Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
287 
ancaq  o  hisslərini  gizlədir,  Laşkaya  qarşı  daha  mehriban 
olurdu. 
Mart  qurtardı,  aprelin  axırına  az  qalmışdı  ki,  bir  dəfə 
səhər tezdən Laşka ondan icazə istədi ki, koması çaydan bir 
neçə  mil  aşağıda  olan  sivaş  Pitinin  yanına  getsin.  Əsli 
Styuart çayı sahilindən olan Pitinin arvadı hindu qadın ona 
xəbər göndərmişdi ki, uşağı xəstələnib. Təbiətən əsl ana olan 
Laşkaya  elə  gəlirdi  ki,  uşaq  xəstəliklərindən  yaxşı  baş 
çıxarır, tale özünə hələ övlad qismət etməyincə, başqalarının 
uşaqlarına dayəlik etməyə hazır idi. 
Pentfild  itləri  nartaya  qoşdu.  Laşkanı  nartaya  mindirib 
Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar 
ətri gəlirdi. Yerin üzəri hələ də qarla örtüklü olsa da, şaxta 
əvvəlki  kimi  qarsımırdı,  suyun  şırıltısı  eşidilirdi,  qışın 
şaxtası zəifləyirdi. Bəzi cığırlarda buz ərimişdi, su basmışdı, 
donu  açılmış  yerlərdən  dövrə  vurub  keçməli  olurdular.  İki 
nartanın  keçə  bilməyəcəyi  yerdə  Pentfild  yaxınlaşan 
zınqırov səsləri eşidib itləri saxladı. 
Çayın  dirsəyi  tərəfdən,  ağır  yüklənmiş  nartaları  çəkən 
yorğun  itlər  qoşulmuş  narta  göründü.  İtləri  qovan  kişinin 


www.vivo-book.com 
 
288 
görkəmində Pentfildə tanış nəsə göründü. Nartaların dalınca 
iki qadın gəlirdi. Pentfild təzədən sürücüyə nəzər yetirdi, bu 
Korri  idi.  Pentfild  dayanıb  gözləyirdi.  Sevinirdi  ki,  Laşka 
yanındadır. Fikirləşirdi ki, bundan yaxşı görüş istəsəydi də, 
təşkil  edə  bilməzdi.  Gözləyirdi,  fikrinə  gətirmək  istəyirdi, 
onlar nə deyəcəklər, nə deyə bilərlər. Onun danışmağı artıq 
idi,  izahatı  gərək  onlar  verəydilər,  o  onların  izahatını 
dinləməyə hazır idi. 
Qoşqular bərabərləşəndə Korri onu görüb itləri saxladı. 
Korri: 
– Salam, dost! – deyib əlini uzatdı. 
Pentfild  onun  əlini  soyuq  və  dinməzcə  sıxdı.  Bu  ara 
qadınlar  yaxınlaşdılar,  o  ikincinin  Dora  Xolms  olduğunu 
gördü. Pentfild xəz papağını çıxarıb onun əlini sıxdı, Meyblə 
tərəf  döndü.  Gözəl,  sevincək  Meybl  özünü  ona  sarı  atdı, 
ancaq  Pentfildin  əl  vermək  üçün  əlini  uzatdığını  görüb 
özünü  itirdi.  O  istəyirdi  desin:  “Salam  missis  Xatçinson”, 
ancaq “missis Xatçinson” sözləri nədənsə boğazında qaldı, o 
ancaq mızıldandı: 
– Salam. 


www.vivo-book.com 
 
289 
Vəziyyət xoşagəlməz olsa da, o sevinə bildi. 
Meybl 
sevindi, 
həyəcanlandı. 
Vasitəçi 
kimi 
götürdükləri Dora dilləndi: 
– Lorens, bura baxın, nə olub ki? 
Korri onun cavab verməsinə imkan verməyib, qolundan 
tutub dartdı, onu bir qırağa çəkdi. 
O, gözləri ilə Laşkaya işarə edərək pıçıltı ilə soruşdu: 
– Dostum, bu nə olan şeydir? 
Pentfild istehza ilə dilləndi: 
– Korri, sənin nə borcuna? 
Ancaq Korri ondan əl çəkmədi: 
–  Bu  skvo  sənin  nartanda  nə  edir?  Onlara  nə  deyim, 
məni yaxşıca işə saldın. Əminəm ki, bir söz tapıb deyərsən? 
O kimdir? Kimin skvosudur? 
Bu an Lorens Pentfild öz zərbəsini endirdi. Bu zərbəni 
endirəndə  sakit  idi,  ona  edilən  bədxahlığın  əvəzini  çıxırdı, 
elə bil ürəyindən tikan çıxırdı. 
O dedi: 
–  Bu  mənim  skvomdur.  İcazənizlə  missis  Pentfild!  – 
Korri Xatçinsonun nəfəsi təngidi. 


www.vivo-book.com 
 
290 
Pentfild  üzünü  döndərib  qadınlara  yaxınlaşdı.  Meyblın 
üz-gözündən narazılıq yağırdı, sanki o ağzını açıb danışmaq 
istəmirdi.  O,  heç  nə  olmayıbmış  kimi,  Doraya  müraciət 
elədi: 
–  Səyahətiniz  necə  keçdi?  Dayanacaqlarda  çox 
dondunuz? 
Sonradan Meybla nəzər salıb soruşdu: 
– Missis Xatçinson necədir? 
Dora onu qucaqlayıb silkələdi: 
–  Səfehin  biri  səfeh!  Deməli,  siz  də  oxumusunuz? 
Deməli, ona görə özünüzü belə aparırdınız? 
O mızıldandı: 
– Mən... mən başa düşə bilmədim. 
Dora sözünə ara vermədi: 
–  Gələn  nömrədə  düzəliş  verdilər.  Ağlımıza  da 
gəlməzdi  ki,  qəzetin  bu  nömrəsi  sizin  əlinizə  düşər.  O  biri 
qəzetlərdə  hər şey  düz  idi. Ancaq,  əlbəttə, bu  lənətə gəlmiş 
səhifə sizin əlinizə düşübmüş. 
Pentfild onun sözünü kəsdi: 


www.vivo-book.com 
 
291 
– Dayanın, siz nə deyirsiniz? – Onun ürəyi gözlənilməz 
qorxudan  sıxıldı.  Pentfild  özünü  uçurumun  kənarında  hiss 
etdi. 
Dora isə dil-boğaza qoymurdu. 
–  Bilirsiniz,  Meybllə  mənim  Klondayka  gedəcəyimiz 
məlum  olanda  “Həftəlik”də  bildirdilər  ki,  bizim  Mirdon-
avenyüdə yerimiz görünəcəkdir. 
– Onda deməli... 
Dora dilləndi: 
–  Missis  Xatçinson mənəm.  Siz  elə  bildiniz ki,  Meybl 
ərə gedib? 
Pentfild tələsmədən dilləndi: 
– Bəli. İndi başa düşdüm. Reportyor adları çaşbaş salıb, 
Sietle və Portlend qəzetləri bunu olduğu kimi çap edib. 
O susdu. Meybl təzədən ona tərəf döndü, Pentfild gördü 
ki, qız gözləyir. Korri öz mokasininin cırıq burnuna diqqətlə 
baxırdı.  Dora  isə  altdan-altdan  nartada  sakitcə  oturmuş 
Laşkaya  tamaşa  edirdi.  Lorens  Pentfild  düz  qarşısında, 
ümidsiz  gələcəyə  boylanır,  orda  itlər  qoşulmuş  nartanı, 
özünü, yanında da axsaq Laşkanı görürdü. 


www.vivo-book.com 
 
292 
Sonra  o  çox  adi  şəkildə  Meyblın  gözlərinin  içinə 
baxaraq dedi: 
– Bağışlayın. Belə bir səhv mənim ağlıma da gəlməzdi. 
Mən  elə  bildim  ki,  Korriyə  ərə  gedibsiniz.  Orda,  nartadakı 
missis Pentfilddir. 
Meybl  Xolms  özünü  itirib  bacısına  tərəf  döndü,  sanki 
çətin  səfərin  bütün  ağırlıqları  birdən  üstünə  düşdü.  Dora 
ondan  yapışdı.  Korri  Xatçinson  hələ  də  gözlərini 
mokasinindən çəkə bilmirdi. 
Pentfild ona, qadınların ikisinə də nəzər salıb, nartalara 
tərəf getdi. 
O, Laşkaya dedi: 
–  Getmək  lazımdır.  Pitinin  uşağı  bizi  bütün  günü 
gözləyə bilməz. 
Uzun  qırmanc  havada  vıyıldadı,  itlər  nartanın  yan 
qayışlarını  dartdı,  partalar  tərpəndi,  irəli  cumdu.  Pentfild 
dönüb qışqırdı. 
– Korri, qulaq as! Sən köhnə daxmanı tuta bilərsən. İndi 
köhnə  daxma  boşdur.  Mən  təpənin  başında  təzəsini 
tikdirmişəm. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə