Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə51/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   47   48   49   50   51   52   53   54   ...   59

www.vivo-book.com 
 
256 
gəlib  çıxınca  mən  sahildən  əlli  addım  uzaqlaşa  bildim. 
Bundan  sonra  düz  bataqlığın  içinə  uzandım.  Lil  soyuq, 
suvaşqan  idi,  tir-tir  titrəyirdim,  ancaq  ayaq  üstə  qalxmağa 
qorxurdum,  bilirdim  ki,  çinlilərin  gözləri  itidir.  O  düz 
birbaşa  məni  qoyub  getdiyi  yerə  yollandı,  hətta  onun  məni 
orda 
görmədikdə 
üz-gözünü 
nə 
şəklə 
saldığını 
görməməyimə  təəssüf  etdim.  Ancaq  mənim  əylənmək 
yadıma düşmürdü, dişim-dişimə dəyirdi. 
Onun  bundan  sonra  nə  etdiyini  güman  edə  bilərdim, 
çünki  ulduzların  zəif  işığı  altında  demək  olar  ki,  heç  nə 
görmürdüm. Ancaq mən arxayın idim, o ilk növbədə bütün 
adanı dolaşdı, arxayın oldu ki, sahilə heç bir başqa qayıq yan 
almayıb, hər bir gəminin lildə izi qalardı. 
Mənim  adadan  üzüb  getmədiyimə  arxayın  olandan 
sonra 
məni 
axtarmağa  başladı.  Üst-üstə  yığılmış 
balıqqulaqlarına  rast  gələn  Sarı  Yaylıq  bir-birinin  dalınca 
kibrit  çəkib  yandırmağa  başladı,  mənim  izimə  düşüb  getdi. 
Kibrit  dənəsi  hər  dəfə  od  tutub  işıq  saçanda  onun  qəzəbli 
sifətini  görürdüm.  Yanan  kükürdün  iyindən  boğazı  acışır, 


www.vivo-book.com 
 
257 
bədəni əzablı öskürəkdən əvvəlkindən bərk titrəyirdi, soyuq 
lilin içində tərpənməyə belə qorxurdum. 
İzlərin  çoxluğu  onu  çaşdırdı.  Ancaq  tezliklə  görünür, 
ağlına gəldi ki, mən hardasa sahildəyəm, mənə tərəf bir neçə 
addım  atdı,  sallağı  oturub,  gözünü  uzun  müddət  qaranlığa 
zillədi.  Aramızdakı  məsafə  vur-tut  on  beş  fut  olardı,  kibriti 
çəkmək fikrinə düşsəydi, məni görərdi. 
O sahilə qayıtdı, kibrit çəkə-çəkə silsilə qayalığa çıxdı. 
Təhlükənin  yaxınlığı  məni  məcbur  etdi  ki,  xilas  yolları 
axtarım.  Ayaq  üstə  qalxmağa  cəsarət  etmirdim,  çünki  Sarı 
Yaylıq  yəqin  ki,  addımlarımın  səsini  eşidərdi,  sürünməyə 
başladım. Əvvəlki kimi çinlilərin izlərini tutub suya çatınca 
süründüm.  Üç  fut  dərinliyə  düşüb  sahil  boyu  dayaz  yerdən 
yeriməyə başladım. 
Birdən ağlıma bir fikir gəldi: Sarı Yaylığın üzüb gəldiyi 
yaliki  tapım,  üzüm  aradan  çıxım.  Ancaq  o  elə  bil  mənim 
niyyətimdən  xəbər  tutmuşdu,  sahilə  düşüb,  yalikin  yerində 
olub-olmadığını yoxlamaq üçün tələsik ona yaxınlaşdı. Geri 
dönməli  oldum.  Conkanın  əvvəlcə  yan  aldığı  yerdən,  gah 
suyun dayaz yerindən keçərək, gah boğazacan suyun içində, 


www.vivo-book.com 
 
258 
gah  üzə-üzə,  suyu  bir  dəfə  olsun  şappıldatmadan  həmin 
yerdən  yüz  futacan  aralandım.  Sonra  təzədən  lilə  girib  üzü 
üstə uzandım. 
Sarı  Yaylıq  yenə  sahilə  çıxdı,  bütün  adanı  ələk-vələk 
elədi,  üst-üstə  yığılmış  balıqqulaqlarının  yanına  qayıtdı. 
Mən sanki onun fikrindən keçənləri oxuyurdum. Çox güman 
ki, o belə fikirləşirdi; heç bir canlı lil üzərində iz qoymadan 
nə  adaya  yaxınlaşa,  nə  də  uzaqlaşa  bilərdi.  O  ha  axtardısa, 
cəmisi iki sıra iz gördü, biri onun yalikindən, o biri də conka 
dayanan  yerdən  başlayırdı.  Adada  mən  gözə  dəymirdim. 
Deməli, mən bu izlərin biri ilə çıxıb getmişəm. O öz yalikinə 
elə  indicə  yaxınlaşdı,  arxayın  oldu  ki,  mən  orda  da  yoxam, 
gedə  bilmişdim.  O,  bu  ehtimalını  yoxlamaq  fikrinə  düşdü, 
kibrit çəkib yandıra-yandıra lildən keçib getdi. 
Mənim  ilk  dəfə  uzandığım  yerə  çatıb  ayaq  saxladı: 
görünür  bədənimin  yerini  gördü.  Sonra  mənim  izimlə  suya 
girdi,  ancaq  izi  tez  itirdi.  Üç  fut  dərinlikdə  izləri  görmək 
asan deyildi. Suyun çəkilməsi qurtarmadığından, o conkanın 
lilin  üstündə  qoyduğu  çuxuru  tapdı.  Adaya  başqa  bir  gəmi 
üzüb yan alsaydı, hökmən yerdə belə izi qalardı. İndiki belə 


www.vivo-book.com 
 
259 
iz gözə dəymir, aydın məsələdir ki, mən hardasa lilin içində 
kilidlənib qalmışam. 
Göz-gözü  görməyən  zülmət  gecədə,  nəhayətsiz 
bataqlıqda adam axtarıb tapmaq, taya içində iynə axtarmağa 
bərabər  idi.  Çinli  bu  işin  nəhayətsiz  olduğunu  hiss  etdi.  O, 
adaya  qayıtdı,  bir  müddət  sahili  ələk-vələk  elədi.  Mən 
başdan-ayağa  donmuşdum,  ümidim  bir  ona  qalmışdı  ki, 
hövsələsi  daralacaq,  məni  daha  axtarmayacaq,  bu  mənə 
dözüm  verirdi.  Nəhayət,  o  öz  yalikinə  mindi,  adadan 
uzaqlaşdı.  Ancaq  bu  vaxt  qəlbimə  şübhə  doldu.  Bəlkə  bu 
tələdir? Bəlkə o ona görə üzüb getdi ki, məni aldadıb sahilə 
çıxarsın. 
Belə fikirləşdikcə, mənə elə gəlirdi ki, o üzüb gedəndə 
avarlarla  suyu  bilə-bilə  şappıldadır.  Soyuq  lilin  içində 
uzanıb  qaldım.  Canıma  vicvicə  düşmüşdü,  belim  bərk 
ağrıyırdı,  özümü  güclə  ələ  alırdım  ki,  yerimdən 
tərpənməyim. 
Xoşbəxtlikdən  mən  gizləndiyim  yerdən  çıxmadım,  bir 
saatdan sonra sahildə nə isə hərəkət edən bir kölgə gördüm. 
Mən  gözümü  qaranlığa  dikib  qalmışdım,  ancaq  bir  şey 


www.vivo-book.com 
 
260 
görməmişdən  əvvəl  qulağım  tanış,  əziyyətli  öskürək  səsini 
aldı. Deməli, Sarı Yaylıq adaya gizlicə o biri tərəfdən üzüb 
gəlmişdi,  indi  o  mənim  başımın  üstünü  birdən  kəsdirmək 
üçün sahil boyu oğrun-oğrun gəlirdi. 
Sarı Yaylığın daha səsi-səmiri eşidilməsə də, mən hələ 
saatlarla lilli bataqlığın içində uzanıb qaldım. Hərdən mənə 
elə gəlirdi ki, dözə bilməyib soyuqdan öləcəyəm. Ağlıma da 
gəlməzdi  ki,  belə  ağır  əzablara  dözməliyəm.  Mən  elə 
donmuşdum  ki,  daha  titrəmirdim.  Əzələlərim,  sümüklərim 
sızıldayırdı, bu dözülməz işgəncə idi. Su çoxdan qabarmağa 
başlamışdı,  boğulmaqdan  canımı  qurtarmaq  üçün  fut  fut 
dalınca  sahilə  çəkilirdim.  Suyun  tam  qabarması  gecəyarısı 
saat üçdə oldu; yarımcan halda sürünüb sahilə çıxdım, Sarı 
Yaylıq  indi  üstümə  atılsaydı,  barmağımı  da  tərpədə 
bilməzdim. 
Ancaq xoşbəxtlikdən o burda deyildi. O, məndən əlini 
üzüb  Pedro  burnunda  yerləşən  qəsəbələrinə  qayıtmışdı. 
Bütün bunlara baxmayaraq, vəziyyətim ağır idi, canımı hər 
an  tapşıra  bilərdim.  Ayaq  üstə  dura  bilmirdim,  yeriməkdən 
isə  heç  söz  gedə  bilməzdi.  Üst-başım  başdan-ayağa  lilə 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə