Cek london oyun



Yüklə 4.58 Kb.

səhifə50/59
tarix25.07.2018
ölçüsü4.58 Kb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

www.vivo-book.com 
 
251 
Bundan  sonra  çinlilər  qızğın  mübahisəyə  başladılar, 
başa  düşdüm  ki,  mənə  görə  mübahisə  edirlər.  Sarı  Yaylıq 
yaman qəzəblənmişdi, amma yerdə qalan dörd nəfər də ona 
qarşı  yaman  çıxırdılar.  Onun  məni  öldürmək  istədiyi  açıq-
aşkar aydın idi, ancaq yoldaşları məsuliyyətdən qorxurdular. 
Mən  çinliləri  yaxşı  tanıyırdım,  bilirdim  ki,  qorxmasalar, 
çoxdan  axırıma  çıxardılar.  Ancaq  onların  təklif  elədiyi 
planın  Sarı  Yaylığın  qanlı  planından  nə  ilə  fərqləndiyini 
başa düşə bilmirdim. 
Həyatımın tükdən asılı olduğu dəqiqələrdə mənim nələr 
çəkdiyimi  təsəvvür  edə  bilərsiniz.  Mübahisə  tezliklə 
dalaşmaya  keçdi,  bundan  sonra  Sarı  Yaylıq  sükandan  ağır 
rumpeli  qapıb  üstümə  cumdu.  Ancaq  dörd  çinli  onun 
qabağını kəsdi, tutub əlindən rumpeli aldılar. Axırdan-axıra 
onların  dördü  başçılarının  öhdələrindən  gəldilər,  o  isə 
narazı-narazı  gəminin  arxa  tərəfinə  keçdi,  dalınca  möhkəm 
söyüşlər eşidildi.  
Tezliklə  çinlilər  yelkəni  yatırdılar,  avar  çəkilən  conka 
yavaş-yavaş  üzməyə  başladı.  Sonra  conkanın burnunun  lilə 
toxunduğunu  hiss  etdim.  Ayaqlarında  uzunboğaz  rezin 


www.vivo-book.com 
 
252 
ayaqqabılar  olan  üç  çinli  suya  atıldı,  ikisi  də  məni  götürüb 
tutacaqdan 
kənara 
tulladılar.  Sarı  Yaylıq  mənim 
ayaqlarımdan yapışdı, iki yoldaşı da çiyinlərimdən tutdular, 
suvaşqan  lili  şappıldada-şappıldada  yeriməyə  başladılar. 
Axır ki, onların addımları inamlı və möhkəm oldu, görünür, 
sahilə  çıxdılar.  Tezliklə  harda  olduğumuzu,  San-Rafael 
çayının  mənsəbi  yaxınlığındakı  Marin  arxipelaqının  xırda 
qayalıq adalarından birinə gəlib çıxdığımızı bildik. 
Qabarma  vaxtı  su  basan  lilli  dayaz  sahilə  çıxanda 
çinlilər məni hər necə oldu yerə atdılar. Sarı Yaylıq qəzəblə 
böyrümə  bir  təpik  ilişdirdi,  üç  nəfərin  üçü  də  geriyə  – 
conkaya  tərəf  qayıtdılar.  Bir  neçə  saniyədən  sonra  çinlilər 
burazları açınca, dor ağacında göyə qalxan yelkənin küləyin 
təsiri altında xışıldadığını eşitdim. Sonra hər şey susdu, mən 
tək  qaldım.  Mən  təkbaşına,  öz  gücümə  fəlakətdən  can 
qurtarmalı idim. 
Mən  fokusçuların  ilan  kimi  qıvrılaraq,  burularaq 
məharətlə kəndirdən xilas olduğunu yada saldım, ancaq mən 
ha qıvrıldım, buruldumsa sıx düyünlər heç boşalmadı. Sahil 
boyu  yumbalananda  üst-üstə  yığılmış  balıqqulaqlarına  rast 


www.vivo-book.com 
 
253 
gəldim,  görünür,  bir  dəstə  yaxtsmen  burada  ocaqda 
malyuska  bişiribmiş.  Ağlıma  gözəl  bir  fikri  gəldi.  Əllərimi 
arxamda  çarpazlayıb  bağlamışdılar,  əlimə  bir  balıqqulağı 
götürüb  qumların  üstü  ilə  yumbalanaraq,  özümü 
yaxınlıqdakı  qayalıqlara  çatdırdım.  Çox  axtarışlardan  sonra 
ensiz,  çatlaq  bir  yer  tapıb,  balıqqulağını  ora  qoydum. 
Balıqqulağının qıraqları iti idi, onunla əllərimə bağlanmış ipi 
kəsmək istədim. Mən balıqqulağının üstünə ağırlığımı salan 
kimi  kövrək  balıqqulağı  sındı.  Təzədən  özümü  balıqqulağı 
yığılmış  yerə  çatdırdım.  Bu  dəfə  iki  əlim  tutan  qədər 
balıqqulağı  yığdım.  Mən  əllərimi  kəsik-kəsik  elədim, 
ayaqlarım gərginlikdən qıc oldu.  
Nəfəsimi  dərmək  üçün  ayaq  saxladım,  birdən  körfəzin 
üzərində tanış bir səs eşitdim. Bu məni axtaran Çarlinin səsi 
idi.  Ağzımda  tıxac  olduğundan  mən  onun  səsinə  səs  verə 
bilmirdim,  gücsüz  qəzəb  içərisində  sahildə  uzanıb 
qalmışdım,  o  avar  çəkə-çəkə  adanın  böyründən  keçdi, 
tezliklə onun səsi uzaqlarda donub qaldı.  
Təzədən  işə  başladım,  yarım  saatdan  sonra  nəhayət 
kəndiri  kəsə  bildim.  Qalan  işlər  su  içmək  kimi  asan  idi. 


www.vivo-book.com 
 
254 
Əllərimi  açandan  sonra  bir  göz  qırpımında  ayaqlarımdakı 
buxovu açdım, tıxacı ağzımdan çıxardım. Sonra bütün sahil 
boyu  qaçdım,  yəqin  elədim  ki,  doğrudan  da  adadayam, 
qitədə  deyiləm.  Bu,  qumlu  çimərliklərin  dövrəyə  aldığı  və 
suvaşqan gilli əsl gölü olan Marin arxipelaqının adalarından 
biri  idi.  Mənim  bir  əlacım  var  idi:  səhərin  açılmasını 
gözləməli,  özümü  soyuqdan  qorumalı  idim.  Kaliforniya 
üçün  bu  gecə  xüsusilə  soyuq  idi,  külək  iliklərimə  işləyirdi, 
məni vicvicə götürmüşdü. Qızışmaqdan ötrü  adanın  ətrafını 
on  dəfə  dövrə  vurdum,  on  dəfə  də  silsilə  qayalıqlara 
dırmaşmalı  oldum.  Bu  nəinki  məni  qızışdırdı,  sonradan 
mənə  möhkəm  xeyri  dəydi.  Adanın  ətrafında  qaçanda 
ağlıma  gəldi  ki,  qumların  üstündə  gillənəndə  bir  şey  salıb 
itirməmişəm  ki?  Ciblərimi  yoxlayanda  gördüm  ki,  nə 
tapançam,  nə  də  qatlama  bıçağım  var.  Tapançamı  söz  yox 
ki,  Sarı  Yaylıq  götürmüşdü,  bıçağım  isə  görünür  hardasa 
qumların içinə düşüb qalmışdı.  
Bıçağımı axtarmaq istəyirdim ki, birdən yenə avarların 
cırıltısını  eşitdim.  Əvvəlcə  ağlıma  gəldi  ki,  bu  Çarlidir, 
ancaq  fikrimdən  daşındım,  çünki  Çarli  dinməz-söyləməz 


www.vivo-book.com 
 
255 
üzməzdi.  Ürəyimə  qara  fikirlər  gəldi.  Marin  arxipelaqı 
ucqar,  kimsəsiz  yerdir,  gecəyarısı  bura  üzüb  gəlmək  kimin 
nəyinə  gərəkdir?  Bəlkə  bu  Sarı  Yaylıqdır?  Avar  yerlərinin 
cırıltısı lap aydın eşidilirdi. Qayıq avarlarının tez-tez qalxıb 
enməsindən  bildim  ki,  yalik  sahildən  bir  əlli  addım  aralıda 
lilə ilişib qalmışdı. Mən quru, əziyyətli öskürək səsi eşitdim. 
Ürəyim  düşdü.  Bu  Sarı  Yaylıq  idi.  Mənimlə  haqq-hesabı 
çürütməkdə  yoldaşları  ona  mane  olmasın  deyə,  o, 
qəsəbəsindən  gizlicə  çıxıb,  təkbaşına  bura  üzüb  gəlmişdir. 
Başımda fikirlər bir-birinə dolaşdı. Mən balaca ucqar adada 
təkəm,  əlimdə  silahım  yox,  yanımda  yoldaşım.  Çəkinməli 
olduğum  bu  sarı  dərili vəhşi  yəqin  ki,  mənə  divan  tutmağa 
gəlir.  Bundan  daha  pis  vəziyyət  ola  bilməzdi,  istər-istəməz 
özümü  suya,  daha  doğrusu  bataqlığa  atdım  ki,  adada 
qalmayım. Sarı Yaylıq lilli bataqlıqdan keçib sahil tərəfə üz 
tutdu, çinlilərin məni adaya gətirib sonradan öz conkalarına 
qayıtdıqları işlək yolla onların izi ilə əks tərəfə qayıtdım. 
Sarı  Yaylıq  arxayın  idi  ki,  mən  əl-qolu  bağlı  halda 
əvvəlki  yerimdə  yıxılıb  qamışam,  heç  çəkinmirdi:  ayağının 
altında  qalan  lili  ucadan  fırçıldadırdı.  Səsi  eşitdiyimdən  o 




Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə