Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə49/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

www.vivo-book.com 
 
246 
bataqlıqlardan  keçirdi,  su  çəkiləndə  bu  çayla  üzmək  çox 
çətin idi, su az olanda heç cürə mümkün deyildi.  
İndi su, demək olar ki, yarıyacan azalmışdı, ona görə də 
tələsməli idik. Ancaq ağır conka şlyupun arxasınca ölü kimi 
sürünürdü. 
Çarli, nəhayət, qışqırdı: 
–  Bu  kulilərə  əmr  elə,  yelkəni  dikəltsinlər.  Mən  səhər 
açılınca bu dayazlıqda oturub qalmaq istəmirəm.  
Mən bu əmri Sarı Yaylığa çatdırdım, o da xırıltılı səslə 
özününkülərə  nə  isə  əmr  etdi.  Ona  bərk  soyuq  olmuşdu, 
əzablı  öskürəkdən  bütün  bədəni  tir-tir  titrəyirdi,  gözlərinə 
qan  sağılmışdı.  Görkəmi  həmişəkindən  dəhşətli  idi,  mənə 
qəzəbli  nəzər  salanda  yadıma  düşdü  ki,  keçən  dəfə  onun 
ucbatından az qala məhv olacaqdım.  
Onun  gəmi  heyəti  istər-istəməz  fallardan  yapışdılar, 
çəpəki,  qəribə  qəhvəyi  rəngli  yelkən  dor  ağacında  ucalırdı. 
Külək  əsirdi.  Sarı  Yaylıq  burazları  açanda  conka  irəli 
cumdu,  buksir  burazı  zəiflədi.  “Şimal  maralı”  nə  qədər 
sürətlə  üzsə  də,  conka  ondan  da  sürətlə  üzürdü,  şlyupla 
toqquşmamaq üçün mən şlyupu küləyə daha sərt sürürdüm. 


www.vivo-book.com 
 
247 
Ancaq  conka  sürətini  itirmirdi,  bir  neçə  dəqiqədən  sonra 
şlyupun  külək  döyən  traverzi
76
  tərəfdə  oldu.  Buksir  burazı 
indi  gəmilərin  ikisinə  düz  bucaq  altında  uzanırdı,  baxanın 
gülməyi tuturdu. 
Qışqırdım: 
– Burazı aç! 
Çarli tərəddüd edirdi. 
Mən inad edib durdum: 
–  Qorxma!  Hər  şeyi yerli-yerində  olacaq. Biz gəminin 
istiqamətini  dəyişmədən  çayı  keçəcəyik,  siz  də  dalımızca 
San-Rafaelə gəlin. 
Çarli burazları açdı, Sarı Yaylıq özününkülərdən birinə 
tapşırdı ki, burazı açsın. Hava artıq qaralırdı, çayın mənsəbi 
irəlidə  güclə  seçilirdi,  biz  çaya  daxil  olanda  sahilləri  güclə 
gördüm. 
“Şimal  maralı”  arxada  beşdəqiqəlik  məsafədə  qaldı, 
ensiz,  dolanbac  məcra  ilə  özümüzə  yol  açaraq  ondan 
uzaqlaşırdıq.  Buna  baxmayaraq,  Çarli  yaxınlıqda  idi.  Mən 
                                                 
76
Traverz – gəminin yola perpendikulyar olan gedişistiqaməti (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
248 
özümün  beş  əsirimdən  qorxub-çəkinmirdim,  düzdür, 
qaranlıqda  onlara  göz  qoymaq  çətin  idi,  ona  görə  də 
tapançanı  şalvarımın  cibindən  çıxarıb  gödəkcəmin  cibinə 
qoydum ki, ordan onu çıxarmaq asan olsun. 
Qorxum  təkcə  bir  qədər  Sarı  Yaylıqdan  idi,  o  özü  də 
bunu  bilirdi,  bu  fürsəti  əldən  vermədi.  O  məndən  bir  neçə 
addım  aralıda,  şlyupun  külək  döyən  tərəfində  oturmuşdu. 
Qaranlıqda  onun  fiqurunu  güclə  seçirdim,  ancaq  onun 
tələsmədən,  demək  olar  ki,  hiss  olunmadan  mənə 
yaxınlaşdığını  duydum.  Gözümü  ondan  çəkmirdim.  Sol 
əlimlə  rumpeldən  yapışıb,  sağ  əlimlə  cibimdəki  tapançanı 
yoxlayırdım. 
Budur,  o  mənə  bir  neçə  düym  də  yaxınlaşdı,  ağzımı 
açmağa  hazırlaşırdım  ki,  qışqırım:  “Geri  qayıt!”  Birdən 
külək  əsən  tərəfdən  iri  ağır  bir  şey  üstümə  düşdü.  Bu 
çinlilərdən  biri  idi.  O  mənim  ağzımı  əli  ilə  qapadı,  sağ 
qolumu elə burdu ki, əlimi cibimdən çıxara bilmirdim. Mən 
sözsüz  ki,  əlimi  çəkərdim,  əlimi  çıxarardım,  ya  da  ki, 
köməyə çağırardım, ancaq bu an Sarı Yaylıq özünü üstümə 
atdı. 


www.vivo-book.com 
 
249 
Conkanın  dibinə  yıxıldım,  möhkəm  müqavimət 
göstərirdim,  ancaq  çox  təəssüf  ki,  tezliklə  əlimi  ayağıma 
bağladılar,  ağzıma  da  nə  isə  tıxac  soxuşdurdular,  sonradan 
bildim  ki,  bu  çit  köynək  imiş.  Çinlilər  məni  elə  uzanmış 
halda  qoyub  getdilər.  Pıçıltı  ilə  komanda  verən  Sarı  Yaylıq 
sükandan  yapışdı.  Harda  olduğumuzu  yada  salıb,  başımın 
üstündə, ulduzlu göyün altında güclə seçilən yelkənin yerini 
dəyişdiklərini  görüb  başa  düşdüm  ki,  conkanı  balaca 
bataqlıq körfəzə yönəltdilər. Bir neçə dəqiqədən sonra sahilə 
yan  aldıq,  yelkən  sakitcə  dor  ağacından  sürüşüb  düşdü. 
Çinlilər  siçan  kimi  susub  oturdular.  Sarı  Yaylıq  conkanın 
dibində,  yanımda  oturdu,  o  quru,  əziyyətli  öskürəyini  güclə 
saxlayırdı. 
Yeddi-səkkiz  dəqiqə  ötdü.  Çarlinin  səsini  eşitdim; 
bizim şlyup körfəzin böyründən ötürdü. O, Neylə deyirdi: 
–  Cavan  oğlan  nə  yaxşı  balıqçı  patrul  dəstəsində 
xidmətini  başa  vurdu,  bilsən, nə  sevindim!  –  mən  onun  hər 
sözünü aydınca eşidirdim. 
Neyl  nəsə  dedi,  nə  dediyini  başa  düşmədim,  Çarli 
sözünə davam etdi. 


www.vivo-book.com 
 
250 
–  Cavan  oğlan  əsl  dənizçi  oldu,  əgər  o,  məktəbi 
qurtarandan  sonra  dənizçilik  məktəbində  oxusa,  uzaq 
səfərlərə  çıxsa,  Allaha  and  olsun,  bir  neçə  vaxtdan  sonra 
ondan  əla  kapitan  çıxar,  bu  kapitana  hər  cür  gəmini  etibar 
etmək olar. 
Bütün  bunları  eşitmək  sözsüz ki,  mənim  üçün  xoş  idi, 
ancaq bu vaxt əsirlərinin əl-qolunu bağladığı mən, conkanın 
dibində ağzımda tıxac uzanıb qalmışdım, dostlarımın səsi isə 
uzaqlarda  eşidilməz  olurdu.  “Şimal  maralı”  get-gedə  San-
Rafaelə  tərəf  uzaqlaşırdı,  vəziyyətim  elə  idi  ki,  gözəl 
gələcək  haqda  fikrə  dalmağa  imkan  vermirdi.  “Şimal 
maralı”nın  uzaqlaşmağı  ilə  mənim  axırıncı  ümidim  puça 
çıxdı.  Məni  nə  gözlədiyini  bilmirdim,  bu  çinlilər  birtəhər 
adamlardı, mən onlara bələdəm, çox çətin mənimlə ədalətli 
rəftar  etsinlər.  Bir  neçə  dəqiqə  gözləyəndən  sonra  çinlilər 
yenə  çəpəki  yelkənlərini  dikəltdilər.  Sarı  Yaylıq  conkasını 
San-Rafael  çayının  mənsəbinə  apardı.  Su  bütün  vaxtı 
azalırdı,  çayın  mənsəbindən  çıxmaq  çətin  idi.  Ümidim  bir 
ona qalmışdı ki, saya oturar, ancaq o conkasını sağ-salamat 
körfəzə çatdırdı.  


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə