Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   2   3   4   5   6   7   8   9   ...   59

www.vivo-book.com 
 
27 
biri  o  birinin  üzündə  ulduzların  zəif  işığında  rahatlıqlarını 
pozan heç nə hiss etmirdilər. Heç bir cəngavər Cenevyevaya 
qarşı Co kimi diqqətcil ola bilməzdi. Onlar küçə ilə gedəndə 
oğlan həmişə səkinin qırağı ilə yeriyirdi, o hardasa eşitmişdi 
ki, oğlan həmişə səkinin qırağı ilə yeriməlidir, küçənin o biri 
tərəfinə  keçməli  olanda  Cenevyevanın  arxasından  keçirdi, 
yenə  səkinin  qırağı  ilə  yeriyirdi.  O  qızın  bağlamalarını 
aparırdı.  Bir  dəfə  yağmurlu  havada  gəzəndə,  hətta  qızın 
əlindəki çətiri belə aldı. Co bilmirdi ki, adam sevdiyi qadına 
çiçək  göndərər,  çiçək  əvəzinə  meyvə  yollayırdı.  Meyvənin 
xeyirli  olduğunu  bilirdi.  Gül-çiçək  göndərməyi  ta  qızın 
saçlarında  qızılgül  görməyincəyə  qədər  ağlına  belə 
gətirmirdi.  Co  açıq-qırmızı  rəngli  çiçəkdən  gözünü  çəkə 
bilmirdi,  çünki  bu  gül  Cenevyevanın  saçlarına  yaxşıca 
yaraşırdı,  çünki  bu  gülü  qız  özü  seçmişdi,  saçlarına 
vurmuşdu.  Bu  Coyu  məcbur  etdi  ki,  qızılgülə  diqqətlə 
baxsın, oğlan birdən gülün nə qədər gözəl olduğunu gördü. 
Qız  da  öz  növbəsində,  oğlanın  gülə  nə  cür  heyranlıqla 
tamaşa  etməsinə  mat  qaldı,  qızın  saçlarındakı  açıq  rəngli 
qızılgül  onların  qəlbindəki  məhəbbət  alovunu  gücləndirdi. 


www.vivo-book.com 
 
28 
Bu gündən etibarən, Codan artıq gül istəyən olmazdı. Co bir 
şeyi  aşkar  etdi:  cəngavər  kimi  qıza  yeni  iltifat  nişanəsi 
olaraq bir dəstə bənövşə göndərdi. Bu onun öz ideyası idi. O 
heç vaxt eşitməmişdi ki, kişilər qadınlara çiçək göndərərlər, 
indiyədək elə bilirdi ki, gül-çiçək ancaq otaqları bəzəmək və 
bir  də  dəfn  üçün  gərəkdir.  Co  demək  olar  ki,  Cenevyevaya 
hər  gün  çiçək  göndərirdi,  özü  də  möhkəm  əmin  idi  ki, 
onadək  heç  kəsin  ağlına  belə  bir  şey  gəlməyib,  bu  tapıntı 
təkcə ona məxsusdur. 
O,  Cenevyevanı  son  dərəcə  çox  sevirdi,  ona  pərəstiş 
edirdi, qız da onun sevgisinə böyük pərəstişlə cavab verirdi. 
Qız oğlanın nəzərində paklığın, xeyirxahlığın nümunəsi idi, 
müqəddəslərin müqəddəsi idi, belə ki, ona çox məftunluğun 
özü  belə  onu  təhqir  edirdi.  Oğlan  heç  kəsi  ona  tay  tuta 
bilmirdi.  Cenevyeva  heç  nə  ilə  başqa  qızlara  bənzəmirdi. 
Coyun ağlına da gəlmirdi ki, qız nədəsə oğlanın bacılarına, 
ya  da  ki,  başqasının  bacısına  oxşayır.  O,  gözəl  qız,  qadın 
deyildi.  Qız...  bir  sözlə,  başqalarına  bənzəməyən, 
yaranmışların möcüzəsi yüksək məxluq idi. 


www.vivo-book.com 
 
29 
Cenevyeva  da,  demək  olar  ki,  öz  sevgilisinə  belə 
baxırdı!  Düzdür,  qız  bəzi  xırda-para  məsələlərdə  onunla 
razılaşmırdı,  oğlan  isə  qıza  kor-koranə  pərəstiş  etdiyindən, 
qızı nədəsə məzəmmət etməyi ağlına belə gətirmirdi, ancaq 
qız  da  oğlan  barədə  fikirləşəndə  hər  cür  xırda-para 
məsələləri unudur, oğlan ona mükəmməllik təcəssümü kimi 
görünürdü. Qızın bütün həyatının mənasını təşkil edirdi, qız 
onun uğrunda yaşamağa hazır olduğu kimi, ölümə də hazır 
idi. Cenevyeva coşqun, xəyallarında Co uğrunda özünü necə 
fəda  etdiyini,  özünü  ölüm  ayağında  görürdü,  sanki  bununla 
qız  həyatda  olduğundan  daha  çox,  onu  ürəkdən  sevdiyini 
bildirirdi. 
Onların  məhəbbəti  sanki  od-alov,  sanki  səhər  şehi  idi. 
Onlar  bir-birinə  meyil  etmirdilər,  belə  fikirləşmək  onlara 
təhqiramiz  görünürdü.  Məhəbbətin  onları  vadar  edəcəyi 
fiziki yaxınlıq barədə onlar fikirləşə də bilmirdilər. Onları nə 
isə  bir-birinə  cəzb  edirdi,  onlar  bir-birinin  əlinə,  yaxud 
çiyninə  yüngülcə  toxunmağın,  bir-birinin  əlini  ötəri 
sıxmağın,  cəld  öpüşün,  qızın  saçlarının  yanağına  nəvazişlə 
toxunmağının  onu  həyəcana  gətirməsinin,  oğlanın  alnından 


www.vivo-book.com 
 
30 
qıvrım tellərini kənar edərkən qızın barmaqlarının təmasının 
sevincini  dərk  etdilər.  Onlar  bütün  bunları  hiss  etsələr  də 
onu  deyə  bilməzdilər  ki,  niyə  bir-birilə  təmasda,  bir-birini 
oxşamaqda onlara nəsə günah görünürdü. 
Hərdən  Cenevyeva  Coyu  qucaqlamaq,  köksünə 
sığınmaq,  məhəbbətini  çəkinmədən  bildirmək  istəyirdi, 
ancaq  hər  dəfə  möminliyi  onu  bu  işdən  çəkindirirdi.  Belə 
anlarda  qız  əzab  çəkirdi  ki,  qəlbində  ona  məlum  olmayan, 
ağır  bir  günahı  gizlədir.  Əlbəttə  ki,  onun  sevgilisinin 
boynuna atılmaq  istəməsi pisdir, özü də lap pisdir.  Heç bir 
ləyaqətli  qız  özünə  belə  hərəkəti  rəva  bilməz.  Belə  şeylər 
qadına  yaraşmaz.  Bir  də  o  belə  hərəkət  eləsə,  oğlan  onun 
barəsində  nə  kimi  fikirlərə  düşər?  Qız  belə  dəhşətli  şeyi 
fikrinə gətirincə gizli utancaqlıqdan od tutub yanır, sıxılırdı, 
əzab çəkirdi. 
Ancaq Co da baş açmadığı şiddətli istəklərin əlində əsir 
olmuşdu, ən çox da Cenevyevanı incitmək istəyirdi, bu arzu 
ona  tam  hakim  kəsilmişdi.  Oğlan  xeyli  müddətdən  sonra 
nəhayət,  bicliklə  rəfiqəsinin  belindən  qucaqlamaq  ixtiyarını 
qazananda,  istəyirdi  ki,  qızı  elə  bərk-bərk  qucaqlasın  ki, 


www.vivo-book.com 
 
31 
Cenevyeva  ağrıdan  qışqırsın,  özünü  çətinliklə  bu  işdən 
çəkindirdi.  Başqasına  əzab  vermək  Coyun  adəti  deyildi, 
hətta  rinqdə  belə  o  bu  məqsədlə  zərbələr  endirmirdi,  orda 
oyun  iştirakçısı  idi,  ondan  bir  şey  tələb  olunurdu  ki,  rəqibi 
yıxsın,  on  saniyə  ərzində  yerindən  qalxa  bilməsin.  Co  heç 
vaxt  ağrı  törətmək  üçün  dalaşmırdı.  Düzdür,  məqsədə 
çatmaq  üçün  bu  vacib  idi,  ancaq  məqsəd  başqa  idi.  Ancaq 
burda  sevgilisi  ilə  yanaşı  oturanda  Co  onu  ağrıtmaq 
istəyirdi.  Niyə  o  iki  barmağı  ilə  qızın  biləyindən  yapışanda 
Cenevyevanın  qolunu  elə  sıxmaq  istəyirdi  ki,  sümükləri 
şıqqıldasın? Oğlan bunu başa düşə bilmirdi, əzab çəkirdi ki, 
ürəyinin  ən  dərin  guşəsində  indiyəcən  bələd  olmadığı  belə 
amansız instinktlər varmış. 
Bir  dəfə  Co  qız  ilə  xudahafizləşəndə  onu  qucaqladı, 
bərk-bərk  köksünə  sıxdı.  Qorxan  və  narazı  Cenevyevanın 
qışqırığı oğlanı özünə gətirdi, o əllərini çəkdi, o çox utandı, 
utanmasına baxmayaraq, onu titrətmə tutdu, nədənsə özünü 
xoşbəxt  saydı.  Cenevyeva  da  bu  halları  keçirirdi.  Co 
qüvvətli əlləri ilə onu qucaqlayanda hər şeydən əvvəl fiziki 
ağrı  hiss  etdi,  ancaq  bu  ağrı  ona  ləzzət  verdi,  qız  yenə 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə