Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   2   3   4   5   6   7   8   9   ...   59

www.vivo-book.com 
 
17 
Cenevyeva  ilə  Coyun  mənsub  olduğu  fəhlələr 
mühitində onlar bir növ zadəgan sayılırdılar. Cenevyeva ilə 
Co  onları  əhatə  edən  miskinliyin,  çirkabın  içərisində  ruhi 
sağlamlıqlarını,  saflıqlarını  qoruyub  saxlaya  bilmişdilər. 
Şəxsi  ləyaqət  hisslərini  qoruduqlarından,  nəzakətlə,  zərif 
həyat  tərzi  sürdüklərindən,  öz  mühitlərinin  adamlarından 
uzaq  qaçırdılar.  Onlar  hər  adamla  oturub-durmur,  nə 
oğlanın,  nə  də  qızın  ürək  qızdırdığı  yaxın  dostu  yox  idi. 
Bununla  belə  onların  ikisi  də  adama  tez  yovuşandı, 
adamlarla  ancaq  ona  görə  dostluq  etmirdilər  ki,  bu  onların 
saflığına, təmizliyinə xələl gətirərdi. 
Cenevyeva  kimi  xarici  aləmdən  təcrid  edilmiş,  qapalı 
həyat keçirən işçi qadın tapılmazdı. Onu əhatə edən mühitin 
kobudluğu,  amansızlığı  qıza  təsir  etməmişdi.  Qız  ancaq 
görmək  istədiyini  görürdü,  o  ancaq  yaxşı  şeyləri  görmək 
istəyirdi,  inamla,  çox  da  səy  göstərmədən,  hər  cür 
eybəcərlikdən,  bayağılıqdan  boyun  qaçırırdı.  O,  kiçik 
yaşlarından  tənhalığa  alışmışdı.  Cenevyeva  ailənin  tək 
övladı  idi,  küçədə  qonşu  uşaqlarla  oynamaq,  əylənmək 
əvəzinə,  xəstə  anasına  qulluq  edərdi.  Kontor  qulluqçusu, 


www.vivo-book.com 
 
18 
ciyərləri  zəif,  arıq  atası  çox  xeyirxah  idi,  anadangəlmə 
adamlardan  çəkindiyi  üçün  onlardan  uzaq  gəzər,  vaxtının 
çoxunu  evdə  keçirərdi.  Atasının  sayəsində  onların  balaca 
ailəsində 
həmişə 
sakitlik  olardı,  onlar  bir-birinə 
mehribançılıq yetirərdilər. 
Cenevyeva  on  iki  yaşından  yetim  qaldı.  Atasını  dəfn 
edib  qayıdan  kimi  o  Silverstaynların  yanına  getdi,  onların 
qənnadı  dükanının  üstündəki  mənzildə  yaşamağa  başladı; 
qocalar  onunla  yaxşı  rəftar  edirdilər,  yedizdirib 
geyindirirdilər, qız da piştaxta dalında dayanıb onlara kömək 
edirdi.  Silverstaynlar  Cenevyevanın  xətrini  bir  də  ona  görə 
istəyirdilər  ki,  qız  şənbə  günləri  dinləri  onlara  qadağan 
edəndə belə dükanda olurdu. 
Burda, bu sakit dükanda qızın gəncliyinin altı ili keçdi. 
Tanışları demək olar ki, yox idi. Cenevyevanın rəfiqəsi yox 
idi,  dostluq  etmək  istədiyi  qız  da  yox  idi.  Cenevyeva 
məhəllələrin  başqa  on  beş  yaşına  çatmış  qızları  kimi  öz 
küçələrinin  oğlanları  ilə  gəzmək  istəmirdi.  Qızlar  onun 
barəsində  “Bu  lovğa  kuklaya  bax”,  –  deyirdilər.  Buna 
baxmayaraq,  gözəlliyinə  və  özünü  çəkməsinə  görə  onu 


www.vivo-book.com 
 
19 
istəməsələr  də,  Cenevyevaya  hörmətlə  yanaşırdılar.  Cavan 
oğlanlar  yavaşcadan,  rəfiqələri  yaxında  olmayanda  onları 
acıqlandırmamaq  üçün  qıza  “Şaftalı”  deyirdilər,  onlardan 
heç  birinin  ağlına  da  gəlmirdi  ki,  Cenevyeva  ilə  tanış 
olsunlar.  Onlar  qıza  əsrarəngiz,  məlahətli,  onlar  üçün 
əlçatmaz, yüksək məxluq kimi baxırdılar. 
Cenevyeva  sözün  əsl  mənasında  gözəl  idi.  O,  əsl 
amerikalı  idi.  O  hərdənbir  fəhlələr  arasında  təsadüf  edilən, 
sanki  miskin,  bəhərsiz  torpaqda  nadir  ətirli  çiçək  kimi 
açmışdı.  Qızın  hər  şeyi  qəşəng  idi;  zərif  çəhrayı  yanaqları 
vardı,  yanağının  rənginə  görə  “Şaftalı”  ləqəbini  almışdı, 
üzünün  düzgün  cizgiləri,  qıza  məxsus  zərifliyi  vardı.  Onun 
səsi  yavaş  çıxırdı.  Hərəkətləri  asta  idi.  O  özünü  sadə, 
bununla bərabər ləyaqətli aparırdı, anadangəlmə yaxşı zövqü 
var  idi,  geyinib-kecinməyi  yaxşı  bacarırdı,  əyninə  nə 
geyinirdisə,  gözəl  görünürdü,  ona  yaraşırdı.  Bütün  bunlarla 
bərabər,  o  çox  zərif,  mülayim  xasiyyətli,  istiqanlı  idi, 
gələcək  arvad,  ana  kimi  qəlbində  közərən  məhəbbət  işartısı 
(gələcəkdə onu sevən arvad, əsl ana olacağı) hiss olunurdu. 


www.vivo-book.com 
 
20 
Ancaq bu gizli hisslər uzun illərdi ki, onun qəlbində mürgü 
vurur, gələcək sevgilisini gözləyirdi. 
Bir  dəfə  bürkülü  şənbə  günü  Silverstaynın  şirniyyat 
dükanına Co dondurma yeməyə gəlib çıxdı. Cenevyeva ona 
heç məhəl qoymadı, çünki başqa müştəri ilə məşğuldu, altı-
yeddi  yaşlı  bir  oğlan  uşağı  piştaxtanın  qabağında  dayanıb 
şüşənin  altındakı,  üstünə  “beşi  beş  sent”  sözləri  yazılmış 
qənnadı  ustalarının  məharətli  məhsulları  olan  cəzbedici 
pirojnaları  diqqətlə  götür-qoy  edirdi,  şirniyyat  seçməkdə 
səhv edəcəyindən qorxurdu. 
Qız içəri girənin “Xahiş edirəm, sodalı su ilə dondurma 
verin”  dediyini  eşitdi.  Qız  gələnin  üzünü  gördü,  soruşdu: 
“Hansı  dondurmadan  istəyirsiniz?”  Qız  cavan  oğlanlara 
diqqət  yetirməzdi.  Oğlanlar  ona  qəribə,  anlaşılmaz  məxluq 
kimi  görünərdi.  Gənclər  ona  baxanda  pərt  olardı,  onlardan 
xoşu  gəlməzdi;  onlar  qıza  kobud,  yonulmamış  görünərdi. 
Qız  həyatın  bu  tərəfi  barədə  heç  fikirləşməmişdi.  Gördüyü 
oğlanlar onu heç cürə cəzb etmirdi, qız sadəcə olaraq onları 
görmürdü.  Bir  sözlə,  Cenevyevadan  soruşsaydılar  ki,  yer 


www.vivo-book.com 
 
21 
üzündə  kişilər  niyə  mövcuddur,  bu  suala  cavab  verə 
bilməzdi. 
Qız  stəkana  dondurma  qoyanda  təsadüfən  gözü  Coya 
sataşdı, oğlanın üzü o dəqiqə xoşuna gəldi. Elə bu an oğlan 
ona  baxdı,  qız  nəzərlərini  aşağı  salıb  içində  sodalı  su  olan 
sifona doğru getdi. Qız qədəhi dolduranda Cenevyeva yenə 
özündən asılı olmayaraq, cavan oğlana bir anlıq nəzər saldı. 
Çünki  oğlan  qızın  gözlərinin  içinə  baxmağa  çalışırdı, 
oğlanın  üz-gözündən  elə  heyranlıq  yağırdı  ki,  Cenevyeva 
tələsik  üzünü  döndərmək  fikrinə  düşdü.  Qızı  bir  şey  mat 
qoydu  ki,  tanımadığı  yad  bir  kişi  onun  belə  xoşuna  gələ 
bilərmiş.  Qız  sadəlövhlüklə  fikirləşdi:  “Qəşəng  oğlandır”, 
ancaq oğlanın onu belə cəlb etməsini təkcə xoşagələn zahiri 
görkəmlə  izah  etmək  olmazdı.  Qız  dondurmanı  onun 
qarşısında  qoyub  gümüş  pulu  alarkən  üçüncü  dəfə  onunla 
göz-gözə  gələndə  öz-özünə  dedi:  “Yox,  o  heç  də  qəşəng 
deyil”. 
Qızın  söz  ehtiyatı  az  idi,  o  öz  fikirlərini  ifadə  etmək 
üçün  bir  o  qədər  də  asanlıqla  söz  tapmırdı,  ancaq  gənc 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə