Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə27/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

www.vivo-book.com 
 
133 
qarabuğdayı yunanın başı, lap yanımızdaca sudan çıxdı, biz 
onu  yaxtaya  dartıb  saldıq.  Onun  heç  nədən  xəbəri  yox  idi, 
“həvəskarlar”a  bərk  acığı  tutmuşdu.  Bu  yöndəmsiz 
hərəkətləri  ilə  onu  az  qala  batıracaqdılar,  onu  məcbur 
etmişlər  ki,  gilə  toxunub  əzilməsin  deyə  çayın  dibinə 
cumsun və suyun altında çox qalsın. 
Bir  dəqiqədən  sonra  Çarli  Yunanların  kralının  üstünə 
çıxdı,  yaxta  yiyəsi  dəhşət  içində  mat  qalmışdı,  mən  də 
Yunanların  kralının  əl-qolunu  kəndirlə  sarımaqda  ona 
kömək  edirdim.  Yaxta  yiyəsi  həyəcanla  dövrəmizdə  atılıb-
düşür,  nələr  baş  verdiyini  soruşur,  bu  vaxt  Alekin  dostu 
buşpritdən  yaxtanın  dal  tərəfinə  sürüşdü,  tutacaqdan  nələr 
baş verdiyini anlamaq üçün kubrikə baxırdı. Çarli elə bu an 
onun  peysərindən  yapışıb  Böyük  Aleklə  yanaşı  arxası  üstə 
uzatdı.  
Çarli qışqırdı: 
– Yenə kəndir ver! 
Mən də onun istəyini yerinə yetirməyə tələsdim. 
Sınmış  yalik  bir  az  aralıda  ahəstəcə  yellənirdi.  Mən 
yelkənləri  qaydaya  saldım,  Çarli  yaxtanı  yalikə  doğru 


www.vivo-book.com 
 
134 
sürməyə  başladı.  Çarli  özündən  çıxmış  yaxta  sahibini  başa 
saldı: 
– Belə adamların yeri həbsxanadır. Onlar islahedilməz 
brakonyerlərdir. Siz gördünüz ki, biz onları cinayət başında 
yaxaladıq,  sizi  də,  söz  yox  ki,  şahid  kimi  ştatın 
məhkəməsinə dəvət edəcəklər. 
Bu vaxt biz dalınca kəsilmiş gəmi ipləri sürünən yalikə 
yaxın  gəldik.  Çarli  qırx-əlli  metrlik  iti  qarmaqlarına  cavan 
nərə  balığı  ilişmiş  ipi  çəkib  yaxtanın  içinə  qoydu,  sonra  öz 
bıçağı  ilə  bu  ipdən  kəsib  onu  kubrikə,  tutulan  əsirlərin 
yanına atdı. 
Çarli sözünə davam etdi: 
–  Bax,  bu  da  maddi  dəlil,  bir  nömrəli  dəlil.  Diqqətlə 
baxın  ki,  məhkəmədə  tanıya  biləsiniz.  Cinayətkarların 
harada, nə vaxt yaxalandıqlarını yadda saxlayın.  
Tezliklə,  biz  daha  dörd  tərəfimizə  dövrə  vurmadan, 
axtarmadan  böyük  aramla  Benişyaya  getdik.  Əl-ayağı 
sarınmış Yunanların kralı kubrikdə uzanıb qalmışdı, ilk dəfə 
idi ki, balıqçı patrulunun cənginə düşmüşdü. 
 


www.vivo-book.com 
 
135 
İSTRİDYƏ OVLAYAN DƏNİZ QULDURLARINA 
BASQIN 
 
Çarli  Le  Qrantla  mən  ikimiz  də  belə  hesab  edirdik  ki, 
müxtəlif  vaxtlarda  patrulluq  elədiyimiz  dövrlərdə  ən  yaxşı 
rəisimiz  Neyl  Partinqton  olub.  Namuslu  qoçaq  Neyl 
Partinqton  bizə  çox  dostcasına  yanaşırdı,  düzdür,  öz 
göstərişlərinin dəqiq yerinə yetirilməsini tələb edirdi, heç bir 
rəisin  vaxtında  Neylin  vaxtında  olduğu  kimi  özümüzü 
sərbəst  hiss  etmirdik,  siz  özünüz  də  bu  hekayəni  oxuyanda 
buna əmin olacaqsınız... 
Onun  ailəsi  Aşağı  körfəzin  sahilindəki  San-Oklenddə, 
San-Fransiskodan  altı  mil  aralıda  yaşayırdı.  Bir  dəfə  biz 
Pedro burnu yaxınlığında çinlilərin krevet ovladıqları yerdə 
patrulluq  eləyəndə,  Neyl  arvadının  xəstələndiyi  xəbərini 
aldı.  Bir  saat  ötməmişdi  ki,  şiddətli  şimal-şərq  küləyinin 
qarşısına qatıb qovduğu “Şimal maralı” Oklendə tələsdi. Biz 
Oklend  limanına  daxil  olub  lövbər  saldıq,  Neyl  sahildə 
olduğu  günlərdə  “Şimal  maralı”nda  takelajları  bərkidir, 


www.vivo-book.com 
 
136 
ballastları  yoxlayır,  göyərtəni  qaşıyıb,  gəmini  əməlli-başlı 
qaydaya salırdıq. 
İşlərimizi  görüb  qurtarandan  sonra  bekarçılıqdan  lap 
darıxırdıq.  Neylin  arvadının  xəstəliyi  qorxulu  idi,  xəstənin 
vəziyyəti  ancaq  bir  həftədən  sonra  dəyişilərdi,  bu  da  bizi 
məcbur  edirdi,  gəmini  körpüyə  bağlayıb  boş-bekar  duraq. 
Çarli  ilə  mən  tərsanələrdə  başımızı  nə  ilə  qatacağımızı 
fikirləşir,  veyllənirdik.  Oklend  şəhər  körpüsündə  birdən 
istridyə ovlayan gəmi dəstəsinə rast gəldik. Bunların çoxusu 
yaxşı, təmiz, sürətlə üzən, qasırğalı havalarda belə möhkəm 
şlyupkalar  idi,  körpünün  qırağında  oturduq  ki,  onlara 
yaxşıca  tamaşa  edək.  Çarli  hər  şlyupkanın  göyərtəsində 
böyüklüyünə  görə  üç  qalaq  şəklində  yığılmış  istridyələrə 
işarə edərək dedi: 
– Görünür, ovları pis olmayıb. 
Səyyar  satıcılar  öz  arabalarını  körpünün  qırağına 
söykəyərək  balıqçılarla  möhkəm  çənə-boğaz  edirdilər,  söz-
söhbətdən istridyələrin satış qiymətini öyrəndik. 
Mən hesabladım: 


www.vivo-book.com 
 
137 
–  Bu  şlyupkanın  yükü  iki  yüz  dollarlıqdan  az  olmaz. 
Bilmək  istərdim  ki,  onu  ovlamaq  üçün  nə  qədər  vaxt  sərf 
olunur. 
Çarli dilləndi: 
–  Üç-dörd  gün.  İki  adama  pis  qazanc  deyil:  hərənin 
gününə iyirmi beş dollar düşür. 
Diqqətimizi  cəlb  edən  şlyupkanın  adı  “Kabus”  idi,  elə 
ayağımızın  altındaydı.  Komanda  heyəti  iki  adamdan  ibarət 
idi.  Onlardan  biri  qorillanın  qolları  kimi  həddən  artıq  uzun 
qolları və enli kürəyi olan potaboy və güclü idi; ikincisi isə, 
əksinə,  ucaboy,  qədd-qamətli,  açıq  göygözlü,  sıx  qarasaçlı 
adam idi. Onun saçları ilə gözlərinin rəngi elə qeyri-adi və 
qəribə idi ki, Çarli ilə mən körpüdə həmişəkindən çox ayaq 
saxladıq. 
Yaxşı  da  elədik.  Kök,  yaşlı  görkəmindən  və 
geyimindən  iri  tacirə  oxşar  biri  də  aşağı  –  “Kabus”un 
göyərtəsinə  boylanmağa  başladı.  Onun  sanki  nəyəsə  acığı 
tutmuşdu, aşağı baxdıqca daha çox hirslənirdi. 
Nəhayət, dilləndi: 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə