Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə8/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

www.vivo-book.com 
 
37 
hesabsız  ehtiyacları,  daima  rənglənməli  və  ağardılmalı  ev, 
vergilər,  əlavə  vergilər,  Cenevyevanın  doğacağı  uşaqlar, 
Xensenin anbarından aldığı maaşın miqdarı bir anda Coyun 
gözləri  qarşısında  canlandı.  Ancaq  o  tezcənə,  adətən,  belə 
hallarda  olduğu  kimi  idrakın  xəbərdaredici  bu  dəhşətli 
səhnələrini  özündən  uzaqlaşdırır,  o  təkcə  Cenevyevanı 
görürdü, bütün varlığı ilə ona eşq yetirdiyini hiss edirdi, o, 
götür-qoy  etmədən  qızın  iradəsinə  tabe  oldu,  qız  da  onun 
kimi  başısoyuqluqla  onun  həyatı,  hərəkətləri  üçün  özünü 
səlahiyyətli saydı. 
Oğlanın  iyirmi,  qızın  on  səkkiz  yaşı  var  idi,  bəşər 
nəslini  davam  etdirmək  üçün  dünyaya  gəlmiş  cavan 
nişanlıların  ikisi  də  gümrah,  sağlam,  çəhrayı  yanaqlı  idi. 
İkilikdə  körfəzin  sahilində  bazar  günü  gəzintisinə  çıxanda, 
tanış  olmayan  izdihamın  içindəkilərin  gözləri  onlarda 
qalırdı.  Coyun  əsl  kişi  gözəlliyi  Cenevyevanın  qızlıq 
təravətindən  geri  qalmırdı,  qızın  məlahəti  oğlanın  gücünə, 
zərif, qəşəng bədən quruluşu onu qədd-qamətli əzələli bədən 
quruluşuna yaraşırdı. İctimai mənşəcən Codan çox yüksəkdə 
duran  bir  çox  qadınlar  onun  bir-birindən  xeyli  aralı  olan 


www.vivo-book.com 
 
38 
parlaq,  göygözlü,  səmimi,  sadəlövh  sifətindən  gözlərini 
çəkmirdilər.  Oğlan  özü  bu  baxışları  görmürdü,  onların 
yalvarışla  dolu  ana  kimi  nəvazişli  baxmasına  məhəl 
qoymurdusa da, ancaq Cenevyeva bunu görür, başa düşürdü, 
oğlanın  onun  özünün  olduğunu,  ixtiyarının  da  onda 
olduğunu  fikirləşəndə  qızın  qəlbini  coşqun  bir  sevinc 
bürüyürdü.  Bir  şeyi  də  demək  lazımdı  ki,  Co  da  kişilərin 
Cenevyevaya  nə  cür  baxdığını  görürdü,  bu  baxışlar  onu 
əsəbiləşdirirdi də, Cenevyeva özü də bu baxışların mənasını 
onların özündən yaxşı hiss edirdi. 
 
 
III FƏSİL 
 
Cenevyeva Coyun altlığı nazik, zərif çəkmələrini geydi, 
qəhqəhə  çəkərək  ayaqlarını  irəli  uzatdı.  Lotti  də  şən 
qəhqəhələrlə aşağı əyildi ki, onun şalvarının ətəyini qatlasın. 
Coyun bacısı Lotti onların sirrindən xəbərdar idi, qız anasını 
dilə  tutmuşdu  ki,  çıxıb  qonşuya  getsin,  indi  bütün  ev 
gənclərin  ixtiyarında  idi.  Qızların  ikisi  də  Coyun  onları 


www.vivo-book.com 
 
39 
gözlədiyi aşağı mətbəxə düşdülər. O, Cenevyevanı görəndə 
yerindən dik atıldı, üzündən məhəbbət və xoşbəxtlik yağırdı. 
Oğlan qışqırdı: 
–  Tez  ol,  Lotti.  Onun  yubkasını  yuxarı  qaldır.  Gərək 
tələsək.  Belə  də  yaxşı  olar.  Şalvarın  ancaq  balaqları 
görünəcək,  palto  hər  şeyi  örtəcək.  İndi  baxaq  görək  necə 
olur. Mən Krisin paltosunu almışam. Yaxşı oğlandır! Aman, 
aman,  yaman  diribaşdır!  Boyu  balacadır,  cəlddir,  –  Co 
Cenevyevaya  paltonu  geyindirə-geyindirə  danışırdı;  palto 
lap onun dabanlarına çatırdı, ancaq qızın əynində qutu kimi 
dururdu, elə bil əyninə biçilmişdi. 
Co  papağı  qızın  başına  qoydu,  yaxalığını  qaldırdı. 
Yaxalıq  elə  enli  idi  ki,  papağın  qıraqlarına  çatırdı. 
Cenevyevanın  saçları  bunun  altında  görünməz  oldu.  Co 
paltonun  üst  düyməsini  bağlayanda  yaxalığın  ucları 
Cenevyevanın  yanaqlarını,  ağzını,  çənəsini  örtdü,  ancaq 
diqqətlə  baxanda  papağının  günlüyü  altındakı  gözlərini,  bir 
azca  ağaran  burnunu  görmək  olardı.  Qız  otaqda  var-gəl 
etməyə  başladı,  ancaq  yeridikcə  paltonun  altından  şalvarın 
balaqları nəzərə çarpırdı. 


www.vivo-book.com 
 
40 
Co əlinin səliqəsinə heyran qalaraq, gülə-gülə dedi: 
–  Heç  bir  yarışdan  geri  qalmayan  ehtiraslı  oyunçusan 
ki,  durmusan.  Zökəm  tutmusan,  baş-gözünü  bağlamısan  ki, 
xəstələnməyəsən. Yanında çoxlu pulun var? Mən altıya qarşı 
ondan mərc gəlirəm. İstəyirsən, altıdan mərc gələk? 
Cenevyeva soruşdu: 
– Altı deyəndə kimi nəzərdə tutursan? 
Lotti incik səslə dilləndi: 
–  Pontanı,  –  Cenevyevanı  başa  salmaq  istədi  ki,  buna 
heç şübhə-zad ola bilməz. 
Cenevyeva tez təsdiq etdi: 
– Yaxşı, ancaq bir şey var ki, mənim bundan heç başım 
çıxmır. 
Bu  dəfə  Lotti  susdu,  ancaq  üz-gözündən  bilinirdi  ki, 
Cenevyevanın  sözü  yenə  onun  xoşuna  gəlmədi.  Co  saata 
baxıb  dedi,  getmək  vaxtıdır.  Lotti  qardaşını  qucaqlayıb, 
dodaqlarından  bərk-bərk  öpdü,  sonra  o  Cenevyeva  ilə 
öpüşdü.  Co  bacısının  belindən  qucaqladı,  qız  onları 
qapıyadək ötürdü. 
Onlar küçəyə çıxanda Cenevyeva soruşdu: 


www.vivo-book.com 
 
41 
–  Ona qarşı  altı  nə  deməkdir?  –  Onların addım  səsləri 
şaxtalı havada uğultu ilə səslənirdi. 
Co cavab verdi. 
–  Bu  o  deməkdir  ki,  mən  favoritəm
3
.  Rinqdə 
tamaşaçılar  on  dollardan  mərc  gəlirlər  ki,  mən  bu  yarışda 
qalib  gələcəm,  o  birilər  isə  altı  dollardan  mərc  gəlirlər  ki, 
mən uduzacağam. 
–  Əgər  sən  favoritsənsə,  hamı  sənin  udacağına 
arxayındırsa, sənin əleyhinə niyə mərc gəlirlər? 
Co güldü: 
– Yarışın gözəlliyi elə bundadır. Hərə bir fikir yürüdür. 
Bundan  başqa,  sərrast  zərbəyə,  gözlənilməz  hadisəyə  ümid 
çoxdur. Çox şey ola bilər! – o ciddiyyətlə əlavə etdi. 
Qız  qorxdu,  onu  qucaqlayıb  köksünə  sıxdı,  sanki  onu 
təhlükədən qorumaq istəyirdi, o şən-şən güldü: 
– Dayan, dayan, özün görəcəksən. Sən bircə əvvəlcədən 
qorxub  eləmə.  İlk  raundlar
4
  yaman  dəhşətli  olur.  Bu 
                                                 
3
 Favorit – yarışlarda birinciliyə şansı olan adam (Tərc. qeydi).
 
4
 Raund – boksda yarış müddəti (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə