Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
282 
Nik İnvud qızardı, sanki öz-özünə inanmayaraq, qısaca 
məqaləni diqqətlə bir də oxudu, birdən Lorens Pentfildə sarı 
sərt döndü. 
O, həyəcanla, tələsik dilləndi: 
– Pentfild, qulaq asın. Mən bu işi belə qoya bilmərəm. 
Pentfild kobudcasına soruşdu: 
– Nəyi? 
–  Sizin  deməyinizdən  belə  çıxır  ki,  mən  yalan 
danışıram? 
– Yox, mən elə demək istəmədim. Mənə belə gəlir ki, 
sizin zarafatınız tutub. 
Kart paylayan oyunçu sözə qarışdı: 
– Centlmenlər, siz pul qoyursunuzmu? 
İnvud üst-üstdən təkrar edirdi: 
– Axı mən sizə deyirəm ki, bu doğrudur. 
–  Mən  beş  yüz  dollarımdan  mərc  gəlirəm  ki,  qəzetdə 
belə şey yoxdur. 
Pentfild içində qızıl tozu olan ağır kisəni stolun üstünə 
atdı. 


www.vivo-book.com 
 
283 
– Sizin pulunuz mənə gərək deyil,  madam ki, siz inad 
edirsiniz...  –  İnvud  bu  sözləri  deyə-deyə  qəzeti  Pentfildə 
verdi. 
Pentfild  baxdı,  ancaq  gördüklərinə  inana  bilmədi.  O, 
başlığa göz gəzdirdi: “Şimaldan cavan Loxinvar
84
 çapa-çapa 
gəlirdi” 
məqaləsini  oxudu,  Meybl  Xolmsla  Korri 
Xatçinsonun  adlarını  yanaşı  gördü.  Bu  vaxt  o  birinci 
səhifəyə baxdı, qəzet San-Fransiskodan idi.  
O, qısaca gülüb dedi: 
–  İnvud,  pullar  sizindir.  Bir  halda  ki,  mənim  şərikim 
kefə başladı, qabağında çətin duruş gətirmək olar. 
 Sonra  Pentfild  məqaləni  əlinə  götürdü,  onu  kəlmə-
kəlmə,  tələsmədən  oxudu.  Şəkk-şübhə  ola  bilməzdi.  Korri 
Xatçinson,  doğrudan  da  Meybl  Xolmsla  evlənmişdi. 
Məqalədə 
yenicə 
evlənən 
haqqında 
“Bonanzanın 
krallarından  biri  Lorens  Pentfildin  şəriki  (San-Fransisko 
mühitində hələ unudulmamışdı) onunla birlikdə Klondaykın 
bir çox sərvətlərinin yiyəsi” deyilirdi. Sonra ən axırda: “Belə 
                                                 
84
ValterSkottun “Marmion poemasının qəhrəmanlarından biri (Tərc. qeydi). 


www.vivo-book.com 
 
284 
deyirlər ki, mister və missis Xatçinson bir müddətinə Şərqə 
–  Detroyta  gedəcəklər,  ancaq  özlərinin  əsl  bal  aylarını 
əfsanəvi Klondaykı səyahətdə keçirəcəklər”. 
Pentfild ayağa qalxıb, bu ara tərəziyə qoyulan beş yüz 
dollarlıq yüngülləşən, yiyəsinə qaytarılan kisəni götürdü: 
– İndicə qayıdıram. Yerimi saxlayın. 
Pentfild  küçəyə  çıxıb  Sietldən  qəzet  aldı.  Bu  qəzetdə 
faktlar  eyni  idi,  ancaq  məqalə  qısa  idi.  Şübhə  yox  idi  ki, 
Korri  ilə  Meybl  evləniblər.  O,  “Opera”ya  qayıtdı,  yerini 
tutub təklif elədi ki, kim banka nə qədər istəyir pul qoysun. 
Nik İnvud kart paylayana başı ilə işarə edərək güldü: 
 –  Görürəm  ki,  sizə  genişlik  lazımdır.  Mən  şirkətin 
anbarlarına baş çəkmək istəyərdim, ancaq getməli olmadım. 
Bacarığınızı göstərin, görək. 
Lorens Pentfild nəyə qabil olduğunu göstərdi: ikisaatlıq 
qızğın  oyundan  sonra  kart  paylayan,  təzəcə  ağzına  aldığı 
siqaretin  ucunu  dişlədi,  kibrit  çəkib  yandırdı,  elan  etdi  ki, 
bankdakı  pul  qurtarmışdır.  Pentfild  qırx  min  pul  uddu.  O, 
Nik  İnvudun  əlini  sıxdı,  elan  etdi  ki,  bu  onun  axırıncı 
oyunudur. 


www.vivo-book.com 
 
285 
Heç  kəs  bilmirdi,  heç  kəsin  ağlına da gəlmirdi  ki,  ona 
zərbə  –  özü  də  ağır  zərbə  vurulmuşdur.  O  zahirən  heç 
dəyişilməmişdi. Bütün  həftəni  o, həmişəki  kimi  işi-gücü ilə 
məşğul  oldu,  ancaq  şənbə  günü  toy  mərasimini  təsvir  edən 
Portlend  qəzeti  gözünə  dəydi.  Onda  o,  mədəni  dostlarından 
birinə tapşırıb, itləri qoşub Yukon çayı boyunca yollandı. O, 
Şor Sulara tərəf yol aldı, sonra Ağ çaya döndü. Beş gündən 
sonra  yerli  hinduların  düşərgəsini  gördü.  Axşam  qonaqlıq 
oldu.  Pentfild  məclisin  yuxarı  başında,  başçının  böyründə 
oturmuşdu.  Ertəsi  günü  səhər  o  itləri  geri  –  Yukona  tərəf 
sürürdü, ancaq indi o tək deyildi. Gənc skvo o axşam onun 
itlərini  yedirtdi,  gecələmək  üçün  yer  hazırlamaqda  ona 
kömək  etdi.  Uşaqlıqda  qızın  sür-sümüyünü  ayı  əzmişdi,  o 
axsayırdı. Adı Laşka idi. Əvvəlcə naməlum ölkədən gəlmiş 
ona bir kəlmə belə söz demədən, ona bir nəzər salmadan alıb 
naməlum ölkəyə aparan yad, ağ adamdan qorxurdu. 
Şimalda yaşayan ağ adamların çoxusunun aldığı hindu 
qızlardan  fərqli  olaraq,  Laşkanın  bəxti  gətirdi.  Dousonda 
onları  birləşdirən  bütpərəst  nikahı  ağların  mərasim  keşişi 
təsdiq  etdi.  Dousonda  Laşkaya  hər  şey  qəribə  yuxu  kimi 


www.vivo-book.com 
 
286 
göründü,  Pentfild  onu  Bonanzaya  aparıb  təpənin  başındakı 
yeni  komada  yerləşdirdi.  Lorens  Pentfildin  hindu  qızını 
alması,  onunla  bir  yastığa  baş  qoyması,  onunla  bir  damın 
altında  yaşaması  bir  o  qədər  təəccüb  doğurmadı.  Ancaq 
onun  kilsədə  nikah  kəsdirməsi  sensasiya  doğurdu.  Kilsədə 
kəbin  kəsdirmək?  Bunu  heç  kəs  başa  düşə  bilmirdi.  Ancaq 
Pentfilddə işləri olmadı, yerli mühit bir işdən zərər görməsə, 
onu çək-çevirə salmırdı. Pentfildi ağ qadınlar sahibə olduğu 
evlərə  əvvəlki  kimi  dəvət  edirdilər:  kişilərin  bir  çoxu  onun 
zövqünü  bəyənməsələr  də,  onu  hindu  qadınla  nikahsız 
yaşamaq üstündə məzəmmət etmək olmazdı. 
San-Fransiskodan  daha  məktub  gəlmirdi.  İçində  poçt 
olan  altı  narta
85
  Böyük  Qızılbalıq  yaxınlığında  məhv 
olmuşdu. Bundan başqa, Pentfild bilirdi ki, yeni evlənənlər 
artıq Klondaykda olmalıdır. Onların toydan sonrakı məharəti 
sona çatır, o iki il, qurtarmaq bilməyən iki ili belə səyahətin 
arzusunda olmuşdu. Bu fikirlərdən dodaqları acı-acı büzülür, 
                                                 
85
Narta – Şimalda it və ya maral qoşulan xizək (Tərc. qeydi). 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə