Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə37/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

www.vivo-book.com 
 
185 
Onların  dəli  kimi  qaçdığını  desək,  bəs  bizim 
hərəkətimizə nə kimi ad vermək olardı? Biz, demək olar ki, 
qanad  açıb  uçurduq.  Bizim  barkas  suları  dəlicəsinə  elə 
sürətlə  bölürdü  ki,  gəminin  yanlarının  hər  iki  tərəfindən 
köpüklənərək  üç  qüvvətli  dik  dalğalar  axırdı,  arxadan  isə 
üzərimizə sanki hər an gəmimizin üstünə tökülüb onu məhv 
etməyə  hazır  olan  daraqşəkilli  dalğa  gəlirdi.  “Ox”  titrəyir, 
əsir, canlı bir varlıq kimi nərə çəkirdi. Bizim qaldırdığımız 
külək  tufanı,  sürəti  saatda  qırx  beş  milə  çatan  qasırğaya 
bənzəyirdi.  Biz  üzümüzü  bu  tufana  tərəf  tuta  bilmirdik, 
nəfəsimizi güclə dərirdik. Bu külək boruların ağzından çıxan 
tüstünü  düz  geriyə  –  gəminin  hərəkətinə  düzbucaq  şəkildə 
dağıdırdı.  Biz  ekspress  sürəti  ilə  cumurduq.  Çarli  sonradan 
deyirdi: “Biz ox kimi uçurduq”. Bizim hərəkətimizi bundan 
daha dəqiq şəkildə təsvir etmək olmazdı. 
Yalikdəki  italiyalılara  gəlincə,  mənə  elə  gəlirdi  ki,  biz 
körpüdən  aralanan  kimi  onları  haqladıq.  Biz  onlara 
yanaşmamışdan  əvvəl  barkasın  hərəkət  sürətini  azaltmalı 
olduq,  buna  baxmayaraq  “Ox”  onların  böyründən  qasırğa 
kimi  ötdü,  biz  italiyalılarla  sahil  arasında  dövrə  vurub  geri 


www.vivo-book.com 
 
186 
qayıtmalı  olduq.  İtaliyalılar  ara  vermədən  avar  çəkir,  avarı 
hər  dəfə  suya  salanda  skamyanın  üstünə  qalxır,  biz  onların 
böyründən  sürətlə  ötəndə  onlar  Çarli  ilə  məni  tanıdılar.  Bu 
onları  lap  çaşdırdı,  onların  qoçaqlığından  əsər-əlamət 
qalmadı.  Onlar  avarlarını  sudan  qaşqabaqla  çıxartdılar. 
Özlərini həbs etməyə icazə verdilər.  
Biz  sonradan  körpüdə  qələbə  əldə  etməyimizdən 
danışanda Neyl Partinqton dedi: 
–  Çarli,  bütün  bunlar  öz  yerində,  ancaq  mən  bir  şeyi 
başa  düşə  bilmirəm  ki,  sənin  tərifi  göylərə  qaldırılan 
fərasətin bu dəfə nədə imiş. 
Ancaq Çarli bu dəfə də özünü itirmədi, soruşdu: 
– Fərasət? – “Ox”a işarə edib dedi.  – Bu gəmiyə bax! 
Yox,  sən  bir  yaxşı-yaxşı  bax!  Əgər  belə  gəminin  ixtirası 
fərasətin  məhsulu  deyilsə, bəs  nədir?  Söz  yox  ki, bu  dəfəki 
fərasət mənim deyil, ancaq o, öhdəsinə düşən işi gördü. 
 
ÇARLİNİN BİCLİYİ 
 


www.vivo-book.com 
 
187 
Bizim balıqçı patrulu qəzəblənmiş  balıqçı dəstəsini bir 
göz  qırpımında  həbs  edəndə,  ən  gülməli,  ən  qorxulu  işini 
görüb qoçaqlıq göstərmişdi. 
Çarli  bu  müvəffəqiyyəti  zəngin  balıq  ovu,  Neyl 
Partinqton  isə  biclik  adlandırdı.  Mən  bilən,  Çarli  bunların 
arasında  elə  bir  əsaslı  fərq  görmürdü,  belə  sayırdı  ikisi  də 
bizim  müvəffəqiyyətimizdir.  Balıqçılarla  bu  çarpışma 
balıqçılar  üçün  əsl  Vaterloo  döyüşü,  balıqçı  patrulunun 
onlara yerində vurduğu ən ağır zərbə idi, çünki onlar qanunu 
açıq-aydın,  həyasızcasına  pozurdular.  Necə  deyərlər, 
“Mövsümün  açıq”  vaxtı  balıqçılar  qabaqlarına  nə  qədər 
çıxdı, qayıqları nə qədər tutdu, o qədər də qızılbalıq ovlaya 
bilərlər.  Ancaq  işdə  mühüm  bir  məhdudiyyət  var:  şənbə 
günü  günbatandan  bazar  ertəsi  gün  çıxana  qədər  tor  atmaq 
qadağandır.  Bu  Balıq  ovu  komissiyasının  ağıllı  qərarıdır, 
çünki balıqların kürü tökməsi vaxtı qızıl balıqlara çay yuxarı 
üzməyə və kürünün mayalanmasına imkan vermək lazımdır. 
Konserv  zavodları  və  bazarda  satmaq  üçün  qızılbalıq 
ovlayan  yunan  balıqçıları  bu  qanuna  bir  dəfədən  başqa 
həmişə ciddiyyətlə əməl edirdilər. 


www.vivo-book.com 
 
188 
Bir  dəfə  bazar  günü  Çarlinin  dostu  Kollinsvildən 
telefonla  zəng  çalıb  xəbər  verdi  ki,  bütün  balıqçı  qəsəbəsi 
dənizə  çıxıb  tor  atır.  Çarli  ilə  mən  o  dəqiqə  qayığa  atılıb 
hadisə  baş  verən  yerə  yollandıq.  Arxadan  əsən  yüngül 
küləklə  Karkinez  körfəzini,  Syujan  limanını  keçib,  Şip-
Aylend  mayakının  böyründən  dövrə  vurub  keçdik,  bütün 
balıq  ovlayan  gəmi  dəstəsini  iş  başında  gördük.  Əvvəlcə, 
icazə  verin,  onların  nə  kimi  üsulla  balıq  tutduqlarını  izah 
edək. Onlar, necə deyərlər, qəlsəməli tor atırdılar. Bu, romb 
şəklində halqalı adi tor idi, onun hissələri arasındakı məsafə 
yeddi  yarım  düymdən  artıq  olmamalı  idi.  Belə  torların 
uzunu beş yüzdən yeddi yüzədək, hərdən də səkkiz yüz futa 
qədər,  eni  isə  bir  neçə  fut  olur.  Bu  torları  bir  yerə  bənd 
etmirlər,  axın  boyu  üzür,  yuxarı  ucu  qarovulların  vasitəsilə 
suyun üzündə olur, aşağı ucunu isə qurğuşun qursalar suyun 
dibinə çəkir. 
Belə  quruluşu  olan  tor  axının  qabağını  şaquli  kəsir; 
çaya ancaq ən xırda-xuruş balığı buraxır. Qızılbalıq, adətən, 
yuxarıda  üzür,  baş  tərəfdən  halqaya  –  kəməndə  düşür, 
köklüklərinə  görə  tordan  keçə  bilmir,  geriyə  də  çəkiləndə 


www.vivo-book.com 
 
189 
halqalara ilişən qəlsəmələri onlara mane olur. Belə tor atmaq 
üçün  iki  balıqçı  bəs  edir,  biri  avar  çəkir,  o  biri  isə  qayığın 
arxa tərəfində ayaq üstə dayanaraq tələsmədən suya tor atır. 
Köndələninə çaya tor atan balıqçılar torun bir ucunu qayığa 
bağlayıb onunla axın boyu üzürlər. 
Biz  qanunu  pozan  balıq  ovlayanlara  yaxınlaşanda 
onların  torları  bir-birindən  iki  yüz-üç  yüz  yard  aralıda 
atılmışdı, çay isə göz gördükcə başdan-başa qayıqlarla dolu 
idi. 
Çarli dedi: 
– Bir şey pisdir ki, oğlan, mənim  min  əlim  yoxdur ki, 
onların hamısını birdən tutum. Belədə isə bir qayıqdan artıq 
tuta  bilmərik;  başımız  qarışınca  qalanlar  torlarını  yığıb 
aradan  çıxacaqlar.  Biz  yaxına  gəldik,  həmişəki  kimi  nə 
narahatçılıq, nə də qarmaqarışıqlıq hiss etdik. Əksinə, bütün 
qayıqlar  öz  torlarının  yanında  sakitcə  durmuşdular, 
balıqçılar bizə heç məhəl qoymadılar. Çarli mızıldandı: 
– Qəribədir. Bəlkə bizi tanımadılar? 
Mən  cavab  verdim  ki,  ola  bilməz,  Çarli  mənimlə 
razılaşdı.  Bizi  yaxşıca  tanıyan  qayığı  idarə  edənlərin 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə