Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə52/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   48   49   50   51   52   53   54   55   ...   59

www.vivo-book.com 
 
261 
batmışdı,  paltarım  bədənimi  dondururdu.  Mənə  elə  gəlirdi 
ki,  paltarımı  heç  vaxt  çıxara  bilmərəm.  Barmaqlarım 
keyləşmişdi, 
qatlanmırdı, 
əldən-dildən 
düşmüşdüm, 
ayaqqabılarımı  çıxarınca  düz  bir  saat  çəkdi.  Mən  dəri 
qaytanları  qopara  bilmirdim,  onların  düyününü  açmaq  çox 
çətin  idi.  Hərəkət  etməyən  qanımı  hərəkətə  gətirmək  üçün 
əllərimi  bir  neçə  dəfə  daşlara  çırpdım.  Hərdən  mənə  elə 
gəlirdi ki, indicə öləcəyəm. 
Axır ki, çıl-çılpaq soyundum, mənə elə gəldi xeyli vaxt 
ötdü.  Su  iki  addımlığımda  idi,  sürünə-sürünə  özümü  suya 
çatdırıb lilimi yudum. Ayaq üstə dura bilmirdim. Hərəkətsiz 
uzanıb  qalsaydım,  yəqin  ki,  donardım.  Təkcə  bir  əlacım 
qalmışdı:  nə  qədər  ağrısam  da,  ilbiz  kimi  tələsmədən  sahil 
boyu  irəli-geri  sürünməli  idim.  Mən  əldən  düşüncə 
süründüm, şərqdə dan yeri söküləndə lap heysiz qalmışdım. 
Göyün  üzü  çəhrayı  rəng  aldı,  günəşin  qızıl  diski  üfüqdən 
boylandı,  onun  şüaları  üst-üstə  yığılmış  balıqqulaqlarının 
üstündə düşüb qalmış bədənimi isindirdi. 
Sonra  mən  San-Rafael  çayının  mənsəbindən  üzüb 
çıxan,  sərin  səhər  küləyinin  qatıb  qabağına  qovduğu  tanış 


www.vivo-book.com 
 
262 
yelkəni  –  “Şimal  maralı”nı  sanki  yuxuda  gördüm.  Yuxum 
tez-tez  qaçırdı.  Çox  şey  yadımda  deyil.  Yadımda  qalan 
budur  ki,  yelkən  üfüqdə  görünəndə  “Şimal  maralı”  sahilin 
bir  neçə  yüz  futluğunda  lövbər  saldı,  balaca  bir  şlyupka 
gəmidən  aralandı,  kayutdakı  qıpqırmızı  qızarmış  soba  gur-
gur guruldayırdı, başdan-ayağa adyala bürünüb uzanmışdım, 
təkcə  çiyinlərim,  sinəm  açıq  idi,  Çarli  onları  bərk-bərk 
sürtürdü, Neyl Partinqton ağzımı, boğazımı yandıra-yandıra 
mənə qaynar qəhvə içirdirdi. 
Bütün  bunlara  baxmayaraq,  onları  deməliyəm  ki,  bu 
çox  ürəyə  yatandı.  Oklendə  gəlib  çıxanda  vəziyyətim 
yaxşılaşmışdı,  Çarli  ilə  Neylə  elə  gəlirdi  ki,  sətəlcəm 
olacağam.  Məktəbdə  oxuduğum  ilk  yarım  ildə  miss 
Partinqton bütün vaxtı gözləyirdi ki, bu saat məndə çox tez 
inkişaf edən vərəm xəstəliyi başlanacaq.  
Vaxt  sürətlə  ötür.  Elə  bil  ki,  dünən  on  altı  yaşım 
olmuşdu, balıqçı patrulunun şlyupunda üzürdüm. Nə etmək 
olar,  mən  elə  bu  gün  səhər  Çindən  üzüb  gələn  “Biçinçi” 
barketinin  kapitanıyam.  Sabah  səhər  “Biçinçi”də  Neyl 
Partinqtonu  və  onun  ailəsini  görmək  üçün  Oklendə 


www.vivo-book.com 
 
263 
üzəcəyəm, ordan keçmişin yaxşı günlərini yada salmaq üçün 
Benişyaya  Çarli  Le  Qrantın  yanına  gedəcəyəm.  Bir  də  ki, 
Benişyaya  getmək  lazım  deyil.  Axı  bu  yaxınlarda  toy 
olacaq,  bu  məclisin  səbəbkarı  da  mənəm.  Gəlin  Alisi 
Partinqtondur, 
Çarli 
toyda 
sağdışlığı 
boynuna 
götürdüyündən o özü Oklendə gəlməli olacaqdır. 
 


www.vivo-book.com 
 
264 
KİŞİ SƏDAQƏTİ 
Kişi sədaqəti 
– Bilirsən nə var, gəl zər ataq. 
–  Oldu,  –  o  birisi  cavab  verib  komanın  bir  küncündə 
ayaq  xizəyini  təmir  edən  hinduya  tərəf  döndü.  –  Ey, 
Bilbidem, Olsonun yanına gedib de ki, xahiş edirik, zərlərini 
bizə versin, oynayıb qaytararıq. 
Fəhlələrin  maaşından,  yanacaqdan,  ərzaqdan  söhbət 
gedəndə,  birdən  bu  gözlənilməz  xahiş  Bilbidemi  çaşdırdı. 
Bundan  başqa,  hələ ertə  idi.  O,  ağların  –  xüsusilə,  Pentfild 
və  Xatçinson  kimi  ağların  işlərini  görüb  qurtarmamış  zər 
atdıqlarını və ya kart oynadıqlarını görməmişdi. O, Yukonlu 
əsl hindu kimi təəccübləndiyini heç vəchlə büruzə verməyib 
əlcəklərini əllərinə keçirib komadan çıxdı. 
Səhər  saat  doqquz  olsa  da  hava  hələ  qaranlıq  idi, 
komanı  şam  ağacından  qayırılmış  stolun  üstündəki 
qarmaqarışıqlıq,  bulaşıq  qalay  qab-qaşığın  arasındakı  piy 
şam  işıqlandırırdı.  Şamı  uzunboğazlı  viski  butulkasına 
keçirmişdilər, 
butulkanın 
boğazında 
saysız-hesabsız 
şamların piyi kiçik buzlaqlar kimi donub qalmışdı. Komanın 


www.vivo-book.com 
 
265 
tənha  otağında  stolun  üstündəki  kimi  hərc-mərclik  idi. 
Komanın  arxa  divarında  yorğan-döşəyi  yığışdırılmamış  iki 
taxt görünürdü. 
Lorens 
Pentfild 
və 
Korri 
Xatçinson 
zahiri 
görkəmlərindən  heç  kimin  ağlına  gəlməsə  də  milyoner 
idilər.  Onların  görkəmində  heç  bir  qeyri-adilik  yox  idi. 
Onlar Miçiqan meşə qıranlarının düşərgəsində başqalarından 
heç  nə  ilə  seçilməzdilər.  Ancaq  bayırda  qaralan  çalaların 
dərinliyində  onlarca  adam  gündə  on  beş  dollar  alıb  daş 
təbəqələri  xırdalayır,  başqaları  dolamaçarxı  hərləyir, 
şurflardan
77
  qum,  qızıl,  süxur  çıxarırdılar.  Hər  gün  min 
dollarlıq  qızıl  çıxarılır,  bu  Bonanzanın  ən  dövlətli 
krallarından sayılan Pentfildin və Xatçinsonun idi. 
Bilbidem  çıxıb  gedəndən  sonra  araya  çökən  sükutu 
Pentfild  pozdu.  O,  bulaşıq  qab-qaşığı  stolun  boşaldılmış 
tərəfinə  çəkdi,  orda  barmaqları  ilə  stolu  taqqıldatmağa 
başladı. Xatçinson his eləyən şamın közünü götürdü, fikirli-
fikirli közü baş və şəhadət barmaqları arasında yaydı. 
                                                 
77
Şurf – mədən yataqları axtarmaq üçün qazılan quyu (Tərc. qeydi). 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə