yox  idi,  mən  ömrümdə  belə  aciz-avara 
adam görməmişdim. Hər şeydən əlavə, onda vərəm xəstəliyi 
var idi, onu suyu boşaltmağa məcbur eləsəydim, sinəsindən 
qan açıla bilərdi. Su isə get-gedə artırdı, ləngimək olmazdı. 
Mən  çinlilərə  təzədən  əmr  elədim  ki,  vedrələri  götürüb  işə 
başlasınlar. Onlar həyasız-həyasız qəhqəhə çəkdilər, kayutda 
                                                 
25
Kik – fırlanan üfüqi dor ağacı, qabaq tərəfinin ucu dor ağacına, yelkənin aşağı ucu 
buna bənd edilir (Tərc. qeydi).
 
26
Rey – gəmidə yelkənlərin asılması üçün üfüqi ağaclar (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
101 
topuğunacan  suyun  içində  olanlar  damın  üstündə  oturmuş 
həmtayfaları ilə bərkdən danışmağa başladılar. 
Corca dedim: 
– Tapançanı çıxarıb onları işləməyə məcbur et. 
Ancaq o başını tərpətməklə yox cavabı verdi, mən başa 
düşdüm ki, o qorxur. Çinlilər də bunu başa düşdülər, onların 
həyasızlığı  lap  həddini  aşdı,  kayutdakı  içində  ərzaq  olan 
yeşikləri  sındırdılar,  daxmanın  damında  oturanlar  aşağı 
atıldı, hamı birlikdə bizim qaletləri və konservləri yeyib kef 
eləməyə başladılar.  
Corc titrək səslə dilləndi: 
– Əşi, yeyirlər yesinlər də, cəhənnəmə ki. 
Gücsüz qəzəbdən boğulurdum: 
– Əgər onlar itaətdən çıxsalar, gec olar. Yaxşısı budur, 
onları o dəqiqə yerlərində oturdaq. 
Su  isə  getdikcə  çoxalır,  sahildən  əsən  daimi  küləyin 
şiddəti  get-gedə  artırdı.  Əsirlərimiz  həftəlik  azuqəmizin 
axırına çıxıb külək sakitləşən kimi gəminin bir kənarından o 
birisinə  qaçır,  şlyup  ləngər  vurur,  suyun  üzündə  yumurta 
qabığı  kimi  atılıb-düşürdü.  Sarı  Yaylıq  mənə  yanaşıb 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə