Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə36/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

www.vivo-book.com 
 
180 
göyərtəsində,  növbətçilikdə  keçirdik.  Çarli  təəccüblə 
qışqırdı: 
– Ey! Sən öz insafınla düzünü de görüm, bu nədir belə? 
Belə bir əcaib gəmi görmüsənmi?  
Hə, əslində təəccüblənməli idi, çünki körpüdə əvvəllər, 
doğrudan  da,  rastıma  çıxmamış  bir  barkas  var  idi.  Ona 
əslində barkas da demək olmazdı, ancaq o başqa gəmilərdən 
çox  barkasa  bənzəyirdi.  Onun  uzunluğu  yetmiş  fut  olardı, 
ancaq çox ensiz gövdəsi var idi, heç bir üst tikilisi yox idi, 
ona  görə  də  olduğundan  balaca  görünürdü.  Onu  poladdan 
qayırmışdılar,  qara  rəngə  boyamışdılar,  ortasında  bir-
birindən xeyli aralı, barkasın arxasına tərəf əyilmiş üç tüstü 
borusu  var  idi,  barkasın  uzun  və  bıçaq  kimi  iti  burnundan 
bilinirdi  ki,  o  böyük  sürət  götürə  bilər.  Biz  barkasın  arxa 
tərəfindən  keçəndə,  yanında  xırda  hərflərlə  yazılmış  “Ox” 
sözünü  gördük.  Çarli  ilə  mən  maraqdan  özümüzə  yer 
tapmırdıq. Bir neçə dəqiqədən sonra biz barkasın içində idik, 
göyərtədə  dayanıb  günəşin  batmasına  tamaşa  edən 
mexaniklə  söhbət  edirdik.  O  bizim  marağımızı  həvəslə 
təmin etdi, tezliklə öyrəndik ki, “Ox” dünən axşamdan xeyli 


www.vivo-book.com 
 
181 
ötmüş, San-Fransiskodan gəlib. Bu gəlişi sınıq saymaq olar, 
gəminin  yiyəsi  Kaliforniya  mədənləri  sahibi  gənc  milyoner 
Sayles  Tetdir,  o  iti  sürətli  yaxtaların  dəlisidir.  Sonra 
turbenli
56
mühərriklərdən,  buxardan  istifadə  olunmaqdan, 
porşen
57
,  ştok
58
,  krivoşipdən
59
,  bir  sözlə,  mənim  baş 
açmadığım  şeylərdən  danışdılar,  mənim  ancaq  yelkənli 
gəmilərdən  başım  çıxırdı.  Ancaq  mexanikin  axırıncı 
sözlərini çox yaxşı başa düşdüm.  
O fəxrlə dedi: 
–  İstəyirsiniz  inanın,  istəmirsiniz  yox,  ancaq  “Ox”un 
gücü dörd min at qüvvəsində, sürəti saatda qırx beş mindir. 
Çarli həyəcanla dilləndi: 
– Dostum, bunu təkrar edin! Təkrar edin! 
Mexanik mehribanlıqla gülümsünüb təkrar etdi: 
                                                 
56
Turben – içərisində buxar, qaz və ya axar suyun enerjisi mexaniki qüvvəyə çevrilən 
mühərrik (Tərc. qeydi). 
57
Porşen – piston nasoslarda və s.-də mayeləri, buxarı, qazları qovan silindrik hissə 
(Tərc. qeydi).
 
58
Ştok – lövbər qolu (Tərc. qeydi). 
59
Krivoşip – çarx qolu maşının valını hərəkətə gətirmək üçün manivela (Tərc. qeydi). 


www.vivo-book.com 
 
182 
– Dörd min at qüvvəsi və saatda qırx beş min!  
Çarli vəcdlə soruşdu: 
– Onun yiyəsi hanı? Onunla söhbət eləmək olar?  
Mexanik başını yelləyərək cavab verdi: 
– Deyəsən, yox. O hələ də yatır. 
Bu  vaxt  əyninə  sürməyi  gödəkcə  geymiş  cavan  bir 
oğlan  göyərtəyə  qalxdı,  barkasın  arxa  tərəfinə  keçib  göyə 
tamaşa eləməyə başladı. 
Mexanik dedi: 
– Bax, bu da mister Teyt.  
Çarli barkasın dal göyərtəsinə keçib onunla danışmağa 
başladı.  O,  nə  barədəsə  əl-qolunu  ölçə-ölçə  danışırdı, 
barkasın  cavan  yiyəsinin  sir-sifətindən  bilinirdi  ki,  onun 
danışığı  xoşuna  gəlib.  Görünür,  o,  Terner  tərsanəsi 
yaxınlığında  suyun  nə  qədər  dərinliyi  olduğunu  soruşub. 
Çünki  mən  Çarlinin  əl-qol  hərəkəti  ilə  onu  başa  salmağa 
çalışdığını  görürdüm.  Bir  neçə  dəqiqədən  sonra  əhvali-
ruhiyyəsi yaxşılaşan Çarli qayıdıb gəldi. 
O mənə dedi: 


www.vivo-book.com 
 
183 
–  Gedək,  oğlum.  Körpüyə  gedək.  İndi  bizdən  yaxa 
qurtara bilməzlər. 
Nə  yaxşı  ki,  “Ox”u  tez  tərk  etdik,  çünki  bu  vaxt  bizə 
göz qoyan balıqçıların biri göründü. Çarli ilə mən körpüdə – 
“Ox”dan  bir  qədər  qabaqda  “Lankaşir  kraliçası”na  göz 
qoymaq  mümkün olan yerdə, qayığımızın yanında yerimizi 
tutduq.  Saat  doqquzacan  sakitlikdi,  sonra  biz  italiyalıların 
üçbucağın öz tərəfindən sahilə yollandıqlarını gördük. Çarli 
çox  sakitcə  oturmuşdu,  italiyalılar  yolun  dörddə  birini  qət 
etmişdilər ki, o həyəcanla pıçıldadı: 
–  Saatda  qırx  beş  mil...  Onlar  xilas  ola  bilməzlər... 
Onlar əlimizdədirlər. 
İtaliyalılar  tələsmədən  avar  çəkir,  demək  olar  ki,  yel 
dəyirmanının  xəttinə  çatmışdılar.  Biz  adətən  bu  an 
qayığımıza  atılır,  yelkənləri  dikəldirdik,  yalikdəki  iki  nəfər 
bizim  indi  hərəkət  etmədiyimizi  görüb  görünür  ki,  mat 
qaldılar. 
Onlar sahildən və gəmidən eyni məsafədə aralı olanda, 
dəyirmana 
çatanda, 
biz 
onlara 
sahilə 
indiyədək 
yaxınlaşmağa imkan verdiyimizdən yaxın şübhəyə düşdülər. 


www.vivo-book.com 
 
184 
Biz  durbinlə  onların  öz  yaliklərində  bizim  nə  edəcəyimizi 
bilmək  üçün  ayağa  durduqlarını  gördük.  Yanımızdakı 
körpüdə oturmuş casusu da fikir götürmüşdü. O bizim niyə 
yerimizdən tərpənmədiyimizdən baş açmırdı. İtaliyalılar lap 
yaxına  gəldilər,  təzədən  ayağa  durdular,  diqqətlə  sahilə 
tamaşa  etməyə  başladılar,  sanki  biz  orda  gizlənmişdik.  Bu 
vaxt  sahildə  bir  nəfər  göründü,  əlindəki  yaylığı  yelləyib 
işarə  etdi  ki,  yol  açıqdır.  Bu  vaxt  italiyalılar  qəti  qərara 
gəldilər. Onlar avarlara güc verib irəli cumdular, ancaq Çarli 
hələ  də  gözləyirdi.  Onlar  “Lankaşir  kraliçası”  ilə  sahil 
arasındakı  məsafənin  dörddə  üç  hissəsini  ötəndə,  sahilə 
dörddə bir mildən bir qədər çox qalanda Çarli əlini çiynimə 
vurub qışqırdı: 
– Girə keçdilər! Girə keçdilər! 
Bizimlə “Ox” arasındakı məsafəni biz bir neçə addımla 
keçib onun göyərtəsinə atıldıq. Bir an içində onun burun və 
arxa  tərəfindəki  iplər  açıldı,  “Ox”  sürətlə  irəli  cumdu. 
Körpüdə  qalan,  bizə  göz  qoyan  casus  tapançasını  çıxarıb 
nəfəsini dərmədən havaya beş güllə boşaltdı. İtaliyalılar başa 
düşdülər ki, onlara xəbərdarlıq edirlər, dəli kimi əkildilər. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə