Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə44/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

www.vivo-book.com 
 
220 
Kontra Kosta təpələrinə qədər, demək olar ki, yanaşı – 
nə  bir-birini  qova-qova,  nə  də  geri  qala-qala  –  üzdük. 
Sonom təpələrinə dönəndə hiss etdik ki, sürətimiz eyni olsa 
da, Demetriosun qayığı küləyin səmtinə daha yaxındır. Çarli 
axı bizim qayığı böyük çevikliklə sürürdü, bütün bacarığı ilə 
onu həmişəkindən daha yaxşı idarə edirdi. 
Əlbəttə  ki,  Çarli  tapançasını  çıxarıb  Demetriosa  atəş 
aça bilərdi, ancaq biz bir şeyi çoxdan bilirdik ki, yüngül bir 
günahı olan, qaçıb aradan çıxmaq istəyən adama atəş açmaq 
bizim  təbiətimizə  ziddir. Bir də ki, patrul dəstəsinin üzvləri 
ilə balıqçılar arasında bir növ xəlvəti razılaşma var idi: onlar 
qaçıb aradan çıxanda biz onları atəşə tutmuruq, onlar da öz 
növbələrində,  biz  onları  həbs  edəndə  müqavimət 
göstərmirdilər.  Demetrios  Kontos bizdən uzaqlaşırdı,  bizim 
də  var  gücümüzlə  onu  təqib  etməkdən  başqa  əlacımız  yox 
idi,  başqa  bir  tərəfdən,  bizim  qayığımızın  sürəti  daha  iti 
olsaydı,  biz  də  qayığımızı  Demetriosdan  daha  yaxşı 
sürsəydik, biz onu tutsaydıq, yəqin ki, o da bizə müqavimət 
göstərməzdi. 


www.vivo-book.com 
 
221 
Belə iri yelkənlə Karkinez körfəzində belə güclü külək 
əsəndə  bizim  üzməyimiz,  necə  deyərlər,  qorxulu  idi.  Biz 
gərək  bütün  vaxtı  ayıq  olaydıq,  çalışaydıq  qayığımız 
aşmayaydı,  Çarli  sükan  arxasında  olanda  mən  qrot-şkotu 
naqelə
73
  cəmi  bir  dəfə  dolamışdım  ki,  lazım  gələndə  bir  an 
içində  onu  açım.  Yelkənli  qayığını  təkbaşına  sürən 
Demetriosun iki əli də bütün vaxtı məşğul idi. 
Ancaq  bizim  onu  haqlamaq  cəhdimiz  bir  nəticə 
vermədi.  Təbiətən  daha  fərasətli  Demetrios  bizim  qayıqdan 
daha  yaxşısını  düzəldə  bilmişdi.  Düzdür,  Çarli  qayığı 
Demetriosdan  pis, daha  doğrusu,  bir  az  yaxşı  sürürdüsə  də, 
amma bir iş var idi ki, onun qayığı yunanın qayığından pis 
idi. 
Bizim  qayıq  küləyin  istiqamətinə  yatanda  Demetrios 
öldürücü gülüşünü eşidib Çarli əmr etdi: 
– Şkotu yavaş-yavaş açıb burax! 
Çarli başını bulaya-bulaya dedi: 
                                                 
73
Naqel – girintisiz-çıxıntısız uzun bolt (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
222 
–  Mənası  yoxdur.  Demetriosun  qayığı  bizimkindən 
yaxşıdır.  Əgər  o  bir  də  oyun  çıxarmaq  istəsə,  biz  də 
cavabında yeni bir şey fikirləşib taparıq. 
Bu  dəfə  mənim  fərasətim  köməyimizə  çatdı.  Çərşənbə 
günü təklif elədim. 
–  Gələn  bazar  günü  mən  tək-təkinə  Demetriosun 
dalınca  düşsəm  nə  olar?  Sən  də  onun  qayıtmasını  Vallexo 
körpüsündə gözləyərsən. 
Çarli bir dəqiqəliyinə fikirləşib, əlini dizinə çırpdı. 
–  Yaxşı  fikirdir!  Sən  kəlləni  işlətməyə  başlamısan. 
Ustadına afərin! Ancaq onu çox uzağa qovma,  yoxsa ki, o, 
evə,  Vallexoya  qayıtmaq  əvəzinə  San-Pablo  körfəzinə 
yollanar, mən də körpüdə axmaq yerində qalıb onun yolunu 
gözləyərəm. 
Cümə axşamı Çarli mənim planıma etiraz elədi: 
–  Hamı  biləcək  ki,  mən  Vallexoya  yollanmışam. 
Demetrios  da  bundan  xəbər  tutacaq,  buna  heç  şübhən 
olmasın.  Sənin  bu  niyyətindən  əfsus  ki,  boyun  qaçırmalı 
olacağıq. 


www.vivo-book.com 
 
223 
Bu  dəlil  çox  tutarlı  idi,  günün  qalan  hissəsini  qanıqara 
keçirdim. Buna baxmayaraq, gecə birdən mənə belə gəldi ki, 
çıxış  yolu  tapmışam,  səbrimi  basa  bilməyib,  bərk  yatmış 
Çarlini yuxudan oyatdım. 
O mızıldandı: 
– Hə, nə olub ki? Ev od tutub yanır? 
Cavab verdim: 
–  Yox  e,  başım  od  tutub  yanır.  Qulaq  as,  gör  nə 
deyirəm!  Bazar  günü  səninlə  Benişyada  körpüdə  ta 
Demetriosun  qayığı  üfüqdə  görünənə  qədər  veyllənəcəyik. 
Bu  arxayınçılıq  yaradar.  Yelkənli  qayıq  ta  yaxına  gəlincə, 
sən  tələsmədən  şəhər  tərəfə  üz  tutarsan.  Balıqçılar  belə 
nəticə  çıxardarlar  ki,  məğlub  olmusan  və  özünün 
məğlubiyyətini boynuna alırsan. 
Mən  nəfəsimi  dərmək  üçün  sözümə  ara  verəndə  Çarli 
dilləndi: 
– Hələlik pis deyil. 
Mən lovğa-lovğa sözümə davam etdim: 
–  Pis  yox,  lap  yaxşıdır.  Demək  belə,  sən  tələsmədən 
şəhərə üz tutursan, körpüdən, adamların gözündən uzaqlaşan 


www.vivo-book.com 
 
224 
kimi  Den  Melonun  yanına  qaçırsan.  Onun  madyanını 
götürüb  var  gücünlə  kəndarası  yolla  Vallexoya  çapırsan. 
Oranın yolu rahatdır, sən Vallexoya bütün vaxtı küləyə qarşı 
üzməli olan Demetriosdan tez çatarsan. 
Mənim  yeni  planımı  qeyd-şərtsiz  bəyənən  Çarli 
dilləndi: 
–  Səhər  açılan kimi,  hər şeydən qabaq  madyan  barədə 
danışaram. 
Ancaq mən elə təzəcə yuxuya getmişdim ki, o özü məni 
durğuzdu, qaranlıqda gülümsünərək dedi: 
–  Oğlum,  qulaq  as,  gör  nə  deyirəm,  səncə,  at  belində 
brakonyerin  dalınca  düşmək  balıqçı  patruluna  yaraşar-
yaraşmaz? 
Mən dilləndim: 
–  Fərasət  elə  onun  üçündür  də.  Sən  özün  həmişə 
oturub-durub  deyirsən:  “Çalış  ki,  düşmənindən  qabağa 
düşüb düz fikirləşəsən, onda qalib gələrsən”. 
Çarli güldü: 


www.vivo-book.com 
 
225 
– Ha-ha. Bu dəfə ağlımıza gələn fəndlə, madyanı minib 
Demetriosu  üstələməsək,  mən  adımı  dəyişərəm.  Çarli  Le 
Qrant olmaram. 
Cümə günü o soruşdu: 
–  Sən  təkbaşına  qayığı  idarə  edə  bilərsənmi?  Bir  şeyi 
yaddan çıxarma ki, bizim yelkən çox iridir. 
Mən onu öz bacarığıma elə ürəkdən inandırdım ki, daha 
şənbə  gününəcən  bu  haqda  danışmadı,  şənbə  günü  mənə 
təklif  elədi  ki,  yelkənin  dal  şkatorinasından
74
  iri  bir  parça 
çıxarım.  Görünür,  o  mənim  baxışlarımdan  elə  möhkəm 
pərtlik  hiss  elədi  ki,  daha  sözünün  üstündə  inad  edib 
durmadı.  Mən  özümün  yelkənli  qayıq  sürmək  bacarığımla, 
doğrudan  da,  elə  fəxr  edərdim  ki,  çox  istəyirdim,  dənizə 
təkbaşına çıxam, başımın üstündə böyük yelkən qanad açsın, 
mən  də  qaçan  yunanın  arxasınca  düşüb  ox  kimi  Karkinez 
körfəzindən keçəm. 
Demetrios Kontos həmişəki kimi bazar günü buradaydı. 
Balıqçılarda 
onun 
gəlişini 
alqışlamaq 
və 
bizim 
                                                 
74
Şkatorina – yumşaq kəndirdən haşiyə verilmiş yelkənin qırağı (Tərc. qeydi). 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə