10
ğu hadisə və insanlar haqqında, yaradıcılıq zamanı
düşünərkən müəyyən cəhətlərdən, lüzumsuz təfərrüat-
dan sərf-nəzər edir, onu daha çox maraqlandıran key-
fiyyət və xassələri canlandırmağa çalışır. Ona görə də
çox zaman obrazı fərdiliklə ümumiliyin, konkretliklə
mücərrədliyin vəhdəti adlandırırlar. Doğrudan da,
obrazda həm ümumi, həm fərdi, həm konkret, həm də
mücərrəd xüsusiyyətlər vəhdət halında birləşmiş olur.
Obraz öz fərdi xüsusiyyətləri ilə başqalarından əsaslı
surətdə seçildiyi kimi, bir sıra ümumi cəhətlərinə görə
müəyyən dünyagörüşünə, ictimai şüura malik olan
adamları təmsil etməlidir. Sənətkar bədii obraz, yaxud
tip yaradarkən həmin bu cəhətlərə xüsusi diqqət
yetirir. Engelsin fikrincə, şəxsiyyət yalnız bir işi
görməsi ilə deyil, həm də necə görməsi ilə xarakterizə
edilir.
Qorki demişdir: «Tamamilə eyni adamlar yox-
dur. Hər kəs həm zahirən, həm də daxilən nə isə özü-
nünkünə malikdir». Obrazda iki əsas keyfiyyət — fər-
dilik və ümumilik, konkretlik və mücərrədlik də real
həyatdan gəlir. Çünki həyatın özündə də bu iki key-
fiyyət bir-biri ilə qırılmaz surətdə bağlıdır. Odur ki,
bədii obraz yaradan yazıçı, insanın ümumi cəhətləri
ilə bərabər, fərdi xüsusiyyətlərini də verməlidir. Mə-
sələn, Hacı Qara xəsis obrazıdır. Bu, onun ümumi
cəhətidir. Çünki həyatda xəsis adamlar vardır və
bütün xəsislərin ideal və məqsədi birdir: varlanmaq,
çoxlu sərvət toplamaq.
«Lakin ədib bu obrazı yaradarkən onun fərdi
xüsusiyyətlərini göstərməsəydi, Hacı Qara dünya ədə-
biyyatında tanıdığımız xəsislərdən nə ilə fərqlənərdi?
11
Deməli, obraz yaradıcılığında fərdiləşdirmə mə-
sələsi başlıca amildir. Məhz bunun sayəsində Şekspi-
rin Şeyloku, Molyerin Qarpaqonu, Puşkinin Xəsis
cəngavəri, Qoqolun Plyuşkini və M. F. Axundovun
Hacı Qarası bir- birindən əsaslı surətdə fərqlənirlər.
Belinskinin dili ilə desək: «Xəsisin idealı birdir, tiplə-
ri isə nəhayətsiz, müxtəlifdir».
Yazıçı bol həyat materiallarından müəyyən icti-
mai əhəmiyyətli cəhətləri seçib toplayır və onu sənə-
tin dilinə çevirir, ona bədii don geydirir. Lakin bunun
özü asan yol ilə başa gəlmir. Çünki yazıçı sadəcə ola-
raq «uydurmur», çeşni çıxarmır, yaradır, kəşf edir. Bu
mənada obraz bir hadisə və predmetin, şəxsin surəti
deyil, böyük yaradıcı əməyin, geniş bədii tədqiqatın
nəticəsidir.
Bədii obraz,
xarakter sənətin müxtəlif növlərində
müxtəlif şəkildə müəyyən priyom və vasitələrlə yara-
nır. Yazıçı, obraz yaradarkən ümumiyyətlə insanı de-
yil, müəyyən konkret bir insanı nəzərdə tutur. Onu öz
təsəvvüründə canlandırır, uzun müddət onunla yaşa-
yır, onun hiss və həyəcanlarına şərik olur; bir növ,
özünü qələmə aldığı obrazın yerində təsəvvür edir.
Fransız realist ədibi Flober obraz yaradıcılığından
bəhs edərkən yazmışdır: «Mən Emma Bovarinin zə-
hərlənməsini təsvir etdiyim zaman ağzımda əsil zəhər
dadı var idi, mən özüm də zəhərlənmişdim».
Bədii obraz yaradıcılığında bir məsələni də qeyd
etmək lazımdır. Bu da yazıçının təsvir obyektinə,
yaratdığı obrazlara münasibəti məsələsidir. Sənətkar
bəzən qələmə aldığı obyektə öz münasibətini aydın
bildirmir. O, bədii lövhələr, surətlər yaradaraq, bizə
12
təqdim edir, nəyin pis, nəyin yaxşı olması haqqında
hökm verməyi oxucuların öhdəsinə buraxır. Lakin ya-
zıçı təsvir obyektinə laqeyd münasibət bəsləyə bil-
məz, onun tendensiyası bu və ya başqa yolla öz təza-
hür formasını tapmalıdır. Ona görə də çox zaman ya-
zıçı qələmə aldığı əsərdə təbliğ etdiyi idealın tərəfində
durur, onu açıqdan-açığa oxuculara da aşılamağa çalı-
şır. O, obraz vasitəsi ilə nəinki öz fikirlərini, hətta
hisslərini də verir. Belə hallarda obraz bir növ sənət-
karın carçısına çevrilir ki, ona bəzən rezonyor surət də
deyirlər.
Obrazın yaradılmasında prototiplərin də xüsusi
əhəmiyyəti vardır. Yazıçı öz təxəyyülündə obrazı xə-
yalən düşündüyü zaman real həyatda gördüyü insan
xarakterlərini nəzərdə tutur ki, bu da prototip adlanır.
Lakin yazıçı prototipi hazır şəkildə, olduğu kimi
alıb əsərinə daxil etmir, onu öz bədii yaradıcılıq süz-
gəcindən keçirir, görmək istədiyi bəzi gözəl keyfiy-
yətlərlə, əlavələrlə zənginləşdirir, xoşuna gəlməyən
cəhətlərini isə atır. Nəticədə prototipdən fərqlənən ka-
mil bədii obraz meydana çıxır. Prototipin obraz yara-
dıcılığında əhəmiyyəti ondadır ki, o yazıçı xəyalını
daim real varlığa yaxınlaşdırır. Prototip həmişə sənət-
karın gözləri önündə olur. Yazıçı yaratmaq istədiyi
obrazı sanki mütəmadi olaraq onunla müqayisə edir,
tutuşdurur və bununla da özünün düzgün və ya səhv
hərəkət etdiyini müəyyənləşdirir. Məsələn, C.Cabbarlı
obrazlarının həyatda konkret prototiplərə malik
olması hamıya məlumdur.
Ədəbiyyatşünaslıqda obraz məfhumundan başqa
xarakter, tip, qəhrəman, surət, personaj, iştirakçı və s.
13
işlədilir. Bu istilahlar bir-birinə yaxın olsalar da,
tamamilə eyni məzmun ifadə etmirlər. Məsələn,
xarakter sözünü o zaman işlədirik ki, təhlil etdiyimiz
əsərdə surət kifayət qədər işlənmiş, müəyyənləşmiş,
bir şəxsiyyət kimi formalaşmış olsun. Epik əsərdə bir
neçə iştirakçı personaj ola bilər, lakin bunların hamısı
xarakter səviyyəsinə yüksələ bilməz. Tip isə ən çox
inkişaf etmiş, tipikləşmiş xarakterdir.
Tip xarakterin daha bədii ümumiləşdirmə yolu
ilə verilmiş forması da sayıla bilər. Təsadüfi deyildir
ki, bəzən ədəbi əsərlərin təhlili zamanı xarakter, tip,
personaj məfhumu qəhrəman sözünün mənasını tama-
milə ifadə edə bilmir. Məsələn, Elxan qüvvətli surət-
dir əvəzinə, Elxan qüvvətli xarakterdir, — deyirik.
Yaxud «Sevil» surətlər dramıdır əvəzinə, «Sevil» xa-
rakterlər dramıdır — işlədirik.
Cəmiyyətin müxtəlif inkişaf mərhələlərində ob-
raz anlayışının özü də müxtəlif olmuşdur. Bu mənada
obrazın tarixiliyi məsələsi meydana çıxır. Aydındır ki,
antik dövrdə yaranan surətlərin yeni ədəbiyyatda ol-
duğu qədər bütöv və tam, hərtərəfli xarakteristikası
verilə bilməzdi. Antik dövrün ən görkəmli sənətkarla-
rı: Homer, Sofokl, Esxil, Evripid və başqaları yarat-
dıqları obrazların ən çox əxlaqi cəhətlərini verirdilər,
onlar psixoloji anları hələ şərti şəkildə duyurdular.
Buradan belə nəticə çıxır ki, həyata baxış ayrı-
ayrı dövrlərdə cəmiyyətin ümumi inkişaf səviyyəsin-
dən asılıdır. Həyatın obrazlı inikası bir də sənətkarın
özünün varlığı nə dərəcədə dərk etməsi ilə əlaqədar-
dır. Bu isə öz növbəsində həmin yazıçının yaşadığı ta-
rixi şəraitin əsas xüsusiyyətləri ilə bağlıdır.
Dostları ilə paylaş: |