Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə40/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

www.vivo-book.com 
 
200 
bütün  bu  qayıqlar  və  siqnal  üzgəcləri  dalımızca  elə  sürətlə 
cumurdular  ki,  balıqçılar  bir-birinə  toqquşmamaq  üçün 
qayığı güclə idarə edirdilər. Yunanlar boğazlarını yırta-yırta 
bizdən  tələb  edirdilər  ki,  gəmini  dayandıraq,  onlara  elə 
gəlirdi  ki,  bu  sərxoş  dənizçilərin  şən  zarafatıdır,  onların 
ağlına da gəlmirdi ki, şxunda balıqçı patrulu var. 
Bir toru dartıb sürümək çətin işdir. Çarli ilə Ole Eriksen 
belə  qərara  gəldilər  ki,  arxadan  külək  əssə  də  “Meri-
Rebekka”  on  dənədən  artıq  toru  çəkib  apara  bilməz.  Ona 
görə  də,  onacan  toru  ilişdirib  içərisində  iyirmi  balıqçı  olan 
on qayığı dalınca sürüyüb aparan biz, gəmi dəstəsini arxada 
qoyub Kollinsvilə yola düşdük. Biz sevinirdik. Çarli sükanın 
başında  elə  durmuşdu  ki,  sanki  yarışlarda  qələbə  çalmış 
yaxtanı evə aparırdı. “Meri-Rebekka”nın cəmi-cümlətanı iki 
dənizçidən  ibarət  ekipajı  zarafatlaşır,  dişlərini  ağardırdılar. 
Ole  Eriksen  uşaq  kimi  sevincək  idi,  nəhəng  əllərini 
ovuşdururdu. O elə təzəcə ağzını açıb: 
–  Mən  bildim,  sizin  balıqçı  patrul  Ole  Eriksenin 
şxunundakı kimi heç vaxt belə uğur qazanmaz, – demişdi ki, 
gəminin  arxasında  atəş  səsi  eşidildi,  güllə  kayutun  təzəcə 


www.vivo-book.com 
 
201 
rənglənmiş örtüsü üstündən çırtıldayıb, mıxa dəyib vıyıltı ilə 
kənara sıçradı. 
Bu Ole Erikseni özündən yaman çıxartdı. Yeni örtünün 
zədələndiyini  görüb  ayağa  sıçradı,  balıqçıları  yumruğu  ilə 
hədələdi,  bu  vaxt  ikinci  güllə  başının  üstündə  altı 
düymlükdən keçib kayutun divarına dəydi. O, tez göyərtədə 
tir çəkib uzandı, gəminin arxasında gizləndi. 
Balıqçıların  hamısının  silahı  var  idi,  indi  onlar  hamısı 
birdən  atəş  açmağa  başladı.  Biz  hərəmiz  bir  tərəfdə 
gizləndik,  hətta  Çarli  belə  sükanı  əlindən  buraxmalı  oldu, 
arxamızda  sürünən  ağır  torlar  olmasaydı,  yəqin  ki, 
qəzəblənmiş  balıqçıların  əlinə  düşərdik.  Ancaq  “Meri-
Rebekka”nın  altına  bərk  dolaşmış  torlar,  onun  dal  tərəfini 
küləyə  tərəf  itələyir,  o  əvvəlki  istiqamətini  dəqiq  saxlaya 
bilməsə də, üzürdü. 
Göyərtədə  uzanmış  Çarli  əlini  sükan  çarxının  aşağı 
oxlarına çatdıra bilsə də şxunu belə idarə etmək çox narahat 
idi. Bu vaxt Ole Eriksenin yadına düşdü ki, anbarda iri polad 
təbəqə var. Bu yaxınlarda Qızıl darvaza yaxınlığında qəzaya 


www.vivo-book.com 
 
202 
uğramış  “Nyu-Cersi”  paroxodunun  kənar  örtüyünün  bir 
parçası idi, “Meri-Rebekka” onun xilasında iştirak etmişdi. 
İki dənizçi, Ole, mən ehtiyatla göyərtə boyu sürünüb iri 
ağır  polad  təbəqəni  dartıb  yuxarı  gətirdik,  onu  gəminin  dal 
tərəfindən  sükanı  balıqçılardan  qorumaq  üçün  qalxan  kimi 
ucaltdıq.  Güllələr  şaqqıldayır,  Çarli  gizləndiyi  yerdə 
gülümsünür,  sükanı  sakitcə  idarə  edirdi.  Beləliklə,  biz 
arxamızda  qəzəbdən  fəryad  qoparan  bir  dəstə  yunan, 
qabaqda  Kollinsvil,  ətrafımızda  isə  fit  çalan,  qaynaşan 
güllələr  irəli cumurduq. 
Çarli birdən zəif səslə soruşdu: 
– Ole, bilmirəm, indi nə edək? 
Ole gəminin lap kənarında arxası üstə uzanmışdı, göyə 
baxıb gülümsünürdü, böyrü üstə çevrilib Çarliyə baxdı. 
– Mən elə bilir ki, əvvəl istədin Kollinsvilə gedərik. 
Çarli dilləndi: 
–  Biz  orda  dayana  bilmərik.  Mən  dayana 
bilməyəcəyimizi heç təsəvvürümə gətirmirdim. 
Ole  Eriksenin  enli  sifətindən  özünü  tamamilə  itirdiyi 
bilinirdi. 


www.vivo-book.com 
 
203 
Əfsus ki, bu həqiqət idi. Arxamızda arı yuvası var idi, 
Kollinsvildə  gəmini  saxlamaq,  arı  yuvasına  çöp  uzatmaq 
kimi bir şey idi. Dənizçilərdən biri şən-şən dedi: 
– Bu lənətə gəlmiş yunanların hamısının tüfəngi var.  
İkinci dilləndi: 
– Hələ balıqçılarını demirsən. 
Bu vaxt Ole Eriksen inildədi: 
–  Mən  şved  adamına  nə  lazım,  özgə  işlərinə  meymun 
kimi qarış. 
Güllə  gəminin  arxa  tərəfinə  dəyib  şaqqıldadı,  sağ 
tərəfdən keçib hirslənmiş arı kimi vızıldadı. 
Şən dənizçi dedi: 
–  Təkcə  sahilə  yan  almaq,  “Meri-Rebekka”nı  qoyub 
qaçmaq qalır. 
Ole Eriksen təsvir edilməz dəhşətlə səsləndi: 
– Necə yəni “Meri-Rebekka”nı qoyub qaçmaq?! 
Dənizçi cavab verdi: 
–  Özünüz  bilərsiniz.  Bu  oğlanlar  gəminin  içinə 
doluşanda  Allahdan  istərdim  ki,  burdan  min  mil  aralıda 


www.vivo-book.com 
 
204 
olaydım.  –  O,  dalımızca  dartıb  sürüdüyümüz  özündən 
çıxmış yunanları göstərdi. 
Biz suyu köpükləndirə-köpükləndirə Kollinsvilə təzəcə 
çatmışdıq,  körpünün  lap  yaxınlığından  keçirdik.  Körpüyə 
daş atmaq olardı. 
Çarli bizim əsirlərə gözaltı baxaraq dedi: 
– Ümidim bir şeyə qalıb, külək kəsməsin. 
Ole qəmgin-qəmgin soruşdu: 
–  Küləyin  bizə  nə  xeyri?!  Tezliklə  çaydan...  çaydan 
keçmək olmaz, onda... onda... 
Biz çayın mənsəbinə çatanda nələr olacağını götür-qoy 
edəndə Ole əlavə etdi: 
– Onda biz əlçatmaz yerlərə gedib, yunanların cənginə 
düşərik. 
Biz  çayın  iki  qola  ayrıldığı  yerə  çatdıq.  Soldakı 
Sakramento,  sağdakı  San-Xoakin  çayının  mənsəbi  idi.  Şən 
dənizçi  irəli  süründü,  foku  aşağı  saldı,  Çarli  sükanı  sağa 
döndərdi, biz sağa – San-Xoaki çayının mənsəbinə döndük. 
Bizi  irəli,  düz  gilin  üstünə  qovan  daldan  əsən  külək,  indi 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə