Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

www.vivo-book.com 
 
118 
Bir-birimizin  əlini  sıxıb  yatmağa  getdik.  Hə,  biz 
öhdəmizə  asan  iş  götürməmişdik.  Adamı  brakonyerlikdə
29
 
təqsirləndirmək 
üçün  onu  gərək  cinayət  başında 
yaxalayasan,  tutasan,  qarmaqlarını,  tilov  iplərini,  balıq 
ovladığı bütün əşyayi-dəlilləri zəbt edəsən. Bu o demək idi 
ki,  biz  Yunanların  kralını  açıq  dənizdə,  ona  yaxınlaşanda, 
bizi  görəndə,  bizi  də  hamının  qarşıladığı  top-tüfənglə 
qarşılayanda tutmalı idik. 
Bir dəfə Çarli səhər-səhər dedi: 
–  Biz  onu  aldada  bilmərik.  Ancaq  qayıqlarımız  bir-
birinə  yaxınlaşsa,  qüvvələrimiz  bərabər  gələr.  Bunu 
sınaqdan  keçirməkdən  başqa  ayrı  əlacımız  yoxdur.  Gedək, 
oğlum! 
Biz  istridyə  ovlayan  çinlilərə  basqın  edilən  Kolumbiya 
çayından yelkənli qayıqla yola düşdük. Su çəkilmişdi. Solan 
körpüsündən  dövrə  vurub  üzəndə  Böyük  Aleki  iş  başında 
gördük, o tilovlara baş çəkir, balıqları seçirdi. 
Çarli əmr verdi: 
                                                 
29
Brakonyerlik –icazəsiz ov etmək (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
119 
–  Yerlərimizi  dəyişək.  Düz  qayığının  dal  tərəfinə  sür, 
özünü elə göstər ki, guya biz tərsanəyə yollanırıq. 
Mən rumpeldən
30
 yapışdım, Çarli orta skamyada oturub 
tapançanı yanına qoydu. 
Çarli xəbərdarlıq etdi: 
–  Əgər  o  atəş  açmağa  başlasa,  qayığın  dibində  uzan, 
qayığı ordan elə sür ki, ancaq əlin görünsün. 
Mən başımı tərpətdim, biz susduq, qayıq suyun üzəri ilə 
yavaşca  üzüb  Yunanların  kralına  yaxın,  lap  yaxın  gəlirdi. 
Biz artıq onu açıq-aydın görürdük, onun dəstəli çəngəli nərə 
balıqlarına  ilişdirib  çıxartdığını,  balıqları  qayığa  yığdığını, 
köməkçisinin isə tilov ipləri boyunca yeriyib, suya atmazdan 
qabaq  qarmaqları  təmizlədiyini  görürdük.  Biz  ancaq 
onlardan beş yüz yard
31
 aralı olardıq ki, nəhəng balıqçı bizi 
səsləyib qışqırdı: 
– Ey, sizinləyəm! Sizə burda nə lazımdır? 
Çarli pıçıldadı: 
                                                 
30
Rumpel – sükanı çevirmək üçün qol (Tərc. qeydi).
 
31
Yard – 0,91 sm-ə bərabər ingilis uzunluq ölçüsü (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
120 
– Qayığı saxlama, özünü elə göstər ki, guya eşitmirsən. 
Sonrakı bir neçə an çox narahatçılıq çəkdik. Hər saniyə 
ötdükcə  biz  onlara  lap  yaxınlaşırdıq,  o  isə  bizi  sınayıcı 
baxışlarla süzüb, düz gözümüzün içinə baxırdı. 
O,  birdən  sanki  bizim  kim  olduğumuzu  və  niyə  bura 
gəlib çıxdığımızı başa düşüb qışqırdı: 
– Canınıza heyfiniz gəlirsə, buralardan rədd olub gedin! 
Yoxsa əlimdən sağ qurtara bilməzsiniz. 
O,  karabini
32
  çiyninə  qoyub  məni  nişan  aldı.  Böyük 
Alek tələb etdi: 
– Hə, nə oldu, rədd olub gedirsiniz? 
Çarli narazı-narazı köksünü ötürüb pıçıltıyla mənə dedi: 
– Qayığı döndər, bu dəfəlik bəsimizdir. 
Sükandan əlimi çəkdim, şkotu
33
 boşaltdım, bizim qayıq 
beş-altı rumb
34
 döndü. Böyük Alek gözünü bizdən çəkmirdi, 
biz çox uzaqlaşanda qayıdıb işini görməyə başladı. 
                                                 
32
Karabin – gödək lüləli tüfəng (Tərc. qeydi).
 
33
Şkot – gəmi yelkəninin aşağı küncünə bağlanan ip (Tərc. qeydi). 
34
Rumb – kompasın 32 bölgüsündən biri (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
121 
Karmintel elə o axşam, əsəbi-əsəbi dedi: 
– Böyük Alekdə yaxşısı budur, işiniz olmasın. 
Çarli mənalı-mənalı soruşdu: 
– Nə olub ki, sənə şikayət edib? 
Karmintel qıpqırmızı qızardı: 
–  Böyük  Alekdə  yaxşısı  budur  ki,  işiniz  olmasın!  –  o 
yenə  təkrar  etdi.  –  O,  qorxulu  adamdır,  onunla  haqq-hesab 
çəkməyin mənası yoxdur. 
Çarli özünü ələ alaraq dilləndi: 
– Əlbəttə, əlbəttə, mən eşitmişəm, onda işimiz olmasa, 
bizi xeyri dəyər. 
Bu  açıq-aydın  Karmintelə  söz  atmaq  idi.  Karmintelin 
üzünün  ifadəsindən  başa  düşdük  ki,  zərbə  hədəfə  dəyib. 
Yunanların kralının dalaşqan olduğu hamıya məlum olduğu 
kimi, çox həvəslə rüşvət verdiyini də bilirdilər. Son vaxtlar 
çox patrul dəstəsinə pul verib razılığa gəlmişdi. 
Karmintel qəzəblə dedi: 
– Sən demək istəyirsən ki... 
Çarli onun sözünü ağzında qoyub dedi: 


www.vivo-book.com 
 
122 
–  Mən  heç  nə  demək  istəmirəm.  Sən  mənim  nə 
dediyimi  eşitdin,  amma  soğan  yeməmisən,  için  niyə 
göynəyir?.. 
Çarli çiyinlərini çəkdi, Karmintelsə ağzını açıb bir söz 
demədi, ona ancaq qəzəbli bir nəzər saldı. 
Bir  dəfə  biz  Yunanların  kralına  səhər  alaqaranlıqdan 
yaxınlaşmaq  istəyəndə,  bədbəxtlikdən  güllə  atəşinə 
tutulanda Çarli mənə dedi: 
– Bilirsən, zirək tərpənə bilmirik. 
Bundan  sonra  mən  bir  neçə  gün  baş  çatlatdım. 
Fikirləşib  elə  şey  tapmaq  istəyirdim  ki,  onun  köməyilə  biz 
ikimiz  gecə-gündüz  yanında  silah  olan,  tüfəng-tapançanın 
dilini  yaxşı  bilən  açıq  dənizdəki  adamı  tutaq.  Böyük  Alek 
hər  dəfə  su  dayaz  olanda  günün  günortaçağı  Çin  tilovu  ilə 
nərə  balığı  tuturdu.  Hər  şeydən  çox  bizi  yandıran  o  idi  ki, 
Benişyadan  tutmuş  Vallexova  qədər  bütün  balıqçılar  onun 
bizi  saya  almadığını  bilirdilər.  Karmintel  də  bizə  rahatlıq 
vermirdi,  o  bizi  hər  dəqiqədən  bir  siyənək  tutanların 
özbaşınalıq  etdiyi  San-Pabloya  qovurdu,  ona  görə  də 
Yunanların  kralı  ilə  məşğul  olmağa  vaxtımız  qalmırdı. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə