Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

www.vivo-book.com 
 
241 
çəkəcəkdi. Neyl bu şəhərdə yaşayırdı, məktəbi qurtaranadək 
mən  onlarda  qalacaqdım,  ona  görə  də  mənə  təklif  elədi  ki, 
sandıqçamı  şlyupun  içinə  aparıb  qoyum  ki,  birlikdə  üzək. 
Sandıqçanı  apardım,  günün  axırında  biz  burazları  açıb 
yelkəni dikəltdik. 
Payız  idi,  hava  adam  aldadandı.  Yayda  hər  gün  bir 
qayda  olaraq,  sahildən  əsən  külək,  bərk  əsən  şıltaq 
küləklərlə  əvəz  olunurdu.  Göyün  üzünü  buludlar  örtdü. 
Səfərimizin  nə  qədər  çəkəcəyini  deyə  bilməzdik.  Biz  su 
çəkilməyə  başlayanda  yola  düşdük.  Karkinez  boğazından 
keçəndə  Benişyaya  vaxtı  ilə  “Lankaşir  kraliçası”nı 
mühasirəyə  alıb  yunanların  kralı  Böyük  Aleki  tutduğumuz 
yerə,  Terner  tərsanəsi  yaxınlığındakı  körpüyə  xeyli  baxıb 
vidalaşdım.  Boğazdan  çıxanda  isə,  həmin  yerə  böyük 
maraqla tamaşa etdim, hansı ki, bir neçə gün bundan qabaq 
Demetrios Kontos alicənablıq göstərib məni xilas etməsəydi, 
hökmən batacaqdım. İrəlidə, San-Pablo körfəzinin üzərində 
göz-gözü  görməyən  duman  sürünürdü,  bir  neçə  dəqiqədən 
sonra “Şimal maralı” qaranlıq rütubətin arasında kor-koranə 
irəliləyirdi.  Ancaq  Çarlinin  duyğu  hissi  qüvvətli  idi,  o 


www.vivo-book.com 
 
242 
şlyupu səhv etmədən inamla idarə edirdi. O özü bizə etiraf 
edib deyirdi ki, özü də bilmir ki, buna necə nail olur. O nə 
isə sanki möcüzə ilə, hər şeyi: külək axınını, məsafəni, vaxtı, 
dreyfi
75
, hərəkətin sürətini nəzərə ala bilirdi. 
Biz  kor-koranə  bir  neçə  saat  üzəndən  sonra  Neyl 
Partinqton dedi: 
– Deyəsən, duman dağılır. 
Çarli saata baxıb dedi: 
– İndi altıdır. Suyun çəkilməsi hələ üç saat da çəkəcək. 
Neyl üst-üstdən dedi: 
– Hal-hazırda görəsən, hardayıq? 
Çarli bir qədər fikirləşib cavab verdi: 
–  Suyun  çəkilməsi  bizi  bir  qədər  kənara  aparıb,  ancaq 
duman çəkilsə – deyəsən, elə belə də olacaq, görərsiniz – biz 
Mak-Nira körpüsündən min mil aralanmışıq. 
Neyl qaşqabağını sallayıb mızıldandı: 
– Sən bir qədər də dəqiq ola bilərdin. 
Çarli dilləndi: 
                                                 
75
Dreyf – gəminin külək və axının vasitəsilə yolundan çıxması (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
243 
–  Düz  sözümdür.  Mak-Nira  körpüsünə  milin  dörddə 
birindən çox qalmayıb. 
Külək  soyuyurdu,  bərk  əsdikcə  duman  yavaş-yavaş 
çəkilirdi. 
Çarli külək əsən tərəfə işarə edərək dedi: 
– Körpü, bax, ordadır. 
Biz  üçümüz  də  diqqətlə  dumana  baxırdıq  ki,  birdən 
“Şimal maralı” çatırtı ilə nəyəsə toxunub dayandı. Özümüzü 
şlyupun burnuna verdik. Gördük ki, bizim buşpritimiz qısa, 
qalın  dor  ağacı  olan  balaca  bir  gəminin  iplərinə  ilişib.  Sən 
demə,  bizim  şlyupumuz  lövbər  salmış  Çin  conkasına 
ilişibmiş. 
Biz  özümüzü  şlyupun  burun  tərəfinə  verəndə,  narahat 
edilmiş arılara bənzər beş çinli gözlərini ovuşdura-ovuşdura 
darısqal kayutdan çıxdılar. 
Hamıdan  qabaqda  ucaboylu,  qüvvətli  bir  nəfər 
göyərtədə  göründü,  onun  çopur  üzü,  başındakı  sarı  ipək 
yaylıq  nəzərimi  cəlb  etdi.  Bu  bizim  bir  il  bundan  qabaq 
qanunsuz  istridyə  ovladığı  üçün  həbs  elədiyimiz  mənim 
köhnə  tanışım  olan  həmin  çinli  idi.  O  vaxt  o  “Şimal 


www.vivo-book.com 
 
244 
maralı”nı  az  qala  batıracaqdı,  indi  də  gəmi  hərəkət 
qaydalarını  kobudcasına  pozduğuna  görə  bizi  batıracaqdı. 
Çarli qəzəblə qışqırdı. 
–  Ey,  sarısifət  meymun,  burda  farvateri  nə  kəsdirib 
durmusan, özün də siqnal vermirsən? 
–  Hə  də,  –  Neyl  sakitcə  dilləndi,  –  siz  ora  yaxşıca 
baxın. 
Biz Neylin işarə etdiyi tərəfə baxıb gördük ki, conkanın 
anbarı  təzəcə  tutulmuş  istridyələrlə  doludur.  İstridyələrin 
içərisində  isə  çoxlu  xırda,  dörddə  bir  düym  böyüklüyündə 
balıqlar  var  idi.  Sarı  Yaylıq  su  qabarmağa  başlamamış 
torunu çəkib çıxarmış, dumandan istifadə edib toru təzədən 
atmışdı,  həyasızcasına  lövbər  salıb  dayanmışdı  ki,  su 
azalanda bir də ov etsin. 
Neyl peysərini qaşıdı. 
–  Hə  də,  hə  də!  Neçə  illərdir  brakonyerləri  tuturam, 
nələr  görməmişəm,  amma  qanunu  pozanın  öz  əl-ayağı  ilə 
gəlib  çıxmasını  heç  görməmişəm.  Bura  bax,  Çarli,  indi 
onunla nə edək? 
Çarli dedi: 


www.vivo-book.com 
 
245 
–  Buksirdə  onları  San-Rafaelə  apararıq,  vəssalam,  şüd 
tamam.  –  Üzünü  mənə  tutdu.  –  Dostum,  conkada  qal,  sənə 
buksir  ipini  ataram.  Külək  dəyişməsə,  çay  dayazlaşmamış 
keçib gedərik, San-Rafaeldə gecələyərik, sabah günorta üstü 
Oklenddə olarıq. 
Çarli  və  Neyl  bu  sözləri  deyə-deyə  “Şimal  maralı”na 
qayıtdılar,  biz  conkanı  buksirdə  apara-apara  yola  düşdük. 
Mən  tutulan  gəmini  idarə  etməyi  öhdəmə  götürdüm, 
gəminin  arxa  tərəfində  dayanıb  xəlbirə  oxşar,  içərisindən, 
dəlmə-deşiyindən su axan, Nuh əyyamından qalmış sükanla 
onu  hərəkətə  gətirdim.  Duman  çəkildi,  sanki  heç  yox  imiş. 
Gördük  ki,  Çarli  yerimizi  düzgün  müəyyənləşdirib.  Mark-
Nira körpüsü bizdən yarım mil aralı idi. Qərb sahili ilə üzüb, 
Pedro  burnunun  ətrafından  dövrə  vurub  keçdik,  çinlilərin 
qəsəbəsinin  yanından  ötüb  keçdik,  onlar  conkalarını 
buksirdə  balıqçı  patrul  şlyupu  apardığını  görüb  bir  hay-küy 
qaldırdılar ki, gəl görəsən. 
Sahildə  bərk  külək  əsir,  hərdənbir  azalır,  istərdik  ki,  o 
bərk  əssin.  San-Rafaelə  üzüb  əsirləri  hökumət  dairələrinə 
təhvil 
verməli 
olduğumuz 
çay, 
ucsuz-bucaqsız 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə