Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   2   3   4   5   6   7   8   9   10   ...   59

www.vivo-book.com 
 
32 
peşmançılıq  çəkdi,  o  bilirdi  ki,  günah  işləyib,  ancaq  nədə 
günah işlədiyini, özünü niyə günahkar saydığını bilmirdi. 
Onların  tanışlığının  lap  ilk  günlərində,  lap  bir  azdan 
sonra  qoca  Silverstayn  Coyu  qənnadı  dükanında  görüb 
gözləri  kəlləsinə  çıxdı.  Gənc  çıxıb  gedəndən  sonra  missis 
Silverstaynın  analıq  hissləri  cuşa  gəldi.  Ümumiyyətlə, 
boksçuların,  xüsusilə  Co  Fleminqin  ünvanına  lənətlər 
yağdırdı.  Silverstayn  ha  çalışırdı  ki,  hirslənmiş  arvadını 
sakitləşdirsin,  axı  o  ancaq  qəzəbini  yağdıra  bilirdi,  analıq 
hisslərinin hamısını yaşasa da, analıq hüququ yox idi. 
Qoca yəhudi qadınının ağzından çıxan söyüşdən özünü 
itirən  Cenevyeva  qarının  yağdırdığı  ittihamlara,  lənətlərə 
fikir  vermirdi,  o  bir  şeyi  başa  düşdü,  bu  xəbər  onu  mat 
qoydu:  onun  sevgilisi  sən  demə,  adlı-sanlı  boksçu  Co 
Fleminq  imiş.  Bu  iyrənc  idi,  ağlı  bunu  heç  cürə  qəbul 
etmirdi,  qız  bu  göydəndüşmə  xəbərə  heç  cür  inanmaq 
istəmirdi! Onun aydın baxışlı, çəhrayı yanaqlı Coyu hər nəçi 
desən  olardı,  ancaq  boksçu  olmazdı.  Qız  heç  vaxt  boksçu 
görməmişdi. Onun təsəvvüründə Co ilə onların arasında heç 
bir oxşarlıq ola bilməzdi. Cenevyeva həmişə belə fikirləşirdi 


www.vivo-book.com 
 
33 
ki,  boksçu  pələng  gözlü,  meymun  kimi  ensiz  alınlı  kobud 
heyvandır.  Sözsüz  ki,  o,  Co  Fleminq  haqda  çox  şey 
eşitmişdi, çünki Uest-Oklenddə onu kim tanımır ki? Ancaq 
qızın ağlına belə gəlmirdi ki, bu onun Coyudur. 
Cenevyeva  ilk  dəhşətli  zərbədən  sonra  özünə  gələndə 
missis Silverstaynın: “Özünə yaxşı tay-tuş tapmısan, peşəkar 
boksçu!”  sözünü  eşitdi.  Sonra  ər-arvad  Silverstaynların 
mübahisələri  düşdü:  ər  dedi  ki,  Co  yaxşı  ad-san  qazanıb, 
arvadı ona etiraz edib dedi ki, ad-san cürbəcür olur – yaxşısı 
da olur, pisi də. 
Silverstayn oturub-durub deyirdi: 
–  Co  yaxşı  oğlandır,  yaxşı  qazancı  var,  pulunu  da 
havayı xərcləmir. 
Missis Silverstayn qışqırırdı: 
–  Nə  baş-beynimi  aparırsan?  Sən  məgər  çox  bilirsən? 
Sussaydın,  daha  yaxşı  olardı.  Özün  pulunu  bu  vücudu  bir 
qəpiyə  dəyməyən  boksçulara  xərcləyirsən!  Hardan  bilirsən 
ki, o necədir? De görüm, hardan? 
Qoca inadla: 
– Bilirəm! – deyib dururdu. 


www.vivo-book.com 
 
34 
Cenevyeva  ilk  dəfə  görürdü  ki,  kişi  arvadı  hay-həşir 
salanda  ona  etiraz  etməyə  cəsarət  edirdi. Onun  atası öləndə 
Co Xensenin anbarında işə girdi. Ailədə isə Codan başqa altı 
uşaq  var  di.  Oğlan  onlar  üçün  atanı  əvəz  etdi.  O,  gecə-
gündüz  işlədi.  Onlar  üçün  çörək,  ət  aldı,  mənzil  kirələrini 
verdi. Hər şənbə evə altı dollar gətirdi, sonra Xensen ona on 
iki  dollar  verdi.  Co  siz  bilən  nə  etdi?  Qazancının  hamısını 
evə  gətirib  anasına  verdi.  Gecə-gündüz  işlədi.  Xensen  ona 
iyirmi  dollar  verdi.  Co  nə  etdi?  Pulu  evə  gətirdi.  Balaca 
qardaş  və  bacıları  məktəbdən  qalmadı,  yaxşı  geyinib-
kecindilər, ət və çörək yedilər, anası da ehtiyac nə olduğunu 
bilmədi,  gözləri  sevincdən  alışıb-yandı,  arvad  oğlu  Co  ilə 
fəxr etdi, çünki o yaxşı oğlan idi. 
Görün  Co  nə  gözəldir,  necə  bədən  quruluşu  var!  Ah, 
Allah!  O  öküzdən  qüvvətli,  pələngdən  çevikdir.  Başı  yaxşı 
işləyir, gözləri itidir, hər şeyi görür, tez baxıb gözünü çəkir. 
O,  Xensenin  anbarındakı,  sonradan  isə  mağazadakı 
oğlanlarla  güləşirdi.  Sonradan  isə  klubda  güləşib  Spayderi 
bir göz qırpımında məğlub etdi. Beş dollar mükafat aldı. Siz 
bilən o pulu nə etdi? Evə gətirib anasına verdi. 


www.vivo-book.com 
 
35 
O,  tez-tez  klublarda  çıxış  etməyə  başladı,  bütün 
mükafatları – on dollar, əlli dollar, yüz dollar aldı... Siz bilən 
nə  etdi?  Xensenin  yanında  daha  işləmədi.  Yox.  Yoldaşları 
ilə eyş-işrətə qurşandı? Xeyr a! O yaxşı oğlan idi: həmişəki 
kimi işlədi, axşamlar isə klubda boksla məşğul oldu. Görün 
mənə  nə  dedi:  “Silverstayn,  niyə  mən  kirə  haqqı  verim?” 
Mən ona nə dedim, bunu bir mən bilirəm, bir o, oğlan gedib 
anası üçün qəşəng ev aldı. Xensenin anbarında gecə-gündüz 
tər tökdü, axşamlar klubda çıxış etdi ki, evin pulunu versin. 
Bacıları üçün royal aldı, xalça alıb divarlara vurdu, şəkillər 
vurdu.  Bir  şey  də  əlavə  edim  ki,  o  namuslu  boksçudur, 
özündən mərc gəlir. Bu yaxşı əlamətdir, madam ki, boksçu 
özündən  mərc  gəlir,  bax,  onda  onun  üçün  mərc  gəlmək 
olar... 
Bu  vaxt  missis  Silverstayn  dəhşətdən,  hər  cür  ehtiraslı 
oyundan  zəhləsi  getdiyindən  inildədi,  əri  isə  başa  düşdü  ki, 
öz  natiqlik  qabiliyyəti  ilə  eyiblərinin  üstünü  açmışdır, 
qəzəblənmiş  arvadını  and-amanla  inandırmağa  çalışdı  ki, 
udub. 
Kişi danışığına yekun vurdu: 


www.vivo-book.com 
 
36 
–  Buna  görə  Co  Fleminqə  borcluyam.  Mən  həmişə 
ondan mərc gəlirəm, həmişə də uduram. 
Ancaq  Cenevyeva  ilə  Coyu  təbiət  bir-biri  üçün 
yaratmışdı.  Heç  nə,  bu  dəhşətli  xəbər  belə,  onları  bir-
birindən  ayıra  bilməzdi.  Cenevyeva  nahaq  yerə  çalışdı  ki, 
Coya  qarşı qəlbində nifrət  oyatsın.  Qız  onunla  yox, özü öz 
məhəbbəti  ilə  mübarizə  aparırdı.  Bir  şey  ona  qəribə 
görünürdü,  o  Coya  bəraət  verən  minlərlə  səbəblər  tapır, 
oğlan  əvvəlki kimi  ona  əzizdir, qız  da  əsl  qadın kimi  onun 
həyatına  daxil  olmaqla  onun  həyatını  istədiyi  istiqamətə 
yönəltməyi qərara aldı. Onların gələcək birgə həyatı qıza şən 
görünürdü. Qız ilk parlaq qələbə qazanmağa çalışdı. Co onu 
xahişlərinə güzəştə gedib boksdan əl çəkəcəyini vəd etdi. 
Co  isə  əsl  kişi,  eşq  mübtəlası  kimi  arzusunda  olduğu 
qiymətsiz, 
valehedici 
sevgilisinə 
yiyələnmək 
üçün 
Cenevyevanın xahişləri qarşısında duruş gətirmədi. Co buna 
baxmayaraq  qıza  söz  verəndə  qeyri-müəyyən  şəkildə 
ürəyinin  ən  dərin  guşəsində  hiss  edirdi  ki,  oyundan  tamam 
üz  döndərə  bilməz;  nə  vaxtsa,  hardasa  o  hökmən  oyuna 
qayıdacaq.  Anası,  qardaşları,  bacıları,  onların  saysız-


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə