Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə34/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

www.vivo-book.com 
 
170 
başladım. 
Bizim 
tamaşaçılarımız, 
dənizçilərimiz 
sevindiklərindən  coşmuşdular,  hamı  bir  nəfər  kimi  qaçıb 
aradan  çıxan  italiyalılara  ürək-dirək  verirdi.  Çarli  qalxıb 
oturmuşdu, əli ilə başını tutub təəccüblə ətrafına boylanırdı. 
Çarli tapançasını çıxarıb dedi: 
–  İndi  onlara  qaçıb  aradan  çıxmağa  heç  cürə  imkan 
verməyəcəyəm. 
Biz  ikinci  dövrəni  vuranda  o  tapançasını  qaldırıb 
italiyalıları hədələdi, onlar hallarına təfavüt etmədən böyük 
sürətlərini  saxlayaraq,  silaha  heç  fikir  vermədən  avar 
çəkirdilər. 
Çarli qəzəblə qışqırdı: 
– Dayanmasanız, atəş açacağam! 
Ancaq  hədənin  heç  bir  nəticəsi  olmadı,  bir  neçə  güllə 
onların  yaxınlığından  ötüb  keçəndə  belə,  onlar  təslim 
olmaqdan boyun qaçırdılar. Onlara bizdən yaxşı məlum idi 
ki,  Çarli  silahsız  adamlara  atəş  açmaz,  onlar  əvvəlki  kimi 
inadla gəminin dövrəsində fırlanırdılar. 
Çarli qışqırdı: 


www.vivo-book.com 
 
171 
–  İndi  ki,  belədir,  biz  onları  əldən  salarıq!  Onlar  ilan 
dili çıxarıb yalvararlar. Biz onların axırına çıxarıq. 
Beləliklə,  təqib  davam  edirdi.  İtaliyalıları  biz  hələ 
iyirmi  dəfə  də  “Lankaşir  kraliça”sının  başına  dolanmağa 
məcbur  etdik,  axırdan-axıra  gördük  ki,  onların  dəmir 
əzələləri də zəiflədi. Onlar lap  əldən düşmüşdülər, bir neçə 
dəfə  dövrə  vursaydılar,  əgər  iş  başqa  şəkil  almasaydı,  lap 
əldən-dildən  düşərdilər.  Hər  dəfə  üzü  küləyə  gedəndə 
onların  vəziyyəti  bizimkindən  yaxşı  olurdu,  belə  ki, 
“Lankaşir  kraliçası”  gəmisinin  ortasına  çatanda,  bu  vaxt 
ancaq  onun  burun  tərəfində  olurduq.  Sonuncu  dəfə 
“Lankaşir  kraliçası”nın  burun  tərəfindən  dövrə  vuranda 
gördüm  ki,  italiyalılar  gəmidən  salınan  pilləkənlə  yuxarı 
qalxırlar.  Bu  görünür  ki,  kapitanın  razılığı  ilə  dənizçilərin 
təşəbbüsü  idi,  çünki  biz  yaxınlaşanda  pilləkəni  yuxarı 
çəkmişdilər. Yalik havada gəmi şlyupbalkalarının
52
  üstündə 
yellənirdi. 
                                                 
52
Şlyupbalka – qayıqları gəminin bortuna qaldırmaq və ya endirmək üçün qurğu 
(Tərc. qeydi).
 


www.vivo-book.com 
 
172 
Kapitanla  sonrakı  danışığımız  qısa  və  aydın  oldu. 
Kapitan  bizə  “Lankaşir  kraliçası”nın  göyərtəsinə  qalxmağı 
qadağan etdi. İtaliyalıları təhvil verməkdən tamamilə boyun 
qaçırdı.  Bu  vaxt  Çarli  də  bizim  yunan  kimi  özündən 
çıxmışdı.  O,  uzun  çəkən  və  mənasız  təqibdən  nəinki 
müvəffəqiyyətsizliyə  uğramışdı,  hələ  üstəlik,  əlimizdən 
çıxan brakonyerlər başına zərbə ilişdirib gicəlləndirmişdilər. 
O,  yumruğunu  düyünləyib,  o  biri  əlinin  ovcuna  vurub 
qətiyyətlə dedi: 
– Əgər bu iki nəfər qaçıb məndən yaxa qurtarsalar, qoy 
məni  assınlar!  Mən  nə  qədər  ki,  burdayam,  icazəm  var, 
onların  keşiyini  çəkəcəyəm,  mən  onları  Əzrailə  can 
verməmişdən əvvəl tutmasam, heç Çarli Le Qrant deyiləm. 
Beləliklə  də  həm  balıqçıların,  həm  də  balıqçı 
patrulunun  tarixi  “salnaməsində”  qeyd  olunan  “Lankaşir 
kraliçası”nın mühasirəsi başlandı. “Şimal maralı”nın siyənək 
balığı  tutan  qayıqları  mənasız  təqibindən  sonra  Benişyaya 
qayıdanda Çarli Neyl Partinqtondan xahiş etdi ki, qızıl balıq 
ovlayan  qayığın  içərisinə  adyallar,  ərzaq  ehtiyatı  və  soba 
qoyub  bizə  göndərsin.  Qayıqlarımızı  günəş  batanda 


www.vivo-book.com 
 
173 
dəyişdik,  qanunu  pozduğu  üçün  Benişyada  həbsxanada 
yatmalı  olan  bizim  yunanla  xudahafizləşdik.  Çarli  ilə  mən 
şamdan  sonra  səhər  açılınca  növbə  ilə  dörd  saat  növbə 
çəkdik.  Bu  gecə  balıqçılar  qaçıb  aradan  çıxmağa  cəhd 
etmədilər, ancaq gəmidən sahilə kəşfiyyat məqsədi ilə qayıq 
göndərildi. 
Ertəsi  günü  biz  müntəzəm  olaraq  gəmini  mühasirəyə 
aldıq,  öz  rahatlığımızı  da  yaddan  çıxarmayıb  planımızı 
müəyyənləşdirdik.  Benişyadan  bir  qədər  aşağıda  yerləşən 
Solan  körpüsü  adlanan  dokun
53
  bizə  yaxşı  köməyi  dəydi. 
Sən  demə,  “Lankaşir  kraliçası”,  Terner  tərsanəsi  və  Solan 
körpüsü  iri,  müxtəlif  tərəfli  üçbucaq  əmələ  gətirir. 
Üçbucağın  bir  tərəfi  gəmidən  sahilədək  olan  məsafədir, 
bunu italiyalılar qət edə bilərdilər, bu tərəf, italiyalılar sahilə 
çıxa  bilsinlər  deyə  –  bizim  keçəcəyimiz  məsafə  Solan 
körpüsündən  sahilə  qədərdi.  Ancaq  yelkənli  gəminin  sürəti 
avarlı  gəmidən  artıq  olduğundan,  italiyalılara  üçbucağın  o 
tərəfinin  yarısını  qət  etməyə  imkan  verib,  sonradan 
                                                 
53
Dok – gəmi təmir olunan yer (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
174 
dallarınca  düşmək  olardı.  Biz  italiyalılara  imkan  versəydik 
ki,  yolun  yarısından  çoxunu  keçsinlər,  onlar  sahilə  bizdən 
tez  çatardılar.  Onlar  yolu  yarı  eləməmiş  dallarınca  düşüb 
təqib etsəydik, bizdən qaçıb gəmidə gizlənə bilərdilər. 
Biz italiyalıların sahilə üz tutacağı üçbucağın o tərəfini 
xəyalən  iki  yerə  böləndə,  sərhədin  körpünün  axırından  bir 
qədər sahildən o tərəfdə yerləşən yel dəyirmanına uzandığını 
müəyyənləşdirdik.  Bu  xətt  bizə  imkan  verdi  ki,  təqibə 
başlamazdan  əvvəl  onların  ora  çatmasına  imkan  verək. 
Günlərlə biz durbinlə italiyalıların yolun yarısındakı nöqtəyə 
çatanacan tələsmədən, avar çəkmələrinə göz yetirir, onların 
dəyirmanının  yaxınlığına  üzdüyünü  görən  kimi  biz  bir  göz 
qırpımında  öz  qayığımıza  atılır,  yelkənləri  dikəldirdik. 
Ancaq bizim təqibə hazırlaşdığımızı görən kimi onlar qayığı 
döndərir, tələsmədən geri “Lankaşir kraliçası”na tərəf üzür, 
bilirdilər ki, onları haqlaya bilmərik. 
Xay  havalarda,  yelkənli  qayıq  səmərəsiz  olanda, 
avarları içəri qatlanmış pərli, yüngül yalikimiz var idi. Külək 
əsməyən  günlərdə  italiyalılar  gəmidən  aralanan  kimi  biz 
körpünü  tərk  edirdik.  Gecələr  isə  biz  gəminin  bilavasitə 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə