Cek london oyun



Yüklə 4.58 Kb.

səhifə21/59
tarix25.07.2018
ölçüsü4.58 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

www.vivo-book.com 
 
102 
kəndləri  yerləşən  Pedro  Burnu  sahilini  göstərib  dedi  ki, 
gəmini o tərəfə döndərib sahildə onları düşürsəm, onlar suyu 
boşaldarlar.  Kayutda  su  çarpayılara  çatmışdı,  döşəkağılar 
islanmışdı,  Kokpitdə  suyun  dərinliyi  bir  futa  çatırdı.  Buna 
baxmayaraq, mən təklifdən tamam boyun qaçırdım. Corcun 
sir-sifətindən narazılıq yağırdı. 
Ona dedim: 
– Kişi ol, yoxsa onlar bizi düz suyun içinə tullayarlar. 
Yaxşısı budur, tapançanı bəri ver. 
O qorxaqcasına dilləndi: 
– Onları sahilə çıxarsaydıq, yaxşı olardı. Düzü, mən bu 
əclaf çinlilərin ucbatından batmaq istəməzdim. 
Mən də coşqunluqla dedim: 
– Düzü, mənim də batmamaqdan ötrü həyatımı bu əclaf 
çinlilərə etibar etməyə heç bir həvəsim yoxdur. 
O zarıdı: 
–  Axı  sən  “Şimal  maralı”nı  onlarla  biz  də  içində 
batırarsan. Başa düşmürəm ki, bunun nəyi yaxşıdır... 
Mən onun sözünü yarımçıq kəsdim: 
– Nə eləmək olar... 


www.vivo-book.com 
 
103 
O  susdu,  ancaq  onun  canına  titrəmə  düşdüyünü 
gördüm.  Çinlilərin  hədəsi,  suyun  get-gedə  çoxalması  onun 
olan-qalan  qoçaqlığını  da  əlindən  aldı.  Mən  bilirdim  ki,  o 
canını  xilas  etmək  üçün  heç  bir  şeydən  çəkinməz.  Mən 
Corcun  şlyupun  arxasında  buksirdə  gələn  balaca  yalikə
27
 
həsrətlə baxdığını görüb, küləyin şiddəti bir azca yatan kimi 
yaliki  şlyupun  yanına  dartdım.  Corcun  gözlərində  ümid 
parıldadı,  ancaq  o  mənim  niyyətimdən  baş  açınca  yalikin 
nazik  dibini  balta  ilə  böldüm,  yalik  tamamilə  suyun  içinə 
yatdı. 
Dedim: 
–  Batanda  birlikdə  batarıq.  Tapançanı  bəri  ver,  mən 
onları məcbur edərəm, suyu göz açıb-yumunca boşaldarlar. 
Corc zarımağa başladı: 
– Axı gör onlar nə qədərdir! Öhdələrindən heç cürə gələ 
bilmərik. 
Qəzəblə  arxamı  onlara  çevirdim.  Le  Qrantın  yelkənli 
gəmisi  Marin  arxipelaqı  adı  ilə  məşhur  olan  balaca 
                                                 
27
Yalik – iki və ya dördaylıq qayıq (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
104 
arxipelaqın  dalında  görünməz  olmuşdu,  ondan  kömək 
gözləməyin  mənası  yox  idi.  Sarı  Yaylıq  heç  şeydən 
çəkinmədən mənə yaxınlaşdı, kokpitdəki su onun ayaqlarını 
yalayırdı.  Onun  görkəmindən  xoşum  gəlmirdi.  Üzünə 
xoşagələn  təbəssümlü  ifadə  vermək  istəsə  də,  onun 
bədxahlığını  hiss  etdim.  Mən  ona  elə  zəhmli  səslə 
dayanmağı əmr etdim ki, o itaət elədi. 
Qışqırdım: 
–  Bir  addım  belə  atma!  Mənə  yaxınlaşmağa  cəsarət 
eləmə! 
O, narazılıqla soruşdu: 
– Niyə elə deyirsən? Mənim ingilis dilini çox-çox bilir. 
Narazılıqla qışqırdım: 
–  İngilis  dilini  bilir!  –  O  Corcla  mənim  aramdakı 
söhbəti yəqin ki, yaxşı başa düşüb. – Yalan deyirsən, heç nə 
bilmirsən. 
O dişlərini ağartdı: 
– Yox, mənimki çox-çox bilir. Mənim namuslu çinlidir. 
Dedim:  


www.vivo-book.com 
 
105 
–  Yaxşı.  İndi  ki,  bilirsən,  bil.  Gəl  suyu  boşalt,  sonra 
danışarıq. 
O başını tərpətdi, yoldaşlarına işarə etdi: 
– Heç cür olmaz. Pis adam, çox pis adam, hə, hə... 
Onun  əlini  qoltuğunun  altına  apardığını,  şlyupdan 
atılmağa hazırlaşdığını görüb qışqırdım: 
– Yerindən tərpənmə! 
O,  karıxıb  kayuta  qayıtdı,  orda  özününkülərlə  nə 
barədəsə 
qır-qır  qırıldatdı,  görünür,  özününkülərlə 
məsləhətləşirmiş.  “Şimal  maralı”  suya  möhkəm  oturmuşdu, 
ağırlaşmışdı,  sükanı  heç  cürə  tabe  olmurdu.  Bir  balaca 
qarmaqarışıqlıq  düşsəydi,  o,  hökmən  suyun  dibinə  gedərdi, 
ancaq  külək  zəif  idi,  o  suyun  üzünü  biləsən-bilməyəsən 
qırışdırırdı. 
Corc birdən dedi: 
– Bura bax, gəmini sahilə döndərsək yaxşı olar, – onun 
səsinin  ahəngindən  başa  düşdüm  ki,  qorxduğundan 
qətiyyətli olub. 
Dilləndim: 
– Heç vəchlə. 


www.vivo-book.com 
 
106 
O məni təhdid edərək dedi: 
– Sənə əmr edirəm. 
Cavabında dedim: 
– Əsirləri San-Rafaelə aparmağı mənə əmr ediblər. 
Biz,  demək  olar  ki,  qışqıra-qışqıra  danışırdıq,  çinlilər 
sözləşdiyimizi eşidib göyərtəyə çıxdılar. 
– Sahilə döndərirsən, ya yox? 
Corc  bu  sözləri  deyə-deyə  tapançanın  lüləsini  mənə 
tuşladı, bu qorxaq tapançanı çinlilərə tuşlamağa qorxdu, indi 
isə onunla yoldaşını qorxudurdu. 
Sanki gecə qaranlığında ildırım çaxdı. Corcun rüsvayçı 
qorxaqlığı  nəticəsində  məni  nələr  gözlədiyini  aydınca 
təsəvvürümə gətirdim, əsirlərsiz biabırcasına geri qayıdıram, 
Le  Qrant  və  başqa  yoldaşlarla  rastlaşıram,  özümü  birtəhər 
təmizə  çıxarıram...  Brakonyerləri  izləyəndə  biz  riskə 
gedirdik,  ona  görə  də  belə  çətinliklə  əldə  etdiyimiz  qələbə 
lap  əlimizdən  çıxır.  Gözümün  ucu  ilə  görürdüm  ki  anbarın 
ağzına toplaşan çinlilər sevinə-sevinə biz tərəfə baxırlar. Siz 
öləsəniz, siz deyən olmayacaq! 


www.vivo-book.com 
 
107 
Tələsik oturdum, əlimlə tapançanın lüləsini cəld yuxarı 
elə itələdim ki, güllə düz başımın üstündən vıyıltıyla keçdi. 
Bir əlimlə Corcun biləyindən tutub, o biri əlimlə tapançadan 
yapışdım.  Sarı  Yaylıq  öz  adamları  ilə  üstümə  atıldı. 
Həlledici  an  gəlib  çatdı.  Var  gücümü  toplayaraq,  tapançanı 
Corcun  əlindən  alıb,  onu  özümdən  kənara  itələdim.  O,  Sarı 
Yaylığın  ayağı  altına  yıxıldı,  Sarı  Yaylıq  büdrədi,  onların 
ikisi  də  taxtaları  çıxartdığım  çalaya  düşdülər.  Elə  bu  an 
tapançanın  lüləsini  çinlilərə  tuşladım,  ağlını  itirmiş  əsirlər 
bir an içində büzüşüb geri çəkildilər. 
Ancaq tezliklə başa düşdüm ki, hücuma keçən adamlara 
atəş açmaqla itaət etmək istəməyənlərə atəş açmaq arasında 
böyük fərq var. Mən vedrəni üst-üstdən onlara göstərsəm də 
dediyimi heç cürə həyata keçirmək istəmirdilər. Tapança ilə 
onları hədələyirdim, onlar isə su basmış göyərtədə, budkanın 
damında oturub qalmışdılar. 
On  beş  dəqiqə  beləcə  keçdi.  “Şimal  maralı”  get-gedə 
dərinliklərə,  suyun  lap  dərinliklərinə  otururdu.  Külək 
əsmirdi, orta yelkən sallanıb suya toxunurdu. Sonra gördüm 
ki,  Pedro  burnu  tərəfdən  üstümüzə  nə  isə  qara  bir  zolaq 




Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə