www.vivo-book.com
266
O birdən dilləndi:
– İkimiz də çıxıb gedə bilsəydik, nə yaxşı olardı. Heç
zər atmalı da olmazdıq.
Pentfild qaşqabaqla ona baxdı.
– Sənin bu lənətə gəlmiş tərsliyin olmasaydı, heç
mübahisə də eləməzdik. Sən ancaq şeylərini yığışdırıb yola
düşərdin. Mən işlərə göz olardım, gələn il gedərdim.
– Mən niyə gedim? Mənim yolumu axı gözləyən
yoxdur...
Pentfild onun sözünü ağzında qoydu:
– Bəs qohum-qardaşın?
Xatçinson sözünə davam etdi:
– Səni isə gözləyirlər. Sən bilirsən mən kimi nəzərdə
tuturam.
Pentfild qaşqabağını sallayıb çiyinlərini atdı:
– Gözləyər.
– Axı o iki ildir gözləyir.
– Bir il də gözləsə, qocalmaz.
www.vivo-book.com
267
– Axı onda üç il olacaq? Ay kişi, bir ağlına vur, üç il
dünyanın bu başında, bu lənətə gəlmiş cəhənnəmdə ilişib
qalmaq olar?! – Xatçinson əllərini məyusluqla yellədi.
O öz şərikindən kiçik idi, iyirmi altıdan artıq yaşı
olmazdı. Sir-sifətindən qəm-qüssə yağırdı, çoxdan bəri
arzusunda olduğu şeylərdən məhrum olan təki kədərlənirdi.
Pentfildin üz-gözündən, donqar çiyinlərindən kədər,
məyusluq tökülürdü.
O dedi:
– Dünən gecə yuxuda gördüm ki, Zinkengildəyəm.
Musiqi çalınır, stəkanların cingiltisi, hay-küy, qadın gülüşü
eşidilir, mən yumurta sifariş verirəm, hə, ser. Həm bərk
bişmiş, həm ilıq yumurta, qayğanaq və omlet
78
də... bunları
elə aşırıram ki, bişirib çatdıra bilmirlər.
Xatçinson onun sözünü acgözlüklə kəsdi:
78
Omlet – un və südlə çalınmış qayğanaq (Tərc. qeydi).
www.vivo-book.com
268
– Mən isə salat, üstünə göyərti səpilmiş bifşteks
79
sifariş verərdim, yanında göy soğanı, turpu dişlərim arasında
xırçıldayaydı.
Pentfild ah çəkdi:
– Mən bunların hamısını yumurtadan sonra sifariş
verərdim, yuxudan ayılmasaydım.
O, döşəmənin üstündəki sınıq-salxaq bandjonu götürüb
simlərinə fikirli-fikirli toxundu. Xatçinson diksinib dərindən
ah çəkdi. Pentfild şən bir melodiya çalanda o gözlənilməz
qəzəblə qışqırdı:
– Saxla! Adam dəli olar! Dözmək olmur.
Pentfild bandjonu taxtın üstünə atıb qiraətlə oxudu.
Açıb gizli həsrətimi!
80
Oxuyuram mən beləcə:
Yaddaşımın qaranlığı
Axıb gedir, keçir gecə.
79
Bifşteks – qızardılmış ət (Tərc. qeydi).
80
Şeirlərin tərcüməsi Musa Ələkbərlinindir.
www.vivo-book.com
269
Bir şəhərəm, dan yerinin
Şəfəqində sökülürəm.
Xatirələr əzabında
Öz içimə çəkilirəm.
Qəlbim yenə düşür oda,
O geydiyim frak mənim
Gör nələri salır yada.
Onun yoldaşı başını ağır-ağır əlləri üstünə endirdi.
Pentfild təzədən stolun üstünü yeknəsəq şəkildə taqqıldatdı.
Sonra onun nəzərini qapının bərkdən açılması cəlb elədi.
Qapının üstünə ağ qırov örtük kimi çökmüşdü. Pentfild
pəsdən oxudu.
Ağıldadır qoyun, quzu...
Neçə ümid, neçə arzu
Bir quş kimi süzüb gedir...
Qızıl balıq dağ çayından
Dəryalara üzüb gedir...
Ürəyimdə bir səda var:
Yeri dinlə, göyü dinlə!
Haçan mənim məhəbbətim
www.vivo-book.com
270
Qovuşaram mən səninlə?!
Bilbidem gəlib çıxdı, zərləri stolun üstünə atdı, yenə
araya sükut çökdü. O dedi:
– Yaman soyuqdur. Olson mənə dedi, Yukon dünəndən
donub.
Pentifild Xatçinsonun çiyinlərini şappıldadıb qışqırdı:
– Eşitdin, dostum? Kim udsa, sabah o bu vaxt xoşbəxt
diyarın yolunda olacaq.
O içində zərlər olan stəkanı şən-şən silkələdi.
– Nə oynayırıq?
Xatçinson cavab verdi:
– Poker
81
. At görüm.
Pentifild stolun üstündəki qab-qaşığı itələyib şaqqıltı ilə
aşağı saldı, zərləri stolun üstünə atdı. İkisi də tələsik əyildi:
heç biri qoşa düşməmişdi, ən böyük say beş idi.
Pentifild içini çəkdi:
– Boş xanə.
81
Poker – qumar oyunlarından birinin adı (Tərc. qeydi).
www.vivo-book.com
271
Çox götür-qoydan sonra o, zərlərin beşini stəkana yığdı.
Xatçinson dedi:
– Sənin yerinə olsaydım, beşi saxlayardım.
Pentfild:
– Yox. İndi gör nə olacaq! – deyib zərləri atdı.
Yenə heç biri qoşa düşmədi. Bu dəfə ikidən tutmuş
altıyacan düşmüşdü.
Pentfild inildədi:
– Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma. Sən
uddun.
Yoldaşı dinməzcə zərləri yığdı, stəkanın içində
cingildətdi, qolaylayaraq stolun üstünə atdı, gördü ki, ona da
altı ilə boş xanə düşdü.
O altılığı saxlayıb, qalan dörd zəri yığaraq dedi:
– Hər halda, heç-heçə, ancaq mən qoşa bir zər
istəyirəm. Budur, udacam.
Stolun üstünə iki, üç, dörd, beş və Pentfilddəki kimi boş
xanə düşdü.
Xatçinson ah çəkdi:
– Belə hadisə yüz ildə bir dəfə olur.
Dostları ilə paylaş: |