Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə33/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

www.vivo-book.com 
 
165 
onların  dalınca  düşsəydik,  çəpəki  külək  əsəndə,  onlar  bu 
yolun  səkkizdə  birini  başa  çatdıranda  biz  sahilə  çatardıq. 
Yox, onların ağlı başındaydı, heç belə bir cəhd etmirdilər də. 
Küləyə  qarşı  “Lankaşir  kraliçası”  adlı  iri  gəminin  sağ 
göyərtəsi  boyu  səylə  avar  çəkdilər.  Gəminin  dalında  o  biri 
tayacan eni iki milə çatan açıq su zolağı uzanırdı. Onlar ora 
da  keçməyə  cəsarət  etmirdilər,  biz  sözsüz  ki,  onları 
haqlayardıq.  Onlar  “Lankaşir  kraliçası”  gəmisinin  burnuna 
çatanda,  onların  gəminin  yanında  dövrə  vurub  ötməkdən, 
küləyin istiqamətində sol göyərtə boyu gəminin arxa tərəfinə 
üzüb  keçməkdən  və  üstünlüyü  bizə  verməkdən  başqa 
əlacları qalmadı. 
Biz öz barkasımızda küləyə çəpəki başqa qalsa keçərək 
gəminin burnunun qabağını kəsdik. Çarli sükanı küləyə tərəf 
tutdu,  biz  “Lankaşir  kraliçası”nın  sol  göyərtəsi  boyunca 
üzdük,  sevincdən  bədxahlıqla  gülümsünən  yunan,  şkotu 
boşaltmağa  başladı.  İtaliyalılar  gəminin  uzununun  yarısına 
çatmışdılar  ki,  onlar  avar  çəkə-çəkə  üzüncə  arxadan  əsən 
bərk  sahil  küləyi  sürətimizi  artırdı.  Biz  yalikə  lap  yaxın 
gəlmişdik.  Mən  gəminin  burnuna  keçdim  ki,  yaliki 


www.vivo-book.com 
 
166 
qarmaqlayam,  birdən  o,  “Lankaşir  kraliçası”nın  enli  dal 
tərəfinə keçdi. 
Təqib sanki təzədən başlandı. İtaliyalılar avar çəkə-çəkə 
gəminin  sağ  göyərtəsi  boyu  üzürdülər,  biz  isə  yelkənli 
gəminin  üzdüyü  istiqamətin  əksini  tutub  yavaş-yavaş 
“Kraliça”dan  uzaqlaşırdıq,  çalışırdıq  ki,  birtəhər  eləyib 
küləyin  səmtinə  çıxaq.  Sonra  yalik  özünü  gəminin  burnu 
altına verdi, onun sol yanınca üzdü, biz o biri qalsa keçdik, 
gəminin  burun  tərəfdən  qabağını  kəsdik,  küləyin  əsdiyi 
istiqamətdə dallarınca düşdük. Yenə təzədən yalikin dalınca 
düşmüşdük  ki,  o,  gəminin  arxa  tərəfinə  keçib  görünməz 
oldu.  Biz  dövrə  vurduqca,  italiyalılar  hər  dəfə  təhlükə 
başlarının  üstünü  alanda  canlarını  qurtara  bilirdilər.  Bu  ara 
gəminin sərnişinləri nələr baş verdiyindən xəbər tutdular, biz 
başımız  üstündə  təqibə  maraqla  göz  qoyan  uzun,  sıraya 
düzülmüş  tamaşaçıları  gördük.  Gəminin  arxa  tərəfindəki 
yalik bizdən yaxa qurtaranda onlar sevinclərindən hay-həşir 
salır, özlərini “Lankaşir kraliçası”nın o iri tərəfinə atır, bizim 
üzü küləyə qarşı yaliki necə təqib edəcəyimizə tamaşa edib 
ləzzət  alırdılar.  Onlar  bizə,  italiyalılara  söz  atır,  məsləhət 


www.vivo-book.com 
 
167 
verir,  bizim  yunanı  elə  əsəbiləşdirirdilər  ki,  biz  hər  dəfə 
dövrə  vurduqca,  o,  yumruğunu  düyünləyib  onları 
hədələyirdi.  Sərnişinlər  bu  hərəkəti  gözləyir,  onu  coşqun 
sevinclə qarşılayırdılar.  
Onlardan biri qışqırdı: 
– Lap əsl sirkə oxşayır! 
İkincisi onun sözlərinə qüvvət verdi: 
–  Dənizdə  ippodrom  olduğuna  şübhə  edirdiniz.  Bu 
ippodrom deyil, nədir? 
Üçüncü dilləndi: 
–  Altıgünlük  qaçışdır,  bilin,  kim  deyir  ki,  italiyalılar 
udmayacaqlar? 
Gələn  dəfə  gəminin  üzünü  küləyə  döndərəndə  yunan 
Çarliyə təklif elədi ki, yerlərimizi dəyişək. O xahiş etdi: 
–  İcazə  verin,  qayığı  mən  sürüm.  Mən  onlara  hökmən 
çataram. Mən onları yəqin ki, tutaram. 
Bu Çarlinin bir mütəxəssis kimi qəlbinə dəydi, çünki o, 
dəfələrlə  yelkənli  gəmi  sürməsi  ilə  fəxr  etmişdi.  Buna 
baxmayaraq  o,  rumpeli  əsirə  verdi,  yelkənin  yanında  onun 


www.vivo-book.com 
 
168 
yerini tutdu. Biz üç dövrə də vurduq, yunan əmin oldu ki, öz 
barkasını Çarlidən artıq sürətlə sürə bilməz. 
Yuxarıdakı dənizçilərdən biri məsləhət gördü: 
– Bu niyyətinizdən əl çəkin. 
Yunan qəzəblə qaşqabağını tökdü, yumruğu ilə əvvəlki 
kimi  onları  hədələdi.  Bu  ara  mən  möhkəm  baş  sındırdım, 
axırda ağlıma yaxşı bir fikir gəldi. 
Dedim: 
– Çarli, bir dövrə də vuraq. 
Biz  o  biri  qalsa  keçib  üzü  küləyə  gedəndə,  mən  bir 
parça  buraz  götürüb  barkasın  içindəki  balaca  dördpəncəli 
qarmağa  bağladım,  burazın  o  biri  ucunu  burun  tərəfdəki 
halqaya
51
 bərkitdim, qarmağı gizlətdim, əlverişli vaxtda onu 
işə  salım.  Yalik  təzədən  “Lankaşir  kraliçası”nın  sol 
kənarına,  külək  əsən  tərəfə  keçdi,  biz  yenə  də  küləyin 
istiqamətində  yalikin  arxasınca  düşdük.  İtaliyalılara  lap 
yaxınlaşırdıq,  özümü  elə  göstərdim  ki,  əvvəlki  kimi  onları 
tutmaq 
istəyirəm. 
Yalikin 
arxa 
tərəfi 
bizim  altı 
                                                 
51
Halqa –gəmini bağlamaq üçün körpüyə və ya sahil səddinə bərkidilən halqa(Tərc. 
qeydi).
 


www.vivo-book.com 
 
169 
futluğumuzda  idi,  italiyalılar  bu  vaxt  həyasızcasına  gülüb, 
gəminin arxa tərəfinə keçib gizləndilər. Bu vaxt mən bir göz 
qırpımında  qəddimi  düzəldib  qarmağı  atdım.  Plan  yaxşı 
nəticələndi,  qarmaq  yalikin  planşirinə  ilişdi,  dartılan  buraz 
balaca gəmini gizləndiyi yerdən düz birbaşa bizim barkasın 
burnuna tərəf çəkdi. 
Gəmidən,  yuxarıdan,  matrosların  yığışdığı  yerdən 
təəssüflü  inilti  səsi  gəldi,  inilti  birdən  sevincli  hay-küylə 
əvəz  olundu,  çünki  italiyalılardan  biri  uzun  qatlama  bıçağı 
çıxarıb  burazı  kəsdi.  Ancaq  biz  onları  təhlükəsiz  yerdən 
çıxarmışdıq,  şkotun  yanında  oturmuş  Çarli  irəli  əyildi, 
yalikin  arxa  tərəfindən  yapışdı.  Bütün  bunlar  bir  saniyə 
içərisində  baş  verdi.  Birinci  italiyalı  burazı  kəsəndə,  Çarli 
yalikdən  yapışanda  ikinci  italiyalı  avarı  onun  başına  vurdu. 
Çarli  əlini  qənimətdən  çəkdi,  zərbədən  gicəlləndi,  qayığın 
içinə  sərələndi.  İtaliyalılar  isə  avarlara  güc  verib  gəminin 
arxa tərəfində yola çıxdılar. 
Rumpeldən  və  şkotdan  yapışmış  yunan  “Lankaşir 
kraliçası”nın  ətrafında  təqibini  davam  etdirir,  mən  də 
başında dəhşətli yumru əmələ gələn Çarli ilə məşğul olmağa 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə