Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
35 
gəldikcə  ona  qarşı  öz  rəğbətini  də  gizləyə  bilməmiş-
dir.  Əsərin  sonunda  ruslara  təslim  olmaq  istəməyən, 
düşmənə qarşı axır nəfəsinədək vuruşan Cavad xanın 
siması  müsbət  surət  səviyyəsinə  yüksəldilir.  Əsərin 
əvvəlində cəsur, mərd bir qəhrəman kimi verilən Nə-
sib  Sultan  isə  rusları  Cavad  xana  qarşı  vuruşa  ça-ğı-
randan sonra rəzil bir vətən xaini kimi damğalanır. 
Şair əsərin finalında belə bir nəticəyə gəlir ki, is-
tər dərəbəylik, istərsə də xanlıq el-obanın şərəfini qo-
rumaq  iqtidarında  deyildir.  Ədavət  və  ixtilaflar,  ha-
kimlik ehtirası onları içərisindən çürüdür ki, bunun da 
bəlasını xalq çəkir. 
H.K.Sanılının «Zülmün sonu» (1927) poemasın-
da istismar dünyasının haqsızlıqları, acı rəzalətləri bö-
yük  bir  nifrətlə  damğalanmışdır.  Bu  poemada  şair 
epik  səpgidə  «bir  sürü  yetimi»  olan  kasıb  bir  ananın 
acınacaqlı taleyindən bəhs edir. 
Bir  tərəfdən  insanda  şadlıq  və  fərəh  artıran  ba-
harın təsvirini, digər tərəfdən isə ananın ağır dərdləri-
ni, kədərini verməklə müəllif poemada qüvvətli bir tə-
zad yaradır. Kənddə bahardır, təbiət başdan-başa gül-
zara  çevrilmişdir.  Lakin  kor  Hürü  oz  yetim  körpələri 
ilə  darısqal  bir  qazmada  cır-cındır  içində,  ac-yalavac 
yaşayır.  Kor  Hürünün  uşaqlarının  ən  böyük  dərdi—
çörək dərdidir: 
 
Ana, bizə əppək ver
Acıq, bizə yemək ver! 
 
Bu  misralar  poemanın  tragik  leytmotivi  kimi 
əsər boyu əvvəldən axıra bütün hadisələrin müşayiət-


 
36 
çisinə  çevrilir.  Keçmiş  dövran  əsərdə  yoxsulun  məh-
bəsi,  zülm,  işgəncə,  aclıq,  səfalət  ocağı  kimi  təsvir 
olunur. 
Hürü  arvad  həyatından  o  qədər  usanır,  o  qədər 
inamını itirir ki, hərdən allaha qarşı da üsyan edir: 
 
Ey göyləri yaradan,  
Ayı, günü çıxardan,  
Əgər varsan, hardasan. 
 
Nəhayət, kor Hürünün arzuları yerinə yetir, «zül-
mün sonu» çatır. Xalqın  nifrət və qəzəbindən qorxan 
istismarçıların dövranı qurtarır. 
Qeyd etməliyik ki, əsər həyatı bədbəxtlik, sarsın-
tılar  içərisində  keçən  zavallı  ananın  taleyinə  ürəkdən 
rəğbətlə,  zülmkarlığa  qarşı  nifrət  duyğusu  ilə  yazılsa 
da,  bir  poema  kimi  zəif  təsir  bağışlayır.  Hiss  olunur 
ki, müəllif tələsmiş, ayrı-ayrı obrazları canlı xarakter-
lər  səviyyəsinə qaldıra bilməmişdir. Bəzən  oxucunun 
fasiləsiz olaraq şeir odu ilə alovlanan duyğusu ümumi 
ritorik  yerlərin  suyu  ilə  soyuyur  gözəl  misraları  zəif 
misralar  əvəz  edir.  Lakin  buna  baxmayaraq  «Zülmün 
sonu» əsəri şairin yaradıcılığında müəyyən əhəmiyyə-
tə malikdir. 
Şairin «Oktyabr alovları» (1927) adlı almanaxda 
nəşr olunan «Novruz və Gülara» poeması məzmunca 
dolğun,  aktual,  sənətkarlıq  baxımından  mükəmməl, 
bitkin bir əsər kimi təqdirəlayiq hadisə idi. 
Son dərəcə aydın  süjet və  kompozisiyaya  malik 
olan bu əsərdə iki gəncin həyatından yaddaqalan təsir-
li  epizodlar  verməklə  Sanılı  Novruz  və  Gülaranın 


 
37 
ömür yolunun əsas mərhələlərini diqqət mərkəzinə çə-
kir,  hər  ikisinin  fərəhsiz  uşaqlıq  illərini  real  surətdə 
əks etdirir. 
Sonra şair oxucunu zəhmətkeş kəndlilərin tərəq-
qisi üçün yeni üfüqlər açan azad kəndə gətirir. Novruz 
və  Gülara  başqa  gənclər  kimi  kənd  məktəbində  oxu-
yur,  təhsilə  yiyələnirlər.  Onlar  kəndi  abadlaşdırmaq, 
gözəl evlər tikmək, yollar çəkmək, coşğun çayları ram 
etmək kimi böyük arzularla yaşayırlar. 
Bu  gənclər  məhz  həmin  arzularla  Bakıya—təh-
sillərini davam etdirməyə gəlirlər. Lakin şəhər həyatı-
nın cazibəli  mənəvi aləmi
,
  zahiri  parıltıları  Gülaranın 
qəlbini oynadır, onun daxili aləmində dəyişikliklər ya-
radır. O, ictimai həyatın böyük tələbləri ilə bağlı olan 
arzulardan  ayrılaraq  zahiri  təmtərağa  qapılır,  bundan 
uzaqlaşmaq üçün öz daxilində iradə gücü tapa bilmir. 
Kəndə qayıtmaq istəməyən Gülara hətta sevdiyi Nov-
ruzdan belə soyuyur. Əsərin finalı insan xarakterində-
ki ziddiyyətlərin məntiqi nəticəsi kimi səslənir: 
 
Ayrılmış bunların yolu, qandılar,  
Gənc könüllər şüşə kimi sındılar.  
Çevirdi üzünü Novruz zəhmətə,  
Gülara dincliyə, saza, söhbətə. 
 
Müasir dövr üçün də aktual olan bu məsələ iyir-
minci  illərdə  xüsusən  vacib  idi.  Lakin  kənddə  böyü-
yən, onun sabahını daha gözəl etmək arzusu ilə şəhərə 
oxumağa  gələn  Gülaranın  xarakterində  yaranan  eqo-
izm poemada psixoloji cəhətdən lazımınca  əsaslandı-
rılmamış, onun gözlənilmədən doğma kəndindən, sev-


 
38 
dalı  məhəbbətindən  üz  döndərərək  meşşanlıq  bataqlı-
ğına  yuvarlanması bədii lövhələrdə əks etdirilməmiş-
dir. Bunun üçün də inandırıcı deyil, əsərin bütövlüyü-
nə xələl gətirir. 
Şairin  son  poeması  olan  «Turut  qaçaqları» 
(1935)  istər  ideya,  istərsə  də  sənətkarlıq  baxımından 
onun poetik yaradıcılığının təkamülü sayıla bilər. 
Bu  poemanın  güclü  çıxması  bir  də  onunla  izah 
oluna bilər ki, Sanılı Şəki qəzasında müəllimlik etdiyi 
zamanlar  qaçaqların  həyatını,  psixologiyasını  dərin-
dən öyrənmişdi. Bəlli olduğu kimi, qaçaqçılıq hərəka-
tı  yerli  bəy  və  feodal  ağalığı,  çarizmin  müstəmləkə 
zülmünə qarşı çevrilmişdi. Deməli, əsərin əsas ideyası 
azadlıq uğrunda mübarizə motivləri ilə səsləşir. 
Əsərdə Yanıq Əjdər, Qara Qurban, Osman kimi 
surətlər  hampalardan,  sahibkarlardan  o  qədər  əzab-
əziyyət görürlər  ki, onlarda  varlılara  qarşı kin və  qə-
zəb hissləri kortəbii olsa da, çox güclü şəkildə meyda-
na çıxır. Bütün bunlar qaçaqçılıq hərəkatı şəklində tə-
zahür edir. Belə ki, onların ilk mübarizələri bilavasitə 
özlərinin konkret sahibkarı olan Hacı Bəhərçinə qarşı 
çevrilir və get-gedə böyüyür, geniş miqyas alır. 
Bu poemada artıq şair təbiətin füsunkarlığı qarşı-
sında  heyrətlənən,  daha  çox  onun  gözəlliyini,  ilkinli-
yini  tərənnüm  edən,  hadisələrin  daxili  dialektikasına 
nüfuz  edə  bilməyən adi, seyrçi bir qələm  sahibi  yox, 
müəyyən  xasiyyətli,  barışmaz  ziddiyyətlər  qütbündə 
qarşı-qarşıya dayanmış insan xarakterləri yarada bilən 
həqiqi sənətkardır. 
Poemada  istər  qaçaqların,  istərsə  də  çobanların 
həyatından təsirli epizodlar verilmişdir. Bu lövhələrdə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə