Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

www.vivo-book.com 
 
175 
yaxınlığında keşik çəkir, Çarli ilə mən hər dörd saatdan bir 
bir-birimizi  əvəz  edirdik.  Ancaq  italiyalılar  günün  günorta 
vaxtı  qaçıb  aradan  çıxmağı  lazım  bildilər,  bizim  gecələr 
oyaq qalmağımız əbəs imiş. 
Bir dəfə Çarli dedi: 
–  Hər  şeydən  artıq  məni  bir  şey  dəli  edir  ki,  biz  halal 
yuxumuza  haram  qatmışıq,  bu  həyasız  brakonyerlər  isə 
gecələr  rahatca  yatırlar.  Ancaq  onlardan  bunun  əvəzini 
çıxmaq  mənə  borc  olsun!  –  deyib  onları  hədələdi.  –  Mən 
onları  bu  gəmidə  o  vaxtadək  saxlayacağam  ki,  kapitan 
onlardan  mənzil  və  yemək  haqqı  alsın!  Nərə  balığı  naqqa 
balığı olmadığı kimi bu sözümdə də yalan yoxdur.  
Biz  gərək  əzab-əziyyətli  bir  məsələni  həll  edəydik.  Nə 
qədər  ki,  biz  sayıqdıq,  italiyalılar  qaçıb  aradan  çıxa 
bilməzdilər,  ancaq  onlar  nə  qədər  ki  ehtiyatı  əldən 
vermirdilər,  onları  tuta  bilməzdik.  Çarli  onları  nə  yolla 
tutacağını  çox  götür-qoy  etdiyindən  lap  əldən-dildən 
düşmüşdü,  ancaq  biz  fərasətsizlik  edirdik.  Görünür,  səbirlə 
gözləməkdən başqa əlacımız yox idi. Bu oyun idi, onu daha 
çox  hövsələli olan udacaqdı.  İtaliyalıların  sahildəki  dostları 


www.vivo-book.com 
 
176 
ağıllı-başlı  siqnalizasiya  düzəltmişdilər,  onun  köməyilə 
italiyalılarla  danışırdılar.  Bu  bizi  xüsusi  ilə  əsəbiləşdirirdi, 
bizə  bir  an  da  olsa  mühasirəni  zəiflətməyə  imkan  vermirdi. 
Bundan başqa Solan körfəzində daima iki-üç şübhəli balıqçı 
dolaşırdı,  bizə  göz  qoyurdu.  Biz,  Çarli  demişkən,  “Üzdə 
gülürdüksə, içərimizdə ağlayırdıq”. Bu ara,  mühasirə bütün 
vaxtımızı  əlimizdən  alır,  başqa  bir  işlə  məşğul  olmağımıza 
imkan vermirdi. 
Günlər  keçirdi,  ancaq  vəziyyət  əvvəlki  kimi  idi.  Ona 
görə yox ki, italiyalılar onu dəyişmək istəmirdilər. Bir dəfə 
gecəyarısı  onların  sahildəki  dostları  hətta  yalikdə  dənizə 
çıxdılar  ki,  bizi  aldatsınlar  və  qaçmaqda  onlara  kömək 
etsinlər.  Bu  cəhd  ancaq  ona  görə  baş  tutmadı  ki, 
şlyupbalkaların  blok
54
  talisi
55
  yaxşıca  yağlanmamışdı.  Bizi 
tanımadığın  yalikin  dalınca  düşməkdən,  şlyupbalkaların 
cırıltısı uzaqlaşdırdı, biz “Lankaşir kraliçası”na tərəf o vaxt 
qayıtdıq  ki,  italiyalılar  öz  yaliklərini  suya  salırdılar.  Ertəsi 
                                                 
54
Blok – qarqara yük qaldıran maşın (Tərc. qeydi).
 
55
Tali – yük qaldıran mexanizm (Tərc. qeydi). 
 


www.vivo-book.com 
 
177 
gecə də dövrəmizdə nə az, nə çox altıyacan yalik var idi, biz 
isə  zəli  kimi  gəminin  arxa  tərəfinə  yapışıb  qalmışdıq, 
bununla  da  balıqçıların  planı  pozuldu,  ona  görə  də  onlar 
axırdan-axıra  hirslənib,  bizə  nahaq  yerə  söyüş  yağdırmağa 
başladılar. Çarli qayığın içində oturub öz-özünə gülürdü.  
O mənə dedi: 
–  Bu  xeyirliyədir.  Adamlar  söyüşməyə  başlayanda, 
deməli,  səbirlərini  itiriblər,  səbrini  itirən  də  onun  dalınca 
başını itirir. Sözlərimi yadında saxla,  əgər biz hövsələsizlik 
eləməsək,  günlərin  birində  onlar  ehtiyatı  əldən  verəcəklər, 
bu vaxt da axırları çatacaq. 
Ancaq  onlar  ehtiyatı  əldən  vermədilər,  Çarli  boynuna 
aldı  ki,  bu  bütün  əlamətlərin  doğrultmadığı  yeganə  haldı. 
Deyəsən,  italiyalıların  da  hövsələsi  bizimkindən  geri 
qalmazdı. Mühasirənin ikinci həftəsi əvvəlki kimi yeknəsəq 
keçirdi  ki,  birdən  sanki  Çarlinin  mürgü  vuran  fərasəti 
oyandı, o, bir biclik fikirləşdi. 
Benişyaya  təzə,  tanımadığımız  patrul  dəstəsinin  üzvü 
gəldi,  biz  onu  planımızın  iştirakçısı  etdik.  Biz  var 
qüvvəmizlə  çalışırdıq  ki,  bu  niyyətimizi  gizli  saxlayaq, 


www.vivo-book.com 
 
178 
ancaq  sahildəki  italiyalılar  nə  isə  hiss  edib,  mühasirəyə 
alınanlara tapşırdılar ki, ayıq olsunlar. 
Biz  niyyətimizi  həyata  keçirmək  istədiyimiz  gecə, 
mənlə  Çarli  avarlı  qayıqda  həmişəki  kimi  “Lankaşir 
kraliçası”nın  arxasında  öz  yerimizi  tutduq.  Hava  tamam 
qaralandan  sonra Piter  Boylen davasız,  sınıq-salxaq, balaca 
lap  qoltuq  altına  vurulub  aparılan bir  qayıqda dənizə  çıxdı. 
Onun  tappıltı  ilə  avar  çəkdiyini  eşidəndə  biz  bir  qədər 
uzaqlaşıb  qaranlıqda  dayandıq.  “Lankaşir  kraliçası” 
gəmisinə  yaxınlaşan  Piter  lövbərin  yanında  növbə  çəkən 
dənizçidən, taxıl yükü gözləyən gəminin – “Şotland başçısı” 
gəmisinin  harda  dayandığını  bic-bic  soruşub,  yöndəmsiz 
hərəkət  edərək  qayığını  aşırdı.  Növbədə  dayanan  adam 
pilləkənlə qaça-qaça aşağı düşüb Piteri sudan çıxardı. Piterə 
də  elə  bu  lazımdı,  indi  o  ümid  edirdi  ki,  onu  gəmiyə 
aparacaqlar,  kayutda  qızışar,  üst-başını  qurudar.  Ancaq 
kapitan  onu  pilləkənin  aşağısında  saxladı,  onun  ayaqları 
suya toxunurdu, soyuqdan dişi-dişinə elə dəyirdi ki, davam 
gətirməyib  qaranlıqdan  çıxıb  onu  öz  qayığımıza  götürdük. 
Yuxudan  ayılan  komanda  heyətinin  zarafatları,  atmacaları 


www.vivo-book.com 
 
179 
söz yox ki, bizi dilxor etdi, hətta hər iki italiyalı da tutacağa 
dırmaşıb,  qəhqəhə  çəkərək  qəzəblə  bizə  gülürdülər.  Çarli 
yavaşca, elə yavaşca dedi ki, bu sözü təkcə mən eşitdim: 
–  Eybi  yoxdur,  cücəni  payızda  sayarlar.  Oğlum,  düz 
demirəm?  
Sonra o, mənim kürəyimi şappıldatdı, mənə elə gəldi ki, 
onun səsində ümiddən çox qətiyyət var.  
Biz  sözsüz  ki,  qabaqcadan  polisin  razılığı  ilə  ingilis 
gəmisinin  göyərtəsinə  hökumət  dairələrinin  göstərişi  ilə 
qalxa  bilərdik.  Ancaq  Balıq  ovçuları  komissiyasının 
təlimatında 
deyilirdi 
ki, 
patrullar 
məsələni 
mürəkkəbləşdirmə-  sinlər,  yüksək  hökumət  dairələri  işə 
qarışsaydılar,  bu  hadisə  beynəlxalq  münaqişə  ilə 
nəticələnərdi.  
Mühasirənin ikinci həftəsi başa çatmaq üzrə idi, ancaq 
şəraitin  dəyişəcəyini  göstərən  heç  bir  əlamət  nəzərə 
çarpmırdı.  Buna  baxmayaraq,  on  dördüncü  günün  səhəri 
vəziyyət  həm  bizim  üçün,  həm  də  hökmən  həbs  etmək 
istədiyimiz  adamlar  üçün  ən  gözlənilməz  və  qəribə  şəkildə 
dəyişdi.  Çarli  ilə  biz  gecəni  “Lankaşir  kraliçası”nın  arxa 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə