Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

www.vivo-book.com 
 
113 
körpüsünə  yollandıq.  Bu  balaca,  çox  tutumlu,  Yuxarı 
körfəzin  balıqçılarına  torlar  və  qayıqlar  kimi  çox  gərəkli 
olan  barka
28
  idi.  İkimiz  də  Böyük  Alekin  barkasına  tamaşa 
etmək  istəyirdik.  Çünki  deyilənlərə  görə,  bu  barka  bir  çox 
qızğın  döyüşlərin  meydanı  olmuşdu,  başdan-başa  düşmən 
güllələrindən  dəlmə-deşik  edilmişdi.  Biz  taxta  tıxaclar 
keçirilmiş,  üstdən  rənglənmiş  dəlmə-deşik  izləri  görürdük, 
ancaq  bunlar  siz  deyən  bir  o  qədər  də  çox  deyildi.  Çarli 
mənim  məyusluğumu  görüb  güldü, ürəyimi  ələ  almaq  üçün 
üzən  evin  dövrəsində  onun  yiyəsi  Yunanların  kralını  sağ 
tutmaq,  ya  da  ki,  heç  olmasa  ölüsünü  ələ  keçirmək  üçün 
keçirilən reyddə başına gələnləri olduğu kimi mənə danışdı. 
Altısaatlıq  döyüşdən  sonra  patrul  dəstəsinin  üzvləri  zədəli 
qayıqlarda yoldaşlarından birini itirib, üçü yaralanmış halda 
geri  çəkildilər.  Ertəsi  günü  çoxlu  adam  götürüb  gələndə 
onlar  Böyük  Alekin  barkasından  ancaq  dirəklər  üstündə 
tikilmiş  körpü  qaldığını  gördülər.  Barkanın  özünü  xeyli 
müddət aylarla Syunsan qamışlığında gizlətdilər. 
                                                 
28
Barka – yük daşımaq üçün yastı dibli göyərtəsiz böyük çay gəmisi (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
114 
Mən soruşdum: 
–  Bəs  onu  niyə  qatillik  üstündə  dar  ağacından 
asmadılar?  Birləşmiş  Ştatların  mən  bilən,  onu  məsuliyyətə 
cəlb etməsi üçün imkanı var. 
Çarli cavab verdi: 
– O özü hökumət dairələrinə təslim olmuşdu, məhkəmə 
də oldu. Bu iş üçün əlli min dollar zərərə düşdü, bu işi ştatın 
ən  yaxşı  vəkillərinin  köməyi  ilə,  hər  cürə  prosessual 
fəndgirliklə  uddu.  Çayda  balıqçılıq  edən  bütün  yunanlar 
Böyük Alekə yardım etdilər. Böyük Alek onlara vergi təyin 
etdi,  əsl  kral  kimi  vergiləri  yığdı.  Əzizim,  Birləşmiş  Ştatlar 
bəlkə  qüdrətlidir,  ancaq  fakt  faktlığında  qalır.  Böyük  Alek 
Birləşmiş  Ştatların  ərazisində  torpaqları,  təbəələri  olan 
kraldır. 
– O buralarda nərə balığı ovlayanda nə edəcəksən? Axı 
o “Çin tilov ipi” ilə ovlayacaq. 
Çarli çiyinlərini çəkib mənalı-mənalı dedi: 
– Sağlıq olsun, görərik. 
Çin tilov ipi çinlilərin icad etdiyi çox fəndgir bir qurğu 
idi.  Lap  suyun  dibində  altı  düymdən  başlanmış  futa  qədər 


www.vivo-book.com 
 
115 
hündürlükdə  qarovullar  qursaların,  lövbərlərin  köməyi  ilə 
hər  bir  tilov  ipinə  minlərcə  qarmaq  ilişdirilir.  Bu  qurğuda 
qarmaqlar  ən  gərəklidir.  Qarmaq  diş-diş  deyil,  onun  uzun, 
konusşəkilli iynə kimi iti ucu var. Qarmaqlar bir-birindən bir 
neçə  düym  aralıda  asılır,  minlərcə  qarmağı  olan  belə  bir 
saçaq düz suyun dibində iki yüz sajınlıq sahədə asılı qalanda 
o  aşağıdan  yuxarı  üzən  balıq  sürüsü  üçün  dəhşətli  maneə 
törədir. 
Nərə  balığı  kimi  balıq  burnu  ilə  donuz  kimi  suyun 
dibini  eşə-eşə  üzüb  gəlir,  bəzən  buna  görə  də  ona  “donuz 
balıq”  deyirlər.  Gövdəsinə  qarmaq  toxunan  nərə  balığı 
dəhşət  içərisində  özünü  kənara  atır,  onlarca  başqa 
qarmaqlara  ilişir.  Bu  vaxt  balıq  özünü  itirib  ora-bura 
çırpınır,  qarmaqlar  bir-birinin  dalınca  onun  zərif  gövdəsinə 
ilişir,  qarmaqlar  ta  balıq  tamam  gücdən  düşüncə  bədbəxt 
balığı dörd tərəfdən dövrəyə alır. Yer üzündə elə nərə balığı 
olmaz  ki,  bu  qurğudan  can  qurtara  bilsin,  balıq  ovu 
qanununda  buna  tələ  deyirlər,  balığın  bu  yolla  ovlanması 
nərə  balıqlarının  məhvinə  aparıb  çıxarır,  bu  qanunsuz 


www.vivo-book.com 
 
116 
sayılır.  Biz  Böyük  Alekin  məhz  belə  qurğu  quracağına, 
qanunu əclafcasına, açıq-açığına tapdalayacağına əmin idik. 
Yunan kralının gəlişindən sonra bir neçə gün keçdi, bu 
vaxt  ərzində  Çarli  ilə  mən  ona  möhkəm  nəzarət  edirdik.  O, 
öz  barkasını  buksirlə  Solan  körpüsündən  Terner  tərsanəsi 
yaxınlığındakı böyük körfəzə dartıb gətirdi. Bu körfəz nərə 
balıqlarının sevimli yeri idi, biz arxayın idik ki, Yunanların 
kralı  elə  bu  yerdəcə  fəaliyyətini  genişləndirəcək.  Qabarma 
və  çəkilmə  vaxtlarında  su  sanki  dəyirman  novundan  axırdı, 
ona  görə  də  “Çin  tilovu”nu  suya  salmaq,  qurmaq  ancaq  su 
çəkiləndə mümkün idi, ona görə də Çarli ilə mən körpüdən 
körfəzə hökmən göz qoyurduq. 
Dördüncü gün dərədən o tayda gün altında uzanmışdım 
ki, gördüm lap uzaq sahildən yalik aralanıb körfəzə yol aldı. 
Elə  bu  vaxt  durbin  gözümün  qabağında  idi,  mən  də  yalikin 
hər  bir  hərəkətinə  göz  qoydum.  Yalikdə  iki  nəfər  var  idi, 
aramızdakı məsafə bir mildən artıq olsa da onlardan birinin 
Alek  olduğunu  gördüm.  Yalik  sahilə  qayıtmağa  macal 
tapmamışdı  ki,  mən  yunanın  tilovlarını  yenə  atdığına 


www.vivo-book.com 
 
117 
möhkəm əmin oldum. Çarli Le Qrant elə o gün Karmintelə 
məlumat verdi: 
–  Böyük  Alek  körfəzdə,  Terner  tərsanəsi  yaxınlığında 
çin tilovu atıb. 
Patrul  rəisinin  üzündən  narazılıq  yağdı,  o,  fikirli-fikirli 
təkcə “doğrudanmı?” sualını verdi. 
Çarlı  özünü  güclə  saxlayaraq  dodağını  dişlədi,  dabanı 
üstdə  fırlanıb  eşiyə  çıxdı.  Axşam  biz  “Şimal  maralı”nın 
göyərtəsini 
sürtüb 
təmizləyəndən 
sonra, 
yatmağa 
hazırlaşanda soruşdu: 
– Hə, oğlum, risk edək? 
Nəfəsim təngidi, mən ancaq başımı tərpətdim. Çarlinin 
gözləri qətiyyətlə parıldadı: 
– Bilirsən nə var, biz özümüz – mən, sən Böyük Aleki 
tutarıq,  Karmintel  istədi-istəmədi,  bunu  etməliyik. 
Razısanmı? – Sözünə ara verdikdən sonra əlavə etdi. – Asan 
iş deyil, ancaq biz onun öhdəsindən gələrik. 
Mən tələsik onun sözünə qüvvət verdim: 
– Əlbəttə, gələrik. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə