Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   51   52   53   54   55   56   57   58   59

www.vivo-book.com 
 
293 
 
 
 
 


www.vivo-book.com 
 
294 
LİT LİTİN ƏRƏ GETMƏSİ 
 
Con  Foks  viskinin,  demək  olar  ki,  bütün  il  boyu  bərk 
olduğu,  donduğu,  ona  görə  də  ondan  pres-papye
86
  kimi 
istifadə etmək  mümkün olan yerə gəlib çıxanda, uşaqlıqdan 
həyata  açıq  gözlə  baxmayan  başqa  macəra  axtaranlardan 
fərqli  olaraq,  idealların,  illüziyaların  əsiri  olub  qalmadı. 
Uzaq  Qərbdə  anadan  olub  böyüyən  Con  Foksun  ağlı  iti 
olmasa  da,  sağlam  düşüncəli,  işgüzar,  qoçaq  adam  idi,  hər 
şeyə  açıq  gözlə  baxırdı.  Bu  da  onu  Kanadada  yeni  sahədə 
müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Qudzon körfəzi 
şirkətinin  adi  xidmətçisi  kimi  bələdçilərlə  birlikdə  avar 
çəkir,  malları  öz  arxasında  boyundan  keçirirdi,  ancaq  irəli 
tez çəkildi. Mələklər istehkamındakı alverə başçılıq etməyə 
başladı. 
Con Foks hər şeyə adi gözlə baxırdı, ona görə də yerli 
tayfadan  olan  bir  qızı  aldı,  bu  ər-arvadlıq  sözün  əsl 
mənasında  xoşbəxt  oldu.  Çünki  o,  başqa,  iradcıl  kişilərdən 
                                                 
86
Pres-papye – yazını qurulamaq üçün alət (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
295 
deyildi,  belələri  işləyə  bilmir,  axırdan-axıra  öz  həyatlarını 
cəhənnəm  əzabına  döndərirdilər.  O, taleyindən  çox  razı  idi, 
şirkətə  can-başla  qulluq  edirdi,  bir  neçə  müddətdən  sonra 
sayılan  işçilərdən  biri  oldu.  Arvadı  öləndə  tayfası  onun 
cəsədini  götürüb,  yerli  qayda-qanunla  ağac  başında  dəmir 
yeşikdə basdırdı. 
Arvadı  Foks  üçün  iki  oğlan  doğmuşdu.  Şirkət  onun 
vəzifəsini artıranda, o da oğulları ilə uzaqlara Şimal Qərbin 
ucu-bucağı  görünməyən  ərazisinə  –  Günah  qayasına 
yollandı.  Orda  onu  dəri  alveri  kimi  mühüm  sahədə  yeni 
vəzifə gözləyirdi. O, burda bir neçə ay tənha qalıb, yeknəsəq 
həyatdan darıxdı. Açıq-aydın nifrətlə bir o qədər də gözəlliyi 
olmayan hindu qızlarına baxıb, daim ana nəvazişi və qayğısı 
görməyən  oğlanlarının  dərdini  çəkirdi.  Birdən  o,  Lit-Liti 
gördü. 
– Lit-Lit... Sizə necə deyim, Lit-Litdir də... 
O,  qızı  təsvir  eləmək  üçün  böyük  pirkeşik  Aleksandr 
Mak  Linə  bundan  artıq  söz  tapıb  deyə  bilmədi.  Mak  Lin 
sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən, 
ağzından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq 


www.vivo-book.com 
 
296 
fikrini  heç  yaxına  belə  qoymurdu.  İşlər  müdiri  öz  ölməz 
ruhunu  məhv  etmək  fikrinə  düşsəydi,  Mak  Lin  narazı 
qalmazdı,  çünki  Mak  Lin  qorxurdu  ki,  özü  Lit-Litin 
gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər. 
Şotlandın  sərt  qəlbi  Lit-Litin  qəlbə  od  salan  baxışları 
qarşısında  az  qala  əriyəcəkdi.  Lit-Lit  mütənasib  bədənli, 
çevik  qız  idi,  üzünün  ifadəsi  olmayan,  ağır  tərpənən,  süst, 
başqa hindu qadınlara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə 
otura  bilmədiyinə,  kəpənək  kimi  ora-bura  uçub  qonduğuna 
görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəhqəhə çəkib 
güldüyünə,  ora-bura  qaçdığına,  atılıb-düşdüyünə  görə  ona 
Lit-Lit deyirdilər. 
Lit-Lit  yerli  tayfanın  şöhrətli  başçısı  Snitşeynin  və 
metis  qadının  qızı  idi.  Con  Foks  bir  dəfə  yayda,  sözarası 
evlənməkdən  danışmaqdan  ötrü  ona  baş  çəkdi.  Onlar  tayfa 
başçısı  ilə  ağcaqanadları  qovlamaq  üçün  viqvamın
87
 
qabağında  qalanmış  ocağın  qırağında  oturub,  tələsmədən 
toydan başqa şimal diyarına aid olan hər şeydən danışırdılar. 
                                                 
87
Viqvam – Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tikdikləri 
koma (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
297 
Con  Foks  ancaq  toydan  danışmaq  üçün  gəlmişdi,  Snişteyn 
bunu  bilirdi,  Con  Foks  onun  bildiyini  bilirdi,  buna 
baxmayaraq  onlar  xüsusən  toydan  söz  salmayıb  möhkəm 
susdular.  Bu,  hindular  arasında  çox  məharətlə  danışıq 
aparmaq bacarığı sayılırdı. Əslində isə bu adicə sadəlövhlük 
idi. 
Saatlar  ötüb-keçirdi,  Foksla  Snitşeyn  trubka  dalınca 
trubka çəkir, özlərini bir-birinə sadəlövh göstərirdilər. 
Günün  günortaçağı  Mak  Lin  və  o  biri  pirkeşik  Mak 
Teyviş 
gəlib 
keçdilər.  
Onlar  çaya  gedirdilər,  özlərini  laqeyd  göstərirdilər.  Bir 
saatdan sonra onlar qayıdanda, Foksla Snişteyn şirkətin xəz 
dəyişmək  üçün  verdikləri  barıtın  və  bekonun
88
  miqdarı 
barədə  nəzakətlə  mübahisə  edirdilər.  Bu  ara  faktoriyanın
89
 
işlər  müdirinin  niyə  gəldiyini  başa  düşən  Lit-Lit  viqvamın 
arxa  divarının  dalına  sürünüb  keçdi.  Giriş  qapısının  ağzını 
örtən  dərinin  qırağını  qaldırıb,  arasından  ocağın  qırağında 
                                                 
88
Bekon – hisə verilmiş, duzlanmış donuz budu (Tərc. qeydi).
 
89
Faktoriya – Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət məntəqəsi 
(Tərc. qeydi).
 


www.vivo-book.com 
 
298 
oturub  mübahisə  eləyənlərə  tamaşa  edirdi.  Qızın  yanaqları 
pörtmüşdü, gözləri alışıb-yanırdı, qəlbi iftixar hissi ilə aşıb-
daşırdı,  axı  işlər  müdirinin  özü  onu  seçmişdi  (şimal 
diyarlarında o Allahdan sonra birinci adam sayılır). Lit-Litin 
qəlbini  qadın  marağı  bürümüşdü,  ona  yaxşıca  baxmağa, 
tamaşa  etməyə  tələsirdi.  Günəşin  şüalarından,  düşərgə 
ocaqlarının  istisindən,  yağmurlu  havadan  kişinin  sifətinin 
rəngi  qızın  atasının  üzü  rəngdə,  qıpqırmızı  bürünc 
rəngdəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu, 
qızın  xoşuna  gəlirdi,  sevinirdi  ki,  Foks  belə  cüssəli, 
qüvvətlidir,  qızı  təkcə  onun  iri,  qara  saqqalı  bir  qədər 
qorxudurdu, bu çox qeyri-adi idi. 
Lit-Lit  çox  cavan  idi,  kişilərin  necəliyindən  heç  baş 
açmırdı.  Qız  günəşin  cənuba  çəkilib  üfüqün  arxasında  yox 
olmasını, günün göydə daha çox olmasını, gecənin nəhayət 
onun  qarşısında  geri  çəkilməsini  on  yeddi  dəfə  görmüşdü. 
Bütün bu illər ərzində Snitşeyn qızını möhkəm qorumuşdu, 
onun  pərəstişkarlarını  yaxına  qoymamışdı.  Onu  almaq 
istəyən gənc ovçuların təkliflərinə nifrətlə qulaq asıb, hamını 
rədd  etmişdi,  sanki  qızın,  doğrudan  da,  misli-bərabəri  yox 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə