Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə42/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

www.vivo-book.com 
 
210 
Şxunun  hərəkətini  yavaşıtmadan  biz  sahilə  elə  yaxın 
gəldik  ki,  bizlərdən  hər  birimiz  körpüyə  atıla  bilərdik.  Bu 
vaxt Çarli mənə işarə etdi, mən payanı atdım. O guppultu ilə 
taxta  döşəmənin  üstünə  düşdü,  on  beş-iyirmi  fut  yana 
sıçradı, özünü itirmiş tamaşaçılar onu götürdülər. 
Bütün  bunlar  bir  göz  qırpımında  oldu.  Antiox  geridə 
qaldı, biz San-Xoakinle çayının axarı boyu altı mil yuxarıda 
yerləşən  Meriuzerə  yönəldik.  Çay  şərqə  döndü,  biz 
yelkənləri  kəpənək  kimi  açıb,  stakseli  sağ  tərəfə  keçirib, 
külək  istiqamətində  gedirdik.  Ole  Eriksenin  sanki  dəvələri 
batmışdı. Çarli və qalan iki dənizçi isə, əksinə, yaxşı ki hələ 
də  ümidlərini  itirməmişdilər.  Meriuzerdə  əsasən  kömür 
qazanlar  olurdu,  ümid  etmək  olardı  ki,  bazar  günü  onların 
hamısı  şəhərdədir.  Bir  tərəfdən  də,  kömür  qazanlar  yunan 
balıqçılarını  heç  xoşlamırdılar,  biz  arxayın  ola  bilərdik  ki, 
onlar bizə çox möhkəm yardım edəcəklər. 
Biz çox diqqətlə şəhəri görmək üçün uzaqlara baxırdıq, 
onu  görən  kimi  sanki  üstümüzdən  dağ  götürüldü.  Körpülər 
adamla dolu idi. Yaxına gələndə adamların əsas küçə ilə ya 
əllərində,  ya  da  çiyinlərində  tüfəng,  aşağı  düşdüklərini 


www.vivo-book.com 
 
211 
gördüm.  Çarli  dönüb  balıqçılara  baxdı,  onun  üz-gözündən 
qaliblər  kimi  razılıq  yağırdı.  Mən  əvvəllər  onda  belə  şey 
görməmişdim.  Yunanlar  silahlı  izdihamı  görüb  özlərini 
itirdilər, tüfənglərini gizlətdilər. 
Biz topseli, stakseli yığdıq, qrot-falı
68
 yavaş-yavaş açıb 
buraxdıq.  Əsas  körpüyə  çatanda  qrotu  aşağı  saldıq.  “Meri-
Rebekka” küləyə tərəf döndü, əsir balıqçıların qayığı onların 
ardınca enli bir dövrə cızdı, biz hərəkəti yavaşıdıb, burazları 
açıb,  körpüyə  yanaşıb  bağlayanda  özlərini  bizə  çatdırdılar. 
Biz kömür qazanların sevincək qışqırığı altında körpüyə yan 
aldıq. 
Ole Eriksen köks dolusu nəfəs aldı. O etiraf etdi: 
– Mən elə bildim, arvadı heç görə bilməz.  
Çarli etiraz etdi: 
– Niyə? Bizi heç bir təhlükə gözləmirdi.  
Ole inanmayaraq ona baxdı.  
Çarli üst-üstdən dedi: 
                                                 
68
Fal – gəmilərdə yelkənləri, siqnal bayrağını qaldırmaq üçün ip (Tərc. qeydi). 
 


www.vivo-book.com 
 
212 
–  Düz  sözümdür,  gözləmirdi.  Biz  hər  an  qarmağı 
çıxarıb ata bilərdik, bax, indiki kimi, yunanlar da öz torlarını 
yığışdırardılar. 
O, əlində qayka açarı anbara endi, qaykanı açdı, qarmaq 
suya  düşdü.  Yunanlar  torlarını  yığışdırıb  qayıqlarını 
qaydaya salanda, biz onları əlbəəl silahlı vətəndaşlara təhvil 
verdik, onlar həbsxanaya yollandılar.  
Ole Eriksen dedi: 
– Deyəsən, mən özüm axmaq yerinə qoymuşdum. 
Ancaq şəhərin heyran qalan sakinləri onun əlini sıxmaq 
üçün  şxuna  qalxanda  əldən-ayaqdan  zirək  reportyorlardan 
bəzisi  “Meri-Rebekka”nı  və  onun  kapitanının  şəklini 
çəkəndə o bu fikrini dəyişdi. 
 
DEMETRİOS KONTOS 
 
Yunan  balıqçıları  barədə  danışığımdan  belə  çıxmasın 
ki, onların hamısı cani idi, heç də yox. Onlar ayrıca koloniya 
halında  yaşayan,  təbiətlə  mübarizədə  çörək  pullarını 
qazanan adamlar idi. Yunan balıqçıları qanunla hesablaşmır, 


www.vivo-book.com 
 
213 
onu  zorakılıq,  istibdad  əlaməti  sayıb,  onun  nəyə  gərək 
olduğundan heç cür baş aça bilmirdilər, xüsusilə, balıq ovu 
qanunu  onlara  qəddar  görünürdü.  Yunan  balıqçıları  sözsüz 
ki, balıqçı patrul dəstəsini özlərinin düşməni sayırdılar. 
Biz yunan balıqçılarını təhdid edir, ruzilərini əllərindən 
alırdıq, bu ikisi də elə bir şey demək idi. Biz onların çoxlu 
pul  verib  bir  neçə  həftəlik  zəhmətdən  sonra  hazırladıqları 
torları, qarmaqları müsadirə edirdik. İldə dəfələrlə, bəzən də 
bütöv  bir  mövsüm,  onlara  balıq  ovlamağı  qadağan  edir, 
qazancdan  məhrum  edirdik,  biz  olmasaydıq,  onları  belə 
məhrumiyyətlər  gözləməzdi.  Yunan  balıqçıları  əlimizə 
keçəndə,  onları  məhkəməyə  verirdik,  məhkəmə  də  onları 
möhkəm  cərimə  edib  çoxlu  pul  alırdı.  Bax,  buna  görə  də 
onların  bizi  görən  gözü  yox  idi,  çalışırdılar  ki,  bizdən 
intiqam  alsınlar.  İt  pişiyin,  ilan  insanın  düşməni  olduğu 
kimi, patrul dəstəsinin üzvü də balıqçının düşmənidir. 
Ancaq  oxucular  elə  bilməsin  ki,  balıqçılar  ancaq  bərk 
nifrət  bəsləməyi  bacarırdılar,  yox,  onlar  yeri  gələndə 
alicənablıq da göstərirdilər, bunu sübuta yetirmək üçün mən 
Demetrios  Kontosun 
əhvalatını  danışmaq  istəyirəm. 


www.vivo-book.com 
 
214 
Demetrios  Kontos  Vallexoda  yaşayırdı.  O,  Böyük  Alekdən 
sonra  yunanlar  arasında  ən  qoçaq,  ən  nüfuzlu  adam  idi.  O, 
bizi  heç  narahat  etmirdi,  qızılbalıq  tutmaq  üçün  yeni  qayıq 
düzəltməsəydi,  bizimlə  yəqin  ki,  çox  çətin  toqquşardı.  Bu 
qayıq  bütün  fəlakətlərin  səbəbi  oldu.  Demetrios  adi 
qızılbalıq  ovu  qayığını  bir  qədər  dəyişdirib,  öz  modelinə 
əsasən düzəltmişdi. 
Bir  şey  məlum  idi  ki,  yeni  qayıq  çox  iti  sürətlidir, 
körfəzdə,  körfəzə  tökülən  çaylarda  işləyən  qayıqların  ən  iti 
sürətlisidir. O vaxtdan Demetrios lovğalanmağa, öyünməyə 
başladı. Biz bazar günü qızılbalıq ovlayan balıqçıları “Meri-
Rebekka”nın  köməyilə  qorxudanda,  o  bizə  Benişyaya  yerli 
balıqçıların birinin köməyilə xəbər göndərdi. O bizə meydan 
oxuya-oxuya bildirdi ki, gələn bazar günü Demetrios Kontos 
Vallexodan  çıxıb  bütün  Benişyanın  gözünün  qabağındaca 
tor  atıb  qızılbalıq  tutacaq,  patrul  dəstəsinin  üzvü  Çarli  Le 
Qrant  bacarırsa,  qoy  gəlib  onu  tutsun.  Sözsüz  ki,  bizim 
Çarlinin də, mənim də, Kontosun yeni qayığından xəbərimiz 
yox  idi.  Bizim  qayığımız  çox  iti  sürətli  idi,  biz  də  başqa 
qayıqlarla yarışmaqdan qorxmurduq. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə