Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
  1   2   3   4   5   6   7   8   9   ...   46


 

Cəlal Abdullayev 
 
 
 
 
 
 
 
 
 
 
 
ЯSЯRLЯRИ 
 
 
 
Üçüncü cild 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2012 


 

 
Tərtib edəni: 
Şəlalə Abdullayeva 
 
 
 filologiya üzrə fəlsəfə doktoru 
 
 
Redaktor:                      Teymur Əhmədov  
professor, filologiya  elmləri doktoru 
 
 
Rəyçi: 
Qara Namazov  
professor,  filologiya elmləri doktoru,  
  
 
 
 
 
 
C.Abdullayev.Əsərləri. 7 cilddə. 3-cü cild.  
Bakı, ―Elm və təhsil‖,  2012, 216 səh. 
 
 
 
 
C.Abdullayevin «Əsərləri»nin bu cildində «M.S.Ordubadinin 
dramaturgiyası»,  «Azərbaycan  ədəbiyyatında  Abdulla  Şaiqin 
yeri» adlı  məqalələri və  «Hüseyn Cavid»  monoqrafiyası (Alqış 
Həsənoğlu ilə müştərək, təkrar nəşr) oxuculara təqdim edilir. 
 
 
 
 
2012
098
4603000000

N
 
грифли няшр
 
                    
    © C.Abdullayev, 2012  
    © «Елм вя тящсил», 2012 
 
 


 

I  ЩИССЯ 
 
M.S.Ordubadinin 
dramaturgiyasы 
 
 
** * * 
 
Azяrbaycan яdяbiyyatыnda 
 Abdulla Шaiqin yeri 


 

 
 
 
 
M.S.ORDUBADİNİN DRAMATURGİYASI 
 
Azərbaycan  ədəbiyyatının  əsas  yaradıcılarından 
biri  olan  M.S.Ordubadi  çosahəli,  çoxcəhətli  bədii 
yaradıcılığa  malik  bir  sənətkardır:  onun  şeir  və 
felyetonları, hekayə və romanları, publisistik və tənqidi, 
tədqiqi  mahiyyət  daşıyan  əsərləri  ilə  bərabər,  həm  də 
çox maraqlı dram əsərləri vardır. 
 
Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, ədi-
bin  səkkiz  cildlik  əsərləri  külliyyatının  nəşrinə  qədər 
onun,  bizcə  bir  əsəri  –  «Dumanlı  Təbriz»  pyesi  müs-
təsna  olmaqla  dram  əsərlərinin  hamısı  əlyazması  şək-
lində  arxivində  qalmaqda  idi.  Tədqiqatçıların  məlu-
matına  görə  ədibin  20-dən  yuxarı  dram  əsəri  vardır. 
Bunlardan  altısı  səkkizcildlikdə  (II  cild)  çap  olunmuş-
dur. Bunları həmin cilddən oxuya bilərsiniz. 
 
Aktual səslənən, müəyyən siyasi-ictimai xüsusiy-
yətlər ədibin ilk illərdə qələmə aldığı dram əsərləri üçün 
də  xarakterik  idi.    Bu  pyeslərində  qaldırılan  məsələlər 
bunlar  idi:  işğalçı  müharibələrə  qarşı  kəskin  etiraz; 
dünyanı  fəth  etmək  uğrunda  müxtəlif  müstəbid  hökm-
darların  apardıqları  ədalətsiz  müharibələrə  qarşı  əzilən 
və  istismar  olunan  xalqın  müsibəti,  bir  sözlə  hər  cür 
milli zülm, despotizm, dövlət  başçılarının cahilliyi və s. 
bu  əsərlərin  əsas  tənqid  obyekti  idi.  Ədibin  bu  illərdə 


 

qələmə  aldığı 
dram  əsərlərindən:  1.  «Əndəlisin  son
 
günləri»  (İspaniya);  2.  «Teymurləng  və  İldırım 
Bayazid»  pyeslərinin  qəhrəmanları  məşhur  fateh  və 
cahangirlərdir. I –Topal Teymur ləqəbi ilə məşhur olan 
tatar-monqol  işğalçı  qoşunlarının  sərkərdəsi,  II  isə  –
Türkiyə sultanı idi. 
 
Bu  iki  cahangir  haqqında  bütün  dünyada  müx-
təlif roman, pyes və povestlər yazılmışdır. 
 
H.Cavidin  «Topal  Teymur  və  ya  Teymur  ləng» 
pyesi bizə məlumdur. 
 
3. «İstanbul səhnələrində Tursunalı Ballıbadı»; 
 
4. «Məmmədəli şah» və s. 
 
Ədibin  yaradıcılığının  sonrakı  dövründə  yazdığı 
əsərlər  –  yəni  pyeslər  təxminən  aşağıdakılardan  ibarət-
dir: «Dumanlı Təbriz», «Dinçilər», «Sevgilər», «Sədəf», 
«Bu da bir möcüzə», «Cəmiyyəti əqvam», «Azərbaycan 
inqilabı», «Maral», «Böyük quruluşda», «Sabotajniklər» 
və s. 
 
Azərbaycanda təşkil olunmuş «Tənqid və təbliğ» 
teatrının  yaradıcılarından  biri  də  M.S.Ordubadi  idi. 
Ədib  bu  teatrın  repertuarı  üçün  bir  neçə  səhnə  əsəri 
yazmışdır. Yazıçının əsərləri bu teatrın məramnaməsinə 
–  siyasi,  ictimai  və  təbliği  cəhətlərinə  tamamilə  uyğun 
idi. 
 
Əlbəttə, bu əsərlərin bəzilərində həm süjet, məz-
mun, kompozisiya, həm də surətlərin təsvirində bir sxe-
matizm  görünməkdədir.  Lakin  ədib,  yetişməkdə  olan, 
gələcəyi olan qüvvələri düzgün təsvir edir, mənfi qüvvə-
lərin isə çürüklüyünü, ölümə məhkumluğunu göstərir. 
 
Ədibin  «Sabotajniklər»  komediyası,  adından  da 
göründüyü  kimi,  bizim  işimizə,  quruculuğa  zərər  vur-


 

mağa  çalışan,  sabotaj  təşkil  edən  düşmənlərin-idarələrə 
soxulmuşların  ifşasına  həsr  olunmuşdur.  Onlar  ərzaq 
idarələrini dağıtmağa, çapıb talamağa çalışırlar. Ona gö-
rə  də  ədib əsərin bu  mənfi  surətlərinə  qarşı,  həqiqətən, 
oxucu və tamaşaçının  hüsn-rəğbətini qazanan bir obraz 
qoymuşdur. Komediyanın finalında bütün sabotajnikləri 
ədib  bir  yerə    toplayaraq  öz  müsbət  surətlərinin 
vasitəsilə onlara gülür. 
 
«Dinçilər» (1922) pyesində ədib mövhumat, dini 
əsarət  dünyası  ilə  elm,  tərəqqi,  maarif  nurunu  qarşılaş-
dırmışdır. Əsərdə Akif surəti müsbət surətdir. 
 
Ədibin  dramaturgiyasına  «Nərgiz»,  «Koroğlu», 
«Nizami»  operalarının,  «Beş  manatlıq  gəlin»,  «Ürək 
çalanlar» operettalarının mətnlərini də daxil etmək olar. 
Çünki  bunlarda  da  qüdrətli  bir  dramatizm  vardır.  Bu 
əsərlərdən  hər  biri  dramaturgiyanın  ciddi  qanun-
qaydalarının tələbləri əsasında yazılmışdır. 
 
M.S.Ordubadi  «Xilafətin  son  günləri»  pyesində 
islamiyyəti  idealizə  yolu ilə getmiş,  islamiyyəti  müsbət 
bir ideologiya kimi qiymətləndirmişdir. Bu əsər həm də 
«Əndəlisin son günləri», yaxud Qrenadanın təslimi» də 
adlanır.  Bu  adla  əsər  1914-cü  ildə  çap  edilmişdir.  Son-
ralar yenidən işləyərək «Xilafətin son günləri» adlandır-
mışdır.  Burada  Əndəlis  –  yəni  İspaniya  xalqının  öz 
azadlığı  uğrunda  apardığı  mübarizəni  obyektiv  şəkildə 
təsvir  edə  bilməmiş,  əksinə,  istilaçı  xilafətin  tərəfində 
durmuşdur. Ona görə də pyesdə müəyyən mürtəce not-
ların səslənməsi tamamilə təbii idi. 
 
«Dumanlı Təbriz» pyesində  Səttar xan 1910-cu 
ildə Tehranda xaincəsinə öldürülür. Bundan sonra inqi-


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə