Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə54/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
272 
Pentfild zərləri tələsik ovuclayıb təzədən atdı. 
– Milyonda bir dəfə. – Üç beşlik düşdü, o, stəkanı xeyli 
silkələdi,  zərləri  nəhayət  bir  də  atanda  bir  beş  də  düşdü. 
Xatçinson sanki hövsələsini lap itirdi. 
Ancaq  onun  üç  altılığı  düşdü.  Onun  oyun  yoldaşının 
gözlərində  inamsızlıq,  onun  baxışlarında  isə  təzədən  ümid 
parladı.  Bir  altılıq  düşsəydi,  o  buzun  üzəri  ilə  Şor  Sulara, 
Ştatlara yollanardı. O stəkanı silkələdi, istədi atsın, tərəddüd 
etdi, stəkanı yenə də silkələməkdə davam etdi. 
Pentfild qəzəblə qışqırdı: 
– At! At! Bizi incitmə. – O həyəcanını gizlətmək üçün 
stolun qırağından elə yapışdı ki, dırnaqları əyildi. 
Zərlər diyirləndi. Stolun üstündə altılıq göründü. Onlar 
yerlərində  donub  qalaraq  altılığa  tamaşa  edirdilər.  Araya 
uzun  sükut  çökdü.  Xatçinson  altdan-altdan  oyun  yoldaşına 
nəzər  saldı,  Pentfild  onun  baxdığını  görüb,  özünü 
soyuqqanlı göstərmək üçün tərs-tərs gülümsündü. 
Xatçinson  yerindən  sıçrayıb  qalxaraq  güldü.  Gülüşü 
əsəbi  və  pərt  idi.  Bu  oyunda  udmaq  uduzmaqdan  çətin idi. 


www.vivo-book.com 
 
273 
Xatçinson dostuna yaxınlaşdı, amma dostu onun üstünə bir 
düşdü ki, gəl görəsən. 
–  Sus,  Korri.  Mən  bilirəm  sən  nə  demək  istəyirsən, 
deyirsən  ki,  mənim  getməyimi  istəyirsən  və  sairə  və  ilaxır. 
Yaxşısı  budur  ki,  dinmə.  Detroytda  qohumların  yolunu 
gözləyir, buna görə də sən getməlisən. Bir də ki, sən mənim 
istəyimi yerinə yetirə bilərsən. 
– Necə yəni? 
Pentfild  onun  baxışlarından  ürəyindən  nə  keçdiyini 
tutub, açıq demədiyi fikrini duyub dedi: 
–  Necəsini  deyim.  Sən  onu  bura  gətirə  bilərsən.  Fərq 
bunda olar ki, toy San-Fransiskoda yox, Dousonda olar. 
Korri Xatçinson etiraz etdi: 
–  Ağlın  çaşıb,  nədir?!  Mən  onu  necə  gətirərəm?  O 
mənim bacımdır, qohumumdur? Mən onu heç tanımıram da. 
Özün  başa  düşürsən  ki,  bizə  ikilikdə  yola  çıxmaq  olmaz. 
Sənlə  mən  bilirik  ki,  arada  heç  nə  ola  bilməz.  Ancaq 
başqaları bu haqda nə deyərlər? 
Pentfild  boğuq  səslə  söyüş  söyüb  başqalarını 
Alyaskadan daha isti yerə göndərdi. 


www.vivo-book.com 
 
274 
Onun şəriki sözünə davam etdi: 
– Əgər sən mənə qulaq assaydın, öz alicənablığını gözə 
soxmasaydın... İndiki şəraitdə ən yaxşısı budur ki, bu il mən 
sənə  getməyə  icazə  verim.  Gələn  ilə  cəmi-cümlətanı  bir  il 
qalıb; mən o vaxt gedib kefə baxaram. 
Pentfild yola düşməkdən özünü güclə saxlayaraq başını 
yellədi: 
–  Dostum,  Korri,  özünə  nahaq  zəhmət  vermə.  Mən 
sənin  xeyirxahlığını  qiymətləndirirəm,  ancaq  olmaz.  Mən 
sənin  burda,  mənim  əvəzimə  can  qoyduğunu  bilə-bilə  orda 
sakit otura bilmərəm. 
Birdən  ağlına  qəribə  bir  fikir  gəldi.  O,  taxtın  üstünə 
atıldı,  tələsiklikdə  bütün  yorğan-döşəyi  alt-üst  elədi, 
bloknotla qələm tapdı, stolun dalına keçib oturdu, tələsik və 
inamla yazmağa başladı. 
– Hə, al bunu, – deyib əlindəki kağızı şərikinin ovcuna 
qoydu. – Təkcə ünvanına çatdır, hər şey yoluna düşər. 
Xatçinson kağızı oxuyub yerə qoyaraq, şübhə ilə dedi: 
–  Hardan  bilirsən  qardaşı  bu  daldabucaq  yerə  gəlmək 
istəyər?! 


www.vivo-book.com 
 
275 
Pentfild sözünün üstündə inad edib deyirdi: 
– O  mənim, bacısının xətrinə razılaşar. İş bundadır ki, 
qardaş  nərmənazikdir.  Mən  istəmirəm  ki,  qız  tək  onunla 
gəlsin.  Sən  yanlarında  olsan,  heç  nədən  qorxum  yoxdur. 
Çatan kimi Friskoya get, hər şeyi ona başa sal. Ordan Şərqə, 
özününkülərin  yanına  yollan.  Yazda  onların  dalınca 
gələrsən.  Ondan  yəqin  ki,  xoşun  gələcək.  Bura  bax, 
rastlaşanda tanıyasan. 
Bu sözləri deyib, saatın qapağını açdı, qapağın içindəki 
şəkli göstərdi. Korri Xatçinson şəklə tamaşa etdikcə heyran 
qaldı. 
Pentfild sözünə davam etdi: 
–  Onun  adı  Meybldır.  Mən  yeri  gəlmişkən,  səni  başa 
salım  ki,  onların  evini  tapasan.  Fransiskoya  gəlib  çatdın, 
keb
82
  tutub  de:  “Mirdon-avenyüyə,  Xolmsun  evinə  sür”. 
Hələ  Mirdon-avenyü  deməsən  də  olar.  Hər  faytonçu, 
məhkəmə hakimi Xolmsun harda yaşadığını bilir. 
Pentfild sözünə fasilə verib dedi: 
                                                 
82
Keb – İngiltərədə bir atlı fayton (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
276 
–  Bilirsən  nə  var,  sən  mənə  bəzi  şeylər  alsaydın,  pis 
olmazdı, məsələn... məsələn. 
Xatçinson 
gülümsünə-gülümsünə 
onun 
fikrini 
tamamladı. 
– Ailəli adama lazım olan şeylər. 
Pentfild cavabında pərt-pərt gülümsündü. 
–  Hə,  düz  bilmisən.  Süfrələr,  salfetlər,  döşəkağılar, 
balışüzülər  və  sairə.  Yaxşı  serviz.  Axı  o  buralara  alışınca 
onun  üçün  çətin  olacaq.  Aldığın  şeylərin  hamısını  Berinq 
dənizi  ilə  yola sala  bilərsən. Bir  də, yaxşı  olardı  ki... Royal 
barədə nə deyə bilərsən? 
Xatçinson bu fikrə ürəkdən şərik oldu. O, özünün etiraz 
etdiyini  unutdu,  üzərinə  qoyulan  vəzifə  onu  get-gedə  daha 
artıq  cəlb  edirdi.  Söhbətlərini  qurtarıb  ikisi  də  ayağa 
qalxanda dedi: 
–  Lorens,  Allah  haqqı,  dəbdəbə  ilə  gətirib  gələrəm. 
Bişirib-düşürməyi  də,  itlərə  qulluq  etməyi  də  öhdəmə 
götürərəm,  qardaşına  da  ancaq  bacısının  rahatlığını 
fikirləşmək, bir də ki, mənim yadımdan çıxan şeyləri etmək 
qalar, əslinə qalsa, mən çalışaram ki, heç bir şey unutmayım. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə