www.vivo-book.com
17
Cenevyeva ilə Coyun mənsub olduğu fəhlələr
mühitində onlar bir növ zadəgan sayılırdılar. Cenevyeva ilə
Co onları əhatə edən miskinliyin, çirkabın içərisində ruhi
sağlamlıqlarını, saflıqlarını qoruyub saxlaya bilmişdilər.
Şəxsi ləyaqət hisslərini qoruduqlarından, nəzakətlə, zərif
həyat tərzi sürdüklərindən, öz mühitlərinin adamlarından
uzaq qaçırdılar. Onlar hər adamla oturub-durmur, nə
oğlanın, nə də qızın ürək qızdırdığı yaxın dostu yox idi.
Bununla belə onların ikisi də adama tez yovuşandı,
adamlarla ancaq ona görə dostluq etmirdilər ki, bu onların
saflığına, təmizliyinə xələl gətirərdi.
Cenevyeva kimi xarici aləmdən təcrid edilmiş, qapalı
həyat keçirən işçi qadın tapılmazdı. Onu əhatə edən mühitin
kobudluğu, amansızlığı qıza təsir etməmişdi. Qız ancaq
görmək istədiyini görürdü, o ancaq yaxşı şeyləri görmək
istəyirdi, inamla, çox da səy göstərmədən, hər cür
eybəcərlikdən, bayağılıqdan boyun qaçırırdı. O, kiçik
yaşlarından tənhalığa alışmışdı. Cenevyeva ailənin tək
övladı idi, küçədə qonşu uşaqlarla oynamaq, əylənmək
əvəzinə, xəstə anasına qulluq edərdi. Kontor qulluqçusu,
www.vivo-book.com
18
ciyərləri zəif, arıq atası çox xeyirxah idi, anadangəlmə
adamlardan çəkindiyi üçün onlardan uzaq gəzər, vaxtının
çoxunu evdə keçirərdi. Atasının sayəsində onların balaca
ailəsində
həmişə
sakitlik olardı, onlar bir-birinə
mehribançılıq yetirərdilər.
Cenevyeva on iki yaşından yetim qaldı. Atasını dəfn
edib qayıdan kimi o Silverstaynların yanına getdi, onların
qənnadı dükanının üstündəki mənzildə yaşamağa başladı;
qocalar onunla yaxşı rəftar edirdilər, yedizdirib
geyindirirdilər, qız da piştaxta dalında dayanıb onlara kömək
edirdi. Silverstaynlar Cenevyevanın xətrini bir də ona görə
istəyirdilər ki, qız şənbə günləri dinləri onlara qadağan
edəndə belə dükanda olurdu.
Burda, bu sakit dükanda qızın gəncliyinin altı ili keçdi.
Tanışları demək olar ki, yox idi. Cenevyevanın rəfiqəsi yox
idi, dostluq etmək istədiyi qız da yox idi. Cenevyeva
məhəllələrin başqa on beş yaşına çatmış qızları kimi öz
küçələrinin oğlanları ilə gəzmək istəmirdi. Qızlar onun
barəsində “Bu lovğa kuklaya bax”, – deyirdilər. Buna
baxmayaraq, gözəlliyinə və özünü çəkməsinə görə onu
www.vivo-book.com
19
istəməsələr də, Cenevyevaya hörmətlə yanaşırdılar. Cavan
oğlanlar yavaşcadan, rəfiqələri yaxında olmayanda onları
acıqlandırmamaq üçün qıza “Şaftalı” deyirdilər, onlardan
heç birinin ağlına da gəlmirdi ki, Cenevyeva ilə tanış
olsunlar. Onlar qıza əsrarəngiz, məlahətli, onlar üçün
əlçatmaz, yüksək məxluq kimi baxırdılar.
Cenevyeva sözün əsl mənasında gözəl idi. O, əsl
amerikalı idi. O hərdənbir fəhlələr arasında təsadüf edilən,
sanki miskin, bəhərsiz torpaqda nadir ətirli çiçək kimi
açmışdı. Qızın hər şeyi qəşəng idi; zərif çəhrayı yanaqları
vardı, yanağının rənginə görə “Şaftalı” ləqəbini almışdı,
üzünün düzgün cizgiləri, qıza məxsus zərifliyi vardı. Onun
səsi yavaş çıxırdı. Hərəkətləri asta idi. O özünü sadə,
bununla bərabər ləyaqətli aparırdı, anadangəlmə yaxşı zövqü
var idi, geyinib-kecinməyi yaxşı bacarırdı, əyninə nə
geyinirdisə, gözəl görünürdü, ona yaraşırdı. Bütün bunlarla
bərabər, o çox zərif, mülayim xasiyyətli, istiqanlı idi,
gələcək arvad, ana kimi qəlbində közərən məhəbbət işartısı
(gələcəkdə onu sevən arvad, əsl ana olacağı) hiss olunurdu.
www.vivo-book.com
20
Ancaq bu gizli hisslər uzun illərdi ki, onun qəlbində mürgü
vurur, gələcək sevgilisini gözləyirdi.
Bir dəfə bürkülü şənbə günü Silverstaynın şirniyyat
dükanına Co dondurma yeməyə gəlib çıxdı. Cenevyeva ona
heç məhəl qoymadı, çünki başqa müştəri ilə məşğuldu, altı-
yeddi yaşlı bir oğlan uşağı piştaxtanın qabağında dayanıb
şüşənin altındakı, üstünə “beşi beş sent” sözləri yazılmış
qənnadı ustalarının məharətli məhsulları olan cəzbedici
pirojnaları diqqətlə götür-qoy edirdi, şirniyyat seçməkdə
səhv edəcəyindən qorxurdu.
Qız içəri girənin “Xahiş edirəm, sodalı su ilə dondurma
verin” dediyini eşitdi. Qız gələnin üzünü gördü, soruşdu:
“Hansı dondurmadan istəyirsiniz?” Qız cavan oğlanlara
diqqət yetirməzdi. Oğlanlar ona qəribə, anlaşılmaz məxluq
kimi görünərdi. Gənclər ona baxanda pərt olardı, onlardan
xoşu gəlməzdi; onlar qıza kobud, yonulmamış görünərdi.
Qız həyatın bu tərəfi barədə heç fikirləşməmişdi. Gördüyü
oğlanlar onu heç cürə cəzb etmirdi, qız sadəcə olaraq onları
görmürdü. Bir sözlə, Cenevyevadan soruşsaydılar ki, yer
www.vivo-book.com
21
üzündə kişilər niyə mövcuddur, bu suala cavab verə
bilməzdi.
Qız stəkana dondurma qoyanda təsadüfən gözü Coya
sataşdı, oğlanın üzü o dəqiqə xoşuna gəldi. Elə bu an oğlan
ona baxdı, qız nəzərlərini aşağı salıb içində sodalı su olan
sifona doğru getdi. Qız qədəhi dolduranda Cenevyeva yenə
özündən asılı olmayaraq, cavan oğlana bir anlıq nəzər saldı.
Çünki oğlan qızın gözlərinin içinə baxmağa çalışırdı,
oğlanın üz-gözündən elə heyranlıq yağırdı ki, Cenevyeva
tələsik üzünü döndərmək fikrinə düşdü. Qızı bir şey mat
qoydu ki, tanımadığı yad bir kişi onun belə xoşuna gələ
bilərmiş. Qız sadəlövhlüklə fikirləşdi: “Qəşəng oğlandır”,
ancaq oğlanın onu belə cəlb etməsini təkcə xoşagələn zahiri
görkəmlə izah etmək olmazdı. Qız dondurmanı onun
qarşısında qoyub gümüş pulu alarkən üçüncü dəfə onunla
göz-gözə gələndə öz-özünə dedi: “Yox, o heç də qəşəng
deyil”.
Qızın söz ehtiyatı az idi, o öz fikirlərini ifadə etmək
üçün bir o qədər də asanlıqla söz tapmırdı, ancaq gənc
Dostları ilə paylaş: |