www.vivo-book.com
175
yaxınlığında keşik çəkir, Çarli ilə mən hər dörd saatdan bir
bir-birimizi əvəz edirdik. Ancaq italiyalılar günün günorta
vaxtı qaçıb aradan çıxmağı lazım bildilər, bizim gecələr
oyaq qalmağımız əbəs imiş.
Bir dəfə Çarli dedi:
– Hər şeydən artıq məni bir şey dəli edir ki, biz halal
yuxumuza haram qatmışıq, bu həyasız brakonyerlər isə
gecələr rahatca yatırlar. Ancaq onlardan bunun əvəzini
çıxmaq mənə borc olsun! – deyib onları hədələdi. – Mən
onları bu gəmidə o vaxtadək saxlayacağam ki, kapitan
onlardan mənzil və yemək haqqı alsın! Nərə balığı naqqa
balığı olmadığı kimi bu sözümdə də yalan yoxdur.
Biz gərək əzab-əziyyətli bir məsələni həll edəydik. Nə
qədər ki, biz sayıqdıq, italiyalılar qaçıb aradan çıxa
bilməzdilər, ancaq onlar nə qədər ki ehtiyatı əldən
vermirdilər, onları tuta bilməzdik. Çarli onları nə yolla
tutacağını çox götür-qoy etdiyindən lap əldən-dildən
düşmüşdü, ancaq biz fərasətsizlik edirdik. Görünür, səbirlə
gözləməkdən başqa əlacımız yox idi. Bu oyun idi, onu daha
çox hövsələli olan udacaqdı. İtaliyalıların sahildəki dostları
www.vivo-book.com
176
ağıllı-başlı siqnalizasiya düzəltmişdilər, onun köməyilə
italiyalılarla danışırdılar. Bu bizi xüsusi ilə əsəbiləşdirirdi,
bizə bir an da olsa mühasirəni zəiflətməyə imkan vermirdi.
Bundan başqa Solan körfəzində daima iki-üç şübhəli balıqçı
dolaşırdı, bizə göz qoyurdu. Biz, Çarli demişkən, “Üzdə
gülürdüksə, içərimizdə ağlayırdıq”. Bu ara, mühasirə bütün
vaxtımızı əlimizdən alır, başqa bir işlə məşğul olmağımıza
imkan vermirdi.
Günlər keçirdi, ancaq vəziyyət əvvəlki kimi idi. Ona
görə yox ki, italiyalılar onu dəyişmək istəmirdilər. Bir dəfə
gecəyarısı onların sahildəki dostları hətta yalikdə dənizə
çıxdılar ki, bizi aldatsınlar və qaçmaqda onlara kömək
etsinlər. Bu cəhd ancaq ona görə baş tutmadı ki,
şlyupbalkaların blok
54
talisi
55
yaxşıca yağlanmamışdı. Bizi
tanımadığın yalikin dalınca düşməkdən, şlyupbalkaların
cırıltısı uzaqlaşdırdı, biz “Lankaşir kraliçası”na tərəf o vaxt
qayıtdıq ki, italiyalılar öz yaliklərini suya salırdılar. Ertəsi
54
Blok – qarqara yük qaldıran maşın (Tərc. qeydi).
55
Tali – yük qaldıran mexanizm (Tərc. qeydi).
www.vivo-book.com
177
gecə də dövrəmizdə nə az, nə çox altıyacan yalik var idi, biz
isə zəli kimi gəminin arxa tərəfinə yapışıb qalmışdıq,
bununla da balıqçıların planı pozuldu, ona görə də onlar
axırdan-axıra hirslənib, bizə nahaq yerə söyüş yağdırmağa
başladılar. Çarli qayığın içində oturub öz-özünə gülürdü.
O mənə dedi:
– Bu xeyirliyədir. Adamlar söyüşməyə başlayanda,
deməli, səbirlərini itiriblər, səbrini itirən də onun dalınca
başını itirir. Sözlərimi yadında saxla, əgər biz hövsələsizlik
eləməsək, günlərin birində onlar ehtiyatı əldən verəcəklər,
bu vaxt da axırları çatacaq.
Ancaq onlar ehtiyatı əldən vermədilər, Çarli boynuna
aldı ki, bu bütün əlamətlərin doğrultmadığı yeganə haldı.
Deyəsən, italiyalıların da hövsələsi bizimkindən geri
qalmazdı. Mühasirənin ikinci həftəsi əvvəlki kimi yeknəsəq
keçirdi ki, birdən sanki Çarlinin mürgü vuran fərasəti
oyandı, o, bir biclik fikirləşdi.
Benişyaya təzə, tanımadığımız patrul dəstəsinin üzvü
gəldi, biz onu planımızın iştirakçısı etdik. Biz var
qüvvəmizlə çalışırdıq ki, bu niyyətimizi gizli saxlayaq,
www.vivo-book.com
178
ancaq sahildəki italiyalılar nə isə hiss edib, mühasirəyə
alınanlara tapşırdılar ki, ayıq olsunlar.
Biz niyyətimizi həyata keçirmək istədiyimiz gecə,
mənlə Çarli avarlı qayıqda həmişəki kimi “Lankaşir
kraliçası”nın arxasında öz yerimizi tutduq. Hava tamam
qaralandan sonra Piter Boylen davasız, sınıq-salxaq, balaca
lap qoltuq altına vurulub aparılan bir qayıqda dənizə çıxdı.
Onun tappıltı ilə avar çəkdiyini eşidəndə biz bir qədər
uzaqlaşıb qaranlıqda dayandıq. “Lankaşir kraliçası”
gəmisinə yaxınlaşan Piter lövbərin yanında növbə çəkən
dənizçidən, taxıl yükü gözləyən gəminin – “Şotland başçısı”
gəmisinin harda dayandığını bic-bic soruşub, yöndəmsiz
hərəkət edərək qayığını aşırdı. Növbədə dayanan adam
pilləkənlə qaça-qaça aşağı düşüb Piteri sudan çıxardı. Piterə
də elə bu lazımdı, indi o ümid edirdi ki, onu gəmiyə
aparacaqlar, kayutda qızışar, üst-başını qurudar. Ancaq
kapitan onu pilləkənin aşağısında saxladı, onun ayaqları
suya toxunurdu, soyuqdan dişi-dişinə elə dəyirdi ki, davam
gətirməyib qaranlıqdan çıxıb onu öz qayığımıza götürdük.
Yuxudan ayılan komanda heyətinin zarafatları, atmacaları
www.vivo-book.com
179
söz yox ki, bizi dilxor etdi, hətta hər iki italiyalı da tutacağa
dırmaşıb, qəhqəhə çəkərək qəzəblə bizə gülürdülər. Çarli
yavaşca, elə yavaşca dedi ki, bu sözü təkcə mən eşitdim:
– Eybi yoxdur, cücəni payızda sayarlar. Oğlum, düz
demirəm?
Sonra o, mənim kürəyimi şappıldatdı, mənə elə gəldi ki,
onun səsində ümiddən çox qətiyyət var.
Biz sözsüz ki, qabaqcadan polisin razılığı ilə ingilis
gəmisinin göyərtəsinə hökumət dairələrinin göstərişi ilə
qalxa bilərdik. Ancaq Balıq ovçuları komissiyasının
təlimatında
deyilirdi
ki,
patrullar
məsələni
mürəkkəbləşdirmə- sinlər, yüksək hökumət dairələri işə
qarışsaydılar, bu hadisə beynəlxalq münaqişə ilə
nəticələnərdi.
Mühasirənin ikinci həftəsi başa çatmaq üzrə idi, ancaq
şəraitin dəyişəcəyini göstərən heç bir əlamət nəzərə
çarpmırdı. Buna baxmayaraq, on dördüncü günün səhəri
vəziyyət həm bizim üçün, həm də hökmən həbs etmək
istədiyimiz adamlar üçün ən gözlənilməz və qəribə şəkildə
dəyişdi. Çarli ilə biz gecəni “Lankaşir kraliçası”nın arxa
Dostları ilə paylaş: |