Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə26/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

www.vivo-book.com 
 
128 
çağırmışdılar.  Onlar  da  onsuz  yollarına  davam  etmək 
istəmişdilər. San-Pablo körfəzindəki bərk küləklə, dalğalarla 
bacara  bilmədilər.  Hamı  xəstə  idi,  heç  kəs  heç  nə 
bacarmırdı.  Onlar  birtəhər  metal  əridilən  zavoda 
yaxınlaşdılar, yaxtanı burda qoydular ki, bir adam tapsınlar, 
onları  Benişyaya  aparsın.  Bir  sözlə,  dənizçilərdən  elə  adam 
tapa bilmərik ki, bizim yaxtanı Benişyaya aparsın? 
Çarli  mənə  baxdı.  “Şimal  maralı”  lövbər  salıb  sakitcə 
dayanmışdı.  Biz  gecəyarısınacan  patrul  xidmətindən  azad 
idik. Arxadan külək əsirdi, biz iki saata Benişyaya çatar və 
bir  neçə  saat  sahildə  dayanıb  axşam  qatarı  ilə  qayıda 
bilərdik. 
Çarli bacarıqsız yaxta sahibinə dedi: 
–  Kapitan,  hər  şeyi  yoluna  qoyarıq.  –  Yaxtsmen
42
 
kapitan sözünü eşidəndə könülsüz-könülsüz gülümsündü. 
O izahat verdi: 
– Mən ancaq yaxta sahibiyəm. 
                                                 
42
Yaxtsmen –yaxtada su sportu ilə məşğul olan idmançı (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
129 
Biz  onu  yaxtaya  o  sahilə  üzüb  çıxdığından  daha  yaxşı 
üsulla  çatdırdıq,  öz  gözümüzlə  baxıb  gördük  ki,  sərnişinlər 
necə əldən düşmüşdülər. Yaxtada on ikiyəcən kişi, qadın var 
idi,  dəniz  onları  elə  tutmuşdu  ki,  biz  gəlib  çıxanda  belə 
hallarına təfavüt eləmədi. Yaxta möhkəm yırğalanırdı, yiyəsi 
ayağını  göyərtəyə  qoyan  kimi  tirtap  sərələndi,  yerdə 
qalanların gününə düşdü. Sərnişinlərin heç biri bizə kömək 
etmək  iqtidarında  deyildi,  ona  görə  də  Çarli  ilə  ikimiz 
dolaşıq  düşmüş  takelajı
43
  açmalı  olduq,  yelkəni  dikəltdik, 
lövbəri qaldırdıq. 
Səyahətimiz  çox  çəkməsə  də  əziyyətli  oldu.  Karkinez 
körfəzi  qaynayan  köpüyün,  sıx  dumanın  qatılığından  ibarət 
idi, ancaq biz küləyi qabaqlayaraq sürətlə onların arasından 
keçib  irəli  yol  aldıq,  iri  qrot  gah  suya,  gah  da  nərəsini 
göylərə  çatdırırdı.  Ancaq  adamlar  bunu  hiss  etmirdilər. 
Onlar  heç  nə  görmürdülər.  Yaxta  yiyəsi  də  daxil  olmaqla 
iki-üç  nəfər  kubrikdə
44
  uzanıb  qalmışdı,  yaxta  dalğanın 
                                                 
43
Takelaj – gəminin bütün ipləri (Tərc. qeydi).
 
44
Kubrik – gəmidə alt göyərtə (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
130 
yalına  qalxıb  aşağı  suyun  dərinliklərinə  düşəndə  hərdənbir 
qüssə  ilə  sahilə  baxırdılar.  Qalanlar  isə  kayutda  yan-yana 
balışların  arasında  döşəmə  üstündə  uzanıb  qalmışdılar. 
Arabir onların arasında inilti səsi gəlirdi, ancaq əksər halda 
onlar ölü kimi lal və dinməz idilər. 
Budur,  irəlidə  Terner  tərsanəsi  göründü  və  Çarli 
körfəzdə  sakitlik  olduğu  üçün  yaxtanı  ora  verdi.  Artıq 
Benişya  görünürdü.  Biz  nisbətən  sakit  sularda  üzürdük, 
birdən qabağımızda, düz yolumuzun ortasında qara bir nöqtə 
–  yalik  atılıb-düşməyə  başladı.  Su  çəkilmişdi.  Çarli  ilə 
baxışdıq. Ağzımızı açıb bir söz demədik, ancaq yaxta özünü 
çox qəribə şəkildə aparmağa, istiqamətini tez-tez dəyişməyə, 
axınla  üzməyə  başladı,  sanki  sükan  arxasında  lap  naşı 
dənizçi  durmuşdu.  Əsl  dənizçi  görsəydi,  gülməyi  tutardı. 
Kənardan  baxana  elə  görünərdi  ki,  bütün  körfəz  boyu  var 
gücü  ilə  qızışmış  yaxta  sürətlə  cumur,  ancaq  hərdənbir 
kimsə sükandan tutub onu saxlayır, çalışır ki, onu Benişyaya 
istiqamətləndirsin. 
Yaxta  sahibi  dənizin  onu  tutduğunu  yaddan  çıxarıb 
narahat-narahat  bizə  baxırdı.  Yolumuzun  üstündəki  yalik 


www.vivo-book.com 
 
131 
get-gedə  böyüyürdü,  biz  kryuysa  keçirilmiş  nərə  balığının 
tilovu üstünə əyilmiş Böyük Aleki və dostunu gördük. Onlar 
bizə gülmək üçün əllərini işdən çəkmişdilər. Çarli başındakı 
dənizçi papağını gözünün üstünə çəkdi, hərçənd ki, onun nə 
edəcəyini,  niyyətini  həyata  necə  keçirəcəyini  bilməsəm  də, 
mən də onun kimi hərəkət elədim. 
Suyu  köpükləndirərək,  yalikin  getdiyi  istiqamətə 
perpendikulyar  olaraq  biz  onlara  elə  yaxınlaşdıq  ki, 
Yunanların  kralının  və  köməkçisinin  böyük  nifrətlə  bizi 
söydüyünü  eşitdik;  əsl  dənizçilər,  həvəskarlar  özlərini 
səfehliyə vuranda belə edirlər. 
Tufan  vaxtı  birdən  qopan  şiddətli  külək  kimi 
dənizçilərin  böyründən  ötüb  keçdik,  ancaq  heç  bir  şey 
olmadı.  Çarli  mənim  pərt  olduğuma  nəzər  salıb  istehza  ilə 
gülümsünüb qışqırdı: 
– Qrot-şkotu döndər. 
O,  gəminin  sükanını  döndərdi,  yaxta  itaətlə  döndü. 
Qrot-Şkot zəiflədi, sallandı, qıy çəkərək başımızın üstündən 


www.vivo-book.com 
 
132 
keçib cırıltı ilə raks
45
-bugelin
46
  üstündə uzanıb  qaldı.  Yaxta 
həddindən artıq yana əyildi, demək olar ki, yanı üstə düşdü, 
kayutdan  dəhşətli  inilti  səsi  gəldi,  xəstə  sərnişinlər  bütün 
kayut  boyu  yan-yana  sağ  tərəfdəki  çarpayılara  tərəf 
gilləndilər. Ancaq bizim onların hayına qalmağa halımız yox 
idi.  Yaxta  yerini  dəyişdirib  küləyin  arasına  dolduğu 
yelkənlərlə  düz  küləyə  qarşı  yeridi,  düz  gilin  üstünə  çıxdı. 
Biz təzədən irəli yeridik; yalik indi düz qarşımızda idi. Mən 
Böyük  Alekin  özünü  suya  necə  atdığını,  köməkçisinin  isə 
bizim  buşpritdən  necə  yapışdığını  gördüm.  Bu  vaxt  bizim 
yaxta  yaliklə  toqquşdu,  cırıltı  səsi  eşidildi,  yalik  bizim 
yaxtanın altında qalanda zərbələr, təkanlar eşidildi. 
Böyük  Alekin  suda  olub-olmadığını  müəyyən  etmək 
üçün özünü göyərtəyə atan Çarli pıçıldadı: 
– İndi onun karabini atmaz. 
Külək  və  dalğalar  bizim  irəli  hərəkətimizi  dayandırdı, 
axın  bizi  yaliki  indicə  gördüyümüz  yerə  apardı.  Qarasaç, 
                                                 
45
Raks – öndəki yelkənləri saxlayan balaca metal halqa(Tərc. qeydi).
 
46
Bugel – dor ağaclarının, gəmidəki yelkənlərin asılması üçün üfüqi ağacların metal 
halqaya tutulması (Tərc. qeydi). 
 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə