Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə30/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

www.vivo-book.com 
 
148 
– Heç nə, ancaq zövqünüzə söz ola bilməz. Mən sahildə 
qalıb  çürüyərdim,  ancaq  bu  əl-ayağa  dolaşan  ləyənə  tamah 
salmazdım. 
Nikolas sir-sifətinə məsum ifadə verib soruşdu: 
– Axı onu suya salmasaydıq, necəliyini hardan bilərdik. 
–  Hamı  gülməkdən  uğunub  getdi.  O  tələsik  əlavə  edib 
soruşdu: 
–  Siz  istridyələri  necə  tutursunuz?  Bizə  bir  qalaq,  lap 
çox istridyə lazımdır, ona görə də bura gəlmişik. 
Delfin sorğu-suala keçdi: 
– Nəyinizə lazımdır? 
Nikolas söz tapdı: 
–  Necə  ki,  nəyimizə  lazımdır.  Dostlarımıza  hədiyyə 
verməyə. Sizə də yəqin ki, buna görə lazımdır. 
Cavab  eşidiləndə  dəniz  quldurları  yenidən  qəhqəhə 
çəkdilər;  qonaqlar  get-gedə  lap  mehribanlaşdılar.  Onların 
bizdən  şübhələnmədiyinə  tamamilə  inanıb  və  nə  məqsədlə 
gəldiyimizi duymadıqlarını görüb arxayınlaşdıq. 
Qırxayaq birdən soruşdu: 
– Bu günlərdə Oklend körpüsündəki sən deyildin? 


www.vivo-book.com 
 
149 
–  Mən  idim!  –  deyə  cəsarətlə  cavab  verib  qətiyyətlə 
hərəkət  etdim.  –  Mən  sizə  göz  qoyurdum,  fikirləşirdim  ki, 
əməliyyata  baş  qoşmağa  dəyərmi.  Belə  qənaətə  gəldim  ki, 
bu  sərfəli  işdir,  biz  də  işə  girişdik,  –  tələsik  əlavə  etdim,  – 
əlbəttə ki, sizin razılığınızla. 
O bildirdi: 
–  Bir  şey  deyim,  həmişəlik  qulağınızda  sırğa  eləyib 
saxlayın. Gərək özünüzü zəhmətə salıb başqa yaxşı şlyupka 
alasınız. Biz qoymarıq ki, belə təknə ilə bizi biabır edəsiniz. 
Bildiniz? 
Cavab verdim: 
–  Əlbəttə.  Bir  qədər  istridyə  satıb,  lazımi  şəkildə 
hazırlaşarıq. 
Qırxayaq sözünə davam etdi: 
– Əgər özünüzü düz aparsanız, bizə qoşulun. Olmasa, – 
ciddiyyətlə  və  hədə  ilə  dilləndi,  –  işiniz  bitdi.  Yadınızda 
yaxşı saxlayın. Aydındır? 
Cavab verdim: 
– Gün kimi aydındır. 


www.vivo-book.com 
 
150 
Bir  neçə  dəqiqə  də  dəniz  quldurları  bizə  bu  üsulla 
nəsihət  verib  qorxutdular,  sonralar  isə  söhbət  ümumi  şəkil 
aldı,  bu  söhbətdən  öyrəndik  ki,  onlar  elə  bu  gecə  dayaz 
yerlərə  basqın  etmək  istəyirlər.  Bir  saatdan  sonra  quldurlar 
yola  düşməyə  hazırlaşanda  bizə  basqında  iştirak  etməyi 
təklif etdilər. Kimsə dedi: “Adam çox olanda kef olur”. 
Onlar  öz  şlyupkalarında  uzaqlaşmışdılar  ki,  Nikolas 
soruşdu: 
– Sən bu meksikalıya oxşar kişiyə fikir verdinmi? Adı 
Berçidir. O, “Arsızlar” quldur dəstəsinin üzvüdür, yanındakı 
Skillinqdir.  Onların  ikisini  də  beş  min  dollarla  zaminə 
buraxıblar. 
Mən  Oklendin  aşağı  məhəllələrinin  sakinlərini  dəhşətə 
salan yalançı şahidlikdən, seçkilər vaxtı bülletenləri dəyişən 
fırıldaqçılardan  tutmuş  adam  öldürənlərə  qədər  hər  cürə 
nadürüstlərdən ibarət olan, üzvlərinin üçdə ikisi daima yerli 
həbsxanalarda  yatan  “Arsızlar”  quldur  dəstəsi  barədə  çox 
şey eşitmişdim. 
Nikolas sözünə davam etdi: 


www.vivo-book.com 
 
151 
–  Onlar,  ümumiyyətlə,  istridyə  oğurlamırlar,  bura 
şuluqluq  törətmək  və  pul  qazanmaq  üçün  gəliblər.  Onlara 
möhkəm göz qoymalıyıq. 
Biz  saat  on  birdə  kubrikdə  oturub  planımızı 
müəyyənləşdirirdik  ki,  “Kabus”  tərəfdən  ahənglə  suya 
salınan  avarların  səsi  eşidildi.  Biz  öz  yalikimizi  hərəkətə 
gətirib  ora  bir  neçə  kisə  atdıq,  “Kabus”a  tərəf  üzdük. 
Qayıqların  hamısının  ora  yığışdığını  gördük,  çünki  dəniz 
quldurları  dayaz  yerlərə  hamı  bir  yerdə  hücuma  keçmək 
qərarına  gəlmişdilər.  Təəccüblə  lövbəri  on  fut  açıb 
buraxdığımız  yerdə  dərinliyin  indi  güclə  bir  futa  çatdığını 
müəyyənləşdirdik.  
İyun ayı idi, ay göydə bədirlənmişdi, suyun həddindən 
artıq  qabardığı  vaxt  idi,  suyun  çəkilməsinə  saat  yarım 
qalmışdı, mən bir şeyi bilirdim ki, su çəkiləndə bizim lövbər 
saldığımız yer quruda qalacaq. 
Mister  Taftın  dayaz  yerləri  üçmillik  məsafədə  idi.  Biz 
gah  çayda  batıb  qalaraq,  gah  da  ki,  avarları  çayın  dibinə 
toxundura-toxundura  uzun  müddət  dinməz-söyləməz  başqa 
qayıqların  dalınca  getdik.  Axırdan-axıra,  iki  düymdən  artıq 


www.vivo-book.com 
 
152 
suyu olmayan lilli yerdə batdıq. Bundan o yana qayıqlar üzə 
bilməzdi. Buna baxmayaraq, soyğunçular bir göz qırpımında 
özlərini suya atdılar,  yastı dibli qayıqlarını itələyərək çəkib 
apardılar. Biz ara vermədən irəli hərəkət edirdik. 
Bədirlənmiş  ayı  hərdənbir  hündür  buludlar  örtürdü, 
buna  baxmayaraq,  dəniz  quldurları  bu  yolu  dəfələrlə  keçib 
getmiş  adamlar  kimi  hərəkət  edirdilər.  Biz  qayıqlarımızı 
yarım  miləcən  lillə  sürüyüb  apardıq,  sonradan  isə  təzədən 
qayıqlara  minib  hər  iki  tərəfində  istridyədən  parıldayan 
dayaz  yerləri  olan  dərin  kanala  daxil  olduq.  Nəhayət,  biz 
istridyə  yığılan  yerə  çatdıq.  Dayaz  yerlərin  birində  iki 
gözətçi bizi səsləyib, çıxıb getməyimizi tələb etdi. Qırxayaq, 
Delfin,  Berçi  və  Skillinq  irəli  çıxıb düz  gözətçilərin üstünə 
yeridilər. Biz  də  başqaları ilə bərabər  (on  qayıqda  otuzacan 
adam olardıq) onların dalınca yollandıq. 
Berçi dəhşətlə qışqırdı: 


www.vivo-book.com 
 
153 
–  Nə  qədər  ki,  başınız-gözünüz  salamatdır,  rədd  olub 
gedin,  yoxsa  qayıqlarınıza  o  qədər  qurğuşun  doldurarıq  ki, 
heç patokanın
49
 üzündə də duruş gətirə bilməz. 
Düşmən  qüvvələrinin  çoxluğunu  görcək,  gözətçilər 
ağıllı  tərpənərək,  geri  çəkildilər,  öz  qayıqlarını  kanal  boyu 
sahilə  tərəf  döndərdilər.  Bizim  plana  görə  onlar  geri 
çəkilməli idilər. 
Qayıqlarımızın  burnunu  böyük  dayaz  yerin  kənarına 
sürüdük.  Hərəmiz  bir  tərəfə  dağılışdıq,  istridyələri  kisələrə 
yığmağa  başladıq.  Hərdənbir  ayın  qabağını  tutan  buludlar 
çəkilir,  biz  gözümüzün  qarşısında  iri  qalaq  vurulmuş 
istridyələri  açıq-aydın  görürdük.  Kisələr  bir  göz  qırpımında 
dolurdu; qayıqlar onları bir an içində aparır, başqaları ordan 
istridyələri  yığırdılar.  Nikolasla  mən  bir o  qədər  də  istridyə 
yığmırdıq,  tez-tez  qayıqlara  yaxınlaşırdıq,  hər  dəfə  də  ora 
gedən və geri qayıdan dəniz quldurları ilə toqquşurduq. 
Nikolas dedi: 
                                                 
49
Patoka – patka tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə