Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə25/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

www.vivo-book.com 
 
123 
Çarlinin  arvad-uşağı  Benişyada  olurdu,  bizim  qərargahımız 
orda  yerləşirdi,  biz  daima  ora  qayıdırdıq.  Heç  nə  əldə  edə 
bilmədiyimiz bir neçə həftədən sonra dedim: 
–  Bilirsən,  biz  nə  edə  bilərik?  Suyun  dayazlaşmasını 
gözləyək,  Alek  balığı  götürüb  sahilə  yollananda,  körfəzə 
girib onun tilovlarını götürək. Yeni tilovlar düzəltmək üçün 
ona pul, vaxt gərəkdir, sonradan da yeni düzəltdiyi tilovunu 
necə ələ keçirəcəyimizi fikirləşərik. Özünü tuta bilməsək də, 
heç olmasa, köpünü ala bilərik ki. Mən deyəni başa düşdün? 
Çarli  başa  düşmüşdü,  dedi  ki,  pis  fikir  deyil.  Fürsəti 
əldən verməyib,  su  çəkiləndə,  Yunanların  kralı balığı  yığıb 
sahilə üz  tutanda, biz  də  yelkənli qayığımızda  yola düşdük. 
Sahildəki  işarələrdən  biz  tilovun  harda  olacağını  bilirdik, 
onu asanlıqla tapacağımıza şübhə etmirdik. Qabarma təzəcə 
başlamışdı,  zənnimizcə  tilov  atıldığı  yerə  çatdıq,  lövbər 
saldıq.  Lövbər  çayın  dibinə  çatar-çatmaz,  lövbəri  tilova 
ilişincə  yavaş-yavaş  dalımızca  sürüdük,  qayığımız  yerində 
donub qaldı: 
Çarli qışqırdı: 


www.vivo-book.com 
 
124 
–  Burdadır!  Bura  gəl,  tilovu  çıxarmaqda  mənə  kömək 
elə. 
İkilikdə  lövbərin  çəngəllərindən  birinə  ilişmiş  nərə 
balığı ovlanan alətləri çəkib çıxartdıq. Lövbəri təmizləyəndə 
onacan  dəhşətli  qarmaq  qarşımızda  parıldayırdı,  ancaq 
kəndir boyu üzbəüzdəki qarmaqlara tərəf yeridik ki, onu da 
çıxaraq, qayığımıza dəyən güclü zərbə qarşımızı aldı. Dönüb 
baxdıq, ancaq heç bir şey görməyib işimizlə məşğul olduq. 
Bir  dəqiqədən  sonra  yenə  belə  bir  zərbə  eşidildi.  Çarli  ilə 
mənim aramdakı planşir
35
 xırdalanıb töküldü. 
Çarli fikirli-fikirli dedi: 
–  Oğlum,  bu  gülləyə  çox  oxşayır,  Böyük  Alekdir.  – 
Çarli bizdən bir mil
36
 aralıdakı sahili diqqətlə gözdən keçirib 
əlavə etdi. – Onun tüstüsüz barıtı var. Güllə səsini ona görə 
eşitmədik. 
Mən  də  sahilə  baxdım,  ancaq  Yunanların  kralının  izi-
tozu da gözə dəymirdi, biz açıqlıqdaydıq, o isə görünür ki, 
                                                 
35
Planşir – qayığın yuxarı yanlarının üstündən keçən tir (Tərc. qeydi). 
36
Mil – dəniz mili 1852 metr (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
125 
körfəzdə,  qayanın  dalında  gizlənmişdi.  Üçüncü  güllə  suya 
dəyib  yana  sıçradı,  vıyıltı  ilə  başımızın  üstündən  keçib 
arxamızda suya düşdü. 
Çarli sakit-sakit dedi: 
–  Əlimiz-ayağımız  sağ-salamat  ikən  aradan  çıxsaq 
yaxşıdır. Sənin fikrin nədir, oğlum? 
Mən də bu fikirdə idim, dedim: 
– Cəhənnəmə olsun bu tilov. 
Biz  yelkənin  şprintini
37
  qaldırıb  yerimizdən  tərpəndik. 
Atışma kəsildi, bizə elə gəldi ki, Böyük Alek bizə gülür. 
Bu azmış kimi ertəsi günü balıqçı körpüsündəki torları 
nəzərdən  keçirəndə  o,  bütün  balıqçıların  gözü  qabağında 
bizə sataşdı, bizi ələ salmaqdan çəkinmədi. Çarli qəzəbindən 
qapqara  qaraldı,  ancaq  özünü  ələ  aldı,  Böyük  Alekə  söz 
verdi  ki,  gec-tez  onu  həbsxanaya  saldıracaq.  Yunanların 
kralı  lovğalanıb  deyirdi  ki,  indiyədək  heç  bir  balıqçı  patrul 
dəstəsi  onu  tutmayıb,  tutmayacaq  da,  balıqçılar  da  onun 
sözünü  təsdiq  edib  deyirdilər  ki,  bu  doğrudan  da  belədir. 
                                                 
37
Şprint – yelkəni dartmaq üçün ağac (Tərc. qeydi). 


www.vivo-book.com 
 
126 
Onlar elə həyəcanlanmışdılar ki, sanki bu dəqiqə dava-dalaş 
düşəcəkdi.  Ancaq  Böyük  Alek  öz  kral  hökmü  ilə  onları 
sakitləşdirdi. 
Karmintel  də  Çarliyə  gülürdü,  ona  acı-acı  sözlər 
deyirdi,  hər  vəchlə  zəhləsini  tökürdü.  Ancaq  Çarli 
hirslənmədi, mənə gizlincə dedi ki, lap ömrünün axırına bir 
gün də qalsa, nə olur-olsun, Böyük Aleki hökmən tutacaq. 
O dedi: 
–  Nə  edəcəyimi  bilmirəm,  ancaq  mən  bunu  hökmən 
edəcəyəm.  Adımın  Çarli  Le  Qrant  olmasına  şübhə 
etmədiyiniz  kimi  buna  da  şübhəniz  olmasın.  Qorxmayın, 
vaxtında ağlıma yaxşı fikir də gələcək. 
Doğrudan  da,  ağlına  yaxşı  bir  fikir  gəldi,  özü  də 
gözləmədiyimiz vaxtda gəldi. Bir ay biz yorulmaq bilmədən 
çay boyu yuxarını, aşağını əldən saldıq, körfəzi o baş-bu baş 
ələk-vələk  elədik,  Terner  gəmi  emalatxanasının  yanındakı 
körfəzdə Çin tilovu ilə nərə balığı ovlayan balıqçını tutmağa 
vaxtımız olmadı. 
Bir dəfə günorta üstü patrul dəstəsi ilə gəzərkən, Selbiy 
metal  əridilən  zavoda  yaxınlaşanda,  bu  vaxt  çoxdan 


www.vivo-book.com 
 
127 
gözlədiyimiz  fürsət  ələ  düşdü.  Bu  heç  kəs  tərəfindən  idarə 
edilməyən  yaxta
38
  idi,  çünki  onun  sərnişinlərinin  hamısını 
dəniz  tutmuşdu.  Sözsüz  ki,  qayığın  bizim  dadımıza 
çatacağını  çox  çətinliklə  müəyyən  edə  bilərdik.  Bu  böyük 
yaxta  şlyup
39
  idi,  o  heç  idarə  olunmurdu,  tufanlı 
passatlar
40
əsirdi, qayıqda heç bir ağıllı-başlı dənizçi yox idi. 
Selon  körpüsündən  biz  böyük  maraqla  yaxtanın  lövbər 
salmaq,  qayığı  suya  salıb  ona  minib  sahilə  yollamaq 
cəhdlərinə  tamaşa  edirdik.  Əyninə  çirkli  parusin  şalvar 
geyinmiş  acınacaqlı  görkəmi  olan  bir  kişi  qayığı  az  qala 
coşqun  dənizdə  batıra-batıra  falini
41
  bizə  verib  çətinliklə 
körpüyə qalxdı. O elə yırğalanırdı ki, elə bil ayağının altında 
yer  titrəyirdi,  başına  gələn  bədbəxtçilikdən,  yaxtasına  nə 
olduğundan  danışdı.  Asılı  olduqları  aralarındakı  təkcə 
təcrübəli 
dənizçini 
teleqramla 
San-Fransiskoya 
                                                 
38
Yaxta – yelkənli və ya motorlu qayıq (Tərc. qeydi).
 
39
Şlyup – yelkənli gəmi (Tərc. qeydi). 
40
Passatlar – Tropiklərlə ekvator arasında əsən quru küləklər (Tərc. qeydi).
 
41
Falin – qayığı körpüyə, sahilə bağlamaq üçün ip (Tərc. qeydi).
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə