Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə9/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

www.vivo-book.com 
 
42 
Pontanın  üstün  cəhətidir.  O  inadkardır,  heç  elə  bil  adam 
deyil,  qasırğadır,  yumruqlarını  elə  işə  salır  ki,  rəqibini  ilk 
raundlarda məğlub edir. O, beləliklə, özündən üstün dərəcəli 
boksçuların  çoxunu  nokaut
5
  edir.  Mənim  vəzifəm  onun 
hücumuna  ancaq  davam  gətirməkdir.  Yaxşıca  göz  qoy, 
mənim  nə  vaxt  hücuma  keçəcəyimi  görəcəksən.  O,  mənim 
əlimdən yaxa qurtara bilməz. 
Onlar lövhəsindən idman klubu olduğu bilinən, əslində 
isə polis dairələrinin nəzarəti altında boks yarışları keçirilən 
tünd  rəngli  binaya  yaxınlaşdılar.  Co  Cenevyevanı  arxada 
qoyaraq, qapıdan içəri keçdi, qız da onun dalınca içəri girdi. 
Co ona xəbərdarlıq etdi: 
–  Ancaq  əlini  cibindən  çıxartma,  heç  kəs  heç  nə  başa 
düşməz. Bir iki dəqiqəliyinə döz. 
Co polismenlə danışan qapıçıya dedi: 
– O, mənimlədir. 
Qapıçı da, polismen də Co ilə dostcasına salamlaşdılar, 
onun yanındakı adama heç fikir də vermədilər. 
                                                 
5
 Nokaut – boksda ən sarsıdıcı zərbə (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
43 
Onlar  pilləkənlə  ikinci  mərtəbəyə  qalxanda  Co 
pıçıltıyla dedi: 
–  Onların  ağlına  gəlmədi.  Heç  kəsin  ağlına  gəlməz. 
Əgər  bir  şey  sezən  olsa,  da  fərqi  yoxdur,  mənim  xətrimə 
susacaqlar. Mənim kimi gətirdiyimi hardan biləcəklər? Bura 
bax, bura keç. 
O,  kontora  oxşar  darısqal  bir  otağın  qapısını  açdı, 
Cenevyevanı  basılıb  əyilmiş  oturacağı  olan  tozlu  stulun 
üstündə  oturtdu.  Bir  neçə  dəqiqədən  sonra  o,  parusin 
ayaqqabıda,  uzun  xələtdə  qayıtdı.  Qorxudan  tir-tir  əsən 
Cenevyeva  ona  qısıldı.  Oğlan  bir  əli  ilə  onu  nəvazişlə 
qucaqladı. 
O, qıza ürək-dirək verib dedi: 
– Cenevyeva, qorxma. Mən hər şeyi yoluna qoymuşam. 
Heç kəs heç nə bilməz. 
Cenevyeva dilləndi: 
– Co, mən sənə görə narahatam. Mənə nə olacaq olsun. 
Mən sənin üçün qorxuram. 
–  Necə  ki,  nə  olacaq  olsun?  Mən  elə  bildim  ki,  sən 
özünə görə narahatsan. 


www.vivo-book.com 
 
44 
Cenevyeva  onu  həssaslığı,  hisslərinin  dərinliyi  ilə 
dəfələrlə  mat  qoysa  da,  qadın  ürəyinin  parlaq  böyüklüyünə 
heyran  qalaraq  qıza  baxdı.  Bir  anlığa  oğlan  deməyə  söz 
tapmadı.  Sonra  isə  həyəcandan  dili-dodağı  təpiyə-təpiyə 
dilləndi: 
–  Mənə  görə  narahat  olursan?  Sənin  barəndə  nə 
fikirləşəcəklərini  eyninə  almırsan?  Məndən  başqa  heç  kimi 
düşünmürsən? Heç nə barədə fikirləşmirsən? 
Qapının  bərkdən  döyülməsi  “Haralardasan,  özünü  nə 
sərinə vermisən?!” – deyən yoğun səs Coyu xəyal aləmindən 
ayırdı. 
O, səmimiyyətlə pıçıldadı: 
–  Tez  ol,  Cenevyeva,  məni  bir  də  öp.  Bu  gün  mənim 
axırıncı  yarışımdır,  mən  bu  dəfə  həmişəkindən  bərk 
vuruşacağam, axı sən məni rinqdə görəcəksən. 
Bir dəqiqədən sonra hələ də dodaqlarında onun hərarətli 
öpüşünü  hiss  edən  qız  vurnuxan  cavan  oğlanların 
arasındaydı, heç kəs, deyəsən, onu görmürdü. Bu cavanların 
çoxusunun  əynində  qolu  təkcə  çirməkli  köynək  var  idi, 
pencəksiz  idilər.  Cenevyevanı  əhatə  edib  qızla  bərabər  dal 


www.vivo-book.com 
 
45 
qapıdan  salona  keçdilər,  tələsmədən  yan  yoldan  keçib 
getdilər. 
Anbara  çox  oxşayan  yarıqaranlıq  tamaşaçı  salonu 
adamla dolu idi, sıx tənbəki tüstüsündən adamlar və əşyalar 
güclə seçilirdi. Cenevyevaya elə gəldi ki, indicə boğulacaq. 
Salonda  kişilərin  uğultulu  səsi  eşidilirdi,  arada  bir  afişa  və 
sodalı  su  satan  oğlan  uşaqlarının  qulaqbatıran  çığırtıları 
eşidilirdi. Kim isə mərc gəlmək istədi – altı dollara qarşı on. 
Təklif  edən  səs  Cenevyevaya  yeknəsəq,  ümidsiz  göründü. 
Qız  fəxrlə  öz-özünə  dedi:  “Əlbəttə  ki,  kim  onun  Coyuna 
qarşı çıxmağa cürət edər?” 
Onu  həyəcanlandıran  Co  ilə  fəxr  etməsi  deyildi. 
Qadınların  gəlməsi  qadağan  edilən  bu  davaxanaya  girəndə 
qızın xəyalına cürbəcür şeylər gəldi. Belə macərada maraqlı 
nə  ola  bilərdi?  Burda  hər  şey  naməlum,  sehrli,  dəhşətlidir. 
Bir  də  ki,  qız  fəhlə  məhəlləsinin  sözgəzdirən  arvadlarının 
rəyinə  qarşı  çıxaraq,  ləyaqət  qaydalarını  pozub  belə  bir 
cəsarətli  addım  atmışdı. Cenevyevanın  canına  qorxu  düşdü, 
qız bir dəqiqə əvvəl ancaq Co barədə fikirləşsə də, indi özü 
üçün qorxdu. 


www.vivo-book.com 
 
46 
Cenevyeva  salonun o  biri  başına  nə vaxt  çatdığını,  bir 
neçə  pilləkən  qalxıb  boksçuların  balaca  tualet  otağına  nə 
vaxt  keçdiyini  hiss  eləmədi.  Burda  da  kişi  çox  idi, 
Cenevyeva  belə  qərara  gəldi  ki,  onların  hamısı  bu  və  ya 
başqa  dərəcədə  oyunun  iştirakçısıdır.  Bu  vaxt  Co  onu  tərk 
etdi.  Qız  özünün  gələcək  taleyi  üçün  qorxmağa  macal 
tapmamışdı  ki,  onun  müşayiətçilərindən  biri  kobudcasına 
dilləndi:  “Ey,  səninlə  deyiləm,  dalımca  gəl!”  Qız  onun 
dalınca  qapıdan  içəri  keçmişdi  ki,  gördü  bir  mühafizəçi  də 
dalınca gəlir. 
Onlar  tamaşaçıların  üç  sıra  oturduqları  hündür 
yerlərdən keçdilər, bu vaxt Cenevyeva ilk dəfə olaraq rinqə 
nəzər  saldı.  Qız  meydançanın  bərabərində  yeriyirdi, 
meydançaya  elə  yaxın  idi  ki,  əlini  uzatsaydı,  ətrafdakı 
burazlara  əli  çatardı.  Döşəməyə  brezent  döşəmişdilər. 
Cenevyeva  rinqin  arxasında,  onun  hər  iki  tərəfində  adamla 
dolu salonu sanki duman arxasında gördü. 
Qızın  çıxdığı  otaq  rinqin  künclərindən  birində 
yerləşirdi.  Ona  bələdçilik  edənlə  sıralar  arasından  keçən 
Cenevyeva rinqin o biri tərəfindəki balaca otağa girdi. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə