Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   2   3   4   5   6   7   8   9   ...   59

www.vivo-book.com 
 
12 
xalça  xoşunuza  gəldimi?  Gözəl  naxışları  var,  düz 
demirəmmi?  Hə,  hə,  mən  hər  şeyi  başa  düşürəm.  Özüm  də 
həftədə  cəmi-cümlətanı  on  dörd  dollar  qazananda,  ev-eşiyə 
avadanlıq  almalı  olmuşam.  Bir  şey  də  var  ki,  adam  öz  ev-
eşiyinə  ən  yaxşı  şeylər  almaq  istəyir,  düz  demirəmmi?  Hə, 
əlbəttə ki, bu cəmi-cümlətanı yeddi sent ondan bahadır. Bir 
şeyi  də  nəzərdə  tutun  ki,  ucuz  şeydənsə,  bahalı  şey  almaq 
sərfəlidir.  Bilirsiniz,  nə  var,  Co,  –  şöbə  müdiri 
alicənablığından  coşaraq  səsini  məhrəmanə  şəkildə  alçaldıb 
dedi,  –  mən  sizə  xətir  eləyərəm,  bunu  ancaq  sizin  xətrinizə 
edərəm.  Qiyməti  sizə  görə  beş  sent  aşağı  salıram,  ancaq 
sizdən  çox-çox  xahiş  edirəm,  –  o  Co  ilə  əlbir  adam  kimi 
əlavə etdi, – heç kəsə deməyin ki, neçəyə almısınız. 
Co ilə Cenevyeva məsləhətləşib öz qərarlarını deyəndə 
şöbə müdiri dilləndi. 
–  Hər  şeyi  sarıyıb,  tikib  evinizə  göndərəcəyəm.  Bu, 
sözsüz  ki,  qiymətə  daxildir.  Yenə  yeni  evdə  nə  vaxt 
qonaqlıq  keçirəcəksiniz?  Nə  vaxt  qanad  açıb  uçursunuz? 
Sabah? Elə sabah? Lap yaxşı, lap yaxşı! 


www.vivo-book.com 
 
13 
Şöbə  müdirinin  sevincdən  gözləri  axdı.  Sonra  bir  ata 
kimi onlara mehriban-mehriban gülümsündü. 
Co  şöbə  müdirinin  suallarına  təmkinlə  cavab  verirdi, 
Cenevyeva  bilər-bilməzə  qızardı;  onların  ikisinə  də  bu 
söhbət yersiz görünürdü. Ona görə ki, bu söhbət meşşanların 
fikrincə  ədəb  qaydalarını  pozurdu,  bu  söz-söhbət  onların 
şəxsi  məhrəmanə  hisslərinə  toxunurdu,  şöbə  müdirinin 
sualları zəhmət adamının ləyaqətlə yaşamaq, mənəvi paklığa 
can atmaq istəyi bununla razılaşmırdı. 
Mister  Klauzen  onlara  iltifatla,  şəfqətlə  baxa-baxa, 
şirin-şirin  gülümsəyərək  liftəcən  ötürdü,  bu  vaxt  bütün 
pirkeşiklər  əmir  alıbmış  kimi  hamı  düzgün  biçimli  Coyun 
dalınca  baxırdı.  Onlar  lifti  gözləyərkən  mister  Klauzen 
qayğılı-qayğılı soruşdu: 
–  Co, bugünkü görüşünüz necə olacaq?  Özünüzü necə 
hiss edirsiniz? Öhdəsindən gələrsinizmi? 
Co cavab verdi: 
– Əlbəttə, özümü yaxşı hiss edirəm. 
–  Doğrudanmı?  Lap  yaxşı!  Ağlıma  gəldi  ki,  bəlkə  toy 
ərəfəsində  əsəbiləşib  elədiniz.  Ha,  ha!  Axı  ağır  məsələdir. 


www.vivo-book.com 
 
14 
Sizi yaxşı başa düşürəm, özüm də vaxtı ilə adaxlı olmuşam. 
Bədəniniz  qaydasındadırmı?  Hə,  əlbəttə,  soruşmağın  adı 
yoxdur,  onsuz  da  hər  şey  aydındır...  Ha!  Ha!  Oğlum, 
müvəffəqiyyətlər  diləyirəm!  Müvəffəqiyyət  qazanacağına 
şübhə etmirəm. Sən qalib gələcəksən! 
O, Cenevyevaya liftə minməkdə nəzakətlə kömək edib: 
–  Miss  Priçard,  sağ  olun!  Bizi  unutmayın.  Sizi 
görməyimə həmişə, ürəkdən şadam. 
Qız liftlə aşağı düşəndə məzəmmətlə dedi: 
–  Hamı  səni  Co  çağırır.  Niyə  “mister  Fleminq” 
demirlər? Məncə, bu saymazlıqdır. 
Co  liftçi  oğlana  qüssə  ilə  baxırdı,  görünür,  onun 
dediyini eşitmədi. 
Qız oğlanı həmişə heyran qoyan mehribanlıqla soruşdu: 
– Co, sənə nə olub? 
Oğlan cavab verdi: 
– Heç nə. Elə belə, çox istərdim ki... 
– İstərdim ki... nəyi? – Qız elə qılıqla soruşdu, gözləri 
elə  səmimiyyətlə  baxdı  ki,  bu  baxışlar  qarşısında  heç  kəs 
biganə qala bilməzdi, ancaq Co hələ də kənara baxırdı. 


www.vivo-book.com 
 
15 
Oğlan qızın üzünə qətiyyətlə nəzər salaraq dedi: 
–  İstəyim  budur  ki,  sən  heç  olmasa,  bir  dəfə  məni 
rinqdə görəsən. 
Qız çiyinlərini nifrətlə çəkdi. Coyun qanı qaraldı. Onu 
bir şey narahat edirdi ki, rəqibi onunla Coyun arasına girib 
oğlanı ondan uzaqlaşdırır. 
– Böyük məmnuniyyətlə... – deyə qız özünü zorlayaraq 
tələsik  dilləndi,  oğlana  ürəkdən  canı  yandığını  göstərməyə 
çalışdı.  Qadın  canıyananlıq  göstərəndə,  dünyanın  ən 
qüvvətli  kişiləri  belə  məğlub  olub  başlarını  sadəlövhlüklə 
qadının sinəsi üstünə qoyurlar. 
– Doğrudanmı? Razısan? 
Co  diqqətlə  onun  gözlərinin  içinə  baxdı.  Cenevyeva 
onun niyə həyəcan keçirtdiyini başa düşdü: oğlan sanki ona 
meydan  oxuyurdu,  qızın  onu  nə  qədər  sevdiyini  bilmək 
istəyirdi. 
Oğlan sakitcə dedi: 
– Bu mənim həyatımın ən xoşbəxt dəqiqəsi olardı. 
Cenevyevanı nə məcbur etdi ki, bu gözlənilməz qərara 
gəlsin?  Sevən  ürəyin  uzaqgörənliyi,  ya  Coyun  istəyincə 


www.vivo-book.com 
 
16 
onun dərdinə şərik olmaq, ya da ki, rəqibinin üstün cəhətini 
görmək, onunla üz-üzə gəlmək fikrinə düşdü. Ya da ki, qızın 
yeknəsəq,  fərəhsiz  həyatını  naməlum  mühit  maraqlandırdı, 
özünə  möhkəm  cəzb  etdi.  Müxtəsər  ya  elə,  ya  belə  qız 
indiyədək  hiss  etmədiyi  qətiyyətlə  oğlan kimi  sadəcə  cavab 
verdi: 
– Razıyam. 
Onlar mağazadan çıxanda oğlan boynuna aldı. 
– Mən bilmədim ki, sən razılaşarsan, yoxsa ki, səndən 
xahiş etməyə cürət etməzdim. 
–  Niyə  ki,  mümkün  deyil?  –  qız  narahatlıqla  soruşdu, 
qorxdu ki, onun qətiyyətindən əsər-əlamət qalmaz. 
– Olar, mən hər şeyi düzəldərəm. Heç ağlıma gəlməzdi 
ki,  sən  razılaşarsan.  Heç  ağlıma  gəlməzdi.  –  Co  hələ  də 
heyrətindən  özünə  gələ  bilməmişdi,  öz-özünə  bu  sözləri 
təkrar  edirdi,  qızı  tramvaya  mindirdi,  bilet  almaq  üçün 
cibindən qəpik-quruş çıxartdı.  
 
II FƏSİL 
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə