Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə47/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

www.vivo-book.com 
 
236 
Mən etiraz edib dedim: 
–  Çarli,  o  məni  ölümdən  qurtarıb.  Onu  məncə,  həbs 
eləmək olmaz.  
Çarlinin  sir-sifətindən  özünü  itirdiyi  bilindi,  ancaq  o 
qərar qəbul edən kimi halı dəyişdi. 
O mülayimcəsinə cavab verdi: 
– Oğlum, heç nə edə bilmərəm. Mən öz borcumu poza 
bilmərəm, onu həbs etmək mənim bilavasitə borcumdur. Bu 
gün bazar günüdür, qayığımda təzəcə tutulmuş iki qızılbalıq 
var. Mən daha nə edə bilərəm? 
Mən başqa bir dəlil tapmayaraq üst-üstdən deyirdim: 
– O məni ölümdən xilas edib. 
Demetrios  Kontos  Çarlinin  nə  kimi  qərara  gəldiyini 
eşidəndə  rəngi  qapqara  qaraldı.  O  hiss  etdi  ki,  onunla 
ədalətsiz  rəftar  ediblər.  Onun  qəlbində  xeyirxahlıq  baş 
qaldırıb,  o,  alicənablıq  göstərib,  köməksiz  düşməni  xilas 
etmişdir. Bu yaxşılığın qabağında onu həbsxanaya aparırlar.  
Çarli  ilə  mən  Benişyaya  qayıdanda  küsülü  idik.  Mən 
qanunun  hər  nöqtəsinə  yox,  ruhuna,  Çarli  isə  elə  qanunun 
hər  nöqtəsinə  əməl  edirdi.  O,  hər  nə  qədər  götür-qoy 


www.vivo-book.com 
 
237 
edirdisə  də,  başqa  çıxış  yolu  görmürdü.  Qanun  açıq-aydın 
bildirirdi  ki,  bazar  günü  qızılbalıq  ovlamaq  qadağandır.  O, 
patrul  dəstəsinin  üzvü  idi,  qanunun  hökmən  yerinə 
yetirilməsinə  nəzarət  etmək  onun  borcu  idi.  Burda  daha 
götür-qoy  etməli  heç  nə  yox  idi.  O,  vəzifə  borcunu  yerinə 
yetirmişdi,  vicdan  əzabı  çəkmirdi.  Bütün  bunlara 
baxmayaraq,  bunların  hamısı  mənə  ədalətsiz  görünürdü. 
Demetrios Kontosa çox yazığım gəlirdi. 
İki  gündən  sonra  Vallexoya  məhkəməyə  gəldik.  Mən 
şahidlik eləməli oldum. Ömrümdə şahidlər yerində dayanıb 
Demetrios  Kontosun  iki  qızılbalıq  tutduğunu  gözümlə 
gördüyümü  və  Çarlinin  də  onu  bu  iki  balıqla  həbs  etdiyini 
bildirib  and  içməkdən  mənim  üçün  xoşagəlməz  hadisə  ola 
bilməzdi. 
Demetrios özü üçün vəkil tutdu, ancaq işi uda bilmədi. 
Andlı idmançılar on beş dəqiqəliyinə məhkəmə salonundan 
çıxıb geri qayıtdılar, qərar çıxartdılar ki, günahkardır. Hakim 
Demetrios  üçün  yüz  dollar  cərimə,  ya  da  əlligünlük  həbs 
cəzası kəsdi.  
Çarli məhkəmə katibinə yaxınlaşdı.  


www.vivo-book.com 
 
238 
O,  stolun  üstünə  hərəsi  iyirmi  dollarlıq  beş  qızıl  pul 
qoyub dedi: 
– Mən bu cəriməni verirəm. – Sonra üzünü mənə tutub 
əlavə etdi. – Oğlum, bu yeganə çıxış yoludur. 
Əlini bərk-bərk sıxanda gözlərim yaşardı. 
Sözə başladım: 
– Mən verərəm... 
O sözümü kəsdi: 
–  Sənə  düşən  hissəni?  Əlbəttə  ki,  bəs  ayrı  nə  cür  ola 
bilər? 
Bu  ara  Demetrios  vəkilindən  öyrəndi  ki,  pulunu  Çarli 
verib. 
Demetrios Çarliyə yaxınlaşdı ki, onun əlini sıxsın, onun 
bütün cənublulara məxsus coşqun qanı başına vurdu, pörtdü. 
Xeyirxahlıqda  geri  qalmamaq  üçün  inad  edib  dedi  ki, 
cəriməni  və  vəkilin  haqqını  özü  verəcək,  Çarli  onun 
dedikləri ilə razılaşmayanda çox əsəbiləşdi. 
Çarlinin  bu  hərəkəti  balıqçılara,  indiyəcən  bizim 
elədiklərimizdən daha artıq qanunun mahiyyətini başa saldı. 
Çarli  onların  gözlərində  böyüdü,  məni  də  yelkənli  qayıq 


www.vivo-book.com 
 
239 
sürməyi bacaran cavan oğlan kimi təriflədilər. Bundan sonra 
Demetrios  Kontos  daha  qanunu  pozmadı,  bizim  yaxın 
dostumuz oldu, bizimlə söhbət eləməyə dəfələrlə Benişyaya 
gəldi. 
 
SARI YAYLIQ 
Çarli dedi: 
– Dostum, düzdür, bunun mənə heç dəxli yoxdur, ancaq 
sən nahaq yerə axırıncı basqın təşkil etmək fikrinə düşürsən. 
Dəfələrlə  çox  çətin  vəziyyətlərə  düşmüsən,  təhlükəli 
adamlarla üzləşmisən, amma sağ-salamat qalmısan, axırdan-
axıra başına bir iş gəlsə, adamı yandırar. 
Mən  də  cavanlığımdan  özümə  qürrələnərək  etiraz 
etdim: 
– Heç axırıncı basqını keçirməsək olar?! Özün bilirsən 
ki,  hər  şeyin  bir  sonu  olmalıdır...  İndiki  belədir,  mənim 
basqınlarımdan  biri  axırıncı  olmalıdır,  burda  daha  heç  nə 
etmək olmaz.  
Çarli  ayağını  ayağının  üstünə  aşırdı,  stolun 
söykənəcəyinə yayxanıb fikrə daldı.  


www.vivo-book.com 
 
240 
O, sözünün axırında dedi: 
–  Düz  sözə  nə  demək  olar?!  Niyə  də  Demetrios 
Kontosu  tutmağın  axırıncı  basqın  hesab  edilməsin?  Sən  bu 
işdə  əməlli-başlı  islansan  da,  sağ-salamat  qaldın  və...  –  Bu 
vaxt  o  sözünü  kəsdi,  bir  qədər  fasilədən  sonra  təzədən 
dilləndi. – İndi başına bir iş gəlsə, mən bunu özümə heç cür 
bağışlaya bilmərəm. 
Mənim  Çarlinin  qorxmasına  gülməyim  tutdu,  məni 
ürəkdən  istəyən  bu  adamın  məni  dilə  tutmasına  qarşı  çıxa 
bilmədim,  onunla  razılaşmalı  oldum  ki,  axırıncı  basqın 
arxada qalıb. İki il onunla biz ayrılmaz dost olmuşduq, indi 
mən  balıqçı  patrulluğundan  çıxıb  şəhərə  gedirdim  ki, 
təhsilimi başa vurum. Orta məktəbi qurtarınca, üç il ehtiyac 
nə  olduğunu  bilməyim  deyə,  çoxlu  pul  toplamışdım,  dərs 
ilinin başlanmasına xeyli vaxt qalsa da, qəbul imtahanlarına 
yaxşıca hazırlaşmaq qərarına gəldim. 
Mən,  nəyim  vardısa,  dənizçi  sandığına  yığdım,  qatarla 
Oklendə  yola  düşməyə  hazırlaşırdım  ki,  birdən  Neyl 
Partinqton  Benişyaya  gəlib  çıxdı.  O,  “Şimal  maralı”nı  cəld 
Aşağı  körfəzə  aparmağa  hazırlaşırdı.  Yolda  Oklendə  baş 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə