Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə55/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
277 
Ertəsi günü Lorens Pentfild dostunun əlini axırıncı dəfə 
sıxdı,  onun  və  itlər  qoşulmuş  kirşənin  donmuş  Yukon  çayı 
ilə  yuxarı  –  Şor  Suya,  gen  dünyaya  yollanmağına  tamaşa 
etdi.  Pentfild  Bonanzedəki  mədənə  qayıtdı,  burda  adamın 
ürəyi  daha  çox  sıxılırdı.  Uzun  qışı  dözümlə  qarşıladı.  İşi 
başından  aşırdı,  fəhlələrə  göz  qoymalı,  torpağın  dəyişkən 
damarının  kəşfiyyatına  rəhbərlik  etməli  idi,  ancaq  iş  onu 
məşğul  etmirdi.  Ta  təpənin  üstündə,  mədənlərin  arxasında 
yeni, taxtdan tikilmiş koma tikilincə, heç bir şey ürəyindən 
olmadı.  Bu  möhkəm  tikilmiş  gözəl  bir  koma  idi,  üç  rahat 
otağı var idi. Onun hər tiri çox yaxşı yonulmuşdu, dülgərlərə 
gündə  on  beş  dollar  verməli  olanda,  bu  hər  adamın  hünəri 
deyildi.  Ancaq  Meybl  Xolms  üçün  tikilən  evdən  söhbət 
gedəndə,  Pentfildi  heç  bir  xərc-xəsarət  qorxutmurdu.  Onun 
başı komanı tikməyə qarışmışdı, oxuyurdu. 
Haçan mənim məhəbbətim, 
Qovuşaram mən səninlə?! 
Bundan başqa, o, stolun üstündən təqvim asdı, hər səhər 
yuxudan  duran  kimi  təqvimin  üstündən  xətt  çəkirdi,  bahara 
nə qədər qaldığını, şərikinin Yukon çayının buzları üzəri ilə 


www.vivo-book.com 
 
278 
çaparaq  nə  vaxt  gələcəyini  hesablayırdı.  Pentfild  heç  kəsə 
icazə  vermirdi  ki,  təzə  komada  gecələsin,  Meybl  gəlib 
çıxınca koma təzəcə rəndələnmiş dirəklər kimi təzə qalmalı 
idi.  Tikinti  başa  çatanda  Pentfild  qapılardan  qıfıl  asdı. 
Pentfildin  özündən  başqa  heç  kəs  ora  girmirdi,  o  özü  də 
saatlarla  orada  qalırdı,  içəridən  çıxanda  üz-gözündə  qəribə 
nəvaziş olurdu, baxışları isə şən və mülayim olurdu. 
Dekabrda Korri Xatçinsondan məktub gəldi. O, Meybl 
Xolmsla  təzəcə  tanış  olmuşdu.  Korri  yazırdı  ki,  qız  Lorens 
Pentfildə  layiq  qızdır,  onun  arvadı  məhz  belə  olmalıdır.  O, 
qıza  heyran  olmuşdu,  bu  məktub  Pentfildin  səbrini  kəsdi. 
İndi  məktublar  bir-birinin  dalınca  gəlirdi,  bəzən  də  poçt 
ləngiyəndə  ikisi,  üçü  birdən  gəlirdi.  Bütün  bu  məktublarda 
gah Korrinin elə bu dəqiqə Xolmslardan gəldiyindən, ya da 
Korrinin  Xolmsgilə  getdiyindən,  gah  da  Korrinin  indicə 
Xolmsgildə  olduğundan  danışılırdı.  O,  deyəsən,  San-
Fransiskonu  tərk  etməyə  tələsmir,  Detroyta  getməyini  heç 
yada salmırdı. 
Lorens  Pentfildə  elə  gəldi  ki,  şəriki  qohum-qardaşını 
yaddan  çıxarıb,  Meybl  Xolmsun  yanında  çox  olur.  Hərdən 


www.vivo-book.com 
 
279 
Pentfild  görürdü  ki,  bu  onu  narahat  edir.  Ancaq  ciddi 
narahatçılığa dəyməzdi, çünki o Meyblə və Korriyə yaxşıca 
bələd  idi.  Meyblın  məktubları  da  öz  növbəsində,  Korri 
barədə  idi.  Söhbət  qızın  gəlişindən,  Dousonda  toy 
olmasından  gedəndə,  Meybl  çəkingənlik  və  qətiyyətsizlik 
göstərirdi. Pentfild ona şən məktublar yazırdı, ona elə gəlirdi 
ki,  qızın  qorxusu  utancaqlıqdan  yox,  çətinliklər,  təhlükələr 
qarşısında onu gözləyən məhrumiyyətlərdən doğur. 
Ancaq üzücü intizar və qurtarmaq bilməyən qış özünü 
göstərirdi.  İşlərə  başçılıq  etmək,  yer  damarının  kəşfiyyatı 
onun  başını  qatmırdı,  yanvarın  axırlarında  Pentfild  qumar 
stolunun arxasında fikrini bir qədər dağıtmaq üçün Dousona 
tez-tez gedib-gəlməyə başladı. O qumarda udurdu, hərçənd, 
maddi  vəziyyəti  ona  uduzmağa  da  imkan  verirdi,  faraon
83
 
oynayanlar  arasında  “Pentfildin  əli  gətirir”  ifadəsi  dildən-
dilə  düşdü.  Fevralın  ortalarınadək  bəxti  gətirdi.  Demək 
olmazdı  ki,  nə  vaxtdan  uduzmağa  başladı,  çünki  iri  bir 
oyundan sonra o daha əlinə kart almadı. 
                                                 
83
Faraon – bakkaraya oxşar qumar oyunu (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
280 
Bu  dəfə  qumar  oyunu  “Opera”da  keçirilirdi,  bir  saat 
ərzində  Pentfildin  hər  kartı  uddu.  Kart  paylayan  kartları 
qarışdırınca, stolun yiyəsi Nik İnvud bərkdən dedi: 
– Öz aramızdır, Pentfild, deyəsən, şərikiniz vaxtını boş 
keçirmir? 
Pentfild cavab verdi: 
– Hə, Korri əylənməyi yaxşı bacarır. Bir də ki, o buna 
layiqdir. 
Nik İnvud güldü: 
– Əlbəttə, özü bilən yaxşıdır, ancaq əylənmək evlənmək 
deyil. 
Təəccübünü gizlədə bilməyən Pentfild inamsız-inamsız 
soruşdu: 
– Korri evlənib, ya yox? 
İnvud cavab verdi: 
– Bəli. Bu səhər poçtu gətirən Frisko qəzetində yazılıb. 
Pentfild halını heç pozmayaraq səbirlə soruşdu: 
–  Qız  kimdir  görən?  –  Arxayın  idi  ki,  onu  masqaraya 
qoyurlar, hər an qəhqəhə səsi eşidilə bilər. 


www.vivo-book.com 
 
281 
Nik İnvud cibindən qəzet çıxartdı, qəzetə göz gəzdirə-
gəzdirə dedi: 
– Ay yadımda qalmır, ancaq deyəsən Meybl... Meybl... 
aha, bax, tapdım: Meybl Xolms, məhkəmə hakimi Xolmsın 
qızı... 
Lorens  Pentfild  ürəyində  narahatçılıqla  götür-qoy  etdi 
ki,  görsün  Şimalda  bu  ad  birinə  məlumdur,  ya  yox,  amma 
özünü  heç  o  yola  qoymadı.  O,  qulaq  asanların  üzlərini 
sakitcə gözdən keçirdi, ürəyinə gəlirdi ki, birdən biri özünü 
ələ verdi, ancaq onların üz-gözündən adicə  maraqlandıqları 
bilinirdi.  Bu  vaxt  üzünü  İnvuda  tərəf  çevirib  sakitcə, 
əsəbiləşmədən dedi: 
–  Nik,  bax,  bu  beş  yüz  dollardan  mərc  gəlirəm  ki, 
qəzetdə belə bir şey yoxdur. 
O,  Lorensə  anlaşılmaz  şəkildə  gülümsünə-gülümsünə 
baxıb dedi: 
– Yox, əzizim, sizin pulunuz mənə gərək deyil. 
Pentfild istehza ilə: 
–  Mən  elə  də  bilirdim,  –  deyib  stola  tərəf  çevrildi,  iki 
karta pul qoydu. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə