Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə45/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   41   42   43   44   45   46   47   48   ...   59

www.vivo-book.com 
 
226 
məğlubiyyətimizə  gülmək  adət  şəklini  almışdı.  Demetrios 
körpünün  bir  neçə  yüz  yardlığında  yelkənini  aşağı  salıb, 
özünü həmişəki çürük torunun əlli futunu açdı. 
Çarli  qəsdən  yunanlardan  biri  eşitsin  deyə,  ucadan 
mızıldandı: 
–  Mənə  elə  gəlir  ki,  onun  köhnə  toru  tamam-kamal 
yırtılmasa, bundan əl çəkən deyil.  
Bu vaxt onlardan biri dilləndi: 
– Onda mən özümünkünü ona verərəm.  
Çarli cavab verdi: 
–  Zəhmət  çəkmə,  mənim  özümün  köhnə  bir  torum 
tapılar. Əgər o mənim yanıma gəlib xahiş eləsə, verərəm.  
Yunanlar  şən-şən  gülüşdülər,  çünki  kələk  gəldikləri 
adamla  belə  mehriban  zarafat  edə  bilərdilər.  Bir  dəqiqədən 
sonra Çarli mənə müraciət etdi: 
–  Hə,  oğlum,  hələlik.  Mən  şəhərə,  Meloninin  yanına 
gedirəm. 
Soruşdum: 
– Qayığı götürə bilərəm? 
Cavab verdi: 


www.vivo-book.com 
 
227 
– Özün bilərsən, – birdən dönüb tələsmədən uzaqlaşdı. 
Demetrios  tordan  iki  dənə  iri  qızılbalıq  çıxartdı,  mən 
qayığa  atıldım.  Kefləri  kökəlmiş  balıqçılar  ətrafımıza 
yığışmışdılar,  mən  yelkəni  dikəldəndə  mənə  cürbəcür 
məsləhətlər  verməyə  başladılar.  Onlar  hətta  bir-birilə  mərc 
gəlirdilər ki, mən Demetriosu hökmən tutacağam. Onlardan 
ikisi isə özlərini məhkəmə məmuru yerinə qoyaraq çox ciddi 
şəkildə  məndən  icazə  istədilər  ki,  mənimlə  səfərə 
yollansınlar, görsünlər ki, mən bütün bunları nə cür edirəm. 
Ancaq  mən  tələsmirdim,  vaxtı  uzadırdım  ki,  Çarliyə 
imkan verim Vallexoya yollansın. Özümü elə göstərirdim ki, 
guya yelkənin görkəmi xoşuma gəlmədi, mən qafelin yuxarı 
ucunun saxladığı burazı bir azca dartdım. Hesablamalarıma 
görə, Çarli Den Meloninin yanına çatıb onun atına minəndən 
sonra,  mən  körpüdən  aralanıb  yelkəni  küləyə  tərəf 
qaldırdım.  Bərk  külək  yelkənə  dolub  onu  bir  anın  içində 
birdən  əydi,  qayığa  iki  vedrəyəcən  su  doldu.  Ən  təcrübəli 
dənizçinin belə, yüngül qayığının başına belə bir hadisə gələ 
bilərdi,  mən  şkotu  bir  anın  içində  yavaş-yavaş  açıb 


www.vivo-book.com 
 
228 
buraxdımsa da, qayığı düzəltdimsə də, çox böyük səhv etmiş 
adam kimi məni istehzalı əl çalmaqla alqışladılar.  
Demetrios balıqçı patrul qayığında tək bir adamın, özü 
də cavan bir uşağın olduğunu görüb, məni ələ salmaq fikrinə 
düşdü.  Yelkənin  aşağı  ucunu  saxlayan  ipi  qısaltdı.  Ondan 
otuz fut aralıda düz dalınca yollandım, o da şkotu bir qədər 
açıb  buraxdı,  körpüyə  qayıtdı.  O  qısa  qalslar  edərək 
fırlanmağa,  dövrə  vurmağa  başladı,  ona  rəğbət  bəsləyən 
tamaşaçıların  ürəyindən  xəbər  verərək,  qayığının  burnu  ilə 
şütü yarırdı. Mən də bütün vaxtı qayığı onun dalınca sürür, 
onun elədiklərinin hamısını təkrar edirdim. O hətta belə bərk 
küləkli  havada,  iri  yelkəndə  küləyin  istiqaməti  ilə  qayığı 
sürüb  yelkəni  o  biri  tərəfə  keçirmək  qorxulu  olanda  da 
çəkinmirdi.  

belə 
güman  edirdi  ki,  dənizdə  möhkəm 
qarmaqarışıqlıq  yaradan,  bərk  əsən  sahil  küləyi,  suyun 
qüvvətli  çəkilməsi,  suyun  axını  məni  fəlakətə  sürükləyər. 
Ancaq  o  gün  kefim  kök  idi,  heç  vaxt  qayığı  indiki  kimi 
gözəl  sürməmişdim.  Mən  yaxşıca  burulmuş  mexanizmə 
bənzəyirdim,  beynim  yaxşı  və  sürətlə  işləyirdi,  əllərim  öz 


www.vivo-book.com 
 
229 
işini səhv etmədən görürdü, mən təcrübəli dənizçi kimi hər 
saniyə əvvəlcədən baş verə biləcək minlərlə xırda hadisələri 
də nəzərdən qaçırmırdım. 
Mənim  yerimə  Demetriosun  başına  qəza  gəldi.  Onun 
qayığının  çıxarılan  gilində  nə  isə  xarab  olmuşdu,  korpusa 
pərçim  olub  çıxmırdı,  gil  tamamilə  hərəkət  etmirdi. 
Demetrios  böyük  məharətlə  əldə  etdiyi  fasilə  vaxtı  tələsik 
çıxarılan  gillə  əlləşməyə  başladı,  onu  aşağı  salmaq  istədi. 
Ancaq  onun  vaxtı  çox  az  olduğundan,  təzədən  sükandan, 
yelkəndən yapışmalı oldu. 
Çıxarılan  gil  onu  görünür,  bərk  narahat  edirdi.  Onun 
daha mənə baş qoşmağa halı yox idi. Uzun manevrlər edərək 
Vallexoya  yollandı.  Gəmi  külək  istiqamətində  ilk  manevr 
edəndə  gördüm  ki,  qayığım  küləyə  daha  yaxındır,  bu  məni 
sevindirdi.  Bax,  bu  vaxt  qayığında  əlavə  bir  adam  olsaydı, 
gərəyi olardı. Mən onun bir neçə futluğunda idim, o, sükanı 
buraxıb,  qayığın  ortasına  keçib,  çıxarılan  gili  aşağı  sala 
bilmirdi. 
O, qayığını küləyin istiqamətinə daha dik tutub, əvvəlki 
kimi şkotu bir az yavaş-yavaş açmağa,  məni ötüb-keçməyə 


www.vivo-book.com 
 
230 
çalışaraq,  daha  sürətlə  getməyə  çalışdı.  Mən  küləyə  üstün 
gəlmək, Demetriosu haqlamaq  üçün  bu  imkanı  ona  verdim. 
Mən  ona  lap  yaxınlaşanda,  o,  özünü  elə  göstərdi  ki,  guya 
qayığını  küləyin  istiqamətinə  görə  dəyişdirir.  Mən  cəld 
Demetriosu  qabaqlamaq  üçün  küləyə  qarşı  manevr  etdim, 
ancaq bu onun tərəfindən həyata keçirilən mahir fırıldaq idi. 
O  əvvəlki  istiqaməti  götürdü,  mən  isə  ötürülmüş  məsafənin 
yerini doldurmağa  çalışdım.  Manevr  məsələlərində görünür 
ki,  Demetrios  məndən  bacarıqlı  idi.  Dəfələrlə  o  demək  olar 
ki,  əlimdə  idi.  Hər  dəfə  məni  aldadıb  əlimdən  canını 
qurtarırdı.  Bu  yandan  külək  güclənirdi,  bizim  əllərimiz  bir 
saniyə  belə  sakitlik  nə  olduğunu  bilmirdi,  yoxsa  ki, 
qayıqlarımız  çevrilərdi.  Mənim  qayığıma  gəlincə,  o  suyun 
üzündə  artıq  ballast  hesabına  qalmışdı.  Mən  büzüşüb 
oturmuşdum,  bir  əlimlə  sükandan,  o  biri  əlimlə  şkotdan 
yapışmışdım. Şkot ağac mıxa bir dəfə dolandığından, külək 
hər  dəfə  bərk  əsdikcə  əlimdən  çıxırdı.  Belə  vaxtlarda 
yelkənin  küləyi  boşalırdı,  mən  də  sözsüz  olaraq  geri 
qalırdım.  Bir  şeydən  təsəlli  almaq  olardı  ki,  Demetriosun 
qayığının da başına belə işlər gəlirdi. Suyun güclü çəkilməsi 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə