Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə74/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   66   67   68   69   70   71   72   73   74

 
301 
 
ÜRƏK DOSTU... 
 
Səməd ki var bir quruca cəsəddir,  
Dünyada hamıya ölüm rəsəddir. 
 Çərxi-fələk, bəs bu necə mürvətdir  
Gözəl insanlar da ölər dünyada?! 
(Aşıq Səməd) 
Hamıya bəllidir ki, dünyaya bir gün gələn elə bir 
gün  də  gedəcəkdir;  bu  tanrının,  taleyin,  təbiətin 
hökmüdür.  Lakin  bizi  düşündürən  odur  ki,  yaxşı 
adamların  ölümü  niyə  bu  qədər  gözlənilməz  olur? 
Niyə  tanrı  onları  birdən,  qəflətən  aparır;  niyə  ona 
imkan  vermir  ki,  öz  yaxınlarına,  ailə  üzvlərinə  ürək 
sözünü  qana-qana  desin,  heç  olmasa  vəsiyyətini 
söyləyə bilsin. 
Dostum  Qurban  müəllimə  məhz  belə  bir  ölüm 
aqibəti  nəsib  olmuşdu.  O,  demək  olar  ki,  az  bir 
müddət  ərzində  xəstələndi,  üzərində  cərrahiyyə 
əməliyyatı  aparıldı,  heç  olmasa  3-5  günlüyə  yenicə 
təmirdən çıxmış evinə dönə bilmədi. 
Mən  onun  yaxın  qonşusu  və  dostu  kimi,  oğlu 
Fuadın  köməyi  ilə  reanimasiyada  son  anlarını 
yaşadığı zaman  yanına düşə bildim. Mən otağa  daxil 
olanda  onun  yanında  əzizləri  –  həyat  yoldaşı  Elmira 
xanımı və qızı Aygün xanımı gördüm. Nə deyim, kaş 
ki,  əziz  dostumu,  sirdaşımı  bu  halda  görməyəydim. 
Elmira xanım deyəndə ki, «Qurban, Cəlal müəllimdi, 
tanıdınmı?».  Artıq  ölüm  ayağında  olan,  Əzrayılla 
cəng-cidala  çıxmış,  onunla  ölüm-dirim  mübarizəsi 
aparan, mənim tanıdığım o gözəl insandan, o gülərüz, 


 
302 
boylu-buxunlu adamdan nə qalmışdı? Heç nə! Qurban 
canını  dişinə  tutaraq  çox  çətinliklə,  güclə  sezilən  bir 
mimika  ilə  təsdiq  edir  kimi  sifətindəki  cizgilər  xəfif 
bir  mehdən  tərpənən  kimi  dartıldı.  Və  maddım-
maddım  üzümə  baxdı.  Bu  məqamda  onun  ürəyindən 
keçənləri  duymaq,  mənalandırmaq  mümkünmü? 
Bəlkə  də  bu  lal  baxışlarda  o  qədər  nisgil,  o  qədər 
həsrət,  dünyanın  vəfasızlığına  o  qədər  kəskin  etiraz 
var  idi  ki,  onların  hamısını  dilə  gətirmək, 
aydınlaşdırmaq  ən  mahir  psixoloq  üçün  də  zor  bir 
işdir.  Mən  yəqin  ki,  o  baxışları,  onlardakı  mənanı 
ömrüm boyu unuda bilməyəcəyəm. 
Xalqımızın ruhunu incəliklə tutan, necə deyərlər, 
onun  iç  qatlarından  gələn  və  həmişə  də  onun 
içərisində olan, onun xəyal dünyasını, məişətini, adət-
ənənələrini, zəngin poetik söz sərvətini, bayatı, qoşma 
və  gəraylılarımızı,  xüsusilə  atalar  sözü  və  məsəlləri 
bir  zərgər  dəqiqliyi  ilə  bilən,  bəlli  əsərlərində 
onlardan yaradıcı surətdə faydalanan Xalq yazıçısı Əli 
Qara  oğlu  Vəliyev  özünün  bədii  əsərlərindən  birində 
dostluq  anlayışını  bir  qədər  geniş  mənalandıraraq, 
həmin  məfhumu  şərti  olaraq  5  kateqoriyaya  ayırmış 
və  bütöv  bir  romanı  onların  üzərində  qurmuş  və  əsil 
dost kimdir? sualına cavab verməyə çalışmışdır. Xalq 
yazıçısının  anlamında  həmin  ifadə  belə  səciyyələn-
dirilir: Gərək dostu, Görək dostu, Verək dostu, Çörək 
dostu  və  nəhayət  Ürək  dostu!  Göründüyü  kimi, 
bunlardan  dördü  birmənalı  olaraq  təmənnalı 
dostluqdur; biri gərək, biri görək, o biri verək, o birisi 
çörək!  Xalqdan  gələn  bu  məfhumların  birinin  poetik 
anlayış  kimi  qafiyələnməsi  də  olduqca  maraqlıdır: 


 
303 
gərək, görək, verək, çörək! Lakin bu qafiyələrdən bir 
tərəfini də aşağıdakı söz birləşməsi təşkil edir: «Ürək 
dostu!» 
Tarix  elmləri  doktoru,  prof.  Qurban  Məmməd 
oğlu  Bayramov  məhz  sözün  həqiqi  mənasında  belə 
dost;  Ürək  dostu,  qəlb  dostu,  səmimiyyətdən 
yoğurulmuş bir qardaşlıq mücəssəməsi idi. 
Qurban  müəllim  mənim  nə  az,  nə  çox  yarım 
əsrlik ən yaxın, ən əziz, sevimli, istənilən dostum idi. 
Onunla  mənim  tanışlığımın  çox  maraqlı  bir 
tarixçəsi var. Yadımdadır, 1951-ci ilin sentyabr ayının 
ilk  günləri  idi.  Universitetə  təzəcə  daxil  olmuşduq. 
Dərslər  yenicə  başlamışdı.  Birdən  universitetin 
qarşısında eloğlum Rəşid Məmmədovla görüşdüm və 
ilk dəfə boylu-buxunlu, gülərüzlü, yaraşıqlı bir oğlan 
olan  Qurbanla  tanış  oldum  (Qurban  Universitetə 
girəndə 16 yaşlı yeniyetmə idi). 
Onu  da  deyim  ki,  o  zaman  universitetdə 
rəhmətlik  akad.  Heydər  Hüseynovun  təşəbbüsü  ilə 
ayrıca  Fəlsəfə  fakültəsi  fəaliyyət  göstərirdi  və 
tamamilə birmənalı şəkildə demək istəyirəm ki, həmin 
fakültə humanitar fakültələr arasında ən hörmətlisi idi. 
Ona  görə də  oraya qəbul olanların böyük  əksəriyyəti 
orta  məktəbi  ya  medalla,  ya  da  ona  bərabər  tutulan 
texnikumları  fərqlənmə  diplomu  ilə  bitirənlərdən 
ibarət idi. 
Qurban  isə  onların  hamısından  istər  özünün 
xarici  görünüşü,  istərsə  də  daxili  intellekti,  mərifəti, 
mədəniyyəti  ilə  dərhal  seçilirdi.  Nə  isə  həmin  bizim 
ilk  görüşümüzdə  uşaqlardan  biri  dedi  ki,  gəlin  gedək 


 
304 
deyirlər,  bulvarda  paraşütdən  atlanırlar,  gedək  görək 
bu nə olan şeydir? 
Bu  zaman  Qurban  və  yoldaşları  bir  ağızdan 
dedilər:  –  Siz  gedin,  bizim  seminarımız  var,  –  gedə 
bilmərik!  Mən  və  yoldaşlarım  «seminar»  sözünü  ilk 
dəfə eşitdiyimizdən onların üzlərinə baxa-baxa qaldıq. 
Onda  Qurban  dilavərliklə  bir  qədər  də  vüqarla  dedi: 
«Yeməli  şeydir».  Sonralar  həmişə  «seminar» 
məsələsini xatırladaraq gülürdüm. 
Həmin  illərdə  Qurbanın  ən  yaxın  dostları 
gürcüstanlı  uşaqlardan  ibarət  idi:  Rəşid  Məmmədov 
(filosof),  Ziyəddin  Sadıxov  (kimyaçı),  Ələddin 
Mahmudov  (riyaziyyatçı)  və.  b.  Ona  görə  də  çoxları 
elə bilirdilər ki, Qurban da məhz gürcüstanlıdır. 
Bu  hadisədən  sonra  bizim  dostluğumuz  həqi-
qətən  səmimi,  ürəkdən  gələn,  arzu  olunan  həmdəm-
liyə,  yaxınlığa  çevrildi.  Yadımdadır,  Qurbanın  atası 
rəhmətə  getmişdi,  lakin  ata  əvəzi  Hacı  adlı  böyük 
qardaşı,  gözəl  insan,  Qurbanı  doğma  qardaş  yox, 
balası  kimi  sevirdi;  onunla  fəxr  edirdi.  Deyirdi  ki, 
bircə  arzum  var,  Qurbanı  elmlər  doktoru,  professor 
kimi  görə  biləydim.  Hacı  müəllim  Bakıya  tez-tez 
gəlirdi (O, Sabirabadda yaşayırdı – C.A.). və hər dəfə 
də  Qurbanın  dostlarını  başına  yığıb  şəhərin  müxtəlif 
restoranlarına  aparar,  qonaqlıq  verərdi.  (Mən  də  belə 
qonaqlıqların bir neçəsində iştirak etmişəm. – C.A.). 
Qurban  çox işıqlı şəxsiyyət idi:  onu başqalarına 
sevdirən  ən  ümdə  xüsusiyyətləri  belə  səciyyələndir-
mək olar: onun üzündə həmişə bir nur, təbəssüm, xe-
yirxahlıq,  mərdanəlik,  aydınlıq  vardı,  adam  ona  ürə-
yini,  sirlərini,  dərd-sərini,  hətta  ailə-  məişət 


 
305 
qayğılarını da açıb-deməkdən çəkinməzdi. Onun 13 il 
ərzində  universitetin  partiya  komitəsinin  katibi 
vəzifəsində çalışdığı illərin hamısı mənim gözlərimin 
önündən heç zaman çəkilə bilməz. 
Qurban müəllim özü bir otaqlı mənzildə yaşaya-
yaşaya  başqalarını  düşünür,  onların  qayğısına  qalır, 
hər biri üçün əlindən gələni əsirgəmirdi. 
Qurban  universitetin  vurğunu  idi:  onu  doğma 
ailəsi, evi kimi sevirdi. Həmişə bu müqəddəs məbədin 
təəssübünü  çəkirdi.  Respublikanın  ali  məktəblərinin 
böyük  bayraqdarı  olan  bu  elm  və  təhsil  ocağını  çox 
sevdiyindəndir  ki,  o  dəfələrlə  təklif  olmasına  baxma-
yaraq  müxtəlif  bəhanələrlə  universitetdən  ayrılmaq 
istəməmişdi.  Hətta  o  da  yadımdadır  ki,  Qurban  MK-
nin işçiləri üçün tikilmiş ən yaxşı binada təklif olunan 
ən  geniş  sahəli  mənzildən  imtina  edərək,  dostlardan 
ayrılmamaq üçün indiki evini seçdi. 
Qurban  müəllim  nə  qədər  xeyirxah,  nə  qədər 
humanist və  yumşaq, kövrək qəlbli bir insan olsa da, 
lazımi məqamlarda ədalət və həqiqətin təntənəsi üçün 
səbat  və  mətanət  göstərir,  prinsipial  mövqe  tutur  və 
həmin  problemin  ardıcıl  şəkildə  həll  olunmasına 
çalışaraq yarı yolda dayanmazdı. 
Yaxşı xatırlayıram indiki kimi, bir vaxtlar (onda 
Qurban  müəllim  universitet  partiya  Komitəsinin 
Katibi  idi)  30-40  elmlər  doktoru,  professor,  hətta  bir 
neçə  akademiki  olan  qocaman  filologiya  fakültəsinə 
müdafiə şurasının verilməsinə əngəl törədən üzdə bir, 
batində  ayrı  sifətlərə  malik,  adamlara  qarşı  Qurban 
müəllim necə qətiyyətli mübarizə aparmışdı. 


 
306 
Onun  bu  ədalətli  mübarizəsi  nəticəsində  neçə- 
neçə adamlar namizədlik və doktorluq dissertasiyaları 
müdafiə edərək elmi adlara layiq görülmüşdülər. Bun-
ların  içərisində  həm  də  respublikanın  digər  ali  mək-
təblərindən  və elmi müəssisələrindən də  universitetin 
elmi  şurasında  dissertasiya  işlərini  müdafiə  edərək 
iddia etdikləri elmi adlara layiq görülmüşdü. 
Yeganə təsəllimiz ondan ibarətdir ki, Qurban ki-
mi insanlar ölmür,  yalnız dünyasını dəyişir; onu tanı-
yanların,  yaxınlarının,  balalarının,  nəvələrinin  öm-
ründə  yaşayır,  həmişə  yad  edilir,  məzarına  gedən 
cığırda heç zaman ot bitmir. 
Ölüm sevinməsin qoy! 
 
2007 


 
307 
 
FİLOSOF HƏSƏN ŞİRƏLİYEV  
– «QILINC HƏSƏN» 
HAQQINDA XATİRƏLƏRİM 
 
Əyrini düz kəsər, yalanı doğru... 
(Atalar sözü) 
 
Biz bu epiqrafı elə belə, gəlişi gözəl sözlər və ya 
təsadüf kimi işlətmirik. Çünki haqqında xatirə yazmaq 
istədiyimiz  insan  −  şəxsiyyəti,  daxili  və  zahiri  dün-
yası,  cəmiyyətdə,  həyatda,  gündəlik  münasibətlərdə, 
müxtəlif  xarakterli  adamlarla  rəftarında  uzun  illərin 
ağır  sınaqlarından  keçərək,  sözün  həqiqi  mənasında 
bir  ziyalı  kimi  formalaşan    və  mənim  az  qala, 
yarıməsrlik  bir  tanışım,  sonra  yaxın  qonşum  olan 
fəlsəfə elmləri doktoru, professor Həsən Şirəliyevdir. 
Mən onu təxminən 50-ci illərin ikinci yarısından 
tanıyıram. O zamanlar mən universiteti yenicə bitirib 
sevimli  müəllimim,  sinəsi  ləli-cəvahirat  xəzinəsi, 
əvvəlcə  diplom  işimin  rəhbəri,  sonra  isə  bir  aspirant 
kimi  elmi  rəhbərim  olan  filologiya  elmləri  doktoru, 
gözəl  şair,  bənzərsiz  tərcüməçi,  professor  Cəfər 
Xəndanın  vasitəsi  və  təkidilə  xalqımızın  nəcib  oğlu 
akademik  Y.H.Məmmədəliyevin  xeyir-duası  sayəsin-
də  elə  oradaca  elmi  əməkdaş  kimi  saxlanılmışdım. 
Həmin  illərdə  universitetin  bütün  elm  sahələri  üçün 
bir «Elmi əsərləri»i çıxırdı və  onun baş redaktoru da 
ADU-nun  rektoru  Y.H.Məmmədəliyev  idi  (hazırki 
BDU  onda  bu  cür  adlanırdı  -C.A.).  Mən  rektorun 
tapşırığı  ilə  həmin  jurnala  məqalələr  topladığımdan 


 
308 
tez  bir  zamanda,  demək  olar  ki,  universitetin  həm 
təbiət  elmlərini,  həm  də  humanitar  elmlərini  təmsil 
edən  mütəxəssislərlə  yaxından  tanış  oldum.  Elə  o 
zaman  mənə  aspiranturanı  təzəcə  bitirmiş  bir  neçə 
şəxslə də tanış olmaq müyəssər oldu. Bunlardan Cəlal 
Allahverdiyev,  Fərhad  Zeynalov,  Məsumə  Məlikova, 
Seyfəddin  Qəndilov,  Həsən  Şirəliyev  və  bir  çox 
başqalarının adlarını çəkə bilərəm. Yaxşı yadımdadır, 
o  vaxtlar  hələ  çox  gənc  olan,  hətta  namizədlik 
dissertasiyasını müdafiə etməyən bu adamlar, nədənsə 
bizə  çox  qeyri-adi  görünürdülər,  yenə  də  nədənsə, 
bunların  gələcəkdə  hər  birinin  öz  sahəsi  üzrə  böyük 
mütəxəssis,  elm  komandirləri  olacaqlarına  şəkk- 
şübhə edənlər yox idi. 
Çox  əlamətdardır  ki,  onların  hər  biri  sonralar 
universitet  ictimaiyyətinin  və  onları  yaxından  tanı-
yanların hamısının ümidlərini artıqlaması ilə doğrult-
dular.  Mənim  zənnimcə,  bunların  arasında  Həsən 
müəllimin  –  bizim  «Qılınc  Həsən»  adlandırdığımız 
Həsən  Şirəliyevin  müstəsna  hörməti,  müstəsna  yeri 
var idi. 
Bu  müstəsnalıq,  hər  şeydən  əvvəl,  Həsən  müəl-
limin öz konkret elm sahəsini mükəmməl bilməsində, 
onu  məharətlə  tədris  etməsində,  bir  elm  və  təhsil 
təşkilatçısı  kimi  öz  işinin  öhdəsindən  ləyaqətlə 
gəlməsində,  tabeliyində  olanların  hamısı  ilə  ciddi  və 
tələbkar  davranışında,  lakin  lazım  gəldikdə,  şərait 
tələb etdikdə onların hər birinin dərd-sərini öyrənərək, 
əlindən gələni əsirgəməməsində idi... 
Həsən  müəllimi  hələ  orta  məktəbdən  tutmuş  ali 
məktəb  həyatına  qədər  tanıyanların  və  sonralar  da 


 
309 
onunla birgə işləyənlərin hər biri ondan söz düşəndə, 
xüsusilə  də  elmindən,  savadından,  mütaliəsindən, 
intellektindən  söhbət  gedəndə  onun  bir  elm  fədaisi, 
ürfan  aşiqi,  öz  üzərində  yorulmaq  bilmədən  çalışan 
insan olması barədə ağızdolusu danışırdılar və hazırda 
onlardan  sağ  olanların  istisnasız  olaraq  hamısı  bu 
görkəmli  alimin  həmin  məziyyətlərini  dönə-dönə 
qeyd edirlər. 
Həsən  müəllimin  şəxsiyyətinin  özü  bütöv  idi. 
Onun  kiməsə  yarınmaq,  onun  xoşuna  gəlmək  üçün 
sözü  yumşaltması,  yaxud  liberal,  barışdırıcı  mövqe 
tutması mümkün olan şey deyildi. O, sözü üzə deyər, 
kimliyindən  asılı  olmayaraq,  nöqsanı  varsa,  birbaşa 
onun  özünə  söyləyər,  dalda-bucaqda  giley-güzar 
eləməyi  sevməzdi.  Aydındır  ki,  bu  xarakter 
bütövlüyünü, kişi cəsarətini, ona məhz bu cür olmağı 
şərtləndirən  ən  ümdə  amil,  ən  başlıca  cəhət  onun 
düzlüyü, doğruçuluğu, heç kəsin yanında gözükölgəli 
olmaması  idi.  Ona  görə  də  Həsən  müəllim  belə 
məqamlarda bir qədər hissə qapılsa da, ötkəmlik etsə 
də,  hirsi  və  qəzəbində  ziyadəliyə  varsa  da,  çox 
keçməz  tamamilə  dəyişər,  yumşalar,  həlimləşər  və 
həmin  şəxsin  xeyirxahına,  ağsaqqalına,  qayğıkeşinə 
çevrilərdi. Onun rəhbərlik etdiyi kafedranın üzvlərinin 
hamısı  bir  nəfər  kimi  bizim  dediklərimizi  birmənalı, 
alternativsiz müddəa kimi təsdiq edə bilərlər. 
Həsən  müəllim  filologiya  fakültəsində  dövlət 
imtahanları götürdüyü zaman fakültənin nümayəndəsi 
kimi  mən  də  bir  neçə  dəfə  burada  iştirak  edərkən 
şahidi  olmuşam  ki,  o,  zahirən  nə  qədər  zabitəli, 
tələbələrə  qarşı  nə  qədər  tələbkar  olsa  da,  əslində, 


 
310 
daxildə  onların  halına  acıyır  və  hərdən  elə  güzəştə 
gedirdi  ki,  özün  də  mat-məəttəl  qalırdın.  O  çalışırdı 
ki,  tələbə  onun  mühazirələrdə  çömçə  ilə  verdiyinin 
heç  olmasa  cüzi  bir  hissəsini  qaşıqla  qaytarsın. 
Rəhmətlik  həmişə  deyərdi:  «Vallah-billah,  Məşədi 
İbad  demiş,  məni  yandıran  odur  ki,  bizim  bəzi 
tələbələrimiz  kitabı,  kitabxananı,  mütaliəni  sevmir. 
Böyük  dahilərin,  pedaqoqların  oxumaq  haqqındakı 
fikirlərinə  məhəl  qoymurlar.  Halbuki  oxumadan, 
öyrənmədən  heç  nə  əldə  etmək  mümkün  deyil. 
Küçələri  ölçməkdən,  boş-boşuna  vaxt  itirməkdən  bir 
şey  çıxmaz.  Tələbələrimiz  arasında  elələri  vardır  ki, 
hansı  fəndən  imtahan  verdiyini  bilmir.  Yəni  fənnin 
nəinki  predmetini  bilmir,  ona  aid  kitabın,  müvafiq 
dərsliyin tam adını belə deməkdə çətinlik çəkir». 
Həsən  müəllimin  ailə-məişət  məsələlərinə, 
insana, insanlığa münasibətinə gəlincə, deməliyəm ki, 
onun  bu  dünyası  aysberqin  görünməyən  tərəfi  kimi 
çox sirli-soraqlı bir aləmdir. 
Yadımdadır,  Həsən  müəllimin  yaşının  artıq 
evlənmək  çağı  idi.  Burada  gecikmək,  şansı  qaçırmaq 
heç  zaman  yaxşı  nəticə  verməyib.  Hələ  ulu  Nizami 
demişdi ki, evlənəndə qətiyyətli olmaq lazımdır. Onu 
da deyim ki, o vaxtlar Moskva təhsili görmüşlərin az 
da  olsa  müəyyən  hissəsi  nataşalar,  svetlanalar, 
esmıraldalar  axtarışında  olurdular,  Sabirin  bir  bəhr-
təvilində  deyildiyi  kimi,  manyalardan,  sonyalardan 
birini  alaraq,  o  yerlərdə  yaşamağı,  dəxi  bir  xaç  da 
salmağı  üstün  tuturdular.  Lakin  Həsən  müəllim  bu 
yolla getmədi. Üzündən, gözündən nur yağan, Füzuli-


 
311 
nin, Vaqifin vəsf etdiyi azəri gözəlinə üz tutdu və ya-
nılmadı. 
Onlardan  əmələ  gələn  gül  balaların  hər  biri  bir 
dərya  sevinc,  bir  dünya  səadət,  bir  dünya  həyatdır. 
Həsən müəllimin oğlu yox idi. Lakin qızlarından olan 
oğullu-qızlı  balaların  hər  biri  babalarının  təmiz,  saf, 
ideal,  qılınc  kimi  əyrini  kəsən  «Qılınc  Həsən»  adnı 
əbədi yaşadacaqlar. 
 
2007 
 
 
 


 
312 
 
 
Mündəricat 
 
 
I HİSSƏ 
Cəlal Abdullayevin Azərbaycan ədəbiyyatı klassikləri, 
ədəbi- tənqid və elmi-nəzəri məsələlər barədə fikirləri 
 
Bədii ədəbiyyat söz sənətidir...................................... 4 
Səməd Vurğun və folklor janrları............................... 15 
Haci Kərim Sanılının həyat və yaradıcılığına dair ..... 18 
«Dədə Qorqud»dakı şeirlər barədə... .......................... 41 
Səməd Vurğun və «Kitabi – Dədə Qorqud» dastanı .. 50 
Asif ata filosof tənqidçi kimi ...................................... 60 
Roman sənəti haqqında düşüncələr ............................ 65 
Böyük və ibrətli yaradıcılıq yolu ................................ 84 
Heydər Əliyev və  ədəbiyyat məsələləri .................... 95 
Bədii ədəbiyyatın tərbiyəvi rolu ................................. 111 
Müstəqillik dövrü bədii nəsrinin bəzi problemləri ..... 119 
Cəfər Cabbarlının romantikası ................................... 142 
S.Vurğun və Puşkin irsi .............................................. 183 
Mir Cəlalın ədəbi-tənqidi görüşlərində müasir  
poeziya məsələləri ...................................................... 194 
Ədəbi döyüşlərin ön atəş xəttində .............................. 198 
 
II HİSSƏ 
Cəlal Abdullayevin bu və ya digər  
kitab müəlliflərinə  xeyir- duaları 
 
İnanıram ki.. ............................................................... 208 
Bədii nəsrin analitik təhlili ......................................... 214 
Söz göyərçini .............................................................. 226 


 
313 
Cavidşünaslıqda yeni söz ........................................... 229 
Bədii nəsrin poetik nümunələri .................................. 236 
«XIX əsr Azərbaycan poemalarında epik ricətlər» 
kitabı haqqında ........................................................... 242 
Vurğun sənətinə yeni baxış ........................................ 249 
Öz ünvanına doğru yol alan duyğusal diləklər ........... 260 
 
III HİSSƏ 
Müasirləri Cəlal Abdullayevin xatirələrində 
 
Ustad haqqında xatirələrim... ..................................... 275 
Zəka və mərifət mücəssəməsi .................................... 281 
O, çox ağıllıydı, həm də mehriban ............................. 285 
Şamil Qurbanovu xatırlayarkən ................................. 294 
Ürək dostu... ............................................................... 301 
Filosof Həsən Şirəliyev – «Qılınc Həsən» 
haqqında xatirələrim ................................................... 307 


 
314 
 
 
 
 
 
 
 
 
 
Cəlal Abdullayev 
 
 
ЯSЯRLЯRИ 
 
Altıncı cild 
 


 
315 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«
Елм вя Тящсил» няшриййатынын  директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Йыьылмаьа верилмиш 25.010.2012. 
Чапа имзаланмыш 14.11.2012. 
Шярти чап вяряги 19,7. Сифариш № 489. 
Каьыз форматы 84х108 1/16. Тираж 500. 
 
 
 


 
316 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя сящифяляниб чап олунмушдур. 
E-mail: elm_ve_tehsil@box.az 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
 
 


 
317 
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə