Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   2   3   4   5   6   7   8   9   ...   59

www.vivo-book.com 
 
22 
oğlanın  qətiyyətli,  cəsarətli  üzünə  baxıb  başa  düşdü  ki, 
“qəşəng” sözü azdır. 
Qız  oğlanın  baxdığını  görüb,  yenə  baxışlarını  aşağı 
dikərək  fikrindən  keçirtdi:  “Deməli,  o  gözəldir”.  Sir-sifətcə 
qəşəng olan bütün kişiləri gözəl sayırdılar, ancaq bu sözdən 
də  onun  xoşu  gəlmirdi.  Lakin  hər  nə  deyirsiniz  deyin,  ona 
baxanda  adamın  ürəyi  açılırdı.  Cenevyeva  bir  şey  hiss  etdi 
ki, ona tərəf baxmaya bilmir. 
Bəs Co nə kimi hallar keçirirdi? O ömründə bu piştaxta 
dalındakı kimi gözəl qız görməmişdi. Təbiət qanunlarından 
Cenevyevadan yaxşı baş çıxaran Co, yer üzündə qadınların 
niyə  lazım  olduqları  sualına  fikirləşmədən  cavab  tapardı, 
ancaq oğlana görə, ictimai mühitdə onların heç bir rolu yox 
idi.  Cenevyeva  kişilər  barədə  düşünmədiyi  kimi,  o  da 
qadınlar  barədə  düşünmürdü.  Ancaq  o  indi  onlardan  biri 
haqqında  fikirləşirdi,  bu  qadın  da  Cenevyeva  idi.  Oğlanın 
ağlına da gəlməzdi ki, qadın belə gözəl ola bilər; o heyran-
heyran  Cenevyevaya  tamaşa  edirdi,  ancaq  onların  baxışları 
rastlaşanda  halı  özündə  olmurdu,  istəyirdi  ki,  üzünü  yana 


www.vivo-book.com 
 
23 
tutsun,  ancaq  qız  özü  bircə  anın  içində  baxışlarını  aşağı 
dikirdi. 
Qız,  nəhayət  ki,  kirpiklərini  tələsmədən  qaldırıb  düz 
onun gözünün içinə baxanda, oğlan davam gətirməyib başını 
aşağı  saldı,  yanaqlarını  xəcalət  təri  basdı,  qızardı. 
Cenevyeva  bir  qədər  özündə-sözündə  olmasa  da  öz 
ürəyindən keçənləri heç cürə büruzə vermədi. Düzdür, qızın 
qəlbində  yeni,  əvvəllər  ona  tanış  olmayan  hisslər  baş 
qaldırırdı,  ancaq  zahirən  o  həmişəki  sakitliyini  qoruyub 
saxlayırdı. Co isə, əksinə özünü itirmişdi, sıxılırdı. 
Nə  oğlan,  nə  də  qız  məhəbbətin  nə  olduğunu  dərk 
etmirdilər,  ancaq  bir-birinə  tamaşa  etməkdən  özlərini 
saxlaya  bilmirdilər.  İkisi  də  pərt  və  həyəcanlı  idi,  ancaq  nə 
isə onları, birləşməyə səy edən iki kimyəvi element kimi bir-
birinə cəzb edirdi. Co əlində dondurma stəkanı yerində xeyli 
oturub  qaldı,  əlindəki  qaşığı  oynadırdı,  rəngi  qızarırdı, 
bozarırdı,  çıxıb  gedə  bilmirdi,  qız  baxışlarını  utancaqlıqla 
aşağı dikib elə yavaşcadan danışırdı ki, oğlanı lap əfsunladı. 
Ancaq  dondurma  stəkanı  ilə  nə  qədər  oturub  qalmaq 
olar,  o  özü üçün  yenə  dondurma  istəməyə  çəkinirdi.  Oğlan 


www.vivo-book.com 
 
24 
durub  getdi,  lunatik  adamlar  kimi  ətrafında  heç  kəsi 
görməyərək  küçələrdə  addımladı,  qız  isə  xəyal  aləmində 
üzərək  dükanda  qaldı.  Cenevyeva  bütün  günü  axşamadək 
xəyal  aləminə  daldı,  başa  düşdü  ki,  vurulub.  Coyun 
vəziyyəti başqa cür idi. Oğlan təkcə bir şey bilirdi ki, qızı bir 
də görmək istəyir, ona tamaşa etmək istəyirdi. Co başqa heç 
bir  şey  barədə  fikirləşə  bilmirdi,  bu  əslində  heç  fikir  də 
deyildi, qeyri-müəyyən, dərk etmədiyi arzu idi. 
Ancaq  Co  bu  arzusunun  qarşısını  ala  bilmirdi.  Gecə-
gündüz  bu  arzu  onu  əldən  salırdı,  balaca  qənnadı  dükanı 
piştaxtası dalındakı qız bütün vaxtı onun gözü qarşısında idi. 
Oğlan  çalışırdı  ki,  bu  xəyalı  özündən  uzaqlaşdırsın.  Co  bir 
də  qənnadı  dükanına  getməyə  həm  qorxurdu,  həm  də 
utanırdı.  O  öz-özünü  aldadır,  özünə  bir  şeylə  təsəlli  verirdi 
ki, qadın düşkünü deyil. O bu sözləri özünə bir dəfə, iki dəfə 
yox,  on  dəfələrlə  təkrar  edirdi,  ancaq  hər  şey  əbəs  idi,  beş 
gün ötmədi ki,  o  axşamçağı işdən sonra  yenə  Silverstaynın 
qənnadı  dükanına  baş  çəkdi.  Oğlan  çalışdı  ki,  içəri  sakitcə 
keçsin, özünü sərbəst aparsın, ancaq gördü ki, ayaqları onun 
sözünə  qulaq  asmır,  o  ancaq  iradəsini  ələ  alaraq,  ayağını 


www.vivo-book.com 
 
25 
kandardan  içəri  qoydu.  İlk  dəfəki  gəlişindən  daha  artıq 
utanırdı, pərt idi. Cenevyevanın nəbzi şiddətlə döyünsə də, o 
əksinə,  həmişəki  kimi  sakit  görünürdü.  Coyun  dili  sanki 
tutulmuşdu,  o  ancaq  güclə  “Xahiş  edirəm,  sodalı  su  ilə 
dondurma  verin”  deyə  bildi.  Oğlan  tələsərək  saata  tez-tez 
baxırdı, öz dondurma payını ala-yarımçıq udub, qaçmağa üz 
qoydu. 
Cenevyeva  pərtlikdən  az  qala  ağlayacaqdı.  Dörd  gün 
yol  gözləməyinin  bu  da  nəticəsi.  Qız  artıq  bilirdi  ki,  onu 
sevib. O, əlbəttə, qəşəng oğlandır, lap qəşəngdir. O burda bir 
qədər də otura bilməzdi məgər? Co isə tinə çatmamış, yenə 
qızın  yanına  qayıtmaq  istədi.  Oğlan  onu  bir  də  görmək 
istədi.  O,  əvvəlcə  vurulub-vurulmadığı  barədə  fikirləşmirdi 
də.  Sevməkmi?  Qızla  oğlan  gəzəndə  olur.  Bəs  o  necə...  Bu 
vaxt Cenevyevanı görmək arzusu onu başa saldı ki, elə buna 
nail olmaq lazımdır. Oğlan qızın yanında olmaq, ona tamaşa 
etmək  istəyir,  bunu  da  ən  yaxşısı  ikilikdə  gəzəndə  etmək 
olar.  Demə,  cavanlar  ona  görə  cüt-cüt  gəzirlər.  Şənbə 
gününə  az  qaldıqca  oğlan  bu  fikrə  daha  çox  düşürdü. 
Əvvəllər  o  elə  bilirdi  ki,  belə  gəzintilər  ancaq  şərti  məna 


www.vivo-book.com 
 
26 
daşıyır,  nikahdan  əvvəlki  mərasim  kimi  bir  şeydir.  İndi  o 
özü  bu  adətin  dərin  mənasını  dərk  etdi,  özü  də  buna  əməl 
etməyə çalışdı, deməli, o da vurulub. Beləliklə, onların ikisi 
də  bir  nəticəyə  gəldi,  bu  da  onunla  qurtardı  ki  və  qurtara 
bilərdi  ki,  Cenevyeva  Coyun  müşayiəti  ilə  bütün  məhəlləni 
mat qoyaraq gəzməyə çıxdı. 
Onların ikisi də qaradinməz idi, ona görə də onların bir-
birinə  yaxınlaşması  yavaş-yavaş  oldu.  Oğlanın  ona 
pərəstişkarlıqla  yanaşmasına  qız  ehtiyatla  yanaşırdı,  təkcə 
gözləri  məhəbbətlə  işıq  saçırdı.  Qız  əgər  bilsəydi  ki,  bu 
parıltı onun hisslərini hər cürə danışıqdan yaxşı büruzə verir, 
ələ  verir,  bu  parıltıdan  utanıb  onu  söndürərdi.  Onlar  bir-
birinə  “əzizim”,  “sevgilim”  deyə  müraciət  etməkdə 
tələsmədilər,  sonralar  da  Co  ilə  Cenevyeva,  başqa 
sevgililərdən  fərqli  olaraq  bir-birinə  məhəbbətlərini  tez-tez 
etiraf etmirdilər. Onlar uzun müddət axşamlar şəhər bağında 
gəzməklə,  ya  da  skamyada  oturmaqla  kifayətlənirdilər. 
Oğlanla qız az danışırdılar, elə olurdu ki, saatlarla ağızlarını 
açıb  bir  söz  demirdilər,  təkcə  bir-birinin  gözünün  içinə 
baxırdılar, bu vaxt nə qorxu, nə həyəcan keçirirdilər, çünki 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə